Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Bəşər Əsədə sarsıdıcı zərbə

Bəşər Əsədə sarsıdıcı zərbə
Bölmə :
Dünya
Yayım tarixi :
7/7/2012 [12:09]
Baxılıb :
847 dəfə

Diktatorun ən yaxın dostu qaçdı, Qər həlledici plan hazırlayır, Rusiya Suriya rəhbərinə sığınacaq verməyəcəyini açıqladı

“Suriyanın dostları” qrupu 100-dən çox ölkə təmsilçisinin iştirakıyla Parisdə toplanır. Lent.az-ın “trtazerbaycan.com" saytına istinadən verdiyi məlumata görə, toplantıda Bəşər Əsəd rejiminə təzyiqlər və sanksiyalar məsələsi bir daha müzakirə ediləcək.

Toplantıda Cenevrədə irəli sürülən milli keçid hökumətinin qurulması təklifi və Annan planının effektiv şəkildə həyata keçirilməsi məsələsi ətrafında müzakirələr aparılacaq. Əsədin ən güclü dəstəkçisi olan Rusiyaya "Dəməşqə dəstək verməkdən əl çək" çağırışının edilməsi gözlənilir. Suriya və Çin Parisdəki toplantıda iştirak etmir. Türkiyəni isə toplantıda xarici işlər naziri Əhməd Davudoğlu təmsil edir.

ABŞ Rusiya və Çini hədələdi

Parisdə keçirilən "Suriyanın Dostları" toplantısında çıxış edən ABŞ dövlət katibi Hillari Klinton Rusiya və Çini tənqid edib. O bildirib ki, Rusiya və Çin Suriyada dəyişikliyə mane olduqları üçün gec-tez bunun əvəzini ödəyəcəklər. ABŞ dövlət katibi toplantıda iştirak edən ölkələri Rusiya və Çini Suriyada dəyişikliyin labüdlüyünü qəbul etməyə razı salmağa çağırıb.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu isə Suriyada keçid dövrü hökumətinin qurulmasının vacibliyini vurğulayıb. Davudoğlu Suriya iqtidarının artıq legitimliyini itirdiyini deyib və bu ölkədə vətəndaş müharibəsinə son qoyacaq effektiv keçid dövrü hökumətinin vəzifəyə gəlməsinin vacib olduğunu bildirib.

Ollandan Suriya diktatoruna zərbə

Toplantıda Fransa prezidenti Fransua Olland Bəşər Əsəd rejiminə daha sərt sanksiyalar tətbiq olunmasını tələb edib. O bildirib ki, Əsəd rejimi qan tökməyi problemin həlli kimi görür. Əsədin dərhal getməli olduğunu söyləyən Fransa prezidenti Suriyada iqtidar dəyişikliyinin hər kəsin mənafeyinə uyğun olduğunu vurğulayıb.

Suriyadakı demokratik müxalifətə dəstəyin artırılmasının vacibliyini vurğulayan Olland toqquşmaların yaşandığı bölgələrə və başqa ölkələrə gedən qaçqınlara daha çox humanitar yardım edilməli olduğunu söyləyib.

Moskva: “Əsədə sığınacaq vermək fikrimiz yoxdur”

Rusiya xarici işlər naziri Sergey Lavrov isə Qərb ölkələrini Suriya ilə bağlı mövqelərinin böyük müharibəyə səbəb olacağı ilə bağlı xəbərdarlıq edib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiyanın baş diplomatı Suriya prezidenti Bəşər Əsədə rəsmi Moskvanın siyasi sığınacaq verilməsi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib. 

O, Bəşər Əsədə siyasi sığınacaq verilməsinin gündəmlərində olmadığını söyləyib: “Qərb ölkələrinin Suriya ilə bağlı sərt mövqeləri regionda yeni böyük müharibəyə səbəb olacaq. O ki, qaldı siyasi sığınacaq məsələsinə, Suriya lideri Bəşər Əsədə siyasi sığınacaq vermək fikrimiz yoxdur. Rusiyanın belə bir planı yoxdur. Suriya xalqının özü buna qərar verməlidir.

Bizim belə bir addımımızın mənası olmaz”. 

S. Lavrov Suriya ilə bağlı Cenevrədə keçirilən konfransda Qərb ölkələri ilə Suriyada müvəqqəti keçid hökumətinin qurulması ilə bağlı razılığa gəldiklərini söyləyib: “Gələn həftə Suriya müxalifətinin nümayəndələri Rusiyaya səfər edəcəklər. Suriya konfliktinin həllinə dair müzakirələr aparılacaq”.

Diktatorun ən yaxın dostu Türkiyəyə qaçdı 

Bəşər Əsədin ən yaxın dostu, Suriya Cümhuriyyət Mühafizə Birliyinin 105-ci alayının komandiri general Menaf Tlas da Türkiyəyə qaçıb. Lent.az-ın “The Guardian” qəzetinə istinadən verdiyi məlumata görə, Menaf Tlas 3 gün əvvəl Türkiyəyə gəlib.

Qeyd edək ki, Bəşər Əsədin uşaqlıq dostu olan Menaf Tlas sünnidir. Uzun müddət Suriyanın müdafiə naziri olmuş Mustafa Tlasın oğludur. Lakin son vaxtlar Menaf Tlas mülki şəxslərin həyatını təhlükə qarşısında qoyaraq müxaliflərə hücum etmək istəmədiyi üçün Bəşər Əsədin gözündən düşüb. Bununla belə, Suriya rejimində nüfuzlu ailələrdən birini təmsil edən generalın Türkiyəyə qaçması Bəşər Əsədə böyük zərbə sayılır və bunun daha aşağı rütbəli sünni hərbçilərin mövqelərinin dəyişməsində ciddi rol oynayacağı gözlənilir.

Türk pilotlarının ölüm səbəbi bəlli oldu

Bu arada Suriya tərəfindən vurulan Türkiyə təyyarəsinin pilotlarının nəşləri Malatyada Məhkəmə Tibb ekspertizası tərəfindən ekspertizadan keçirilib. Lent.az-ın “trtazerbaycan.com” saytına istinadən verdiyi məlumata görə, pilotların ölümünə təyyarənin dənizə düşməsinə bağlı travmanın səbəb olduğu bildirilib.

Şəhidlər Gökhan Ərtan və Həsən Hüseyn Aksoyun cəsədlərində partlayışla əlaqəli dağılma olmadığı qeyd edilib. Qeyd edək ki, ekspertizanın nəticələri gecə baş nazir Rəcəb Tayyib Ərdoğana və ədliyyə naziri Sadullah Ərginə çatdırılıb.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]