Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“İqlimin dəyişilməsi biomüxtəlifliyin itirilməsinin başlıca səbəbidir”

“İqlimin dəyişilməsi biomüxtəlifliyin itirilməsinin başlıca səbəbidir”
Bölmə :
KİVDF
Yayım tarixi :
26/11/2015 [22:34]
Baxılıb :
1596 dəfə
Gülmalı Süleymanov: “Azərbaycan iqlim dəyişikliklərinin mənfi təsirinə qarşı müxtəlif beynəlxalq konvensiya və protokollara qoşulub”

(Əvvəli ötən sayımızda)

"Azərbaycan kontinental ərazidə yerləşdiyi üçün, iqlim dəyişmələrinin yaratdığı fəsadlar o qədər də güclü hiss olunmur. Belə dəyişmələr, əsasən okean sahilində yerləşən ölkələrdə fəsadlara səbəb olur. Bilirsiniz ki, dünyada insan artımı, böyük meqapolislərin salınması daha çox okeansahili ərazilərdə yaşanır. Və okeansahili bölgələrdə iqlim dəyişmələrindən dolayı baş verən tufanlar, qasırğalar, subasmalar da həmin meqapolislərdə fəlakətlərə səbəb olur", -deyə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti İqlim Dəyişmələri və Ozon Mərkəzinin direktoru Gülmalı Süleymanov "Bizim Yol" əməkdaşı ilə söhbətində bildirdi.

Ölkəmizin Avroasiya materikinin kontinental hissəsində yerləşdiyini deyən ETSN rəsmisi bildirdi ki, ona görə də dünyada baş verən fəlakətlərin, güclü qasırğaların, tufanların, daşqınların, subasmaların iqlim dəyişmələri nöqteyi-nəzərindən ölkəmizə təsiri o qədər də güclü deyil: "Yəni bunlar Azərbaycana gəlib çıxana qədər təsirlər zəifləyir. Və ölkədə o təsirlər gözlənilmir. Amma buna baxmayaraq, az da olsa, fəsadlar hiss olunur. Məsələn, elə götürək, subasmalar və daşqınları. Yaxud şoranlaşma və səhralaşma proseslərini, küləklərin sürətinin artmasını və s. Hazırda respublikada səhralaşma təxminən 40%-ə qədərdir, bu, təkcə iqlim dəyişmələri ilə bağlı deyil. 90-cı illərdə meşələrin qırılması da respublika ərazisinin səhralaşmasına təsir edən amillərdən biridir. Əgər təkcə iqlim dəyişmələrinin təsiri olsaydı, o halda 10-15% səhralaşma baş verərdi".

"2100-cü ilədək xüsusi proqram mövcuddur"

G.Süleymanovun sözlərinə görə, Azərbaycan iqlim dəyişikliklərinin mənfi təsirinə qarşı birgə mübarizədə iştirak edir və bununla bağlı müxtəlif beynəlxalq konvensiya və protokollara qoşulub: "Məsələn, Azərbaycan 2000-ci ildə iqlim dəyişikliyi ilə bağlı vəziyyəti tənzimləyən beynəlxalq sənədə - Kioto protokoluna qoşulub ki, bunun da üç əsas mexanizmi var: Təmiz inkişaf, birgə fəaliyyət və karbon ticarəti mexanizmi".

Məlumdur ki, iqlim dəyişmələri ilə bağlı 100 illik proqramlar işlənir. Müsahibimiz bildirdi ki, Azərbaycanda 2100-cü ilədək belə bir proqram mövcuddur: "Proqnozlara gəlincə, bu haqda konkret nəsə demək mümkün deyil, sadəcə müəyyən fərziyyələr var. Məsələn, bəzi alimlər hesab edirlər ki, hazırda dünya iki buzlaşma dövrünün arasındadır, yəni əvvəl də böyük buzlaşma olub və gələcəkdə də böyük buzlaşma dövrü başlayacaq, kəskin soyuqlar düşəcək. Yaxud qlobal istiləşmənin davam edəcəyini iddia edənlər də var. Bizim əlimizdə olan hesabatlara əsasən, hələlik 2100-cü ilədək temperatur artımı davam edir, yağıntılarda qeyri-müəyyənliklər var, yağıntıların paylanmasında anomaliya müşahidə olunur. Yəni bütün təhlillər göstərir ki, son 20-30 ildə müşahidə olunan iqlim dəyişmələri 2100-cü ilədək daha güclü şəkildə davam edəcək. Məsələn, müşahidə olunan güclü küləklər daha kəskin şəkildə vüsət alacaq, yaxud yayda müşahidə olunan yüksək temperatur daha da arta bilər, quraqlıq dövrü uzana bilər. Son 20-30 ildə həm dünyada, həm də Azərbaycanda güclü daşqınlar, sellər baş verib, bundan sonrakı dövrdə həmin prosesin bir az da güclənmə ehtimalı var". 

İqlim dəyişmələri biomüxtəlifliyə necə təsir edir?

Şoranlaşma və səhralaşma prosesi Azərbaycanın daha çox hansı bölgələrində müşahidə olunur məsələsinə gəlincə, nazirlik rəsmi qeyd etdi ki, əsasən, 3 bölgədə - Qobustan, Şamaxı ərazilərində və Kür-Araz ovalığında bu proses müşahidə olunur: "Bildiyiniz kimi, torpaqların erroziyası, yəni torpağın üst münbit qatının yağış və qar suları vasitəsilə yuyulub aparılması, həmçinin külək tərəfindən sovrulub dağılması Azərbaycanda geniş yayılmışdır. Alimlərin hesablamalarına görə 1 sm qalınlığında münbit torpağın yaranması üçün 300 il tələb olunur. Eroziya prosesi nəticəsində bəşəriyyət min illərlə yaranan neçə santimetrlərlə münbit torpaq qatını qısa bir müddət ərzində itirir. Eroziya prosesinin əmələ gəlməsinin və inkişafının əsas səbəbi kənd təsərrüfatı hesab olunur. İnsanın təsərrüfat fəaliyyəti ilə əlaqədar olaraq yamacların kənd təsərrüfatı bitkiləri altında istifadə olunması, otlaq və örüşlərin intensiv otarılması, meşələrin məhv edilməsi, torpağın yamac boyu şumlanması eroziya prosesinin güclənməsinə səbəb olur.

Azərbaycanın elmi-tədqiqat institutları və layihə təşkilatlarının məlumatlarına əsasən ölkə ərazisinin 36,4%-i müxtəlif dərəcədə eroziya prosesinə məruz qalıb. Mil-Qarabağ zonasında ərazinin 30,8%-i, Quba-Xaçmaz zonasında 48,2%-i, Abşeronda 40,3%-i, Naxçıvan MR-də 70,7%-i, Dağlıq Qarabağda 59,3%-i, Şirvanda 27,7%-i, Şəki-Zaqatala zonasında 55,7%-i eroziyaya məruz qalıb. Dağlıq şəraitində yamaclarda əsasən su eroziyası daha geniş yayılıb. Burada eroziya prosesinin güclü getməsinin əsas səbəbləri dik yamaclarda meşələrin qırılması və eroziyaya qarşı aqrotexniki, aqro-meliorativ və meşə meliorativ tədbirləri həyata keçirmədən yamacların şumlanması, dağ-çəmən zonasında isə çim qatının dağıdılmasıdır. Belə sahələrdə yağmur suları torpağa hopa bilmədiyindən səthi su axımı əmələ gətirir və torpağı yuyub aparır, bir çox hallarda isə qobu və yarğanların əmələ gəlməsinə səbəb olur. Bu isə çay hövzələrində su rejiminin pozulması və sellərin baş verməsinə gətirib çıxarır".

Bəs, iqlim dəyişmələri biomüxtəlifliyə nə kimi təsirlər buraxır? Həmsöhbətimiz bu sualı belə cavablandırdı: "Əlbəttə ki, iqlim dəyişmələrinin biomüxtəlifliyə böyük təsiri var. Tutalım, şoranlaşmanın artması, yem bazasının azalması, yaşıllıqların məhv olması və s. biomüxtəlifliyə təsir göstərir. Yaranan yeni mənzərə müxtəlif heyvanların köç etməsinə, yer dəyişməsinə səbəb olur. Əksər alimlərin araşdırmalarına görə, iqlimin dəyişilməsi biomüxtəlifliyin itirilməsinin başlıca səbəbidir. Alimlər hesab edirlər ki, qlobal iqlim dəyişikliyi gələcəkdə yad növlərin yayılması və torpaqdan istifadə edilməsində baş verən dəyişikliklərlə birgə, bəzi növlərin miqrasiya imkanlarını məhdudlaşdıracaq və onların itməsini sürətləndirəcək". 

(Davamı gələn sayımızda)

ÜMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]