Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Məcburi köçkünlər üçün 80 mənzilli 5 mərtəbəli bina tikilib

Məcburi köçkünlər üçün 80 mənzilli 5 mərtəbəli bina tikilib
Bölmə :
KİVDF
Yayım tarixi :
22/1/2013 [10:56]
Baxılıb :
2762 dəfə
Hacıqabul rayonunda 101 məcburi köçkün ailəsinə yeni yaşayış qəsəbəsinin salınması məqsədilə 30 hektar torpaq sahəsi ayrılıb

Azərbaycan Respublikasında qaçqın və məcburi köçkünlərə göstərilən dövlət qayğısı çərçivəsində, hansı işlərin görülüb? Dövlət bu təbəqədən olan vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması məqsədilə nə kimi tədbirlər həyata keçirib. Bu suallara cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən 2011-ci illərdə görülmüş işlərə dair aşağıdakı məlumatı əldə etdik.  

-Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 fevral tarixli 1346 nömrəli Sərəncamı ilə «Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»na Əlavələr» təsdiq edilmiş, qaçqınlar və məcburi köçkünlərlə bağlı Milli Məclis tərəfindən 1 qanun, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 7 Fərman və Sərəncam, Nazirlər Kabineti tərəfindən 12 qərar və sərəncam qəbul edilmişdir. 

- Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyev 2011-ci il fevralın 10-da- Naftalan şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə əlaqədar Goranboy rayonu ərazisində 164 məcburi köçkün ailəsi üçün tikilən 3 ədəd (2 ədəd 60 mənzilli və 1 ədəd 45 mənzilli) beşmərtəbəli yaşayış binalarının və 360 şagird yerlik məktəbin açılış mərasimində iştirak və çıxış etmişdir. Məcburi köçkün ailələrinin həmin çoxmərtəbəli binalarda olan mənzillərə köçürülməsi təmin edilmişdir.

- Goranboy şəhəri ərazisində inşa edilən məhəllənin baş planına II mərhələdə əlavə sosial obyektlərin (musiqi məktəbi, inzibatı bina) daxil edilməsi və baş planda düzəlişlərin edilməsi məqsədi ilə layihə təşkilatı ilə müqavilə bağlanmış, layihə-smeta sənədləri hazırlanaraq yeni variantda məhəllənin Ekspertiza rəyi alınmışdır. Məhəllədə qalan 9 ədəd beşmərtəbəli yaşayış binasının (8 ədəd - 60 mənzilli, 1 ədəd - 45 mənzilli) və sosial obyektlərin (musiqi məktəbi və inzibati bina) inşası ilə əlaqədar podrat təşkilatları ilə müqavilələr bağlanmışdır. Hazırda tikinti işləri başa çatmış, Dövlət Qəbul Komissiyasının Aktı rəsmiləşdirilir.

- Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyev 2011-ci il dekabrın 24-də Ağcabədi rayonunun Taxta Körpü adlanan ərazisində Laçın rayonundan olan 552 məcburi köçkün ailəsi üçün tikilmiş yeni qəsəbənin və 360 şagird yerlik məktəbin açılış mərasimində iştirak və çıxış etmiş, həmçinin rayon ərazisində digər rayonlardan olan 560 məcburi köçkün ailəsi üçün tikintisi həyata keçirilən məhəllədə 10 ədəd (8 ədəd 60 mənzilli, 1 ədəd 45 mənzilli, 1 ədəd 35 mənzilli, cəmi 560 mənzil) beşmərtəbəli binaların, 360 şagird yerlik məktəbin, 50 yerlik uşaq bağçasının, inzibati binanın, klub icma mərkəzinin və müvafiq texniki infrastruktur obyektlərinin tikintisi prosesi ilə yerində tanış olmuş, görüləcək işlərə dair öz tövsiyələrini vermişdir. Hazırda məcburi köçkün ailələrinin qəsəbədəki evlərə köçürülməsinə başlanmış, 560 məcburi köçkün ailəsi üçün tikintisi həyata keçirilən məhəllənin tikintisi isə 2012-ci ilin əvvəlində başa çatdırılaraq məcburi köçkün ailələrinin həmin çoxmərtəbəli binalarda olan mənzillərə köçürülməsi təmin ediləcəkdir.

- Biləsuvar rayonu ərazisində Cəbrayıl Rayon İcra Hakimiyyətinin İnzibati binasının tikintisi, binanın otaqlarının mebel və avadanlıqlarla təchizatı başa çatdırılmış, Dövlət Qəbul Komissiyasının Aktı rəsmiləşdirilir.

- İmişli rayonunun inzibati ərazisində 500 məcburi köçkün ailəsi üçün qəsəbə salınması məqsədi ilə 100 hektar torpaq sahəsi ayrılmışdır.

- Mingəçevir şəhərində (502 ailə üçün 8,0 ha) ayrılmış sahəyə texniki şərtlər alınmış və layihə işlərinin aparılması üçün layihəçi təşkilatla müqavilə bağlanmışdır. Layihə-smeta sənədlərinin hazırlanması başa çatmış, hazırda layihə-smeta sənədlərində bəzi korrektə işləri aparılmış, binalar və sosial obyektlər üzrə layihə sənədləri Dövlət Ekspertiza Baş İdarəsinə (DEBİ) təqdim edilmiş, sənədlərə baxılması başa çatmışdır. Hazırda texniki infrastruktur obyektləri üzrə layihə sənədlərinə baxılması davam edir.

- Şəki şəhərində (423 ailə üçün 84,0 ha) ayrılmış sahəyə texniki şərtlər alınmış, layihə-smeta sənədlərinin hazırlanması üçün müqavilə bağlanmışdır. Obyektdə mühəndis-axtarış işləri başa çatmış, hazırda qəsəbənin baş planı, evlərin (1,2,3,4 otaqlı evlərin), sosial və infrastruktur kommunikasiyalarının layihələri və smetaları hazırlanmışdır. Layihə-smeta sənədlərinin razılaşdırılması üçün müvafiq təşkilatlardan rəylər alınmış, DEBİ-yə təqdim edilərək müsbət rəy alınmışdır.

- Bərdə rayonunda 866 məcburi köçkün ailəsi üçün yeni yaşayış məhəlləsinin yerləşdirilməsi üçün 14 hektar torpaq sahəsi ayrılmış, texniki şərtlər alınmış və layihə təşkilatı ilə müqavilənin bağlanması üçün tender proseduru keçirilmiş və layihə təşkilatı ilə müqavilə bağlanmışdır. Hazırda məhəllənin baş planı hazırlanmış, binalar və sosial obyektlər üzrə geoloji axtarış işlərinə başlanmışdır. Bundan əlavə həmin rayonun ərazisində 195 məcburi köçkün ailəsi üçün yeni yaşayış qəsəbəsinin yerləşdirilməsi və əkin sahəsi üçün 134 hektar torpaq sahəsi ayrılmış, texniki şərtlər alınmış, layihə işlərinin başlanması üçün müvafiq qaydada icazə alınaraq, «Bakı İnşaat Layihə» QSC ilə müqavilə bağlanmışdır.

-Balakən rayonunda 43 məcburi köçkün ailəsi üçün yeni beşmərtəbəli yaşayış binasının tikintisi məqsədilə 0,7 hektar torpaq sahəsi ayrılmış, texniki şərtlər alınmış, layihə işlərinin başlanması üçün icazə alınmış və layihə təşkilatı ilə müqavilə bağlanmışdır.

- İsmayıllı rayonunda 45 məcburi köçkün ailəsi üçün yeni yaşayış qəsəbəsinin salınması məqsədilə 9 hektar torpaq sahəsi ayrılmış, texniki şərtlər alınmış, layihə işlərinin başlanması üçün müvafiq qaydada icazə alınmış və layihə təşkilatı ilə müqavilə bağlanmışdır.

- Hacıqabul rayonunda 101 məcburi köçkün ailəsi üçün yeni yaşayış qəsəbəsinin yerləşdirilməsi üçün 30 hektar torpaq sahəsi ayrılmış, texniki şərtlərin alınması üçün müraciətlər edilmişdir.

- Saatlı rayonunda 320 məcburi köçkün ailəsi üçün yeni yaşayış qəsəbəsinin salınması məqsədilə 13 hektar torpaq sahəsi ayrılmış, texniki şərtlərin alınması üçün müraciətlər edilmişdir.

- Ağdam rayonunun «Dördyol» adlanan ərazisində yeraltı qazmalarda, qamış və çiy kərpic daxmalarda ağır şəraitdə yaşayan 932 məcburi köçkün ailəsi üçün həmin rayonun Bənövşələr (30 hektar) və İmamqulubəyli (70 hektar) qəsəbələri ərazisində torpaq sahələri ayrılmışdır. Hazırda texniki şərtlər alınmış və «İnşaat Pasportu» hazırlanmışdır.

- Beyləqan rayonunda 320 məcburi köçkün ailəsi üçün yeni yaşayış qəsəbəsinin salınmasına 385 hektar torpaq sahəsi ayrılmış (o cümlədən 320 ha suvarılan sahə nəzərə alınmaqla), texniki şərtlər alınmış və layihə təşkilatı ilə müqavilənin bağlanması üçün tender proseduru keçirilmiş və müvafiq qaydada müqavilə bağlanmışdır. Hazırda qəsəbənin baş planının hazırlanması başa çatdırılmış, Beyləqan və Xocavənd Rayon İcra Hakimiyyətləri ilə razılaşdırılmışdır.

- Beyləqan rayonu ərazisində Xocavənd Rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisi üçün torpaq sahəsi ayrılmış, texniki şərtlər alınmış, layihə-smeta sənədlərinin tərtibatı başa çatdırılmış, Dövlət Ekspertiza Baş İdarəsindən müsbət rəy alınmış və podrat təşkilatı ilə müqavilə bağlanmışdır. Tikinti-quraşdırma, binanın xarici və daxili divarlarında bəzək-tamamlama işləri başa çatmış, Dövlət Qəbul Komissiyasının Aktı rəsmiləşdirilmişdir.

- Müvafiq göstərişə uyğun olaraq, Abşeron rayonunun Masazır kəndinin ərazisində ayrılmış 12,0 ha torpaq sahəsində 2012-ci ilin birinci rübündə tikinti işlərinə başlanılacaq və həmin əraziyə Dövlət Neft Akademiyasının yataqxanalarında yaşayan məcburi köçkünlər köçürüləcəkdir; Bakı Dövlət Universitetinin 7 yataqxanasında müvəqqəti məskunlaşmış 758 məcburi köçkün ailəsinin Qaradağ rayonu, Müşfiqabad qəsəbəsinin yaxınlığında ayrılmış 22,0 ha torpaq sahəsində salınacaq çoxmərtəbəli yaşayış binalarından ibarət məhəlləyə köçürülməsi nəzərdə tutulmuşdur;

- Ramana qəsəbəsinin yaxınlığında Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 4 ünvanında yerləşən «Səttərxan adına maşınqayırma zavodu» TASC-yə məxsus, tikintisi yarımçıq qalmış 4 mərtəbəli binada müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 1 ədəd 80 mənzilli 5 mərtəbəli binanın tikinti işləri başa çatdırılaraq məcburi köçkün ailələrinin mənzillərə köçürülməsi təmin olunmuşdur.

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında hazırlanıb.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]