Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Dava-dalaşla alınan şəhidlik statusu”¦

Dava-dalaşla alınan şəhidlik statusu”¦
Bölmə :
Araşdırma
Yayım tarixi :
18/6/2012 [22:32]
Baxılıb :
1770 dəfə
Orduda həlak olan hərbçilərin ailələri Müdafiə Nazirliyi ilə uzun müddət qeyri-bərabər «döyüşÂ» aparırlar
Ələkbər Məmmədov: «Nazirlik ödənişləri azaltmaq üçün bir çox bəhanələr gətirir»

Qarabağ müharibəsi zamanı şəhid olmuş hərbçilərin ailələrinin sosial müdafiəsi qsmən təmin olunub. Onlara təqaüd verilir, mənzil, torpaq sahələri ilə təmin olunurlar. Amma atəşkəs dövründə həlak olan hərbi qulluqçuların ailələrinə bu güzşətlər şamil olunmur. 
Bir neçə gün öncə Milli Məclisin qarşısında özünü yandıran şəhid atası üzləşdiyi haqsızlığa etiraz etmişdi. O, bu ağır günündə dövlət qurumlarını yanında görməmişdi, üstəlik qəbir yerinə görə ondan rüşvət tələb etmişdilər.
Təqdim olunan fakt bu sahədəki durumu əyani əşkildə nümayiş etdirir. Qanunvericilikdə də çoxlu sayda boşluqlar var. 20 ildən çoxdur ki, müharibə vəziyyətində yaşandığı elan edilən ölkədə hələ ötən ilə «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları»na dəyişiklik edilərək, atəşkəs dövründə vəfat edən hərbçilər yada salındı. Həmin dəyişikliyə əsasən, atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının, döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilən şəxslərə də şəhidlik statusu veriləcək. Bu dəyişiklik ondan xəbər verir ki, şəhid ailələrinin sayı artacaq. Çünki atəşkəs sazişinin imzalandığı 1994-cü ildən üzü bəri minlərlə hərbçi döyüş tapşırığını yerinə yetirərkən həlak olsa da, onlara şəhidlik statusu verilməmişdi. Yeni şəhidlik statusu alacaq ailələrə həm də prezident təqaüdü veriləcək.
Qeyd edək ki, ölkə başçısının fərmanına əsasən, 2007-ci il yanvarın 1-dən başlayaraq hər bir şəhid ailəsinə ayda 100 manat prezident təqaüdü verilir. Nazirlər Kabinetinin müəyyənləşdirdiyi «Şəhid ailəsi üçün prezident təqaüdünün təyin olunması və ödənilməsi qaydaları»na əsasən, şəhid ailəsi üçün prezident təqaüdü şəhidin həyat yoldaşına, valideynlərinə, 18 yaşına çatmamış və ya həmin yaşa çatanadək əlil olmuş 18 yaşından yuxarı uşaqlarına, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına, qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrinə verilir. Şəhidin 18 yaşına çatmamış və ya həmin yaşa çatanadək əlil olmuş uşaqları və ya uşaq evlərində tərbiyə olunan ailə üzvləri tədris müəssisələrində əyani təhsil aldıqda həmin təqaüd təhsili bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək ödənilir. Şəhidin qəyyumluğa verilmiş uşaqlarına prezident təqaüdü təyin edilərkən himayəçi ailə tərkibində nəzərə alınmır. Təqaüd hər bir şəhidə görə təyin edilir və ailə üzvlərinin sayına bərabər bölünməklə ödənilir.

Bəs, şəhidlik statutusu ala bilməyən hərbçilərin ailəsinin sosial müdafiəsi necə təşkil olunur?

«Silahlı Qüvvələrə Vətəndaş Nəzarəti Mərkəzi»nin rəhbəri Ələkbər Məmmədov deyir ki, , hərbi xidmət zamanı dünyasını dəyişmiş hərbçilərin ailələrinə «Hərbi qulluqçuların icbari sığortası haqqında» Qanuna uyğun olaraq, 11 min manat sığorta pulu ödənməlidir: «Şəhid olanlara hərbi hissə komandiri səviyyəsində yardım göstərilməlidir. Onların üzərinə düşən əsas vəzifə dəfn mərasiminin təşkil olunmasıdır. Həmçinin şəhidin ailələri üçün təqaüd ayrılmalıdır. Qanunvericilikdə göstərilənlərin icrası əksər vaxtlarda aşağı səviyyədə olur. Onların ailəsi incidilir, bürokratik əngəllərlə üzləşirlər».
O ki qaldı, qeyri-döyüş vəziyyətində dünyasını dəyişən əsgərlərə, Ə.Məmmədov deyir ki, onlar üçün qanunvericilkdə nəzərdə tutulan güzşətlər ədalətsizlikdir: «İntihar edənlər üçün nə sığorta ödənilir, nə də təqaüd kəsilir. Bədbəxt hadisə, insident, ehtiyatsızlıq üzündən vəfat edənlərin ailələri yalnız sığorta ödənişini ala bilir. Qalan heç bir güzəştlərə düşmürlər.
Başqasının ehtiyatsızılığı, xəstəlikdən vəfat edirsə, əsgərlərin ailəsinə minimum təqaüd kəsilir, zabitdirsə, əməkhaqının 100 faizi formasında təqaüd ödənilir».
Ekspert bildirir ki, Milli Orduda hər hansı qeyri-döyüş hadisəsi zamanı həlak olmuş hərbçilərin ailəsi sığorta almaqda böyük manelərlə üzləşirlər. Müdafiə Nazirliyi ödənişləri azaltmaq üçün bir çox bəhanlər gətirir: «Qanunvericilikdə boşluqlar qoyublar və manipulyasiya etmək üçün əllərinə fürsət düşür. Məsələn, ailə üzvlərindən biri müraciət etdikdə, ziddiyyət təşkil edən bəndlərdən birini göstərirlər ki, onun həlak olmuş övladına sığorta düşmür. Bəzən bəhanə tapa bilməyəndə müxtəlif səbəblər gətirib vaxtı uzadırlar. Sonra da vaxtın bitdiyini bəhanə gətirib vəsaiti ödəməkdən boyun qaçırırlar. Burada həm də korrupsiya halları mövcuddur. Sənədlər dövlət qurumunda olduğu üçün, müraciət edən vətəndaşın adından imza atıb sığorta pullarını mənimsəyirlər».
Bu istiqamətdə ən böyük problemlərdən biri döyüş vəziyətində ölən əsgərlərin böyük əksəriyyətinə şəhid statusunun verilməməsidir. Ə.Məmmədovun sözlərinə görə, müharibə vəziyyəti uzandığına görə, itkilər çox olur. Bu səbəbdən hökumət ödənişlərin həcmini süni şəkildə azaltmaq üçün şəhidlik statusunun verilməsinə maneələr yaradırlar.

Vüsalə RÜSTƏMOVA

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]