Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Ətraf mühiti nəinki öz vətənimizdə, bütün dünyada qorumağı qarşımıza məqsəd qoymuşuq”

“Ətraf mühiti nəinki öz vətənimizdə, bütün dünyada qorumağı qarşımıza məqsəd qoymuşuq”
Bölmə :
KİVDF
Yayım tarixi :
8/12/2015 [23:34]
Baxılıb :
920 dəfə
Beynəlxalq mütəxəssislər Azərbaycanda nəsli kəsilməkdə olan heyvan növlərinin qorunması istiqamətində atılan addımları yüksək qiymətləndirirlər

(Əvvəli ötən sayımızda)

2014-cü il mayın 7-də IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin təşəbbüsü, Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi ilə Heydər Əliyev Mərkəzində Qafqaz Biomüxtəlifliyi Sammiti keçirilib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva tədbirdə iştirak ediblər.

Tədbirə həmçinin tanınmış beynəlxalq ekspertlər, bir sıra nüfuzlu təşkilatların, o cümlədən Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN), Dünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF), Smitson İnstitutunun, London Zoologiya Cəmiyyətinin və Harvard Universitetinin təmsilçiləri, eləcə də Azərbaycandan olan alimlər qatılıblar. 

Sammitin əlaqələndiricisi Arlo Bradi bildirib ki, Qafqaz Biomüxtəlifliyi Sammiti bəbir və digər pişikkimilərin mühafizəsi istiqamətində bilik və təcrübələrin bölüşdürülməsi, bu sahədə ən qabaqcıl və səmərəli vasitələrin tətbiqinin müzakirəsi məqsədini daşıyır. Arlo Bradi Leyla Əliyevanın ətraf mühitin mühafizəsi ilə əlaqədar fəaliyyətini yüksək qiymətləndirib. Sonra Azərbaycanda biomüxtəlifliyin qorunması ilə bağlı film nümayiş etdirilib.

"Bu, bizim biomüxtəlifliyimizi təmin edir"

Sammitdə çıxış edən Leyla Əliyeva Azərbaycanın qədim ənənələr, zəngin tarix və mədəniyyət ölkəsi olduğunu bildirdi: "Ölkəmiz Avropa ilə Asiya arasında yerləşir və Şərq müdrikliyi ilə Qərb tərəqqisini özündə təcəssüm etdirir. Şəhərimizi nadir edən odur ki, qədim İçərişəhərin və Qız Qalasının memarlığı yeni tikilmiş müasir memarlıq nümunələri ilə birgə vəhdət təşkil edir. Azərbaycan keçmişdə tarixi İpək Yolunun mərkəzində olub. Bizim coğrafi mövqeyimiz nəinki mədəniyyətimizə, həmçinin təbiətimizə də təsirini göstərib. Belə ki, dünyadakı 11 iqlim qurşağının 9-u məhz Azərbaycanda yerləşir və bu, bizim biomüxtəlifliyimizi təmin edir".

Təbiəti qorumağa gənc yaşlardan başlamağın vacibliyini qeyd edən Leyla Əliyeva IDEA-nın öz ətrafında gəncləri birləşdirdiyini dedi: "Ətraf mühiti nəinki öz Vətənimizdə, bütün dünyada qorumağı qarşısına məqsəd qoyan IDEA fəaliyyət göstərdiyi müddətdə Azərbaycanda və bütövlükdə regionda ekologiyanın, flora və faunanın mühafizəsi ilə bağlı bir sıra layihələr həyata keçirib. Onların sırasında bölgənin rəmzi olan, nəsli kəsilmək təhlükəsi ilə üzləşən 5 heyvan növünün - qonur ayı, imperator qartalı, boz canavar, ceyran və Qafqaz bəbirinin mühafizəsini nəzərdə tutan "Qafqazın böyük beşliyi" layihəsi xüsusi əhəmiyyət kəsb edir".

Həyata keçirilmiş layihələr çərçivəsində Azərbaycanda 3 milyondan çox ağac əkildiyini diqqətə çatdıran Leyla Əliyevanın sözlərinə görə, bununla yanaşı təhsil ocaqlarında ətraf mühitin qorunması üzrə siniflər yaradılıb. "Əsas məqsədimiz dünyada nəsli kəsilməkdə olan növlərin bərpasına nail olmaq və onları qorumaqdır. Bununla bağlı bir sıra beynəlxalq təşkilatlarla da birgə iş aparılır. Sevindirici haldır ki, artıq Azərbaycan Beynəlxalq Ətraf Mühitin Qorunması Təşkilatının üzvüdür" - deyə Leyla Əliyeva qeyd etdi.

"Nəsli kəsilməkdə olan heyvanların mühafizəsi istiqamətində böyük işlər görülüb"

Tədbirdə çıxış edən Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov ölkədə biomüxtəlifliyin qorunması istiqamətində görülmüş işlərdən danışdı. Nazir Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyevanın da Azərbaycanda ekologiyanın, o cümlədən nəsli kəsilməkdə olan heyvanların mühafizəsi istiqamətində böyük işlər gördüklərini vurğuladı. Hüseynqulu Bağırov biomüxtəlifliyin təmin olunmasında IDEA İctimai Birliyinin mühüm layihələr reallaşdırdığını, bu sahədə dövlət siyasətinə hərtərəfli dəstək verdiyini də qeyd etdi. Nazir Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarında ətraf mühitə böyük ziyan vurulduğunu xüsusilə diqqətə çatdırdı.

Sonra IDEA İctimai Birliyinin fəaliyyəti ilə bağlı təqdimat oldu. Sammitin birinci hissəsindən sonra tədbir iştirakçılarına Heydər Əliyev Fondu və IDEA tərəfindən aktual ekoloji problemlərin həlli, əhali arasında ictimai ekoloji nəzarətin gücləndirilməsi məqsədilə həyata keçirilən "Ağacların kəsilməsinə yox!" birgə proqramı barədə məlumat verildi.

Sammit çərçivəsində Adrian Sternin "Afrikanın vəhşi təbiəti" sərgisi də təşkil olunub.
Sammitin ikinci hissəsində ətraf mühitin və vəhşi təbiətin öyrənilməsi üzrə müxtəlif ölkələri təmsil edən mütəxəssislər, ekspertlər, alimlər çıxış edərək belə mühüm layihənin reallaşdırılmasına göstərdiyi dəstəyə görə Leyla Əliyevaya minnətdarlıqlarını bildirdilər, Azərbaycan hökumətinin meşələrin mühafizəsi istiqamətində gördüyü işlərin təqdirəlayiq olduğunu qeyd etdilər.

"Afrikanın vəhşi təbiəti"

Yenə həmin ilin mayın 7-də Heydər Əliyev Mərkəzində heyvanlar aləminə marağı ilə əlaqədar dünyanın bir çox ölkəsini gəzmiş fotoqraf və rejissor Adrian Sternin "Afrikanın vəhşi təbiəti" mövzusunda sərgisi açılıb. Sərgi IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin təşəbbüsü, Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi ilə keçirilmiş Qafqaz Biomüxtəlifliyi Sammiti çərçivəsində reallaşdırılıb.

Sərginin açılışında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər. Sərginin məqsədi diqqəti vəhşi təbiətin zənginliklərinə və onun qorunmasının vacibliyinə yönəltməkdir. Sərgidə 35 əsər nümayiş etdirilir. Müəllif Afrikanın flora və faunasının müxtəlifliyini əks etdirən fotoşəkilləri son 10 ildə Cənubi Afrika Respublikası, Zimbabve, Zambiya, Tanzaniya və Uqandaya səfərləri zamanı çəkib.

(Davamı gələn sayımızda)

ÜMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]