Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Beş ton tullantı toplanaraq təkrar emala göndərilib

Beş ton tullantı toplanaraq təkrar emala göndərilib
Bölmə :
KİVDF
Yayım tarixi :
3/12/2015 [23:31]
Baxılıb :
834 dəfə
İnsanları israfçılıqdan yayındırmaq və malik olduqları əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirmək üçün tədbirlər təşkil olunur

(Əvvəli ötən sayımızda)

Müxtəlif sahələr üzrə mühüm tədbirlər həyata keçirən Heydər Əliyev Fondu ekologiya və ətraf mühitin qorunması istiqamətinə də ciddi önəm verir. Fond yarandığı gündən indiyədək bu sahədə silsilə layihələr reallaşdırır.

2012-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən Qala qəsəbəsində həyata keçirilən “Təmiz Qala” tullantıların çeşidlənməsi layihəsi çərçivəsi çərçivəsində maarifləndirmə tədbirləri həyata keçirilib. Maarifləndirmə tədbirləri həmin ilin sentyabr-dekabr ayları ərzində Qala, Şüvəlan, Türkan və Zirə qəsəbələrinin orta məktəb şagirdləri üçün keçirilib.

İlk növbədə Qala qəsəbəsinin məktəbliləri arasında makulaturanın yığılması üzrə yarış təşkil edilib. Orta məktəb şagirdləri istifadə olunmuş dəftər, albom, kitab və digər lazımsız kağız məmulatlarını toplayaraq “Təmiz Şəhər” ASC-yə təhvil veriblər. Ən çox makulatura toplayan məktəblilər sertifikat və hədiyyələrlə təltif olunublar. Aksiya nəticəsində 5 tonadək makulatura toplanılıb və təkrar emala göndərilib.

Bundan əlavə, ASC-nin mütəxəssisləri dekabr ayında Azərbaycan Dövlət Neft Akademiyasının tələbələrinə mühazirələr oxuyublar. Tələbələrə yenicə istifadəyə verilmiş bərk məişət tullantılarının yandırılması və çeşidlənməsi zavodları haqqında ətraflı məlumat verilib. Mühazirələr tələbələr arasında böyük marağa səbəb olub və bu cür mühazirələrin gələcəkdə də davam etdirilməsinin zəruriliyi vurğulanıb.

“Kod Da Vinçi” turniri

2013-cü ilin mayında Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə “Təmiz Şəhər” ASC-nin “Təmiz Qala” layihəsinin maarifləndirmə proqramı çərçivəsində keçirilən “Kod Da Vinçi” turniri başa çatıb. “Kod Da Vinçi” məntiqi-intellektual komanda oyunu tullantıların idarə olunması və ətraf mühitin mühafizəsi sahəsində gənclərin biliklərinin artırılmasına xidmət edir. Oyun zamanı komandalar növbəti mərhələyə keçmək üçün “açarları” axtarırlar. Oyunun aparıcısı tapşırığı hər bir komandanın kapitanına verir. Sualın açarları və ya hər hansı bir cavabı oyun keçirilən ərazidə gizlədilir. Oyunçular məntiqi sualların cavablarını tapdıqdan sonra növbəti mərhələyə keçmək imkanı əldə edirlər. Sonda ən çox mərhələ dəf edən komanda qalib olur.

Oyunun birinci mərhələsi - Facebook sosial şəbəkəsində keçirilən turnir gənclər tərəfindən böyük maraqla qarşılanıb. “Təmiz Şəhər” ASC-nin Facebook səhifəsində yerləşdirilmiş sualların cavablandırılmasında gənclər fəal iştirak edib və ən çox xal toplamış 60 nəfər ikinci mərhələyə keçib.

Növbəti mərhələdə əsas hədəf Qala qoruğunun müxtəlif yerlərində gizlədilmiş “açarları” toplamaqla digər mərhələyə keçmək olub. 5 nəfərdən ibarət 12 komanda verilmiş məntiqi sualların “açarlarını” taparaq sualları cavablandırıblar. Beləliklə, verilmiş 10 sualı birinci və düzgün cavablandırmış 6 komanda final mərhələsində iştirak etmək haqqı qazanıb.

İçərişəhər ərazisində turnirin üçüncü - final mərhələsində 40 nəfər iştirak edib. Bu mərhələdə iştirakçılara daha mürəkkəb suallar verilib. Sualları hamıdan birinci cavablandıran komanda qalib olub. Qaliblər “Təmiz Şəhər” ASC tərəfindən sertifikat və mükafatlarla təltif olunublar. “Kod Da Vinçi” turniri “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilati dəstəyi ilə keçirilib.

“Tullantıdan sənətə” İkinci Beynəlxalq sərgi

2013-cü ilin iyunun 16-dan 20-dək “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə “Təmiz Şəhər” ASC, “Qız Qalası” qalereyası və “İçərişəhər” DTMQİ tərəfindən “Tullantıdan sənətə” İkinci Beynəlxalq sərgi keçirilib. Dünyanın müxtəlif ölkələrindən onlarla sənətkar sərgidə əşyaları atmazdan əvvəl cəmiyyəti bir daha fikirləşməyə sövq edəcək incəsənət əsərləri ilə çıxış ediblər.

Beynəlxalq sərgiyə Azərbaycan rəssamları ilə yanaşı Fransa, İtaliya, Birləşmiş Krallıq, ABŞ, Yaponiya, Benin, Albaniya, Ukrayna, Qazaxıstan, Belarus, İsrail, Özbəkistan, Tacikistan, Türkiyə və Rusiya kimi ölkələrin incəsənət nümayəndələri qatılıblar. 2012-ci ilin iyun ayında Qala qəsəbəsində keçirilmiş Birinci “Tullantıdan Sənətə” sərgisindən fərqli olaraq, builki sərginin formatı hazır sənət nümunələrinin nümayişi şəklində olmayıb. Bu dəfə o, tullantının sənət əsərinə çevrilməsi prosesini əyani şəkildə izləməyə imkan yaradıb. 

Sərginin 24 iştirakçısı öz əsərləri üzərində elə pavilyondaca işləyəciblər. Sərgini ziyarət etmək istəyənlərin Qala Qoruğuna gediş-gəlişini təmin etmək üçün təşkilatçılar tərəfindən avtobuslar təmin olunub. Ziyarətçilər 17-19 iyun tarixləri ərzində hər gün saat 12:00 və 15:00-da Qoşa Qala qapısı önündən yola düşən avtobuslar vasitəsilə Qala qoruğuna gediblər.

Sərginin əsas məqsədi insanları israfçılıqdan yayındırmaq və onların malik olduğu əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirməkdir. İştirakçılar ən bəsit və lazımsız materiallardan - metal, kağız, plastik kütlə, rezin məmulat və müxtəlif məişət tullantılardan istifadə etməklə maraqlı əsərlər yaradırlar.

(Davamı gələn sayımızda)

ÜMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]