Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Gəncə batalyonunun “Malış” ləqəbli döyüşçüsünün həyat hekayəsi - FOTO

Gəncə batalyonunun “Malış” ləqəbli döyüşçüsünün həyat hekayəsi - FOTO
Bölmə :
Cəmiyyət
Yayım tarixi :
12/12/2015 [15:25]
Baxılıb :
7172 dəfə

Müsahibimiz Qarabağ müharibəsinin qızğın vaxtlarında, 15 yaşında könüllü cəbhəyə yollanan Dəmirov Razim Təbiyyət oğludur. İlk dəfə olaraq “Zaman-Azərbaycan” qəzetinə müsahibə verən birinci Gəncə batalyonunun “Malış” ləqəbli döyüşçüsü Razim bir sıra mətləblərə aydınlıq gətirdi.

 
- Razim bəy, ilk dəfə olaraq bizimlə müsahibəyə razılıq verdiyinə görə təşəkkür edirik.

- Mən təşəkkür edirəm ki, yada salırsınız.

- Özünüz haqda oxucularımıza məlumat verərdiniz.

- Mən Dəmirov Razim Təbiyyət oğlu 22.03.77-ci ildə Şəmkirin İrmaslı kəndində anadan olmuşam. Ailədə 4 uşaq olmuşuq. Mən ailənin sonbeşiyi idim.

- Necə oldu ki, cəbhəyə yollandınız? Bu istək haradan yarandı?

- Ailədə bu ruhda tərbiyə almışam, bir qardaşım 16 yaşında döyüşə gedib. Bir şəhid vermişik. Həm də orta məktəbdə tarix müəllimim, cəbhədə komandirim olmuş rəhmətlik Mehman Ələkbərov o zaman öz şagirdləri ilə bu mövzuda çoxlu söhbətlər aparırdı. Mən o zaman azyaşlı olsam da, ön cəbhəyə getməyə qərar verdim və “Yevlax Avtovağzalı” deyilən ərazidən birbaşa cəbhəyə yollandım. Geri qaytarmaq istədilər, ancaq çox çətinlikdən sonra məni orada saxladılar. Bir müddət təlim gördükdən sonra orada qaldım. 1992-ci ilin əvvəlləri idi. Bir müddət keçdi, eşitdim ki, atam gəlib məni aparmağa. Zabitlər atama dedilər ki, halal olsun, belə övlad böyütmüsünüz, sanki döyüşmüş kimidir, qayıtsın evə. Mən qayıtmaq istəməsəm də, atamı tək buraxmadım, evə döndüm. Ancaq Xocalı faciəsindən sonra yata bilmədim. Gecə məktub yazıb evdə qoydum. Yazmışdım ki, elə bilin 4 övladınızdan biri yoxdur. O zaman bir qardaşım hərbi xidmətdə idi. Eşitmişdim ki, Mehman Ələkbərov batalyon yaradıb, adı birinci Gəncə batalyonu idi. Öncə 140-dan çox üzvü var idi. Batalyon əsasən Tərtər bölgəsində döyüşlərdə iştirak edib. Mehmanın batalyonunda olanda məni gördü, sevindi. Bir müddət orduda əsgərlərə kömək etdim, sonra aktiv döyüşlərə başladım.

- Cəbhədə səndən başqa azyaşlı var idimi?

- Mən olan bölgədə yox idi. Əsasən, 18 yaşlılardan ibarət idi. Mən tək idim.

- Deyilənə görə, o zaman heç bir təlim keçmədən gənc əsgərləri və könüllüləri döyüşə aparırdılar, sizdə də belə oldumu?

- Bizdə təlimə ehtiyac yox idi, batalyonumuzdakılar əsasən Əfqanıstanda vuruşmuş təcrübəli döyüşçülər idilər.

- Silah-sursat və təchizat necə idi?

- Silah və texnika çatışmazlığı var idi, düşmənlər isə bizdən həm mövqe, həm sursat cəhətdən üstün idilər, ancaq döyüş ruhu bizdə yüksək idi. Bizdən başqa “Qurtuluş” və digər batalyonlar da Tərtər ərazisində vuruşurdular.

- İlk döyüşün haqda fikirlərin maraqlıdır.

- Çox çətin döyüş oldu. Düşündüyüm kimi rahat olmadı. 1992-ci ilin mart-aprel ayları idi. Söhbət birinci Marquşevan döyüşündən gedir. İtkilər hər iki tərəfdən oldu. Onlardan əsir aldıqlarımız var idi. Sonra danışıqlar oldu, 3 erməni verdik, 14 şəhidimizi qaytardılar. Cəsədlər tikə-tikə doğranmışdı. Traktorla gətirdilər, heç birini tanıya bilmədik. İlk döyüşümüz belə olub.

- Bu vəziyyətdən sonra evə qayıtmaq haqqında düşündünmü?

- Əksinə, daha da nifrətim artdı. Qisas haqda düşünürdüm.

- Neçənci ilədək döyüşdün?

- 1993-cü ilin may ayına kimi döyüşdüm, ancaq ondan əvvəl Gülüstan tərəfdə yaralandım, 15 gün qospitalda qaldım sonra çıxdım.

- Ermənilərin məşhur “Arabo” batalyonu ilə döyüş haqqında məlumat verərdin.

- Mehman Ələkbərov hazırlayırdı planları. Birinci döyüşdən təxminən 1 ay sonra oldu bu döyüş. Sarıtəpə yüksəkliyi, Aşağı Çaylı, Yuxarı Çaylı deyilən yerlərdə oldu təxminən. “Arabo”yla döyüşdən əvvəl bir neçə kənd geri qaytardıq. Bizim qaldığımız bir neçə yer bir gün ərzində vuruldu. Həmin gün 3 obyektimiz vurulmuşdu. Tam dəqiq koordinatları vurmuşdular. Kəşfiyyatçılarımızdan Məqsəd, Elman və digər yoldaşlarımız erməni dilini sərbəst bilirdilər, məlumatı onlar gətirirdilər. Onlar “Arabo”dan da məlumat gətirmişdilər. Yerləri təyin olunmuşdu, onların hücum planı haqqında məlumat verdilər. Döyüşdən 3 gün öncə hazırlığımız oldu. Bir gün öncə kiçik döyüş oldu. “Üzüm bağı” deyilən tərəfdən, kanalın kənarından olan mövqeyimizdən bir saata yaxın döyüş oldu. Hücum elədilər, 35 nəfərə yaxın mövqedə qaldıq. Pusquya salıb, yerimizi dəyişdik və onların arxasına keçdik. Mən, Mehman və Elman (şəhid olub) kanaldan 100 metr qarşıya getdik və təpədən müşahidə etdik. Təpənin arxasından baxanda ağaclıqda bir neçə erməni gördük. Tərəddüd etsəm də Elman bildirdi ki, ermənilərdir. Onları məhv etdik. Daha sonra digər döyüşçülərlə açıq döyüşə girdik. Ancaq avtomat və pulemyotlardan istifadə edirdik. Həmin an biz 35 nəfər olsaq da, 124-dən çox “Arabo” döyüşçüsü öldürdük. Bizdən bir yaralı oldu. Ermənilər bir neçə yüksəkrütbəli zabitin meyitini götürə bilmişdilər, sağ qalan digər bir neçə döyüşçü isə qaçdı.

- Digər erməni döyüşçülərin cəsədləri və götürülmüş qənimət necə oldu?

- Ekskavator çağırıldı, cəsədlər qazılıb basdırıldı, silahlar aidiyyəti üzrə təhvil verildi.

- Ağdərə döyüşünü necə xatırlayırsan?

- “Arabo” ilə döyüşdən sonra Ağdərə döyüşü oldu. Bu döyüş çox ağır keçdi. Mehman müəllim batalyonu iki yerə böldü. Tək bizim batalyon deyildi, Ağdərəyə bir neçə mövqedən hücuma keçməli idik. Texnika köməyinin gələcəyini demişdilər. Bizə aid orada UAZ, QAZ-66, hərbi-tibbi yardım maşını var idi. Maşınlarımızın içində əsgərlər var idi, biz oturub yardım gözlədiyimiz anda bir tank mövqeyimizə daxil oldu. Şübhələndik ki, axı bizə yardım üçün texnika çox gəlməli idi, niyə bir tank göndəriblər. Biz vəziyyəti anlamamış tank atəş açdı, QAZ-66 maşınındakı əsgərlərimiz həlak oldular. Daha sonra həmin tank atəş aça-aça sürətlə uzaqlaşdı. O gün 50-yə yaxın itki oldu. Vura bilmədik həmin tankı o gün. Hadisənin şokundan bir neçə gün özümə gələ bilmədim. Sonra həmin tank vuruldu - ikinci döyüşdə. Deyilənə görə, həmin tankı rus zabiti idarə edirmiş.

- Bəs sən özün harada yaralandın?

- Sarıtəpə və Ağdərədə ayağımdan qəlpə yarası aldım.

- Başqa döyüşlərdə də iştirak etdinmi?

- Sonra Sərsəng su anbarı uğrunda döyüşlər oldu, Xankəndiyə kimi getmişdik. Görürdük Xankəndini.

- Düşmən tərəfdən vuruşanların cəsədləri arasında xarici döyüşçülər var idimi?

- Bir dəfə onlardan ikisini öldürdük. Biri zənci, biri rus idi. Qızlar da var idi.

- Sənə indiyə kimi nə qaranlıq qalıb o zamandan?

- İndiyə kimi məni düşündürən odur ki, o qədər şəhid verdik, ərazi aldıq, Xankəndiyə kimi getdik, ancaq niyə itirildi o ərazilər. Biz, sözün həqiqi mənasında, döyüşürdük.

- Döyüşlərdən sonra evə qayıtdın, bəs nə ilə məşğul oldun?

- Qayıtdım, orta təhsilimi bitirdim. Müalicə aldım bir neçə il. Qiyabi olaraq Kənd Təsərrüfatı Universitetini bitirdim.

- Bəs bu gün nə işlə məşğulsan?

- Qardaşlarımla birgə Rusiyada və vətəndə bizneslə məşğul oluram.

- Ailəlisən, övladlarına və gənclərə tövsiyən nədir?

- Mən övladımı vətənə layiq övlad kimi böyütməyə çalışıram, tərbiyəni bu ruhda verirəm və gənclərə də tövsiyəm bu vətənin, dövlətin qədrini bilsinlər. Cənab Ali Baş Komandanın və hörmətli nazirimiz Zakir Həsənovun verəcəyi əmrləri yerinə yetirməyə hazır olsunlar.  

Nofəl Salmanov

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]