Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Məcburi köçkünlərin «üçüncü həyatı» (FOTOLAR)

Məcburi köçkünlərin «üçüncü həyatı» (FOTOLAR)
Bölmə :
KİVDF
Yayım tarixi :
22/1/2013 [10:43]
Baxılıb :
1793 dəfə
Yeni şəhərcikdə problem maşrutlardan başlayır
Dövlət Komitəsinin iş adamları ilə mənzil sövdələşməsi şəffafdırmı?

Dövlət başçısı İlham Əliyevin sədrliyi ilə yanvar ayında Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

Burada Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 31 min mənzildən ibarət, bütün sosial-texniki infrastruktura malik 77 müasir qəsəbə salınmış, 31 min ailənin, yaxud 140 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.
“Həmin yeni yaşayış məntəqələrində 134 məktəb, 5 musiqi məktəbi, 48 uşaq bağçası, 51 tibb məntəqəsi, 43 mədəniyyət mərkəzi, 2 Olimpiya İdman Kompleksi tikilmiş, 628 kilometr yol, 781 kilometr su, 1333 kilometr elektrik, 288 kilometr qaz xətti çəkilmiş, müxtəlif gücə malik 671 elektrik transformatoru quraşdırılıb. Bu işlərin 77 faizi Sizin 9 illik prezidentlik fəaliyyətiniz dövründə icra olunub.
Həmçinin Maliyyə Nazirliyi tərəfindən ayrılmış vəsait hesabına 1348 ailə - 6740 nəfər məcburi köçkün dövlət ehtiyacları ilə əlaqədar Abşeron rayonunun ərazisində tikilmiş yeni mənzillərə köçürülüb”, deyə Əli Həsənov bildirib.

Əli Həsənovun dedikləri ilə reallıq arasında fərq

Komitə sədrinin dediyi Abşeron rayonunun ərazisində tikilmiş yeni mənzillərə yollandıq. 

Söhbət Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən Binəqədi Gənclər Şəhərciyindən gedir. Məcburi köçkünləri burada inşa olunan yeni, tam təmirli mənzillərə köçürülüb.
Burada 17 yaşayış binası var. Onların hamısı heç də məcburi köçkünlər üçün nəzərdə tutulmayıb. Maliyyə Nazirliyi sahibkardan hazır mənzillər alıb və onların köçürülməsinə şərait yaradıb.
Hə, başlayaq Binəqədi Gənclər Şəhərciyinə necə gedib-çıxmağımızdan. 5 mindən artıq insanın yaşadığı şəhərciyə şəhərarası bir maşrut xətti var. 165 saylı bu maşrut Yasamal rayon, Şərifzadə küçəsində yerləşən “Kaktus” restoranının yanından sözügedən şəhərcik arasında işləyir. Bu maşrut da nəzərdə tutulduğu kimi həmişə 5 dəqiqədən bir gəlmir. Şəhərciyə işləyən yeganə avtobus insanların əsəblərini tarıma çəkir. Avtobuslar kiçik titumludur. Sərnişinlər ayaq üstə getməyə belə yer tapmırlar. Bu səbəbdən bir-birinə yapışmış halda gedən vətəndaşlar maşından enəndə bir xeyli özlərinə gələ bilmirlər.

Baməzə sərnişinin bənzətməsi

Şəhərcikdə yaşayan məcburi köçkünlə bu problemlə bağlı söhbətin məğzini yazıram: “Bu əbədi problem nəticəsində şəxsən mən çantamı yeni ləvazimatlarla xeyli zənginləşdirmişəm - bu sıraya paltar və ayaqqabı şotkası, krem, müxtəlif əski parçaları, kiçik butulkada su, daraq, güzgü daxildir.

Bir çox hallarda avtobus dayanacaqda xeyli ləngiyir və artıq salonda iynə atmağa belə yer olmayanda yerindən tərpənir. Elə bu zaman arxadan fit səsi eşidilir və sürücü maşını saxlayıb gözləyir ki, növbəti “20 qəpiyi”ni mindirsin. Sərnişinlərin onsuz da tarıma çəkilmiş əsəbləri korlanmasın neyləsin? 165 saylı maşrutun xəttində dayanacaqların say azdır. Odur ki, sürücü harda gəldi saxlayır, sərnişin harda gəldi dayanır.
İntellektual idarəetmə sistemi tətbiq olunması kimi məsələləri eyninə belə almayan avtobus sürücüləri bütün qanunlara, qaydalara, normalara, təlimatlara tüpürərək, kefləri istəyən kimi işləyirlər. Biri yolda “avtoşluq” edir, o biri kefi istəyən yerdə dayanıb yarım saat mürgü vurur ki, ağzınadək dolmuş maşındakı sərnişinlərin belinə daha bir neçə nəfər minsin, digəri dayanacaqda saxlamır, amma yol boyu hər 5 metrdən bir dayanıb sərnişin mindirir.
Bir də görürsən sürücü hansısa çayxananın yanında avtobusu saxlayıb düşür və sükanı verir yeniyetmə bir oğlana ki, “mən bir çay içənədək sən bir “kruq” vurub gəl”. Hə, bax indi oğulsan gəl həyatını riskə qoyub küçələrdə qızmış at kimi sürülüən bu avtobusa min.
Binəqədi Gənclər Şəhərciyinə ikinci maşrut xətti olmasa, bizi infkart vuracaq. 165 saylı maşrut uzunömürlü intihar deməkdir”.

“Yaşadığım binadan dayancağa məsafə 300 metrdir”

Ağdamdan olan məcburi köçkün Adil deyir ki, 165 saylı maşrutunun sonuncu dayancağı - şəhərciyin yaxınlığında dayanacaq quraşdırılmayıb: “Bu günlərdə yağış yağmışdı. Yolun kənarında avtobus gözləyirdik. O gəlincə biz təmiz islandıq. Yaxşı olardı ki, maşrtun xətti sonuncu yaşayış binasına qədər uzadılsın. Maşrut sahibinə bu barədə müraciət etmişdik. Cavab verildi ki, binanın sahibi buna icazə vermir. Binanın sahibi ilə görüşdük O da dedi ki, guya bunu maşrut xəttinin sahibi istəmir. Bir sözlə ötür-ötür oyunu oynadılar. Şəxsən mənim yaşadığım binadan dayancağa məsafə nə az, nə çox 300 metrdir”.

Binda qaz, su, işıq, kanalizasiya, istilik sisteminin xətləri var

Binəqədi Gənclər Şəhərciyinə çatırıq. Ərazidə tikinti işləri gedir. Tikintidə çalışan fəhlələr deyirlər ki, burada yeni yaşayış binası və şadlıq sarayı tikiləcək. Öncə qeyd etdiyim kimi burada 17 bina var. Onalrdan təmir işləri başa çatmamış ikionların hər birində isə 96 mənzil var. Mənzillər bir, iki və üç otaqlıdır. Binanın qarşısına asflat döşənib.
Öncə binada şəkil şəkil çəkməyə icazə verilmədi. İsrarlı xahişlərimizdən sonra razılığa gəldilər.
Binda qaz, su, işıq, kanalizasiya, istilik sisteminin xəttləri var. Mənzilərə qaz verilmir. Hər altı bina üçün ayrıca qazanxana var. 12 nömrəli bina son günlər istliklə təmin olunmur.
Binəqədi Gənclər Şəhərciyininin ərazisində selofanlar uçuşur. Təmzilikdən əsər-əlamət yoxdur, hər yan zibil içərisindədir.
Qazaxanalrın birinə daxil oluruq. Burada iş gedirdi. Yəni mənzillərə istilik ötürürdü.
Məcburi köçkünlər onlara verilən mənzillərin, hamamın, tauletin təmrili olmasından razılıq etdilər. Yeni binada yaşayış üçün şəraitin arzuolunan olmasından danışdılar. Öncə qaldıqları yerlərdə həyatlarına təhlükənin olduğunu vurğulayan məcburi köçkünlər şəhərcikdə belə hallarla qaşılaşmadıqlarını bildirdilər: “Məsələn, enerji xətləri göz önündə deyil. Daha uşaqlarımız da sərbəst hərəkət etməsinə təhlükə görmürük”, deyə Cəbrayıl sakini Vahid bildirdi.

“Maliyyə Nazirliyi vasitəsi ilə bizdən mənzil alıblar”

Onu da öyrəndik ki, bu binaların sahibi “Dərhal” Mənzil-Tikinti Kooperatividir. Kooperativin icraçı direktoru Rasim Qaçayevlə danışdıq. Onun sözlərinə görə tikinti şirkətinə məxsus binada yaşayanların heç də hamısı məcburi köçkün deyil: “Biz sahibkarıq, binanı tikmişik. Tikinti şirkətimizin rəhbəri Rövşən Cəbrayılovdur. Qaçqın və Məcburi Köçkünlərlə iş iz üzrə Dövlət Komitəsi Maliyyə Nazirliyi vasitəsi ilə bizdən mənzil alıb. Bizim binamızda təkcə Dövlət Komitəsi deyil, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi də var. 17 binamızda ümumilikdə 5 mindən artıq insan yaşayır. Onlardan necə nəfərinin məcburi köçkün olmasını dəqiq bilmirəm. Bunu Dövlət Komitəsi dəqiq bilər”.

Bağça və məktəb binası hələ tikilməyib

R.Qaçayevin dediyinə görə şəhərcikdə uşaq bağçası da olacaq: “Təxminən 200 nəfərlik uşaq üçün nəzərdə tutulur. Amma harada yerləşəcəyi hələ dəqiqləşdirilməyib. Onu deyə bilərəm ki, dövlətin bununla bağlı planı var. Bura eləcə də orta məktəblərin tikintisi daxildir. Hazırda bağça və orta məktəblər yaşayış mənzillərində fəaliyət göstərir.
R.Qaçayev onu da dedi ki, bəzən məcburi köçkünlər üçün nəzərdə tutulmuş mənzillərin satılması xəbəri yayılır: “Bu doğru deyir, bina bizimdir, sahibi bizik. Dövlət Komitəsinin almadığı mənzillər bizə məxsusdur və biz onu kimə istəsək sata bilərik. Elə sizə də”.
Qeyd edk ki, burada binların zirzəmisini belə mənzil edərək məcburi köçkünlərin istifadəsinə veriblər. Burada məskunlaşanlar BakınınNizami, Xəzər, Yasamal, Xətai rayonlarından köçürlən məcburi köçkünlərdir.

Ardı gələn sayımızda

Ramid İBRAHİMOV

Fotolar müəllifindir

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]