Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Türkiyəni yenidən «kəşf etməyin» vaxtıdır!

Bölmə :
Köşə
Yazar :
Elçin Rüstəmli
Yayım tarixi :
25/11/2015 [23:41]
Baxılıb :
10291 dəfə
Moskva-Ankara gərginliyindən Azərbaycan üçün çıxan nəticələr

Türkiyə böyük riski gözə alsa da, sözünü qətiyyətlə dedi: Suriyada at oynadan, tez-tez Türkiyənin hava sərhədlərini pozan qırıcı təyyarələrdən biri yerə salındı. İki gündür dünyanın siyasi gündəmini zəbt edən bu olayın regionun iki böyük ölkəsi, ümumiyyətlə, Qərb-Rusiya arasında münasibətələrə necə təsir edəcəyi müzakirə edilir. Kreml aqressivdir, Prezident Vladimir Putin səviyyəsində Türkiyə hədələnsə də, daha sonra xarici işlər naziri Sergey Lavrov Moskvanın sərt ritorikasını bir az yumşaltdı: müharibə olmayacaq!

Hadisədən dərhal sonra siyasi, diplomatik, hərbi, iqtisadi əməkdaşlığın kəsilməsi çağırışları səsləndi və onların bir qismi icraya yönəldildi. Rusiya Türkiyə ilə hərbi əməkdaşlığı dayandırır, vətəndaşlarına bu ölkəyə turist səfərləri etməsinə qadağa qoyur, bir sıra məhsulların idxalını məhdudlaşdırıb. 

Türkiyə isə kifayət qədər sakitdir. Dünən Baş nazir Əhməd Davudoğlu rus qırıcısının onun əmri ilə vurulduğunu bəyan etdi. Prezident Ərdoğan da gərəkənin yapıldığını bildirib. ABŞ başda olmaqla NATO ölkələri ən yüksək səviyyədə Türkiyənin addımını dəstəklədilər.  

Proseslərin bundan sonra mümkün inkişaf ssenarilərinə gəlincə, hərbi ritorikanı tezlikcə diplomatik təmaslar, bəyanatlar əvəzləyəcəyi daha real görünür. Çünki Rusiya üçün hadisələrin qisasçı məcrada davam etməsinin heç bir perspektivi yoxdur. Qərb tərəfindən möhkəm sıxışdırılan Rusiya Türkiyə kimi iqtisadi, siyasi, hərbi cəhətdən güclü qonşu ilə münasibətləri kəsməklə ölkənin tamamilə təklənməsinə gətirib çıxara bilər. Məlumdur ki, Ukrayna böhranı zamanı Türkiyə Rusiyaya qarşı sanksiyalara de fakto qoşulmamışdı. Bu səbəbdən iki ölkə arasında ticarət dövriyyəsi kifayət qədər yüksəlib, qarşılıqlı sərmayələr artıb. Ankara Qərblə münasibətlərini zədələmək bahasına Rusiyanın iqtisadi baxımdan təklənməsinə getmədi, təbii ki, burada ölkənin mənafeləri əsas götürülürdü. Amma Suriyada toqquşan mövqelər getdikcə ikitərəfli münasibətlərin bütün sferalarına sıçradı. İki gün əvvəl baş verən hərbi böhran da bunun məntiqi nəticəsi idi. 

Rusiya Suriyada daha nə edə bilər? Bütün dayaqlarını itirmiş diktator Bəşər Əsədin müdafiəsi, Suriyanın bir hissəsində hərbi nəzarətin ələ keçirilməsinin ardınca nələr gəlir? İran-Rusiya əməkdaşlığı Qərbin nəhəng iqtisadi, hərbi potensialının qarşısında duruş gətirə biləcəkmi?
Hər günü milyonlarla dollara başa gələn müharibəni davam etdirmək üçün böyük pullar lazımdır. Rusiyanın pulu isə Qərbin aşağı qiymət qoyduğu neftdən çıxır, ölkənin ehtiyatları sürətlə əriyir, iqtisadi böhran iqtisadiyyatın bütün sahələrini sarmağa başlayıb. Bütün cəhdlərə rəğmən hərbi gərginlik dünya bazarlarında neftin qiymətində sıçrayış yaratmır. Bütün proqnozlar mənfidir-gələn ilin əvvəlində neftin 30-35 dollara satılacağını dünyanın əksər nüfuzlu maliyyə mərkəzləri bəyan edir. Beləliklə, qısa müddətdən sonra Rusiyanın gündəmini Yaxın Şərqdə baş verən olaylar tutmayacağı real görünür. Siyasi gündəmi batan banklar, dağılan iqtisadiyyat, küçələrə çıxan əhali müəyyənləşdirəcək. 

Ekspertlərin qənaətinə görə, elə Putin administrasiyasının əsas məşğuliyyəti daxili ictimai rəyi hakimiyyətdən qaynaqlanan problemlərdən uzaq tutmaqdan ibarətdir. Nə qədər mümkündür, ruslar artıq tarixə çevrilmiş imperiya əhval-ruhiyyəsinə köklənib ölkənin hərbi qüdrəti ilə fəxr etsinlər! Amma nə yazıq ki, Türkiyə dövləti Rusiyanın cızığından çıxan bu hərəkətlərinə dözmədi, bununla təkəbbürlü Kremlin burnunun üstündən vurub onun daxili təbliğat materialını korladı. Rus ictimai rəyində qəzəbli bəyanatlar bununla bağlıdır: onların yeganə qürur mənbəyi kimi qalan silahlı qüvvələrinin təyyarəsini türklər saymazyana bir şəkildə yerə saldılar. Rusiyanın buna cavabı eyni şəkildə olacaqmı? Sergey Lavrov "müharibə olmayacaq" deməklə rusların gözləntilərini puça çıxardı. Müharibə olması da mümkün deyil, çünki Rusiya belə bir müharibəyə hazır deyil!
Ekspertlər Rusiyanın terrorçu PKK-ya dəstəyini artıracağını əsas təhlükə mənbəyi kimi göstərirlər. Amma son aylarda Ankaranın apardığı anti-terror əməliyyatları Türkiyənin qətiyyətini göstərdi. Ölkəni daha bu silahla vurmaq mümkün deyil, çünki bu silahın özü korşalıb, daha qabaqkı kimi kəsmir. Eyni zamanda Qərb bu dəfə Türkiyənin yanındadır. Ötən parlament seçkiləri də türk cəmiyyətinin hakim AKP-ni dəstəklədiyini nümayiş etdirdi, bu məsələdə xalq-hökumət birliyi var, bu səddi dağda-dərədə toplanmış qaçaq-quldur dəstələri ilə sarsıtmaq mümkün deyil. 
Türkiyə yenidən Qərb platformasına qayıdır, NATO-da önəmli mövqeyini bərpa edir, eyni zamanda Avropa İttifaqı ilə danışıqların prioritet olacağını bəyan edib. Yeni hökumət kabinetinin müəyyənləşdirdiyi xarici siyasət bundan ibarətdir. Miqrant böhranı Türkiyənin Avropa üçün nə qədər önəmli bir ölkə olduğunu nümayiş etdirdi. İndi qoca qitəni divara dirəyən böhrandan çıxış yolu kimi Türkiyənin potensialından istifadə etmək nəzərdə tutulur. Suriya məsələsində də tərəflər ziddiyyətləri aradan qaldırmağa, birgə hərəkət etməyə nail oldular. Bu günə qədər Qərblə Rusiya arasında münasibətlər "Soyuq müharibə" dövrünü xatırlatsa da, Türkiyənin prosesdə neytral mövqedə dayanması mənzərəni tamamlamağa imkan vermirdi. Amma bu gün Ankara köhnə müttəfiqlərinin sırasının başında öz yerini almaqla ipə-sapa yatmayan, imperiya ambisiyalarından əl çəkməyən Rusiyanı ram etməyə çalışacaq.         

Rusiya-Türkiyə gərginliyi Cənubi Qafqazda da özünü göstərəcək. Ankara uzun illər bu regionda Moskvanın müəyyənləşdirdiyi status-kvonu dəyişməyə həvəs göstərməyib. Regionun əsas ölkəsi Azərbaycanla təbii müttəfiqliyin yaratdığı imkanlardan da yetərincə istifadə olunmayıb. Bakı daim ehtiyatlı xarici siyasət yürüdüb, Türkiyənin siyasəti də buna adekvat olub, Azərbaycanın həssas saydığı məsələlərdə israrçı mövqedə dayanmayıb.

Proseslərin rəsmi Bakının xarici siyasətinə təsir göstərəcəyi qaçılmazdır. İndi Azərbaycanda Rusiyadan maksimum ehtiyatlanıb oradan gələ biləcək zərbəni neytrallaşdırmaq tərəfdarlarının arqumentləri zəifləyib. Rusiyaya tam yaxınlaşmaqla ondan qorunmaq yox, ona təslim olmaq olar. Necə ki, Kreml hər addımda bunu nümayiş etdirir, getdikcə artan iştahasını göstərir. Qarabağda yaratdığı separatçı qondarma rejim, vassala çevrilmiş Ermənistan Cənubi Qafqazda Rusiyanın əsas alətləri olaraq qalır. Azərbaycan isə getdikcə Qərblə təmaslarını sıxlaşdırıb, balans siyasətinə, Türkiyə ilə strateji müttəfiqliyə nail olmalıdır. Türkiyənin regionda mövqelərinin güclənməsi, Rusiyanın zəifləməsi Azərbaycanın maraqlarına tam cavab verir. Ona görə də keçmişdə buraxılan səhvlərdən nəticə çıxarmaq, onları təkrarlamamaq lazımdır. Məsələn, vaxtı ilə Türkiyənin Ermənistanla sərhədlərini açmasına Bakıdan göstərilən müqavimət daha çox Rusiya və İranın maraqlarına cavab verirdi. Bu gün yenidən belə bir təşəbbüs ortaya atılarsa, Azərbaycan öz təbii müttəfiqinə güvənməlidir. Bu, qısa müddətdə regionda hərbi, siyasi balansın dəyişməsinə öz töhfəsini verəcək ən fundamental addım ola bilər. Daha sonra Ermənistan və Rusiya arasında olan hərbi müqavilələrin eynisini Azərbaycan və Türkiyə arasında bağlanmasına ehtiyac var. Ölkəmiz bu günə qədər Türkiyə hərbisinin, iqtisadiyyatının, sərmayələrinin, siyasi gücünün nəhəng imkanlarından məhrumdur, heç bir sahədə əməkdaşlığın potensialından maksimum istifadə olunmur. Türkiyə Azərbaycanın qarantıdır, beynəlxalq təhlükəsizlik sisteminə, dünya iqtisadiyyatına çıxışıdır. Bir sözlə, Türkiyəni yenidən kəşf etməyin vaxtıdır!

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]