Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Sükan arxasında stress gündəlik problemə çevrilib

Bölmə :
Köşə
Yazar :
İskəndər Quliyev
Təqdimat :
“Qanunsuz parklama ilə mübarizə” ictimai hərəkatının rəhbəri
Yayım tarixi :
9/12/2015 [01:05]
Baxılıb :
1396 dəfə
Sürücüdən yol hərəkət qaydalarına əməl etməyi tələb etməkdən ötrü gərək əvvəlcə bunun üçün yollarda lazımi şərait yaradılsın

Son vaxtlar paytaxt yollarında yaranmış vəziyyət insanın sükan arxasında əyləşmək həvəsini əməlli-başlı öldürüb. Mərkəzi küçələrdə ucu-bucağı görünməyən tıxaclar, parklama ilə bağlı problemlər, yollarda sürücülük mədəniyyətinə və yol hərəkəti qaydalarına əməl olunmaması - bütün bunlar paytaxt sakinlərinin yaralı yeridir. Vəziyyət o həddə çatıb ki, ictimai nəqliyyatdan istifadə edən sərnişinlə şəxsi avtomobillə hərəkət edən mənzil başına eyni vaxtda çatır. 

Sözügedən problemə diqqət yetirdikdə insanda digər dövlətlərə, ələlxüsus da Avropa ölkələrinə qibtə hissi yaranır. Yollarımız genişliyinə, müasirliyinə görə həmin ölkələrdən geridə qalmasa da, sürücülük mədəniyyəti baxımından onlara çatmağımıza hələ çox var. Avropa ölkələrində qəza halları istisna olmaqla qalan vaxt ərzində küçələrdə yol polisi görmək mümkün deyil. Hər kəs qaydalara dəqiq riayət edir, idarə etdiyi avtomobillə deyil, avtomobili necə idarə etməsi ilə "kim" olduğunu isbatlamağa çalışır. Bu, həqiqətən belədir. Sükan arxasında əyləşmiş sürücü avtomobili idarə edərkən öz mədəniyyətini, başqalarının hüquqlarına necə yanaşdığını, dövlətin qanunlarına tabe olduğunu nümayiş etdirir. Daha bizdəki kimi dəqiqəbaşı güzgüdən baxıb dar yolda ziqzaqvari hərəkətlərlə "həyasızcasına" bir zolaqdan digərinə keçən avtoxuliqan axtarmaq məcburiyyətində qalmırsan. 

Təsəvvür edirsinizmi, gününün yarıdan çoxunu sükan arxasında keçirən iş adamı bu vaxt ərzində nə qədər gərginlik yaşayır, stress keçirir, neçə dəfə ölümlə üz-üzə gəlir? Sükan arxasına əyləşərkən insan evə sağ-salamat çatacağına belə şübhə edir. Digər tərəfdən, gündən-günə sərtləşdirilən cəzalar və məbləği artırılan cərimələr onları vahiməyə salır. Yol polisi görən sürücü sanki "əzrail" görmüş kimi necə olursa-olsun canını qurtarmağa çalışır. Düzdür, qaydanı pozan sürücü cəzalandırılmalıdır və bu cəzalar yetərincə sərt olmalıdır. Amma gəlin, etiraf edək ki, yol hərəkəti qaydaları ilə bağlı bu qədər problemin olduğu Bakıda yox...

Məsələ burasındadır ki, sürücüdən yol hərəkəti qaydalarına əməl etməyi tələb etməkdən ötrü ilk növbədə yollarda bunun üçün lazımi şərait yaradılmalıdır. Nə qədər ki, mövcud problemlər həll olunmamış qalacaq sürücüləri cəzalandırmaqla heç bir nəticə əldə etməyəcəyik. Elə başlayaq hər gün üzləşdiyimiz qanunsuz parklamadan. 

Bir görün bircə avtomobilin qadağan olunmuş yerdə park edilməsi ilə yol hərəkəti iştirakçısı əziyyət çəkir. Bir taksi sürücüsü dayanacaqda avtomobil saxlayarkən həm avtobus sürücüsü dayanacağa daxil ola bilmir, həm sərnişinlər lazımi yerdə ictimai nəqliyyata minib-düşə bilmir, həm digər avtomobillər üçün yol bağlanır, həm də yoldan keçən piyadalar çaş-baş qalırlar. Baş verənlər göstərir ki, yol polisi bu gün yaranmış problemi aradan qaldırmaq iqtidarında deyil. Günün istənilən saatında hər bir küçədə, hər svetoforun qarşısında, hər bir avtobus dayanacağında, hətta bütün səkilərdə yanlış parklama ilə rastlaşmaq mümkündür. Bir sözlə, bu gün paytaxt küçələrində sözün əsl mənasında hərc-mərclik hökm sürür. 

Aidiyyəti dövlət qurumları vəziyyətin daha da gərginləşməməsi üçün təcili addımlar atmalıdırlar. Təkcə sürücülər deyil, hər bir yol hərəkəti iştirakçısı artıq təngə gəlib. Vəziyyət o həddə çatıb ki, vaxtında işə, dərsə çatmaqdan ötrü vətəndaşlar bir neçə saat tez evdən çıxırlar. Səbəb yolun uzaqlığı deyil, yolda hansı vəziyyətlə qarşılaşacaqlarından xəbərsiz olmalarıdır. Axı adi ictimai nəqliyyat istifadəçisi hardan bilsin ki, onun mindiyi avtobus hansısa sürücünün öz avtomobilini düz yolun ortasında saxlaması səbəbindən bir neçə dəqiqə yubanacaq. Ən dəhşətlisi isə dar küçələrdə yolun həm sağında, həm də solunda avtomobillərin cərgə ilə qanunsuz park edilməsidir. Taksi sürücüləri isə paytaxtın bütün avtobus dayanacaqlarını zəbt ediblər. Bizi "qoruyan" polis isə müəyyən haqq qarşılığında buna göz yumur. Əziyyət çəkən yenə də adi vətəndaşlardır. Dayanacağa daxil ola bilmədiyi üçün avtobusu yolun ortasında saxlayan sürücü sərnişinin həyatını riskə atır. Bunu görən yol polisi cüzi əmək haqqı müqabilində səhərdən axşamadək sükan arxasında əyləşən avtobus sürücüsünü cərimə edir, amma onun dayanacağını zəbt edən taksi sürücüsünə "gözün üstə qaşın var" demir. 

Bütün bu problemlər haqqında saatlarla danışmaq olar. Amma nə fayda? Onsuz da aidiyyəti şəxslər yaranmış acınacaqlı vəziyyəti görməzdən gəlirlər. Onlar qanun qarşısında hər kəsin bərabər olduğunu unudublar. Səlahiyyətlərini aşaraq bəzi sürücülərə xüsusi imtiyaz və güzəştlər tətbiq edirlər. Təbii ki, nəyinsə qarşılığında. Onlar məmur və onların ailə üzvlərinə məxsus avtomobili kobud qayda pozuntusuna yol verildiyi halda belə saxlamırlar. Bu ayrı-seçkilik avtomobillərin qanunsuz park edilməsi məsələsində də müşahidə edilir. Qadağan olunmuş yerdə avtomobil park edənlərdən bəzisini cərimə edib maşını cərimə meydançasına aparır, bəzisinin isə "xətrinə dəymirlər". 

Bu yolla DYP əməkdaşları nəinki problemi aradan qaldıra bilməyəcək, əksinə onun daha da geniş vüsət almasına səbəb ola bilərlər. Bu və ya digər küçədə avtomobil saxlamağı qadağan edən nişan yerləşdirilibsə, bu qayda hər kəsə şamil edilməlidir. Qanun hər kəs üçün qanundur. Eyni qaydanı pozmuş bir sürücünü cəzalandırmaq, digərini isə əfv etmək düzgün deyil. 

Qeyd etdiyim kimi, Bakıda sürücülərin yol mədəniyyəti haqda saatlarla danışmaq olar. Azərbaycanda yol mədəniyyəti YOXDUR və belə davam olunsa heç vaxt olmayacaq.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]