Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

430 nəfərə işsizlik müavinəti təyin edilib

430 nəfərə işsizlik müavinəti təyin edilib
Bölmə :
KİVDF
Yayım tarixi :
23/1/2013 [09:43]
Baxılıb :
dəfə
Bayramlar ərəfəsində məcburi köçkünlərə 4 milyon manat həcmində müxtəlif yardımlar göstərilib

Azərbaycan Respublikasında qaçqın və məcburi köçkünlərə göstərilən dövlət qayğısı çərçivəsində, hansı işlərin görülüb? Dövlət bu təbəqədən olan vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması məqsədilə nə kimi tədbirlər həyata keçirib. Bu suallara cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən aşağıdakı məlumatı əldə etdik.  

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»nın, həmin Dövlət Proqramına Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Əlavələr»in icrası, 2007-ci il 4 sentyabr tarixdə Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı keçirilmiş müşavirədə Ölkə başçısı tərəfindən qarşıya qoyulmuş vəzifələrin, habelə bu sahədə mövcud olan normativ-hüquqi sənədlərin yerinə yetirilməsi ilə əlaqədar 2011-ci il ərzində aşağıdakı işlər görülmüşdür:

- Qazax rayonunda Konserv zavodu ərazisində məskunlaşmış məcburi köçkün ailələri üçün 24 mənzilli binanın tikintisi başa çatmışdır.
- Bakı şəhəri ərazisində müvəqqəti məskunlaşmış 406 məcburi köçkün ailəsi dövlət ehtiyacları ilə əlaqədar məskunlaşdıqları obyeklərdən öz daimi yaşayış yerlərinə qayıtmalarınadək yaşamaları və istifadə etmələri üçün Abşeron rayonunun ərazisində dövlət mülkiyyətinə alınmış və yaşayış üçün hər cür zəruri şərtlərə cavab verən mənzillərə köçürülmüşlər. İl ərzində 2123 ailə, 10615 nəfər məcburi köçkünün, onlardan 1637 ailə 8427 nəfərinin Dövlət Proqramı və Əlavələr çərçivəsində, 486 ailə 2188 nəfərin isə dövlət ehtiyacları ilə əlaqədar mənzil- məişət şəraiti yaxşılaşdırılmışdır.
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu ildə fəaliyyəti haqqında hesabatın Azərbaycan Respublikasının Milli Məclisində müzakirəsi zamanı deputatlar tərəfindən irəli sürülmüş təkliflərin və Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq olunmuş «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»na Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli və 2011-ci il 21 fevral tarixli 1346 nömrəli Sərəncamları ilə təsdiq edilmiş «Əlavələr»in icrası olaraq:
- Füzuli rayonu ərazisindəki istismar müddəti başa çatmış fin tipli qəsəbədə müvəqqəti məskunlaşmış 612 məcburi köçkün ailəsi üçün yeni qəsəbənin salınması məqsədilə Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən dövlət qış otlaq fondunun 18 h nömrəli ərazisindən 700,0 ha torpaq sahəsi ayrılmışdır. Hazırda ayrılmış torpaq sahəsinin rəsmiləşdirilməsi başa çatmaq üzrədir. Sənədlər qısa vaxt ərzində icra üçün sifarişçi təşkilat olan MKSİF-ə göndəriləcəkdir.
- Gəncə şəhəri ərazisindəki ali təhsil müəssisələrinin yataqxanalarında, məktəb binalarında, hərbi hissələrə məxsus binalarada müvəqqəti məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yeni çoxmərtəbəli yaşayış binalarının tikilməsi üçün Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən Gəncə-Bakı avtomobil yolunun sağ tərəfindəki ərazidən 25,0 ha torpaq sahəsi ayrılmış və sənədlər icra üçün MKSİF-ə göndərilmişdir.
- Hesabat dövründə 2171 nəfər, o cümlədən məcburi köçkünlərin sıx müvəqqəti məskunlaşdıqları ərazilərdə 374 nəfər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun struktur bölmələri ilə qarşılıqlı fəaliyyət nəticəsində 1797 nəfər daimi işlə, 2532 nəfər isə mövsümi işlə təmin olunmuşdur. 352 nəfərə işsiz statusu verilmiş, 430 nəfərə işsizlik müavinəti təyin edilmişdir. 478 nəfər əmək bazarının müasir tələbləri əsasında peşə hazırlığı kurslarına, 140 nəfər isə ictimai cəlb olunmuşdur.
- Dünya Bankı və Azərbaycan Hökuməti arasında bağlanmış Kredit Sazişi üzrə 2011-ci il ərzində MKSİF tərəfindən 106 müxtəlif növ icma mikrolayihəsi (mikrolayihələrin ümumi dəyəri 11,564 mln ABŞ dolları təşkil etmişdir) başa çatmışdır və bu mikrolayihələrdən 54,84 min nəfər əhali faydalanmışdır. Bunlardan 38,38 mini (70%) məcburi köçkünlərdir.
- Dünya Bankı və Azərbaycan Hökumətinin maliyyə vəsaiti hesabına Azərbaycanın müxtəlif rayon və şəhərlərində 254 nəfərə, o cümlədən 210 nəfər məcburi köçkünə ümumi məbləği 437,0 min manat təşkil edən mikrokreditlər verilmişdir. Bu mikrokreditlərin verilməsi nəticəsində 823 nəfər faydalanmışdır ki, onların 83%-i, yəni 683 nəfəri məcburi köçkünlərdir.
- Əvvəllər büdcədən maliyyələşdirilən müəssisələrdə çalışmış və işlə təmin olunmamış 14 min nəfərdən çox məcburi köçkünə orta aylıq əmək haqqının ödənilməsi davam etdirilmişdir.
- Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamının 2-ci bəndi üzrə Komitəyə 827 müraciət (498 müraciət qaçqın və məcburi köçkünlərdən, 329 müraciət isə vətəndaşlardan) daxil olmuş, məcburi köçkünlərin məskunlaşdıqları yerlərdən çıxarılmalarına dair 211 məhkəmə prosesində Komitənin nümayəndəsi iştirak etmişdir.
- Məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları 43 obyektdə cari təmir işləri, Füzuli rayonunun Haramı ərazisində məcburi köçkünlər üçün salınmış 1221 ailəlik 6 yaşayış qəsəbəsində çökmə nəticəsində zədələnmiş 80 evin bərpası, investisiya vəsaiti hesabına isə məshəti türklərinə məxsus tikintisi yarımçıq qalmış 52 evin , o cümlədən 17 ədəd Sabirabad rayonunda, 19 ədəd Beyləqan rayonunda, 14 ədəd Oğuz rayonunda, 2 ədəd Xaçmaz rayonunda tikintisi başa çatdırılmışdır.
- Məcburi köçkünlərin istifadə etdikləri kommunal xərclər üçün 2011-ci ildə təsdiqlənmiş 89,3 milyon manat vəsaitdən 87,1 milyon manatı müəyyən edilmiş normativlər üzrə faktiki istehlaka görə mərkəzləşmiş qaydada, birbaşa xəzinədarlıq vasitəsilə xidmət təşkilatlarına ödənilmişdir.
- «Azərenerji» ASC tərəfindən ümumilikdə 94910 elektrik sayğacının quraşdırılması nəzərdə tutulmuşdur. Hesabat dövrünədək fərdi evlərdə 57786, kompakt məskunlaşma obyektlərində isə 25734 mənzildə sayğac quraşdırılmışdır. «Azərenerji» ASC üzrə ümumilikdə cəmi 83520 ədəd (88 %) sayğac quraşdırılmışdır. Bunlardan 25774 ədəd (31%) Smart-Kart tipli sayğaclar quraşdırılmışdır. «Bakıelektrikşəbəkə» ASC tərəfindən fərdi və kompakt yaşayış yerlərində elektrik sayğaclarının quraşdırılması tam başa çatdırılmışdır. Respublikanın bütün ərazilərində nəzərdə tutulmuş kompakt məskunlaşma obyektlərinin elektrik təchizatının sərbəstləşdirilməsi tamamilə 100% başa çatdırılmışdır. Respublikanın bütün şəhər və rayonlarında məskunlaşmış məcburi köçkün ailələri elektrik enerjisi ilə fasiləsiz təchiz olunurlar və enerci təchizatında heç bir məhdudiyyətlərə yol verilmir.
- «Azəriqaz» İB üzrə respublikanın bütün şəhər və rayonlarında (o cümlədən Bakı şəhərində) fərdi və kompakt məskunlaşma obyektlərində nəzərdə tutulmuş qaz sayğaclarının quraşdırılması işi tamamilə başa çatdırılmışdır. Məcburi köçkünlərin məskunlaşdıqları yaşayış məntəqələri və qəsəbələri sürətlə qazlaşdırılır. Yeni binalar istismara verilərkən sayğaclaşdırılır. Hazırda respublika üzrə məcburi köçkün ailələrinin yarısından çoxu təbii qazla təchiz olunurlar.
- Son zamanlar məcburi köçkünlər üçün tikilmiş hündürmərtəbəli binalarda olan mənzillərin qızdırılması üçün müasir istilik sistemi quraşdırılır və məcburi köçkünlərin mənzilləri istiliklə təchiz edilir.
- 2011-ci ildə müxtəlif rayonlar üzrə 79 məskunlaşma obyektlərinə 45 ədəd müxtəlif markalı güc transformatoru, 21 ədəd KTP şkafı, 54 ədəd su nasosu, 3930 metr güc kabeli, 65650 metr elektrik naqili verilmişdir.
- Dövlət büdcəsindən 2011-ci il üçün yemək xərci müavinətinin ödənilməsi məqsədilə təsdiqlənmiş 99,0 milyon manat vəsaitdən 96,8 milyon manatı məcburi köçkünlərə bankomatlar vasitəsi ilə verilmişdir.
- Nazirlik, komitə, şirkət, konsern və səhmdar cəmiyyətləri tərəfindən bayramlar ərəfəsində məcburi köçkünlərə 4,0 milyon manat həcmində müxtəlif yardımlar göstərilmişdir.
- Soba yanacağının alınması üçün təsdiqlənmiş 7,0 milyon manat vəsaitdən 75,2 min məcburi köçkün ailəsinə payız-qış mövsümündə (yanvar, fevral, oktyabr, noyabr və dekabr aylarında) hər ailəyə 40 litr ağ neft paylanılmış və 6,5 milyon manat vəsait sərf olunmuşdur.
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə müntəzəm çatdırılması ilə bağlı müvafiq tədbirlər həyata keçirilmiş və davam etdirilir. 2011-ci il yanvarın 28-də Baş nazirin müavini-Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Belçikanın Sərhədsiz İnsan Hüquqları təşkilatının rəhbəri cənab Villi Fautreni ilə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, eləcə də Xocalı soyqırımı ilə bağlı ətraflı məlumat vermişdir. Görüşün məqsədi Xocalı soyqırımı ilə bağlı obyektiv hesabat hazırlamaq, həmin hesabatın Avropa Parlamentində təqdimatının keçirilməsi və yayılması, Xocalı soyqırımının 19-cu ildönümü ərəfəsində «New Europe» qəzetində məqalə dərc etmək olmuşdur. Eyni zamanda 2012-ci ildə soyqırımın 20-ci ildönümü münasibəti ilə müvafiq fəaliyyətin davam etdirilməsi, Avropa və Belçika Parlamentlərində Xocalı soyqırımına dair qətnamənin qəbul edilməsi istiqamətində işlərin aparılması planlaşdırılır. Qonaqlar Bakı şəhərində məskunlaşmış Xocalı rayonundan olan məcburi köçkünlərlə görüşmüşdür.
- 2011-ci il fevralın 17-də «Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması» İctimai birliyinin qərargahında Qaradağlı faciəsinin 19-cu ildönümü ilə əlaqədar keçirilən anım mərasimində azərbaycan, rus və ingilis dillərində hazırlanan «Soyqırım. Qaradağlı» filminin təqdimatı olmuş, dünyanın bir çox ölkələrində də təqdimatının keçirilməsi nəzərdə tutulmuşdur.
- 2011-ci il fevralın 21-də Xocalı soyqırımının ildönümü ərəfəsində türkiyəli recissor Cem Oğuzun ekranlaşdırdığı «Qaçqın Anar Usubovun uzun səyahəti» adlı filmi azərbaycan və ingilis dillərində tərcümə edilmiş, Xocalı faciəsi haqqındakı həqiqətləri dünya ictimaiyyətinə çatdırılması məqsədilə ABŞ-ın Los-Anceles və Vaşinqton şəhərlərində təqdimatı keçirilmişdir.
- İsveçrədə fəaliyyət göstərən müstəqil jurnalist Andre Vidmer mart ayının 16-17-də Beyləqan rayonu ərazisində “Xocavənd-500” qəsəbəsində sakinlərlə görüşmüş, Ağcabədi rayonunun Taxta körpü ərazisində müvəqqəti məskunlaşmış Laçın rayonundan olan məcburi köçkünlərin həyat şəraiti ilə yaxından tanış olmuş və bildirmişdir ki, onların vəziyyəti, hələ də öz torpaqlarına dönə bilməmələri ilə bağlı faktları kitabında işıqlandıracaqdır.
- Fransa senatının üzvü xanım Natali Qulinin rəhbərliyi ilə ölkəmizdə səfərdə olan nümayəndə heyəti Azərbaycan Pedaqoji Universitetinin yataqxanasında və Binəqədi rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş doqquzmərtəbəli yaşayış binaları kompleksində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür.
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında hazırlanıb.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]