Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Yataqxandan sonra”¦ əzablı zirzəmi həyatı... (FOTOLAR)

Yataqxandan sonra”¦ əzablı zirzəmi həyatı... (FOTOLAR)
Bölmə :
KİVDF
Yayım tarixi :
23/1/2013 [09:56]
Baxılıb :
1080 dəfə
Dövlət Komitəsi zirzəmiləri mənzil adına rəsmiləşdirib
Məcburi köçkünlərdən «Qaçqınkom»a təklif var: «Binaların tkintisində bizim əməyimizdən istifadə edin!»

Məcburi köçkünlərin yerləşdiyi Binəqədi Gənclər Şəhərciyində orta məktəb problemi var. Sinif otaqları mənzillərdə yerləşdirilib. 

Binada Füzuli rayon 1 nömrəli tam orta mətkəbi, Ağdam rayon 34 saylı tam orta məktəbi, Kəlbəcər rasyon 13 saylı tam orta məktəbi fəaliyyət göstərir. Dərs saatı olsa da otaqlarda şagirdlər yox idi. Bütün siniflərin yerləşdirilməsi üçün otaqlar yetərli deyillər. Hər məktəb üçün 5-6 otaq ayrılıb. Uşaq baxçasının olmaması da insaları narahat edir. 

Məşğuliyyət problemi...

Məcburi köçkünlər deyirlər ki, mənzil-məişət problemləri həll olunsa da, məşğuliyyət problemi var. İş yerləri yoxdur, sakinlərin dolanışıq mənbələri yoxdur. Burada tərəvəz, ərzaq satışı ilə bir market məşğul olur. Ərazidə “bazar” da salınıb. Ərzisi kçik olan bu ticarət yerində 5 nəfər çalışır. Onlar arasında meyvə, giləmeyvə, tərəvəz, ət məhsulları satanlar var. Binəqədi Gənclər Şəhərciyinə köçməmişdən öncə bəziləri alverlə, küçə ticarəti ilə məşğul olublar. Bu gün isə şəhərcikdə ona şərait yoxdur. 

Bəziləri evlərinin pəncərələrinə, qapılarının qarşısında nə ilə məşğul olduqlarını qeyd ediblər. Paltar satan kim, məişət əşyalarının satışı, qurlaşdırlması, təmiri ilə məşğul olan kim. Mənzilində diş həkim xidməti göstərənlər də var.  

Bazarda ticarətlə məşğul olan satıcılar alverin zəif olmasından, alıcının az olmasından şikayət etdilər.

Qəzet köşkündə qəzetdən daha çox nələr satılır?

Binəqədi Gənclər Şəhərciyində “Qaya” Mətbuat yayımının köşkü də var. Köşkün satıcısı qəzet alışının az olmasından gileyləndi. O buna iki səbəb göstərdi: son illərdə internetin insanların həyatına həyatına daxil olması və vətəndaşların qəzet almağa imkanlarının olmaması.  
Satıcı köşkdə daha çox siqaretin, saqqızın, şiriniyyatın və məktəb ləvazimatlarının satıldığını qeyd etdi.

“Çoxunun iş yerləri, təhsil aldıqları yerlər yaşadıqları yerə yaxın idi”

Sakinlər çadır düşərgələrinin gec də olsa ləğv olunmasından razılıqlarını ifadə etdilər. Qaçqınlar və məcburi köçkünlər üçün yeni qəsəbələr salınmasını, onların sosial problemlərinin həlli istiqamətində mühüm tədbirlər görülməsini alqışladılar. 
Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması işləri davam etdiriləcəyinə ümidlərini ifadə etdilər. İndiki durumun heç də xoş olamdığını vurğuladılar. Söhbət etdiyim təqaüdçü Şəfəq xala köçürlümə zamanı yaranmış narazılığını ifadə edir: “Şəhərin mərkəzindəki yataqxanalarda məskunlaşmış qaçqınların Bakıdan kənarda tikilən yeni şəhərciklərə köçürülmə prosesi yavaş-yavaş həyata keçirilir. Təbii ki, məcburi köçkünlərə verilən yeni mənzillərin şəraiti yataqxanadakı çətin şəraitdən yaxşı olsa da, müəyyən narazılıqlar da mövcuddur. 20 ildir şəhərin mərkəzi hissələrində məskunlaşan insanlar kənar ərazilərə köçməyi o qədər də məqbul saymırlar. Əsas səbəb odur ki, neçə illərdir mərkəzdə yaşayırıq. Yəni artıq buraya adaptasiya olunmuşduq. Çoxunun iş yerləri, təhsil aldıqları məktəblər yaşadıqları yerə yaxın idi”.

Zirzəmilər mənzil kimi rəsmiləşdirilir

Yataqxanadan köçürülənlərin demək olar ki, çoxu Binəqədi Gənclər Şəhərciyində olan binaların zirzəmisindən mənzil verilir. Köçkünlərisə zirzəmiyə köçmək istəmədiklərini dedilər. Tapdıq kişi deyir ki, burdan öncə Bədən Tərbiyəsi və İdman Akademiyasının yataqxanasında məskunlaşıblar: “Biz köçürülməyə narazılıq etdik. Polisi töküb zorla köçürdülər. Ermənilər bizi qovub, sığınmışdıq uçuq yataqxanaya. Düz 20 ildir nə qədər zülm çəkmişik. İndi də bizi zirzəmiyə qovurlar. Qaçqınıq deyə qoyun kimi qovmalıdırlar harasa? Biz də bu ölkənin vətəndaşıyıq axı? “Qaçqınkom” dövlət hesabına tikilən mənzillərin zirzəmilərini də mənzil kimi camaata verir. Yəni zirzəmilər mənzil kimi rəsmiləşdirilir”.

Füzulidən məcburi köçkün Vahid bildirir ki, köçkünlər iş yeri əldə edənədək xüsusi ayrılmış yerlərdə məşğuliyyət probleminin həlli mümkündür: “Təkcə Bakının müxtəlif rayonlarında, qəsəbələrində Dövlət Komitəsi tikinti işləri aparır. Qəsəbələr, şəhərciklər salır, məktəblər tikir. Elə burada məcburi köçkünlərin əməyindən istifadə olunması bizim üçün arzuoluna,n Dövlət Komitəsi üçün isə məqsədəuyğun olardı. Necə deyərlər, həm ziyarət, həm ticarət. İş yeri ilə bağlı şikayət edəndə bizə deyirlər ki, qaçqınlar və məcburi köçkünlər sərbəst olaraq əmək məsələlərini həll də bilər. Yəni iş yeri seçməkdə və ya peşəsini dəyişməkdə sərbəstdirlər. Bunu biz də bilirik, ancaq gerçəklik odur ki, işsizlik problemi var. Təkcə məcburi köçkün statusu alanlar deyil, başqa vətəndaşlar da işsizlikdən şikayətçidirlər.

Qarabağ problem var

“Elə bilirsiniz bizim problemimiz mənzil-məişət və məşğuliyyət problemi ilə bitir, xeyir, bizim Qarabağ problemimiz var”, deyə məcburi köçkün, tarix ixtisaslı Aydın müəllim bildirdi: “Azərbaycanın üzv olduğu Qoşulmama Hərəkatının zirvə toplantısında qəbul edilmiş qətnamədə münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmasının bəyan etdi. Başqa beynəlxalq təşkilatlar da bunu vurğulayırlar. Eləcə də xarici ölkələrin rəsmiləri bunu ifadə ediblər. 
BMT-dən tutmuş İslam Konfransı Təşkilatına qədər ən müxtəlif qurumların problemə münasibəti məlumdur. Beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinə ikili standartlar prinsipi ilə yanaşır.

BMT Təhlükəsizlik Şurasının indiyə qədər qəbul olunmuş 4 qətnaməsi yerinə yetirilmir.

Azərbaycanın üzvü olduğu beynəlxalq qurumlarda Dağlıq Qarabağ probleminin həllinə dair dəfələrlə məsələ qaldırmasına, müxtəlif dəlillər təqdim etməsinə, Ermənistanın təcavüzkar olduğunu sübuta yetirən faktlar göstərməsinə baxmayaraq, hələ də beynəlxalq birlik işğalçını cəzalandırmaq üçün konkret addımlar atmır. Bu amil ikili standartların mövcud olduğuna ən tutarlı sübutdur. Bütün bunlar bir daha göstərir ki, ayrı-ayrı dövrlərdə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə dair beynəlxalq təşkilatlar müxtəlif sənədlər, qətnamələr, bəyanatlar qəbul etsələr də, hələ də işğalçı dövlət öz mövqelərindən geri çəkilmir. Bu, beynəlxalq birliyin təcavüzkarı layiq olduğu formada cəzalandırmaq istəməməsinin nəticəsi kimi qiymətləndirilə bilər. Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq üçün yalnız bir yol var ki, bu da beynəlxalq hüququn hamı tərəfındən qəbul olunmuş prinsiplərinə bu ölkənin riayət etməsinə nail olmaqdan ibarətdir. Müxtəlif səviyyəli görüşlərdə, zirvə toplantılarında, konfranslarda bu məsələ diqqət mərkəzində saxlanılmış və Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı dəfələrlə beynəlxalq sənədlərdə öz təsdiqini tapmışdır. Bu sənədlərin, demək olar ki, hamısında Azərbaycan torpaqlarının işğal edildiyi göstərilir, bir milyondan çox insanın qaçqın və məcburi köçkün kimi yaşadığı bildirilir. Onların bəzisində təcavüzkar adı ilə göstərilsə də, təəssüf ki, bu münasibət hələ beynəlxalq birliyin rəsmi ortaq mövqeyi deyildir. Hər halda uğurlar var və bu uğurlar münaqişənin həllində beynəlxalq hüquq normalarına əməl olunmasının vacibliyini ön plana çəkmək üçün yaxşı zəmin yaratmışdır”.

Ramid İBRAHİMOV
Fotolar müəllifindir

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]