Bir neçə gün əvvəl qətlə yetirilən kriminal avtoritet, cinayətkar aləmdə “Ded Xasan” ləqəbi ilə tanınan Aslan Usoyan Moskvada Xovansk məzarlığında dəfn olunub.
Media nümayəndələrinin mərasimi işaqılandırmasına imkan verilməsə də, artıq bəzi kadrlar yayılıb. Xatırladaq ki, Ded Xasanın cənazəsi dəfn olunmaq üçün Gürcüstana aparılsa da, rəsmi Tiflis buna icazə verməmişdi. (Anspress)