Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Bakıda müasir istixana kompleksi: Hər il burada 3 milyona yaxın bitki yetişdirilir

Bakıda müasir istixana kompleksi: Hər il burada 3 milyona yaxın bitki yetişdirilir
Bölmə :
KİVDF
Yayım tarixi :
11/12/2015 [22:55]
Baxılıb :
1679 dəfə
Azərbaycanlı tələbənin Oksford Universitetində biomüxtəliflik ixtisası üzrə təhsil alması ilə bağlı razılıq əldə olunub

(Əvvəli ötən sayımızda)

Qeyd etdiyimiz kimi, Leyla Əliyeva 2014-cü il noyabrın 14-də Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin (İUCN) Sidney şəhərində keçirilən Ümumdünya Parklar Konqresinin plenar sessiyasında çıxış edib. Sessiyada Leyla Əliyeva Azərbaycan haqqında, həmçinin IDEA İctimai Birliyinin fəaliyyəti ilə bağlı sualları da cavablandırıb. Sessiyada Cənubi Afrika Respublikasının keçmiş prezidenti, Nobel Sülh Mükafatı laureatı Nelson Mandelanın nəticəsi Luvuyo Mandela, Beynəlxalq Qoruqçular Federasiyasının Prezidenti Şon Vilmor da çıxış ediblər.

Noyabrın 14-də Leyla Əliyeva Ümumdünya Parklar Konqresi çərçivəsində bir sıra ikitərəfli görüşlər də keçirib. Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin (İUCN) baş direktoru xanım Culiya Marton-Lefevre ilə görüşdə o, təsisçisi olduğu IDEA-nın Azərbaycanda və regionda təbiətin mühafizəsi, Qafqaz regionunun zəngin flora və faunasının qorunması, təhlükə altında olan vəhşi təbiətin, o cümlədən nadir heyvanların mühafizəsi istiqamətində həyata keçirdiyi layihələr haqda məlumat verib. Leyla Əliyeva IDEA İctimai Birliyinin təsis edildiyi dövrdən etibarən IUCN ilə həyata keçirdiyi birgə layihələri və səmərəli əməkdaşlığı yüksək qiymətləndirərək bu tərəfdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Culiya Marton-Lefevre IDEA-nın fəaliyyətini nümunəvi adlandırıb, həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıb. Daha sonra Leyla Əliyeva Məhəmməd Bin Zayed Mühafizə Fondunun Baş direktoru, Abu Dabi Ətraf Mühit Agentliyinin Baş katibinin müşaviri Frederik Launay ilə görüşüb. Görüşdə Leyla Əliyeva əlverişli coğrafi mövqeyə malik Azərbaycanın zəngin təbiəti, eləcə də ölkədə yaradılan milli parklar və qoruqlar barədə, IDEA İctimai Birliyinin Azərbaycanın, həmçinin Qafqaz regionunun təbiətinin mühafizəsi sahəsindəki fəaliyyəti haqda məlumat verib.

6 aylıq hesabat

17 dekabr 2014-cü ildə Leyla Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və IDEA tərəfindən həyata keçirilən “Ağacların kəsilməsinə yox!” proqramının 6 aylıq hesabatı dərc olunub. Bu proqrama əsasən, qanunsuz ağac kəsilməsi halları ilə rastlaşan vətəndaşlar “Təbiətə təcili yardım” qaynar xətti (bütün mobil operatorlardan və şəhər nömrələrindən - 1113) vasitəsilə şikayətlərini IDEA İctimai Birliyinə çatdırırlar. Daxil olan şikayətlər əsasında hadisə yerinə yollanan IDEA-nın xüsusi mobil qrupu hadisəni yerində araşdırır, qanun pozuntusu barədə əlavə sübutlar, foto və video materiallar toplayaraq, müvafiq dövlət qurumları ilə birlikdə lazımi tədbirlər görür.

2014-cü ilin 6 ayı ərzində qanunsuz ağac kəsilməsi halları ilə bağlı IDEA-ya Bakı və Sumqayıtdan ümumilikdə 78 müraciət daxil olub. IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hər bir müraciətə ayrı-ayrılıqda baxılıb, faktlar müvafiq qaydada sənədləşdirilib. Kəsilmiş ağaclarla bağlı şikayətlər haqda geniş məlumat, eləcə də hadisə yerində çəkilmiş fotoşəkillər və rəsmi qurumlardan daxil olmuş sənədlər anket formasında hazırlanaraq, IDEA İctimai Birliyinin internet səhifəsində  (http://ideacampaign.org/first_aid_to_the_nature/) yerləşdirilib.

Aşkar edilmiş faktlar üzrə qanun pozuntusuna yol vermiş fiziki və hüquqi şəxslərə qarşı aidiyyəti qurumlar tərəfindən akt və protokollar tərtib olunaraq inzibati cərimələr tətbiq edilib, zəruri tədbirlərin görülməsi üçün şəhər, rayon icra hakimiyyətlərinin müvafiq qurumlarına, hüquq mühafizə orqanlarına rəsmi müraciətlər göndərilib. 

Paytaxtda növbəti ağacəkmə aksiyası

Cari il aprelin 24-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakı şəhəri, Səməd Vurğun küçəsi 109 ünvanında məhv edilmiş 16 ağacın yerində 21 ədəd böyük ağac əkilib. Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən dəstəklənən ağacəkmə aksiyasına paytaxtın müxtəlif yerlərindən 100-dən çox gənc qoşulub. Tədbir zamanı bildirilib ki, Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin birgə layihəsi olan “Ağacların kəsilməsinə yox” proqramı çərçivəsində son bir ildə Bakı şəhərində qanunsuz ağac kəsilməsi ilə bağlı vətəndaşlardan daxil olmuş 125 şikayətə baxılıb və onların müsbət həlli istiqamətində işlər görülüb. Proqramın uğurlu icrası nəticəsində paytaxtda yaşıllıqların məhv edilməsi hallarının əhəmiyyətli dərəcədə azalması müşahidə olunur.

Bir milyonuncu ağac

2015-ci il mayın 12-də “Yaşıl Marafon” layihəsi çərçivəsində Xəzər rayonunun Zirə qəsəbəsində bir milyonuncu ağac əkilib. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tədbirdə iştirak edib. Əvvəlcə Leyla Əliyeva IDEA İctimai Birliyinin dəstəyi ilə Zirədə tikilmiş müasir istixana kompleksi ilə tanış olub.

Kompleksdə Azərbaycanda nadir rast gəlinən və idxal olunan ağac və bitki növləri yetişdirilir. Sahəsi 20 hektar olan kompleksdə 100 nəfərdən artıq işçi çalışır. Hər il burada 2-3 milyon bitki və gül kolu yetişdirilir. 500 gül növünün yetişdirildiyi istixana 6 bölmədən ibarətdir. Bu bölmələrdə toxumlar və şitillər becərilir, o cümlədən xəstə bitkilər müalicə olunur. Sonra Leyla Əliyeva ağacəkmə aksiyasında iştirak edib. O, “Yaşıl Marafon” layihəsi çərçivəsində bir milyonuncu ağacı əkib.

Ağacəkmə aksiyası çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə ümumilikdə bu ərazidə IDEA İctimai Birliyinin 100-ə yaxın könüllüsü tərəfindən 5 min ağac əkilib. Leyla Əliyeva yaradılmaqda olan IDEA ekoparkı ilə də tanış olub, burada Azərbaycanda nəsli kəsilməkdə olan heyvanlar üçün yaradılmış şəraitlə maraqlanıb.

IV Beynəlxalq “Tullantıdan sənətə” sərgisi

Bu il iyunun 14-də “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda IV Beynəlxalq “Tullantıdan sənətə” sərgisinin və “Tullantıdan sənətə” muzeyinin açılışı olub. Mərasimlərdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib.

Sərgidə 17 ölkədən 23 incəsənət nümayəndəsinin məişət tullantılarından istifadə edərək hazırladıqları sənət əsərləri yer alıb. Sərgi Heydər Əliyev Fondunun təşəbbüsü, “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı, IDEA İctimai Birliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və “Q Gallery” incəsənət qalereyasının dəstəyi ilə reallaşdırılıb. Sərginin məqsədi tullantılara dəyər qazandırmaq, onlarla rəftarda məsuliyyətli yanaşmanı təbliğ etməkdir.

İyunun 14-də Qala qəsəbəsində “Tullantıdan sənətə” muzeyi də açılıb. Hər il bir neçə gün nümayiş olunan, həmçinin əvvəlki illərdə keçirilmiş “Tullantıdan sənətə” sərgilərində nümayiş olunmuş əsərlər bu muzeydə təqdim ediləcək.

Vəhşi Təbiətin Mühafizəsi Təşkilatının direktoru ilə görüş

21 oktyabr 2015-ci ildə Leyla Əliyeva Oksford Universitetinin Zoologiya Departamenti nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Mühafizəsi Təşkilatının (WildCru) direktoru professor Devid Makdonald və həmin təşkilatın elmi işçisi Don Burnhem ilə görüşüb. Görüşdə Leyla Əliyeva IDEA İctimai Birliyinin fəaliyyəti, xüsusilə də Azərbaycanın endemik fauna növlərinin mühafizəsi və bərpası sahəsində təşəbbüsləri barədə geniş məlumat verib. Qeyd olunub ki, IDEA İctimai Birliyi tərəfindən həyata keçirilən “Ceyranların tarixi yaşayış məskənlərinə reintroduksiyası” layihəsi çərçivəsində 150 baş ceyran Azərbaycan və Gürcüstan ərazilərindəki təbii yaşayış areallarına buraxılıb.

Bundan əlavə, IDEA İctimai Birliyi beynəlxalq və yerli tərəfdaşları ilə birlikdə Azərbaycanda bəbirlərin sayının bərpası layihəsi üzərində çalışır. Leyla Əliyeva bu ilin oktyabr ayının əvvəlində Astara rayonu ərazisində bəbir öldürülməsi xəbərindən məyus olduğunu bildirib. Həmin hadisə bu nadir fauna növünün mühafizəsinin gücləndirilməsi zərurətini bir daha sübut edib.

Professor D. Makdonald IDEA-nın fəaliyyətini izlədiyini və təqdir etdiyini bildirib. O qeyd edib ki, WildCru dünyanın 6 qitəsində nəsli kəsilmək təhlükəsi ilə üzləşən heyvan növlərinin tədqiq edilməsi və mühafizəsi layihələrini həyata keçirir. Fəaliyyət göstərdiyi 30 il ərzində WildCru vəhşi təbiət sahəsində dünyanın ən qabaqcıl elmi-tədqiqat mərkəzinə çevrilib. Görüşdə IDEA və Oksford Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib. Bu xüsusda, bir azərbaycanlı tələbənin gələn il Oksford Universitetində biomüxtəliflik ixtisası üzrə təhsil alması ilə bağlı razılıq əldə olunub.

Şagirdlər üçün “ustad dərsləri”

Oktyabr 22-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” ASC tərəfindən reallaşdırılan “Təmiz Qala” layihəsi çərçivəsində Bakının Qala qəsəbəsində yerləşən 323 nömrəli məktəbdə şagirdlər üçün “ustad dərsləri” keçirilib. “Ustad dərsləri”ndə şagirdlərə tullantıların azaldılması və təkrar istifadəsi vərdişləri aşılanıb, həmçinin lazımsız hesab edilən materiallardan yararlı və faydalı əşyalar hazırlanmasının mümkünlüyü izah edilib.

Bundan əlavə, Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” ASC-nin həyata keçirdiyi “Təmiz Qala” pilot layihəsi çərçivəsində Bakının Qala qəsəbəsində tullantıların toplanması fərqli üsulla aparılır. Məişət tullantıları əhalinin də iştirakı ilə çeşidlənərək yığılır, tullantıların yığılması və daşınması prosesində son texnologiyadan istifadə olunur. “Təmiz Qala” layihəsi çərçivəsində qəsəbədə dispetçer xidməti və loqistika və planlaşdırma mərkəzi də yaradılıb.

ÜMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]