Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

10 min ailəyə İslam İnkişaf Bankının xətti ilə ət payı verilib

10 min ailəyə İslam İnkişaf Bankının xətti ilə ət payı verilib
Bölmə :
KİVDF
Yayım tarixi :
24/1/2013 [10:33]
Baxılıb :
966 dəfə
Qaçqın və məcburi köçkünlərdən daxil olmuş müraciətlər əsasında 32 ailəyə humanitar yardım göstərilib

Azərbaycan Respublikasında qaçqın və məcburi köçkünlərə göstərilən dövlət qayğısı çərçivəsində, hansı işlərin görülüb? Dövlət bu təbəqədən olan vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması məqsədilə nə kimi tədbirlər həyata keçirib. Bu suallara cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən aşağıdakı məlumatı əldə etdik.  

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»nın, həmin Dövlət Proqramına Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Əlavələr»in icrası, 2007-ci il 4 sentyabr tarixdə Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı keçirilmiş müşavirədə Ölkə başçısı tərəfindən qarşıya qoyulmuş vəzifələrin, habelə bu sahədə mövcud olan normativ-hüquqi sənədlərin yerinə yetirilməsi ilə əlaqədar 2011-ci il ərzində aşağıdakı işlər görülmüşdür:

- Mayın 4-də Baş nazirin müavini- Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri tərəfindən “Əl-Cəzirə” telekanalının müxbiri Robin Forestier-Walker və Nasyr Cakypbek Uulunə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, yaranma səbəbləri, bunun nəticəsində ölkədə yaranmış 1 milyondan çox qaçqın və məcburi köçkün problemi və onlara dövlət qayğısı barədə ətraflı məlumat vermişdir. 2011-ci il may ayının 19-20-də BMT-nin Qaçqınlar üzrə Ali Komissarı cənab Antonio Quterreş Azərbaycanda səfərdə olmuş Ağdam, Yevlax rayonlarında və Bakı şəhərinin Binəqədi rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşmüş, onların həyat şəraiti ilə tanış olmuşdur. Ali komissar Azərbaycanda məcburi köçkünlərin həyat şəraitlərinin yaxşılaşdırılması istiqamətində əldə olunmuş nailiyyətləri digər ölkələr üçün nümunə kimi qiymətləndirmiş və bildirmişdir ki, dünyanın digər münaqişə zonaları ilə müqayisədə Azərbaycan hər bir məcburi köçkünə il ərzində sərf olunan vəsaitin həcminə görə dünyada öndədir.

- Britaniya-Azərbaycan Parlament Qrupunun sədri Mark Fieldin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri mayın 26-da Azərbaycanda səfərdə olmuş və onlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəb və nəticələri, qaçqın və məcburi köçkünlərin mövcud vəziyyəti və onlara göstərilən dövlət qayğısı barədə məlumat verilmişdir. Nümayəndə heyəti mayın 28-də Bakı şəhəri Binəqədi rayonunda ağır vəziyyətdə yaşayan və yeni salınmış məhəllədə məskunlaşmış məcburi köçkünlərlə görüşmüş və həmin gün Komitə əməkdaşlarının müşaiyəti ilə Ağdam rayonuna səfər etmiş və cəbhə xəttinə yaxın hərbi hissədə olmuşlar.
- İyunun 8-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Azərbaycanda səfərdə olan Amerika Dünya İşləri Şuraları (WACA) analitik beyin mərkəzinin üzvlərinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizdə olan qaçqın və məcburi köçkünlərin problemləri və onlara dövlət qayğısı barədə məlumat vermişdir.
- İyunun 16-da Azərbaycanda səfərdə olan Avropa İttifaqının üzv ölkələrinin və Avropa Komissiyasının nümayəndələrindən ibarət heyət Bakı şəhəri Binəqədi rayonunda ağır vəziyyətdə yaşayan və yeni salınmış məhəllədə məskunlaşmış məcburi köçkünlərlə görüşmüşlər.
- İyunun 20-də Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının, BMT-nin QAK-ın Azərbaycandakı Nümayəndəliyinin təşkilatçılığı ilə «20 iyun Dünya Qaçqınlar Günü»nə, BMT-nin Qaçqınların Statusu haqqında 1951-ci il Konvensiyasının 60 illiyinin, Vətəndaşsızlıq hallarının azaldılması haqqında 1961-ci il Konvensiyasının isə 50 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri tədbirdə iştirak edən, xarici ölkələrin ölkəmizə akreditə olunmuş səfirlərinə, beynəlxalq təşkilatların nümayəndələrinə və digər iştirakçılara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizdə olan qaçqın və məcburi köçkünlərin problemləri və onlara dövlət qayğısı barədə məlumat vermişdir.
- Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri iyulun 5-də Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri, iyulun 15-də Avropa Parlamentinin üzvləri, iyulun 20-də Türkiyənin “Radikal”, “Hürriyyət”, “Todays Zaman”, “Zaman”, “Milliyyət” və “Haber Türk” kimi nüfuzlu qəzetlərinin nümayəndələri, iyulun 20-də Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Avropa Xalq Partiyasının (AXP) üzvləri, iyulun 27-də İspaniya Krallığının Deputatlar Konqresinin xarici əlaqələr komitəsinin sədri Xosep Antonio Duranın rəhbərliyi ilə Azərbaycanda səfərdə olan nümayəndə heyətləri ilə görüşmüş və onlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizdə olan qaçqın və məcburi köçkünlərin problemləri, onlara dövlət qayğısı barədə məlumat vermişdir.
- Ölkəmizə səfərləri çərçivəsində Avropa Parlamentinin üzvləri iyulun 16-da Ağdam rayonunda olmuş və məcburi köçkünlərlə görüşmüşlər.
- Avqustun 12-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri tərəfindən “Əl-Cəzirə türk” telekanalının müxbiri İrfan Bozana Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, yaranma səbəbləri, bunun nəticəsində ölkədə yaranmış 1 milyondan çox qaçqın və məcburi köçkün problemi və onlara dövlət qayğısı barədə ətraflı məlumat vermişdir.
- Ölkəmizdə səfərdə olan ABŞ konqresmenlərindən bir qrupunun köməkçilərinin daxil olduğu nümayəndə heyəti avqustun 17-də Bakı şəhəri Binəqədi rayonunda ağır vəziyyətdə yaşayan və yeni salınmış məhəllədə məskunlaşmış məcburi köçkünlərlə görüşmüşlər.
- Sentyabrın 8-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Fələstin dövlətinin Azərbaycandakı ilk fövqəladə və səlahiyyətli səfiri Nasir Əbdül Kərim Əbdürrəhmanla görüşmüş, ona Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bunun nəticəsində yaranmış qaçqın və məcburi köçkün problemi, bu təbəqədən olan soydaşlarımızın problemlərinin həllində dövlətin həyata keçirdiyi geniş miqyaslı tədbirlər barədə ətraflı məlumat vermişdir.
- Oktyabrın 13-də Argentina İslam Mərkəzinin üzvləri, oktyabrın 18-də Böyük Britaniya, Almaniya və İtaliyadan olan bir qrup jurnalistlərdən ibarət nümayəndə heyəti, Noyabrın 29-da Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin üzvü İvo Vayql, dekabrın 6-da Türkiyə Cumhuriyyətinin xarici işlər nazirliyi baş idarə rəisinin müavini, səfir Ahmet Rza Demirerin rəhbərlik etdiyi nümayəndə heyəti, dekabrın 9-da Avropa Parlamentində Fransanı təmsil edən deputatlar Dominik Rike və Filip Bulan ölkəmizə səfərləri çərçivəsində Komitə rəhbərliyi ilə görüşmüş, onlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizdə olan qaçqın və məcburi köçkünlərin problemləri barədə məlumat verilmişdir. Qonaqlar məcburi köçkünlərin məskunlaşma vəziyyəti ilə yerində tanış olmuşlar.
- Dekabrın 7-8-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri rəhbərlik etdiyi nümayəndə heyəti ilə BMT-yə üzv dövlətlərin nazirlər səviyyəsində hökumətlərarası tədbirində iştirak etmək məqsədi ilə Cenevrə şəhərində səfərdə olmuş və BMT-nin Qaçqınların statusuna dair 1951-ci il və Vətəndaşsızlıqla bağlı 1961-ci il konvensiyalarının əhəmiyyətindən danışaraq diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəltmişdir.
- Komitə üzrə 18 rayon (şəhər) icra hakimiyyətlərinə 812,5 min manat, qaçqın və məcburi köçkünlərdən daxil olmuş müraciətlər əsasında isə 32 ailəyə 6000 manat, cəmi 818,5 min manat məbləğində humanitar yardım, həmçinin 376 ədəd odeyal, 287 ədəd çadır verilmişdir.
- Qurban bayramı münasibətilə 10 min ailəyə İslam İnkişaf Bankının xətti ilə 37,3 ton ət payı verilmişdir.
- Komitənin nəzdində olan Aqrar Sənaye və Aqrar Fermer Təsərrüfatları tərəfindən 2011-ci ilin məhsulu üçün 136 ha sahədə taxıl səpini işləri aparılmış, 138 ton məhsul istehsal olunmuşdur. Həmçinin Sənaye, AS və AFT-da 900,0 min manatlıq sənaye malları istehsal edilmiş, 2012-ci ilin məhsulu üçün 50 ha sahədə taxıl səpini işləri aparılmışdır.
- 23990 şəxsə məcburi köçkün, 1 şəxsə qaçqın statusu və bu barədə müvafiq vəsiqə verilmişdir.
- Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mərkəzi Aparatında 9422 nəfər vətəndaş qəbul olunmuş, qaçqın, məcburi köçkünlərdən və müxtəlif təşkilatlardan daxil olmuş 45283 yazılı və şifahi müraciətə baxılmış, müraciətlərin 99,7 %-i icra olunub, 71,7 %-i müsbət həll edilmişdir.
- Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin qəbulunda 1004 nəfər qaçqın və məcburi köçkün, o cümlədən 154 nəfər fərdi qaydada , 850 nəfər isə kollektiv formada (5 kollektiv) olmuşdur.

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında hazırlanıb.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]