Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Qarabağ problemini gələcək nəsillərə saxlamamalıyıq”

“Qarabağ problemini gələcək nəsillərə saxlamamalıyıq”
Bölmə :
KİVDF
Yayım tarixi :
25/1/2013 [10:59]
Baxılıb :
1896 dəfə
“Bu müavinətlə, pensiya ilə hazırkı bazar şərtləri ilə yaşamaq çox çətindir”
Məmmədhəsən Həsənov: “Dövlətimizin imkanı var ki, Qarabağ qazilərinin mənzil-məişət, məşğulluq problemi olmasın»

“Mina Qurbanlarının sosial-iqtisadi problemlərinin həllinə kömək” İctiamai Birliyinin sədri Məmmədhəsən Həsənovla Qarabağ qazilərinin, əlillərin sosial-iqtsadi durumu, mənzil-məişət problemləri ilə bağlı söhbətləşdik. 

26 sentaybr 1971-ci il təvəllüdlü Məmmədhəsən Həsənovun Füzuli rayonu, Aşağı Divanalılar kəndində doğulub. Məcburi köçkün, Qarabağ qazisi, ikinci qrup Qarbağ əlilidir.

M.Həsənov bildirir ki, “1989-1991-ci illərdə Sovet ordusunda xidmət edib: “Hərbi xidmətdən qayıdanda Yuxarı Divanalılar kəndi işğal olunmuşdu. Döyüş Qacar, Aşağı Divanalılar, Veysəli, Dilağarda, Gövşadlı və başqa cəbhə xəttində olan kəndlərdə gedirdi. Bu kəndləri və başqa kəndləri yaranmış könüllü müdafiə batalyonları müdafiə edirdi. Mən də könüllü qoşuldum döyüşlərə. Məndən öncə 3 qardaşım müdafiə batalyonuna yazılmışdı. 1992-ci ilin əvvələrində cəbhənin bu istiqamətində qızğın döyüşlər gedirdi. 

Mənim döyüşdə olduğum ilk günlərdə Veysəlli kəndi işğal olundu. Döyüşdüyüm özünü müdafiə batalyonu Füzulinin cəbhə xəttinə yaxın olan kəndlərinin müdafiəsini təşkil ediridi”.

- Döyüşlərin hamısı ağır olur, xatirinizdə daha çox hansı qalıb? 

- 6 sentyabr 1992-ci ildə Haça dağı istiamətində gedən döyüş. Ona görə ki, həm mənim döyüşçü qardaşım Həsənov Nüsrət yaralandı, həm də bir necə yoldaşlarımız şəhid oldu. Şəhid olanlar arasında Əli adlı dostumuz da vardır. Budan öncə isə döyüşlərin birində Əlinin qardaşı Əsəd şəhid oldu. Əli getmişdi ki, Əsədin qisasını alsın, o da şəhid oldu. 
Döyüşçülərin hamısı bizim üçün əzizdir. Döyüşçü dostlarımdan şəhid olan sinif yoldaşlarım Mətləbi, Zakiri, İslamı xatırlayıram. İslam “İgidliyə görə» medalla təltif olundu.

6 sentyabr tarixində döyüşdə itkimizlə yanaşı uğurumuz da oldu. Belə ki, 4 tankı gecə ilə düşmən mövqeyindən müdafiə ərazimizə keçirə bildik. Bu tankları İlham, mən və başqa döyüşçü dostlarımızla gətirdik.

1992-ci ilin 15 avqustunda Veysəlli kəndi uğurunda gedən döyüş dç çox ağır keçdi. Belə ki, batalyonun ən fədəkar döyüşçüləri - Elxan Yusifovu, Nizamini, Tərlanı, İlyası, Ernsi, Marksı, Nazimi və başqalarını itirdik. Bu döyüşdən sonra bizim batalyon “Azərbaycan Bayraq” ordeni təltif olunmuş Elxan Yusifovun adını daşıdı. Bizim batalyonda döyüşüb “Azərbaycanın Milli Qəhrəmanı” adını Seymur Məmmədov alıb.

- Döyüşçü yoldaşlarınızdan kimi tez-tez xatırlayırsınız?  

- «Qəmlo» ləqəbli Mayıs Əsədovu. Bizim batalyonun fədakar döyüşçülərindən idi. O, Füzulinin Yuxarı Yağlavənd kəndindən idi. Ali Hərbi Birləşmiş Məktəbdə təhsilini yarımçıq qoyub döyüşə gəlmişdi. Onun üçün döyüş su içimi kimi idi, döyüşçü yoldaşları ruhlandırırdı. Qısa müddətdə onun adı Füzulidə «Qəmlo» kimi dilər əzbəri oldu. Erməni-rus hərbi birləşmələri Kəlbəcəri işğal etdikdən sonar strateji əhəmiyyətli olan Füzulinin ərazisndə ağır döyüşlərə başladılar. Yuxarı Divanalılarda qeyri-bərabər döyüşdə «Qəmlo»nu və başqa döyüş yoldaşlarımızı itirdik. Ölümündən sonra o “Azərbaycan Bayraq” ordeni ilə təltif olundu.

- Siz nə vaxt yaralandınız?

- 1993-cü il, martın 8-dən 9-na keçən gecə mən düşmən minasına düşdüm. Mənimlə birlikdə minaya düşən dayım Surxay Məhərrəmov şəhid oldu və Elxan İmanov isə yaralandı. S.Məmmədova ölümündən sonra “Azərbaycan Bayraq” ordeni təltif olunub.

Füzuli Hospitalında ilkin tibbi yardım alandan sonra Bakıya, M.A.Topçubaşov adına Klinik Cərrahiyə Elmi-Tədqiqat İnstitutuna gətirdilər. Bir il burada müalicə olundum. Sağ ayağımın bir hissəni itirdim. İkinci qrup Qarabağ əliliyəm. 

- Qarabağ qazisi, Qarabağ əlili, məcburi köçkünsünüz. Harada yaşayırsınız, sosial-iqtisadi durumunuz necədir?

- Məcburi köçkün olaraq Bakı şəhər, Dərnəgül yaşayış massivində 31 saylı yataqxanda məskunlaşmışam. İki qardaş- iki Qarabağ qazisi dözülməz şəraiti olan darısaqal otaqda yaşayırıq. Elə buna görə də ailə qura bilməmişəm. Mənzillə bağlı bir necə dövlət qurumlarına müraciət etmişəm. 2010-cu ildə dövlət başçısı İlham Əliyevə müraciət etmişəm. Bu müraciətim göndərildi Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə. Nazirlikdən mənə cavab verildi ki, məcburi köçkün olduğum üçün yalnız Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi mənzil-məişət problemini həll edə bilər. Nazirliyin bu cavabından sonra Dövlət Komitəsinin sədri Əli Həsənovun qəbulunda olub durumu anlatdım. Əli Həsənov mənə dedi ki, dövlət başçısı İlham Əliyev nə zaman göstəriş versə, mənim köçürülməmi təmin edəcək. Hazırda Bakının müxtəlif rayonlarında, qəsəbələrində şəhərçiklər salınır. Yəqin ki, orda yerləşdirilməyim mümkündür. Əli müəllimin nəzərinə çatdırıram ki, bü gün mənim kimi ağır şəraitdə yaşayan bir neçə Qarabağ qazisi var. Hesab edirəm ki, qazilərin istisna hal kimi yerləşdirilməsi çətin hal deyil. Dövlətimizin bu günkü büdcəsi, iqtisadi inkişafı imkan verir ki, sosial təminatı zəif olan Qarabağ qazilərinin mənzil-məişət, məşğulluq problemi həll edilsin. Çünki bizim kimi insanlar respublikamızın ərazi bütövlüyü və müstəqiliyi uğrunda sağlamlığından, həyatından keçmiş vətəndaşlardır.  

Dövlət başçısı hər çıxışında deyir ki, ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğüruda canını fəda etmiş şəxslər ən yüksək təminatla təmin olunmalıdırlar. Onlar fərqləndirilməli, gənclərimizin vətənpərvərlik ruhunda böyüməsinə Qarabağ qazilərinin həyatı örnək olmalıdır. Hesab edirəm ki, məmurlar da bu çıxışdan nəticə çıxarmalıdır.

- “Mina Qurbanlarının sosial-iqtisadi problemlərinin həllinə kömək” İctiamai Birliyinin sədrisiz. Təşkilat rəhbəri olaraq əlillərin sosial təminatı sizi qanə edirmi? 

- Bir təşkilat rəhbəri olaraq əlillərin penisiya təminatı məni qane etmir. Dövlətimizin iqtsadi inkişaf göstəriciləri imkan verir ki, əlillər bir necə dəfə yüksək müavinətlə təmin olunsunlar. Nümunə üçün özümü göstərim. Mən təkəm, yəni ailəm yoxdur. Aldığım müavinət məni təmin etmir. Bir neçəfərdən ibarət olan əlil ailələri var. Bəs, onlar? Prezident tərəfindən Qarabağ qazilərinə verilən təqaüd birinci qrupa 100 manat, ikinci qrupa 75 manatdır. Pensiya isə, ikinci qrup üçün 140 manat verilir. Bu müavinətlə, pensiya ilə hazırkı bazar şərtləri ilə yaşamaq çox çətindir. Mən Qarabağ qazisi olaraq bu müavinətdən utanıram.

- “Mina Qurbanlarının sosial-iqtisadi problemlərinin həllinə kömək” İctimai Birliyi hansı zərurətdən yarandı?

- 2004-cü ildə minadan zərərçəkmiş kimi Cenevrəyə dəvət almışdım. 14 gün orada təlimlərdə, seminarlarda iştirak elədim. Təşviq olunurdu ki, bu insanlar cəmiyyətə inteqrasiya olunsunlar. Bildiyiniz kimi minanın zərəri insan sağlamlığı üçün təhlükəlidir. Bundan zədə alanlar həmişə stresdə, şokda olurlar. Müəyən zamanlarda bu insanlar intihar etməyə də cəhd edir. Bütün silahlar zərərlidir. Ancaq mən hər zaman bildirirəm ki, mina atom kimi insan həyatı üçün çox təhlükəlidir. 
Mən də qərara aldım ki, Azərbaycana dönən kimi belə bir təşkilatın yaradım və müharibə, eləcə də atəşkəs vaxtında olan itkilərin gerçəkliyini dünya ictimaiyyətinə çatdırım. 2004-ci ildən təşkilatı təssis etsəm də, uzun sürən süründürməçilikdən sonra 2007-ci ildə Ədliyyə Nazirliyi qeydiyyata aldı.

Hazırda Avropa Komissiyasının Şərq Tərəfdaşlığı Proqramının Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platformasının üzvüyəm. 

Ramid İBRAHİMOV

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]