Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Xəyali tsuqtsvanq

Bölmə :
Köşə
Yazar :
Ramazan SİRACOÄžLU
Yayım tarixi :
30/11/2015 [23:54]
Baxılıb :
1440 dəfə
və ya incik qonşular

Tsunqtsvanq (zuqzvanq) idman terminidir, əsasən şahmat və  dama oyunlarında işlənilir. Bu durumda istənilən gediş vəziyyəti çıxmaza  gətirir, lakin "xəyali tsunqtsvanq"lar da mövcuddur - yanlış olaraq mümkünsüz görünən vəziyyətdə əslində uğurlu həll yolu olur, yetər ki dərin düşünəsən. Bugünkü Türkiyə- Rusiya münasibəti məhz "xəyali tsunqtsvanq" vəziyyətini xatırladır. 

Suriya məsələsi gündəmə gəldiyi andan Rusiya ilə Türkiyə arasında məsələlərə fərqli baxış özünü büruzə verir. Türkiyə israrla B. Əsəd rejiminin getməsini istərkən, Rusiya hər vəchlə Əsədi dəstəkləməkdədir. Rusların Aralıq dənizinin sahilində, Tartus adlanan liman bölgəsinda hərbi bazaları mövcuddur. Bu baza 1971-ci ildə SSRİ zamanı yaradılmışdır. Hazırda orada rusların 1700 nəfərlik personalının olduğu məlumdur. Hataydan təqribən 80, Dəməşqdən 220,  Livandan 15 km. uzaqlıqda olan bu mövqe strateji əhəmiyyətə malikdir. Suriya rəsmiləri ruslara Latakiyada, türklərin Lazkiyə adlandırdıqları liman şəhərində də Rusiyaya məxsus hərbi bazasının yaradılmasını təkid edirlər. Əslində SSRİ ilə Suriya arasında hərbi saziş 1956-cı ilin baharından mövcuddur. 1957-ci ilin noyabrında Suriya ilə Misir birləşərək Birləşmiş Ərəb Respublikası yaratmışdılar, amma bu birləşmə uzun sürmədi. 1961-ci ilin sentyabr ayında Suriya Ərəb Respublikası yaradıldı və SSRİ 1961-ci ilin 7 oktyabrında həmin dövləti rəsmən tanıdı. Suriyanın indiki prezidentinin  mərhum atası Hafiz Əsəd (1930-2000) SSRİ-də (Qırğızıstanın Kant şəhərində) aviatorluq üzrə hərbi staj keçmişdi, rus dilini yaxşı bilirdi. 1964-1970-ci illərdə Suriya Hərbi Hava Qüvvələrinin rəhbəri, həm də 1966-cı ildən Suriyanın müdafiə naziri idi. 1970-ci ilin 16 noyabrında hərbi çevriliş nəticəsində iqtidara gəlmiş, 22.02.1971-ci ildə prezident seçilmiş və 2000-ci ilin 10 iyununa - vəfatına qədər bu vəzifədə qalmışdır. 1967 (6 günlük muharibə) və 1973-cü ildə (18 günlük muharibə), Suriya İsraillə muharibə şəraitində olanda SSRİ ona külli miqdarda hərbi dəstək vermişdir. Xüsusən, 1980-ci ilin oktyabr ayında Livanda və  öz ərazisində İsrailə qarşı vuruşan Suriya ordusu itkilərə məruz qaldığı vaxtda Moskvada  09.10.1980-ci ildə SSRİ-Suriya birgə əməkdaşlığı haqqında müqavilə imzalanmışdı. Aldıqlarını ödəyə bilməyən Suriyanın indi Rusiyaya  böyük miqdarda borcu var. 1992-ci ildə Suriyanın Rusiyaya olan borcunun miqdarı  13 milyard dolları ötmüşdü. 2005-ci ildə Suriya Rusiyadan yeni hərbi silahlar almağı təəhüd götürdüyündən, Rusiya bu borclardan 10 milyardını "silmiş"dir.  Rusiyanın Suriyanı MiQ-31 qırıcı təyyarələri və C-300 tipli raketdən müdafiə qurğuları (RMQ) ilə təmin etməsi region ölkələrini ciddi narahat edir.    Rusiyaya borclanmış Suriya iqtidarının getməsi hazırkı dönəmdə ruslar üçün arzuolunmazdır. "Borclu borclunun sağlığını istər" prinsipi yada düşür. Bu borc Əsəd rejiminə aiddir. Rusiya öz borcunun ödənilməməsi qorxusundan Suriya rejimini ciddi cəhdlə mühafizə etməyə çalışır. 2007-ci ilin 10 fevralında V. Putin Almaniyanın Münhen şəhərindəki çıxışında  SSRİ-nin süqutu ucbatından dünyanın monopolyar olmasından  yaranan hərbi-iqtisadi problemlərin yolverilməzliyini qeyd etmişdir. Keçmiş SSRİ-nin 1989-1991-ci illərdə Quru Qoşunlarının komandanı olmuş V. Varennikov  Rusiya prezidentini dəstəkləyərək, "sovet  dönəmində böyük vəsait,  hərbi xərc çəkilmiş ölkələrə, xüsusən Suriyaya xüsusi diqqət yetirmək lazımdır" - tövsiyəsində bulunmuşdur. 

SSRİ-nin siyasi varisi Rusiyanı başa düşmək olar. Şərqi Avropa, Yaxın və Orta Şərq məsələlərində ümid edilənlər gərçəkləşmədi. Polşa, Rumıniya, Macarıstan, Şərqi Almaniya, Albaniya, Yuqoslaviya, Misir, Yəmən, Əlcəzair, Əfqanıstan planları fiaskoya uğradı, Varşava paktı dağıldı, indi Rusiyanın uzaq xaricdə hərbi bazası ancaq Suriyadadır. NATO isə durmadan genişlənməkdədir. Rusiya etibarsız partnyor imicindən qurtulmaq istəyir, supergüc olduğunun fərqindədir. Belə olan təqdirdə, Türkiyənin "Su-24"  bombardmançı təyyarəsini vurmasını Rusiya heç cür qüruruna sığışdıra bilmir.

Tarixdə, bəlkə də türklərlə ruslar qədər bir-biriylə müharibə etmiş başqa millət yoxdur. Qonşu olduqlarındanmı, yoxsa özlərinə layiqli rəqib tapmadıqlarındanmı, ya da digər səbəblərdən bu iki güclü millət sürəkli olaraq savaş meydanlarında qarşılaşmışlar. Təkcə XVI- XX əsrlər arasında 14 dəfə türk-rus hərbi konflikti olmuşdur (Maraqlananlar üçün: 1568, 1571, 1572, 1676, 1686, 1710, 1735, 1768, 1787, 1806, 1828, 1853, 1877, 1914-cü illər). Mütəmadi baş verən silahlı qarşıdurmalar rusların düşüncəsində türkəfobiya yaratmışdır. Məsələn: "Çağrılmamış  qonaq tatardan da betərdir (Nezvanıy  qostğ xuje tatarina),  "Burada sanki Mamay- 1361-1380-ci illərdə Qızıl Orda bəylər bəyi - vuruşub" (Tut slovno Mamay voeval), "Xan necədirsə, sarayı da elədir" (Kakov xan, takova i orda),  "Ev sahibi öz evində Krımdakı xan kimidir" (Xozəin v domu, kak xan v Krımu). Deyimlərin hərfi tərcümələridir...

İstanbul şəhərinə ruslar həm də "Üarğqrad"  deyirlər. Ehtimal ki, bu ifadə onlarda bizanslıların  - Vasilevousa Plis - hökmdar şəhəri- ifadəsinin tərcüməsindən yaranmışdır. Türklər 1453-cü ildə bu şəhəri fəth etdikdən sonra provaslavların (ortodoks xristianların) dini mərkəzi Moskva şəhərinə köçürülmüşdür. Bəlkə bu səbəbdən, ya da digər səbəblərdən xristian dünyası hər zaman türklərə qarşı zaman-zaman xüsusi aqressivlik göstərmişdir. Avropalıların türklərin dilini, ədəbiyyatını, tarixini, mədəniyyətini, psixologiyasını çox diqqətli şəkildə, hərtərəfli öyrənməkdə əsl məqsədləri, təbii ki, bu millətə olan özəl sevgilərini təzahür etdirmək deyil. XX əsrin birinci rübündə "İtilaf devletleri" adlandırılan koalisiya qoşunları - ingilislər, fransızlar, italyanlar, avstraliyalılar İstanbula turist marağından, Sultan Ahmed camisini ziyarətə gəlməmişdilər hər halda. Tale Türkiyə ilə Rusiyanı qonşu yaratmışdır. Hər kiçik insidenti süni yolla çıxmaza gətirmək olmaz. Dumada, mətbuatda, televiziya və radio proqramlarında məntiqsiz, əsassız iddialar irəli sürənlərin, kahinlik edənlərin, ara qızışdırıb mənfəət qazanmaq istəyənlərin isterik hay-həşiri nə Türkiyəni, nə də Rusiyanı  strateji hədəfindən yayındırmayacaqdır. Rusiya ilə Türkiyənin münasibətləri  fərqli dövrlərdə enişli-yoxuşlu olmuşdur və hər zaman  bu ziqzaqlı münasibət paradiqmasında hər iki tərəfdə sağlam məntiqli şəxsiyyətlərin rasional mövqeyi məsələni müsbət sonluqla tamamlamışdır. 
Türk-rus münasibətlərinin ən yaxşı dönəmi XX əsrin birinci yarısına təsadüf edir. Qazi Mustafa Kamal Paşanın komandanlığı ilə 1919-1923-cü illərdə başladılan və zəfərlə tamamlanan Milli Mücadilə dönəmində V. Leninin rəhbərlik etdiyi Sovet Rusiyası Türkiyəyə imkanı daxilində maddi və mənəvi yardım göstərmişdir. 16 mart 1921-ci ildə Moskvada  Rusiya ilə Türkiyə arasında  Dostluq və Əməkdaşlıq Müqaviləsi bağlanmışdı, həmin ilin 13 oktyabrında indi də qüvvədə olan məşhur Kars müqaviləsi imzalanmışdır. Bu müqavilənin 5-ci maddəsində Naxçıvanın əbədiyyən Azərbaycana aid olduğu təsbit edilmişdir. Azərbaycan tərəfdən həmin müqaviləni o zamanın dövlət naziri Behbud Şaxtaxtinski, Türkiyə tərəfindən Kazım Karabəkir Paşa, Rusiya adından  səfir Yakov Qanetski, Gürcüstanın xarici işlər naziri Aleksandr Svanidze və erməni Askanats Mravyan imzalamışlar. 1923-cü ilin 4 fevralında anlaşılmazlıq səbəbindən kəsilən Lozanna (Lausanne) danışıqları həmin ilin 24 iyulunda başladığı ərəfədə V. Lenin Türkiyənin tərəfində olduğunu və müharibə başlanacağı təqdirdə SSRİ-nin Türkiyə ilə müttəfiq olacağını rəsmi olaraq bəyan etmişdir. 1928-ci ildə Cenevrədə keçirilən tərksilah konfransına SSRİ-nin təklifi ilə Türkiyə də qatılmışdı. Xatırlatmalıyıq ki, Milli Mücadilədən sonra bu konfrans Türkiyənin rəsmən iştirak etdiyi ilk uluslararası tədbir sayılır. Maraqlıdır ki, bu tədbirdə Türkiyə tərəfi SSRİ-nin təkliflərini fəal şəkildə dəstəkləmişdir. 1935-ci ildə Türkiyə ilə SSRİ Dostluq və əməkdaşlığa dair imzalanmış müqaviləni daha 10 il müddətinə uzatdı. 1939-cu ilin 25 sentyabrında Moskvaya rəsmi görüşə gələn xarici işlər naziri Şükrü Saracoğlu məsləkdaşı Molotovla Almaniya-SSRİ müqaviləsinin (23. 08. 1939) şərtləri ilə tanış olmuş və SSRİ-nin Besserabiyanı ilhaq edəcəyi təqdirdə Türkiyənin tərəfsiz qalması barədə təklifi müzakirə etmişdir. Türkiyə həmin ilin 19 oktyabrında Fransa və İngiltərə ilə bağlanan müqavilədə SSRİ ilə müharibəyə qatılmayacağını bəyan edən maddə irəli sürmüşdür. 1942-ci ilin 24 martında isə Türkiyə və SSRİ arasında  bir-birinə hücum etməmək haqqında deklarasiya imzalanmışdır. 1942-ci ildə Moskvada gerçəkləşən SSRİ-İngiltərə danışıqlarında İ. Stalin Bolqarıstan və Suriyadakı bəzi ərazilərin, habelə 12 adanın Türkiyəyə verilməsi təklifini irəli sürmüşdür. 

Təəssüf ki, II Dünya müharibəsindən sonra, soyuq savaş adlanan illərdə Türkiyə-SSRİ arasında münasibətlərdə müəyyən geriləmələr baş vermişdir. Sovet tərəfi 1925-ci ildə imzalanan və SSRİ-Türkiyə münasibətini on illərlə müsbət müstəvidə tutan müqavilənin müddətinin başa çatmasını, yeni şəraitin yarandığını bəhanə gətirərək Türkiyənin səfiri Səlim Sarperə həmin müqavilənin prolonqasiya edilməsi üçün müəyyən tələblərinin olduğunu  bildirmişdir. Nə idi bu şərtlər?

1. Kars, Sarıkamış, Ardahan və Artvin bölgələrinin SSRİ-yə verilməsi (guya, o torpaqlar ermənilərinmiş və vaxtında V.Lenin yanlışlığa yol vermişdir).
2. Müharibə təhlükəsi yarandığı təqdirdə SSRİ Türkiyə ilə bərabər Çanakkale və İstanbul boğazlarında (ruslar israrla Dardanel və Bosfor yazırlar) əskəri baza yaratmaq hüququna malik olmalıdır.
3. 20 iyul 1936-cı ildə imzalanmış Montrö (Montreux) müqaviləsi yenidən nəzərdən keçirilməsi üçün iki ölkə arasında hökumətlərarası müqavilə imzalanmalıdır.

Təbii olaraq, Türkiyə bu istəkləri rədd etdi. SSRİ yenidən Türkiyəyə nota göndərdi. SSRİ-nin provokativ hərəkəti qarşısında Türkiyə gərəkən önləmlər almağa başladı. 1947-ci ildə Harvard Universitetində  çıxış edən ABŞ-ın 33-cü  prezidenti H. Trumen (Harry S. Truman) tarixi bir açıqlama ilə SSRİ-yə rəsmən meydan oxudu: "Bizim üçün sərhəd Kars və Ardahandan başlayır". Trumen müəyyən şərtlərlə (Türkiyədə SSRİ-yə bənzər 5 illik planlar, savadsızlığın ləğvi məqsədilə yaradılmış kənd müəllimləri institutu, milli şeflik və sairənin tətbiqinə son verilsin) Türkiyəyə 100 milyon dollarlıq yardım göstərir və Türkiyə 1952-ci ildə NATO-ya daxil olur. İ. Stalin öldükdən sonra 30 may 1953-cü ildə SSRİ Türkiyəyə nota verərək daha ərazi iddiasında olmadığını elan edir (guya, ermənilər və gürcülər 1946-cı ildəki ərazi tələblərini geri götürmüşlər). Türkiyə ilə SSRİ arasında münasibətlər siyasi boşboğazlığı və avantürist çıxışları ilə məşhur olan N.Xruşşovun iqtidardan düşürülməsindən sonra (14. X. 1964) nəzərə çarpacaq dərəcədə mülayimləşməyə başlayır. 1964-cü ilin 6 noyabrında Moskvada Kipr məsələsi ilə bağlı SSRİ-Türkiyə ortaq memorandumu imzalanır, həmin ilin sonlarında Türkiyə xarici işlər naziri F. Erkin Moskvaya, 1965-ci ilin 17 mayında isə SSRİ xarici işlər naziri A. Qromıko Ankaraya gəlir (1931-ci ildə M. Litvinovdan - 34 illik fasilədən sonra - Türkiyəyə rəsmi ziyarətə gələn ilk nazir ), 1966-cı ilin 20-27 dekabr tarixləri arasında SSRİ Nazirlər Sovetinin Sədri A. Kosıgin 32 nəfər müxtəlif mühüm vəzifəli şəxslə Türkiyədə rəsmi səfərdə olur. Cavab olaraq 1967-ci ilin 19-29 sentyabr tarixlərində dönəmin Baş naziri S.Dəmirəl SSRİ-yə gəlir. 12-21 noyabr 1969-cu il tarixində Türkiyə prezidenti C.Sunay SSRİ-ni ziyarət edir. 11-17 aprel 1972-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri N. Podqornı, 26-29 dekabr 1975-ci ildə A.Kosıgin ikinci dəfə Türkiyəyə rəsmi təşrif gətirmişdir. 21-25 iyun 1978-ci ildə Baş nazir B. Ecevit SSRİ-yə gəlir. 

SSRİ-nin süqutundan sonra Türkiyə-Rusiya münasibətlərində müəyyən irəliləmələr olmuşdur. 17 noyabr 2005-ci ildə "Mavi axın" təbii qaz boru xəttinin açılışında o vaxt Baş nazir olan R.T.Ərdoğan və V. Putin Türkiyədə  görüşmüşlər. Ankara ilə Moskvanın 1997-ci il razılığına əsasən Türkiyə tərəfi 25 il boyunca  Rusiyadan hər il 16 milyard kub metr təbii qaz alacaq. 2009-cu ilin fevralında Moskvada, 2010-cu ildə sabiq prezidentlər  A.Gül və  D.Medvedev  görüşmüş, tərəfləri maraqlandıran məsələləri müzakirə etmişlər. 2012-ci ilin iyul ayının 18-də Putin və Ərdoğan Kremldə önəmli məsələlərlə bağlı qarşılıqlı görüş keçirmişlər.

Bu olaylara tərəflərin reaksiyasız qalacağını düşünənlər yanılırlar. Təbii ki, narazılıqlar olacaq, qarşılıqlı bəzi önləmlər alınacaq. Lakin Türkiyə də nə etdiyini  gözəl bilir. Dəqiq hesablamalar, analizlər, "etki-tepki"nin hərbi sonucları təfərrüatı ilə hesablanmışdır. İnşallah, qorxulu bir şeyin olmayacağını ümid edirik. Yaşayarıq, görərik.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]