Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Zavod direktoru təkzib edir: “AGBank”dan heç kimə təzyiq olmayıb”

Zavod direktoru təkzib edir: “AGBank”dan heç kimə təzyiq olmayıb”
Bölmə :
Müsahibə
Yayım tarixi :
27/11/2015 [13:34]
Baxılıb :
2235 dəfə
“Haqverdi Məmmədov mənim səhmlərimi 1 milyon manata sataraq çıxıb  gedib"
“Əksinə, borcları qaytarmaq üçün bank tərəfindən bizə şərait yaradılıb”

Bu günlərdə mediada fırıldaq yolu ilə külli miqdarda vəsaitin əldə edilməsi, bir zavodun onun sahibinin əlindən alınmasına dair məlumat dərc edilib. 23 noyabr tarixində musavat.com saytında yer alan “Çingiz Əsədullayevlə Eldar Mahmudovun zəlil duruma saldığı ailə” adlı materialda AGBank rəhbərliyinə dair ciddi ittihamlar yer alıb. 

Məqalədə “Sumqayıt ağac emal” zavodunun zorla onun rəhbəri ”“ Haqverdi Məmmədovun əlindən alındığı iddia olunur. Həmin sahibkarın həyat yoldaşı bildirir ki, H.Məmmədov bankdan alınan krediti qaytara bilmədiyinə görə, “AGBank” rəhbərliyi tərəfindən zavodun səhmləri ondan zorla alınıb.   

Məqalədə kifayət qədər ciddi ittihamlar, böyük məbləğlərdən söz gedir. Bu qarışıq məsələyə aydınlıq gətirmək, qarşı tərəfin də rəyini öyrənmək üçün “Sumqayıt ağac emal” zavodunun rəhbərliyi ilə əlaqə saxladıq. 

Hazırda “Sumqayıt Ağac Emalı” ASC-nin İdarə Heyətinin sədri Qeys Kərimovla görüşüb ondan məsələlərə aydınlıq gətirməsini istədik. Məlum oldu ki, zavod özəlləşdiriləndən bəri onu işlədən, rentabelli müəssisəyə çevirən şəxs məhz Q.Kərimovdur. O, adıçəkilən məqalədə “AGBank” rəhbərliyinə qarşı səsləndirilən ittihamların yalan və böhtan olduğunu bəyan edir. Beləliklə, Qeys Kərimovun Bizimyol.info-ya müsahibəsini təqdim edirik:

- “Sumqayıt Ağac Emalı” zavoduna nə vaxtdan rəhbərlik edirsiniz? 

-Mən 1996-cı ildən etibarən “Sumqayıt ağac emalı” zavodunun direktoru vəzifəsində işləmişəm. Bu zavod  həmin dövrlərdə “Azərsənaye” dövlət şirkətinin nəzdində idi. Sonra müstəqillik illərində mərhum prezident, ümummilli lider Heydər Əliyevin sərəncamı ilə zavod özəlləşməyə çıxarıldı. Özəlləşdirmə zamanı ilk olaraq kollektivə müraciət olunurdu. Bizim zavodun özəlləşdirmə prosesi 1999-cu ildən 2001-ci ilədək davam etdi.  Mən də qohum-əqrəba, yaxın adamlardan borc alıb zavodu özəlləşdirdim və  bu müəssisənin səhmlərinin  91 faizinin sahibi oldum. 
Mən zavodun işini gücləndirmək, istehsalat prosesini müasirləşdirmək üçün yeni qurğular, avadanlıqlar gətizdirmək istəyirdim. Zavodla bağlı arzularım vardı. Yeni iş yerləri yaratmaq istəyirdim. Həmin vaxt sahibkarlar üçün yaxşı şərait yaradılmışdı. Xüsusi biznes planlarım vardı. 
Amma bu işləri görməyə pulum çatmırdı. Çünki dövriyyədə olan vəsaiti, həm də əlimdəki pulların hamısını özəlləşdirməyə sərf etmişdim. Planlarımı reallaşdırmaq üçün bir neçə banka müraciət etdim. Amma kredit verən olmadı.

-Lakin ittihamlarda zavodun “AGBank”dan kredit aldığı bildirilir.

-Həmin vaxt alınmamışdı. Sonradan rəhmətlik qardaşım Elmir məni Haqverdi Məmmədovla tanış etdi. H.Məmmədov “Texnikabank”da işlədiyi deyirdi. Ona özəl zavodumu girov qoyub kredit götürmək istədiyimi bildirdim. Söz versə də, əməl etmədi. 

Lakin bu söhbətin üstündən bir il keçəndən sonra həmin Haqverdi Məmmədovun özü zavoda gəldi. Dedi ki, ayrı bir bank ”“ “Azəriqazbank”dan kredit ala bilər. Əvəzində səhmlərimi istədi. Dedi ki, “səhm versən, bu işə qol qoyub, həll edərəm”. Razılaşdım, səhmlərimin 40 faizini ona verdim. Bunun müqabilində 500 min dollar nağd pul verməyə razılaşdı. Amma o pulu mənə vermədi. 
Biz yalnız 2005-ci ildə Məmmədov Haqverdini zavoda direktor təyin etdik və xaricdən avadanlıq gətirilməsi üçün kredit almağa başladıq. Azərbaycanda ilk dəfə olaraq laminat parket xəttini mən  Almaniyadan gətizdirdim. Bu xəttin gətirilməsi üçün bankdan zəmanət sənədi almışdıq. 

-Lakin H.Məmmədovun həyat yoldaşı Elmira Məmmədova bu məbləği onun ailəsinin ödədiyini bildirir. 

-Xeyr, biz kredit alıb laminat istehsalına başladıq. Axırıncı parket xətti üçün aldığımız 1 milyon 150 min manatı da zəmanət məktubu ilə almışıq və əvəzində avadanlığı gətirmişik. Beləliklə, işə başladıq. Kreditin faizlərini bağlamaq üçün istehsalın həcmi kifayət edirdi. Ona görə də dövriyyədə əldən olunan pulları Haqverdi Məmmədov banka ödəmək üçün bizdən alırdı. Mən bu pulların banka ödənilib-ödənilmədiyini izləməmişdim. Amma sən demə, ödəmirmiş.

Bir gün məni banka çağırıb bildirdilər ki, sizin xeyli borcunuz yaranıb, o borcu necə qaytaracaqsınız? Mən Çingiz müəllimin (Çingiz Əsədullayev-red) yanında oldum. Ona da vəziyyəti izah etdim, dedim ki, artıq zavodu işlədə bilmirəm. Ona görə də təklif elədim ki, pulu olan kiməsə zavodu verək ki, borcları qaytarsın. 

Elə o dövrdə Haqverdi özündə olan səhmlərin 20 faizini Burhan Həmidov adlı adama 1 milyona satdı. Mən də o dövrdə həyatımda ilk dəfə bir aylıq dincəlməyə getdim. Qayıdanda gəlib gördüm ki, 1 milyon manat da yoxdur, Burhan Həmidov da yoxdur. Çünki Burhan deyirmiş ki, Haqverdi Məmmədov məni zavodun hesabatlarına yaxın buraxmır. 

Bu dəfə- 2010-cu ildə yenə Çingiz Əsədullayevlə görüşdük. O vaxta qədər hissə-hissə kredit almışdıq və məbləğ 4 milyon 700 min manata yaxın yığılmışdı. Burhan Həmidov dedi ki, onda zavodu yenidən işlətmək üçün pul var. Sadəcə səhmlər Haqverdinin oğlunun adınaydı, onları öz adına keçirtmək istəyirdi. O vaxt tərəflərin razılığı ilə, heç bir narazılıq olmadan 2 nömrəli notariusda alqı-satqı etməklə səhmlər Burhan Həmivodun adına keçirildi. Onda Burhan söz verdi ki, borc kimi kənar adamlardan alınan pulları da qaytaracaq. Həmçinin, bankın da qarşısında kredit borclarının qaytarılacağına dair öhdəlik götürdü. Hətta bir neçə gün sonra Haqverdi Məmmədovun oğlu  Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə gedərək orada səhmlərin Burhanın adına keçirilməsi üçün sənədə imza atdı. Yəni, bu işlər hamısı tərəflərin razılığı ilə baş verib. 

Burhan Həmidov deyirdi ki, zavodu 2-3 il işlədib bu pulları qaytaracağam, sonra da Qeys gəlib işi davam etdirər. Mən də ayda müəyyən məbləğdə maaş müqabilində zavodda qalırdım. Təəssüf ki, sonradan Burhan Həmidov bankı da aldatdı. Verdiyi vədləri  yerinə yetirmədi, adamların da pullarını qaytarmadı.

-Lakin mətbuatda çıxan məlumatlarda səhmlərin zorla Məmmədovlar ailəsinin əlindən alındığı bildirilir. 

-Mətbuatda bu haqda xəbər çıxanda, çox təəccübləndim. Mən deyə bilmərəm ki, Haqverdi Məmmədovun yığdığı var-dövlət hansı səbəbdən onun əlindən çıxıb. Ancaq onu deyə bilərəm ki, Haqverdi bura gələnədək mənim və zavodun heç kimə borcu yox idi. Yalnız Haqverdi Məmmədovun səriştəsiz idarəetməsinə görə bu bəlaların hamısı başımıza gəldi. 
Onu dəqiq bilirəm ki, Haqverdi Məmmədov səhmlərin müqabilində Burhandan həmin 1 milyon manatı alıb getdi. Sonradan evlərini niyə satdığını bilmirəm. Bunların zavodla əlaqəsi yoxdur. Mənimlə işlədiyi dövrdə əmlakını girov qoymayıb. 

Hazırda Haqverdi Məmmədov Azərbaycanda deyil, Kanadada yaşayır. Bəs ora necə gedib? Bildiyim qədər, ikinci ailə qurub, yeni doğulmuş övladı da var. Mən onların ailəsində hansı problemlərin olduğunu bilmirəm. 

Əgər Haqverdi mənim əmlakımı satıb 1 milyon alıbsa, hansı haqq-ədalətdən danışırlar? 2011-ci ildə H.Məmmədov zavodda deyildi, getmişdi və özüylə 1 milyon da pul aparmışdı. Zavodun puluyla oğluna aldığı evi girov qoyubsa, bunun axı “AGBank”a aidiyyəti yoxdur. 

-Bəs zavodun sonrakı taleyi necə oldu? Necə oldu ki, siz yenə iş başına qayıtdınız?

-Burhan Həmidov bir neçə ilə zavoddan 4-5 milyon manat pul qazandı. Amma bankın borcunu qaytarmadı. Belə olanda, bankın sədri  Çingiz Əsədullayev yenidən mənə iş başına keçməyi, zavodu işlədib borcları qaytarmağı təklif etdi. Bankın kredit faizlərini dondurdular. 2014-cü il iyunun 23-də əmr verildi, məni “Sumqayıt Ağac Emal” ASC-nin sədri seçildim. Deyildi ki, heç kim mane olmasın, zavodu işlədib bankın pulunu ödəyək. 

-Ötən il zavodun banka nə qədər borcu var idi? 

-Həmin vaxta kimi 7 milyon manata yaxın borc pul yığılmışdı. Burhan 4 il bu zavodun qanını sordu,. O vaxtlar işlər yaxşı gedirdi, gəlir olurdu. Amma Burhan banka pul ödəmədi, özü üçün işlədi. Nəhayət, bank da məhkəməyə müraciət edərək səhmləri Burhandan aldı.. 

Hazırda mənimlə bank arasında mövcud müqaviləyə əsasən, kredit borcu veriləndən sonra səhmlər mənə qaytarılacaq. İndi mən həmin zavodun İdarə Heyətinin sədri vəzifəsində çalışıram. 

Biz ötən ildən etibarən birgə işə başladıq. Bu müddət ərsində gücümüz çatan qədər bank borcunu ödəmişik, məbləğ bir qədər azalıb. Amma indiki iqtisadi böhran üzündən sifarişlərimiz azalıb, demək olar yoxdur. 20 ildə heç belə duruma düşməmişik. Zavodun potensialı böyükdür, amma sifariş almadığımıza görə, fəaliyyətimizdə problem yaranıb. 

Sonda onu deyim ki, mən bu məsələlərlə bağlı cənab prezidentə də müraciət etmişəm və sözümün arxasında dayanıram. Bəyan edirəm ki, səhmlərin Hqverdi Məmmədovdan alınmasında ona heç bir təzyiq olmayıb. Çingiz müəllim bu zavodun işlətmək üçün mənə və H.Məmmədova kömək edib. Sadəcə, Haqverdi Məmmədov idarəetməni düzgün aparmadığına görə, 4 il mənim balarım ac qaldı. 
Hazırda “AGBank” götürdüyüm  kreditin ödənilməsi üçün mənə iş şəraiti yaradıb. Böyük çətinliklərimiz olsa da, banka olan milyonlarla borcun ödənilməsi üçün çalışıram.

ÜMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]