Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Nazir oğlunun "var-yox" söyüşü söyməsi təsdiqləndi (FOTOLAR/VİDEO)

Nazir oğlunun
Bölmə :
Reportaj
Yayım tarixi :
24/1/2013 [10:24]
Baxılıb :
dəfə
İsmayıllı camaatı harınlamış nazir oğlunu ağır şəkildə döyərək və söyərək xəstəxanalıq ediblər

(*Materialları operativ şəkildə oxuculara çatdırmaqdan ötrü mümkün qədər sürətlə hazırladığımıza görə mətndə orfoqrafik və qrammatik səhvlərə yol verilə bilər. Mümkün texniki səhvlərə görə oxucularımızdan üzr istəyirik.)

Yanvarın 23-ü axşam saatlarında İsmayıllıda əhali üsyan edib. Bu barədə "Azadlıq"a daxil olan məlumatda bildirilir ki, qəzəblənmiş rayon sakinləri "Çıraq" adlı motelə hücum edərək, əvvəlcə binanın şüşələrini, qapı-pəncərələrini sındırıblar. Binanı yandırmağa cəhd göstərsələr də, polislər buna imkan verməyib. Lakin az sonra etirazçılar motelin qarşısındakı "Hummer" markalı maşına od vurublar. Ardınca Shevrole Aveo və Shevrole Niva markalı daha iki avtomobil yandırılıb. Bununla da sakitləşməyən etirazçılar yenidən motelə hücum edərək, bu dəfə binaya od vurublar.

İnsanların belə qəzəblənməsi adıçəkilən obyektin İsmayıllıda əxlaqsızlıq yuvası kimi tanınmasıyla bağlıdır. Əhali "Çıraq"da baş verən əxlaqsızlıqlara son qoyulması üçün dəfələrlə xəbərdarlıq etsə də, onların etirazlarına əhəmiyyət verilməyib. Qeyd edək ki, İsmayıllı rayonunun icra başçısının rəhbəri əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun qardaşı Nizami Ələkbərovdu. Nazirin oğlu Vüqar Ələkbərovun rayona gələrək İsmayıllı sakinlərinin haqqında xoşagəlməz fikirlər işlətməsi isə insanların qulağına çatanda əhalinin "səbr kasası" daşıb və onlar "Çıraq"a hücum ediblər. Rayonda gəzən söz-söhbətə görə, icra başçıcı artıq rayonu tərk edib. Etiraza qalxan insanlar isə icra hakimiyyətinə yürüşə hazırlaşır. Artıq onların icra başçısının evinə hücum etdiyi barədə də məlumat var.

İsmayıllıda yayılan məlumata görə, sözügedən motel Füzuli Ələkbərova məxsusdur. Elə yandırılan "Hummer"in də nazirin oğluna məxsus olduğu bildirilir. 

Rayondan aldığımız son xəbərlərə görə, qəzəblənmiş əhali od vurduğu moteli sönndürməyə gedən yanğınsöndürənlərin qarşısını kəsib, binanın söndürülməsinə imklan verməyib. Motel tamamilə yanaraq külə dönüb.

Ən son məlumata görə, 1000-dən çox qəzəblənmiş sakin icra başçısı N.Ələkbərovun rayondakı malikanəsinə basqın edib. İnsanlar evin həyətinə daxil ola biliblər və evi dağıtmağa başlayıblar. Əhalinin evi də yandırmaq istədiyi deyilir.

Evdə sahiblərindən və ya gözətçilərdən kiminsə olub-olmadığı bəlli deyil.

Ən son xəbərə görə, polis və hüquq-mühafizə əməkdaşları qəzəblənmiş əhalinin icra başçısının malikanəsinə hücumun qarşısını ala bilməyib. İnsanlar malikanənin həyətində yerləşən birmərtəbəli evi yandıraraq külə döndəriblər. Yandırılan birmərtəbəli evə bitişik qaraj və istirahət guşəsi də yandırılıb. Evin qarşısına minlərlə insan yığılıb. İnsanlar icra başçısının villasını yandırmağa hazırlaşırlar. Artıq evin həyətində icra başçısına məxsus Mitsubishi Pajero markalı avtomobili və 3 moteskileti də yandırıblar.

Aldığımız son xəbərə görə, yerli polis qüvvələri etirazçıların qarşısını ala bilməyib. Hətta rayonun polis rəisi Nizami Qocayevin hadisə yerinə - icra başçısının yandırılan və dağıdılan evinə gələrək əhalini sakitləşdirmək cəhdləri də nəticə verməyib. Yerli qüvvələr hesabına əhalini sakitləşdirə bilmədiyini görən hökumət rayona Daxili Qoşunların qüvvələrini səfərbər edib.

***

02.00

Rayonda olan əməkdaşımız bildirir ki, əhali hələ də küçələrdədir. Minlərlə sakin "İstefa" şüarı səsləndirə-səsləndirə İcra Hakimiyyətinin binasına doğru yürüyür. Rayona gətirilən daxili qoşun qüvvələri də əhlinin qarşısını kəsə bilməyib.

İcra başçısının isə birmərtəbəli evini yandırandan sonra ikimərtəbəli villasına da od vurublar.

***

Rayon Polis Şöbəsinin rəisi Nizami Qocayev APA-ya bildirib ki, etiraza İsmayıllı rayonundakı “Çıraq” otelinin sahibi Şahmərdanov Emil Məhərrəm oğlunun avtomobili sərxoş vəziyyətdə idarə edərək, avtoxuliqanlıq törətməsi səbəb olub: “ Onun maşını elektrik dirəyinə vurması qəzanın baş verdiyi ərazidə yaşayan sakinlərin etirazına səbəb olub. Sakinlər ona etirazlarını bildiriblər. “Çıraq” otelinin sahibi isə buna əks reaksiya verib. İnsident böyüyüb, sakinlər onun sahibi olduğu oteli və maşınını yandırıblar. Daha sonra isə onlar icra başçısının evinə yürüş ediblər. İcra başçısının evinin yandırılmasının qarşısı alınıb. Lakin həyətdə kiçik bir yanğın törədilib”.

Polis rəisi bildirib ki, sakinlərlə aparılan təbliğat işi nəticəsində onlar aksiyanı dayandıraraq, dağılışıblar: “ Bu konkret insidentə olan etirazdır”.

N. Qocayevin sözlərinə görə, hadisə nəticəsində bir polsi və bir yerli sakin yaralanıb: “Polis nəfəri etirazçıların atdığı daşla başından xəsarət alıb”.

Polis rəisi onu da bildirib ki, artıq Emil Şahmərdanov və insident zamanı onunla birgə olmuş şəxs saxlanılıb.

N. Qocayev saxlanılan hadisədə əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun oğlunun adının hallandırılmasının yanlış olduğunu bildirib: “Füzuli Ələkbərovun oğlu nəinki həmin hadisə zamanı, ümumiyyətlə, bu gün rayonda olmayıb. Onun adının bu hadisədə hallandırılması doğru deyil”.

Polis rəisi faktla bağlı araşdırma başladığını da deyib.

***

03.00

Rayondakı əməkdaşımızdan bu saata aldığımız məlumatlar bunlardır:

Minlərlə rayon sakini (təxminən 3000 nəfər) yandırılan motelin yaxınlığında meydanda toplaşıb. Əhali İcra Haklimiyyətinə doğru yürüşü ağsaqqalların məsləhəti ilə yarıda saxlayıb, deyilən meydana toplaşıb. Rayonda polis rəisi və prokurordan başqa iri vəzifəlilərin heç biri yoxdur. Onların hara qaçdığı əhaliyə dəqiq bəlli deyil.

Əhalinin üzərinə göndərilən daxili qoşun qüvvələrinin əsas hissəsinin qarşısını Qəbələdə İsmayıllı camaatı ilə həmrəyliyə qalxan yerli sakinlər kəsib. İsmayıllıya daxil ola bilən hissələr isə sərt müqavimət və polis rəisinin müdaxiləsindən sonra geri çəkilib.

İsmayıllının kəndlərindən sakinlər rayon mərkəzinə axışımaqdadır. Ətraf rayonlardan da İsmayıllı camaatına dəstək verənlər var.

Əhali bu hadisələrə görə rayonda hər hansı həbs və təqib-təzyiqlərin həyata keçirilməməli olduğunu qəti şərt kimi irəli sürüb, əks təqdirdə yeni aksiyaların başlanacağı haqda xəbərdarlıq edib. Hələlik sakinlərə hər hansı təqib-təzyiqin və ya həbsin olmayacağı vəd olunub.

***

Hazırda yanğın söndülürlməsi davam edir. bizimyolinfo.com-un İsmayıllıda olan əməkdaşının verdiyi xəbərə görə, rayonda daxili qoşun dəstələri yeridilib. Polis rəisi Nizami Qocayev isə jurnalistələri təhqir edib. Rəis onları İsmayıllını tərk etməyi tələb edib.

Hazırda deputat Novruzəli Aslanov da İsmayıllıdadır.

***

Rayona ezam olunmuş “Bizimyolinfo.com” əməkdaşlarının verdiyi məlumata görə, hazırda (saat 11.00-11.30) polisin rayon İcra Hakimiyyətindən 300 metr kənara uzaqlaşdırdığı etirazçı kütlə ilə polis arasında gərgin qarşıdurma gedir. Etirazçıların bir qismi dəstələr halında məhəllələrə dağılışıb.

Qarşıdurma zamanı 10-dan insan, o cümlədən AXCP üzvü Fərzalı Əliyev tutulub. Bu əsnada Rayon Polis İdarəsinin rəisi Nizami Qocayev “Bizimyolinfo.com” əməkdaşı Sevinc Vaqifqızı və “Zerkalo”nun əməkdaşı Nicat Məlikova qarşı təzyiq göstərib, onları itələyərək, çəkiliş aparmalarına mane olub.

Əraziyə 100 polis maşını, yüzlərlə polis əməkdaşı, qara rəngli “Cip”lərdə maskalı şəxslər, habelə ara məhəllələrdə gözləyən daxili qoşunlar cəlb olunub.

Mərkəzə meydandakı yüzlərlə etirazçı ilə Çevik Polis Alayının qüvvələri arasında ciddi qarşıdurma gedir. Polis etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından, rezin güllələrdən, səs bombalarından istifadə edir. Əhali isə polisə qarşı daş atmaqla cavab verir.

Etirazçılar “İstefa” şüarları səsləndirərək rayon İH başçısı Nizami Ələkbərovun işdən çıxarılmasını tələb edirlər. Rayonda gərginlik səngimir.

***

Polis qüvvələri hətta rayonda yas yerinə də müdaxilə ediblər. Yas mərasiminə toplaşan adamlardan bayırda görünməmək tələb edilib.

15 nəfərədək adam saxlanılıb.

***

Saat 11:50

Polis meqafonla əhaliyə müraciət edərkən yenidən İsmayıllı camaatını təhqir edib. Belə ki, polis əhaliyə "Cəhənnəm olun evinizə" deməklə onlardan dağılışmağı tələb edib.

Əlavə olaraq 4-5 adam da saxlanılıb. Bu dəqiqələrdə kütlə ilə polis qarşı-qarşıya dayanıb və yaxın dəqiqələrdə növbəti toqquşma gözlənilir.

***

Bizimyolinfo.com əməkdaşlarının araşdırmasına görə hadisəyə səbəb əmək naziri Füzuli Ələkbərovun İsmayıllı camaatını ağır söyüşlə təhqir etməsi olub. Belə ki, Kəpənək adlanan ərazidə nazir oğlu Vüqar Ələkbərov "Çinar" restoranının sahibi Eminlə yeyib-içib sərxoş olandan sonra "Hummer" markalı maşını ilə bir taksini əzib. Sonra nazir oğlu maşından düşüb taksi sürücüsü ilə münaqişə yaradıb və söyüş söyməyə başlayıb. "İsmayıllıda kişi olmadığını" deyən nazir oğlu bütün ismayıllıların ünvanına "var-yox" söyüşü söyüb. Bundan dərhal sonra ərazidəki İsmayıllı sakinlər nazir oğlunu ağır şəkildə döyərək və söyərək xəstəxanalıq ediblər. Xəbər sürətlə rayona yayılıb və qiyam başlayıb.

***

Saat 12:10

Bizimyolinfo.com əməkdaşı xəbər verir ki, polisin aksiya iştirakçılarına qarşı istifadə etdiyi naməlum mənşəli maddələr həyətlərdə uşaqların zəhərlənməsinə səbəb olub.

***

Nizami Mirzəyev, Eldəniz Balakişiyev və Elşad Fətullayev adlı rayon sakinləri kənarda sakit dayandıqları halda polis tərəfindən saxlanılaraq aparılıblar. 

***

İsmayıllı İH-in şöbə müdiri  Bizimyolinfo.com əməkdaşına bildirib ki, onlar camaatdan danışıq təklifi gözləyirlər. 

***

Yerli sakinlər bizimyolinfo.com əməkdaşlarına bildiriblər ki, onlar təkcə icra başçısı Nizami Ələkbərovun deyil, həm də onun qardaşı, əmək naziri Füzuli Ələkbərovun istefasını tələb edirlər. Buna səbəb odur ki, nazirin oğlu Vüqar Ələkbərov İsmayıllı əhalisinin ünvanına "var-yox" söyüşü söyüb. Çoxlu sayda hadisə şahidi bir daha təsdiq edib ki, onlar Vüqar Ələkbərovu yaxşı tanıyırlar və məhz o deyib ki, "İsmayıllıda kişi yoxdur. Sizin var-yoxunuzu..."

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]