Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Robot, gəl evlənək!

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
10/12/2015 [00:22]
Baxılıb :
1394 dəfə
10 dekabr Beynəlxalq İnsan Hüquqları gününə ithaf edilir

Dənizə tökülən qərənfillər yenə də millətin göz yaşlarını, dərin hüzn duyğularını simvolizə etmək ağırlığını üstünə götürdü. Yenə də insan hüquqlarından, haqsızlıqlardan danışdıq. Lap yerinə düşdü, axı hər il dekabrın 10-da bütün dünya insanın da hüquqları barədə uca kürsülərdən səslənir.
Bu gün 1948-ci ildə BMT-nin Baş Assambleyası İnsan hüquqları bəyannaməsini  qəbul etdi. 50-ci ildən etibarən  insan hüquqları hamılıqla qeyd edilən bayramlara aid edildi. Hər il bu gün müxtəlif şüarlar altında keçirilir. Bu ilin şüarı belədir: "Bizim hüquqlarımız. Bizim azadlıqlarımız. Həmişə".  Necə yəni həmişə? Yəni həmişə elə belə də olacaq, yoxsa?... Adam belə ciddi məsələlərdə alimlərin, başbilənlərin fikrini eşitmək istər. Gələcəkdə necə olacaq, hər il Novruzda qapımızı pusan Həmişəbelə təzə nələri görəcək, hansı yeniliklərdən çənəsi düşəcək? Alimlərsə lap ağzına gələni danışır.

Maastrixt Universitetinin (Niderland) məzunu Devid Levi ("Süni partnyorlarla intim münasibətlər" mövzusunda dissertasiyaya görə fəlsəfə doktoru elmi dərəcəsini alıb) "Robotlarla sevgi və seks" kitabında yazır ki, hesablamalara görə 2017-ci ildə insanabənzər robotlar - androidlərlə seks, 2050-ci ildə isə nikah cəmiyyət üçün adi hadisə olacaq. Bir şey qalmayıb ki”¦ İnsan hüquqları günündə mütləq bu barədə söhbətləşməliyik. 

Robot texnikası sahəsində tədqiqatların İnternetdə elmi şəbəkənin əsasını qoymuş Henrik Kristensenin verdiyi proqnoza görə yüksək texnologiyaların parlaq nəticələrini nəzərə almaq şərtilə yaranacaq robotları tezliklə insandan ayırmaq mümkün olmayacaq. Bu robotlar o qədər yumşaq, toxunduqda ləzzət verə bilən olacaq ki, insanlar robotla sevişməyə də başlayacaq. Ola bilər arada sevgi və evliliyə aparan möhkəm bağlılıq da əmələ gəldi. Bu tip fikirlər səslənəndə alimlərdən kimsə etiraz edib "Ola bilməz!" demir. Hamı razıdır ki, proses insanın robotla sevişəcəyi ana qədər gedib çıxacaq. Ekspert rəyinə görə cəmiyyət əvvəl ağız büzüb ikrah hissi keçirəcək. Amma bu, "Mən robotla sevişdim, hər şey əla idi!" adlı yazıların sosial şəbəkə və nüfuzlu jurnalların üz qabığına çıxana qədər çəkəcək. Əvvəl androidlərlə vətəndaş nikahları, sonra isə hökumətin razılığı ilə ailələr yaranacaq.

Məsələnin dərinliyinə baş vursaq görərik ki, bu sahədə yeniliklər nəhəng addımlarla irəliləyir. Artıq gülüb danışan, skripka çala bilən, nəfəs alətlərində mahir ustadlıq göstərən robotlar var. Beyin komandaları ilə hərəkət edən robotlar da çoxdan var, onlara bircə müvafiq görkəm vermək işi qalır. İnsan və kukla arasında sevişmə məsələsinə gəlincə isə seks-şoplarda satılan  rezin kuklalar bəlkə də bizim nənələrimizlə yaşıd olar. Belə kuklaları satmaqla milyonçu olmuş onlarla şirkətlər olduğundan "İnsan robotla sevişməz!" məsələsində çox da dirəşmirik. Əlbəttə, rezin kukla nə sənin başını tumarlaya, nə halını soruşub təsəlli verə, nə də vəziyyətini duyub nəticə çıxara bilməz. Amma əgər həqiqətən belədirsə niyə pornosaytların virtual "məşuqələr"i real videolarla rəqabətə girə biləcək qədər reytinqlidir? Bəzən sevişmə aktını imitasiya edən onlayn oyunlar ağlasığmaz miqdarda istifadəçi yığır. Tələb varsa, bazarın nəbzini tutanlar niyə də pul qazanmasın?

Yaponlar bu məsələdə də birinciliyi əldən verməyib androidlərə elə göyçək görkəm verib ki, adamın lap bu robotları tumarlamağı gəlir. Silikon dövrünün insanları özünü darıxmağa qoymaz. Alimlər forsla deyir ki, androidlər intiharın nə olduğunu heç vaxt bilməyəcək, amma qalan hissləri ola bilər tədricən öyrənəcəklər. Belə çıxır ki, androidlərin hüquqları ilə problemləri olmayacaq və onlar insanlar kimi ildə bir günü öz hüquqlarının qorunmasına ayıra da bilməyəcək. İnsanlar yenə də qəddarlıq elədi, bu dəfə robotlara qarşı.

Bu gün robotlar oxuyur, yazır, gülümsəməyi, sığallamağı, hətta zarafatlaşmağı öyrənib artıq intellekt yığmaqla məşğuldu. Ola bilər nə vaxtsa insan androidə qarşı həqiqi hisslər keçirəcək qədər tənha olacaq. Alimlər mütləq bu tənhalıq aktından istifadə edib adamabənzər robotlarla yatağımıza soxulacaqlar. Məsələdən sensasiya qoxusunu göydə tutan jurnalistlərsə sualı başqa cür qoyur: Necə ola bilər ki, yüksək intellektli androidlər heyvan növündən çox da uzağa getməmiş insanla sevişmək istəyər?  Yaxud "Kökəlib donuza oxşayan sahibini sevməyə məcbur edilmiş androidin hüquqlarını qoruyaq!" adlı şüarla nümayişə çıxanların da olacağı gözlənir. Seks qulları kimi istismar edilən androidlərin zorakılığa məruz qalmağının qarşısını alan yolları axtarıb tapacaq və yəqin ki, hüquqlarını necəsə qoruyacaqlar. "Robotla seks pornoqrafiya deyilmi?" sualına isə əlbəttə ki, qətiyyətlə "Yox" cavabını verəcəklər. 

Süni intellektin cəmiyyətin bir parçası olacağı günə hazırlaşın. Artıq qanunlar toplusu hazırlanır. Kişi və qadının bir-birinə qarşılıqlı iradlarını təsvir edən zarafatyana esselər məşhurdur: "Niyə xiyar kişidən yaxşıdır?", "Niyə pivə qadından yaxşıdır?" suallarının  "Xiyar səhər yeməyini yatağa gətirməyi, özü kimi balaca xiyarları doğmağı tələb etmir",  ya da "Başqa pivə ilə olarkən öz pivən səni səbrlə maşında gözləyə də bilər. Pivə münasibətləri rəsmiləşdirməyi tələb etmir" kimi məzəli cavablar olurdu. Xiyar və pivə əvəzinə robot android yazan kimi süni intellektin üstünlükləri aydın olur. 

Androidin mənə deyəcəyi evlilk təklifini nə vaxisa eşidəcəyimə inanmıram. Ola bilər, android ərlə adam axşamlar darıxmaz. Axşam yeməyindən sonra ortalığı yığışdırıb "canlı" ərlə mümkün olmayanı edər, məsələn, oynamalı bir hava qoyub dingildəmək də olardı. Bir vaxtlar elmi fantast Ayzek Əzimovun yazdıqlarını yalnız arzulamaq olardı. Amma elə o da yazırdı, robot insanın ürəyini sındıra, ya da sakitcə durub insanın əzabdan inciməyinə baxa bilməz.

Belə bir gün gəlsə yəqin ki, dənizin içində külək və dənizin aramsız "valsı" altında işləməyə insanları yox, robotları göndərəcəklər. Onlara hüquqlarından əvvəl özünü qorumağı, işi təhlükəsiz təşkil etməyi, operativ olub qəzanın qarşısını dərhal almağı da mütləq öyrədəcəklər. Çünki robot bahadır, çətin başa gəlir, sıradan çıxırsa əvəzini ödəmək lazım deyil və uşaqlarının gözünü yolda qoymur. Androidə görə dənizi qərənfillərlə bəzəmirlər. 

P.S. Mənim həyatımın bir parçasını zəbt etmiş android telefonuma artıq bir qədər şübhə ilə baxmağa başlayıram. Arabir havanın temperaturunu mən ondan soruşmamış deyirsə  narahat olmağa əsasım var görəsən?

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]