Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Yer kürəsində nə qədər artıq enerji qalır?

Yer kürəsində nə qədər artıq enerji qalır?
Bölmə :
KİVDF
Yayım tarixi :
24/11/2015 [23:55]
Baxılıb :
1016 dəfə
Gulmalı Süleymanov: “125 min il bundan əvvəl Yerdə orta illik temperatur indikindən 4 dəfə çox olub”

Bildirdiyimiz kimi, "Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun həyata keçirilməsi üzrə 2016 və 2017-ci illəri əhatə edən ikiillik Proqram qəbul olunub. Proqram biomüxtəlifliyin qorunması və onun qorunması üçün strateji planların işlənib hazırlanması məqsədi ilə qabaqcıl təcrübə və praktika mübadiləsi, mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi, onların davamlı istifadəsi və mühafizə olunan təbiət ərazilərində fəaliyyətlər, ətraf mühitə təsirin qiymətləndirilməsi, qlobal iqlim dəyişmələri və hidrometeorologiya, ozon qatının qorunması, torpaqların ekoloji vəziyyətinin qorunması, transsərhəd su və hava çirklənmələri, tullantıların idarə edilməsi, suyun çirklənmədən mühafizəsi və su ehtiyatlarının idarə edilməsi sahələrini əhatə edir.

Qlobal iqlim dəyişmələri

"Dünyanı  narahat edən qlobal problemlərdən biri də iqlim dəyişmələridir. İqlim dəyişmələri artıq baş verir və onun fəsadları özünü biruzə verir. Belə ki, iqlim  dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər Qrupunun 4-cü Hesabatında göstərildiyi kimi son 100 ildə Yer kürəsində orta illik temperatur 0,80C artmış, Okeanın səviyyəsi 15-25 sm qalxmış və okeanların qızma dərinliyi 3000 metrə çatmışdır".

Bunu "Bizim Yol"a Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti İqlim Dəyişmələri və Ozon Mərkəzinin direktoru Gulmalı Süleymanov deyib. Onun sözlərinə görə, hesabatda qeyd olunur ki, Yer kürəsində 1,6Vt/m2 artıq enerji qalır ki, bu da okeanların və yer səthinin qızmasına sərf olunur: "Bu enerjinin yalnız 1/5 hissəsi təbii amillər hesabına baş verir. Yerdə qalanı isə antropogen mənşəlidir. Antropogen təsirlərin əsas səbəbi troposferin yuxarı qatında yerləşən İstilik Effekti Yaradan Qazlardır (İEYQ). Bunlardan Karbon qazının konsentrasiyası son 100 ildə 1,4 dəfə, Metan qazının konsentrasiyası 2 dəfə, Azot 1-oksidin konsentrasiyası isə 20-25% artmışdır. Bundan əlavə keçən əsrin 50-ci illərindən başlayaraq hidroxlorfülorkarbonların atmosferdə konsentrasiyası sürətlə artmağa başlamış, halbuki bundan əvvəlki dövrlərdə atmosferdə bu qazlar müşahidə olunmamışdır.

Yer səthində qalan artıq enerjinin qeyri-bərabər paylanması nəticəsində son 10 illiklərdə Təhlükəli Hidrometeoroloji Hadisələrin tezliyi və amplitudası artmışdır. Belə ki, Yer kürəsinin müxtəlif ərazilərində sellər, daşqınlar, su basmalar, güclü küləklər, çovğunlar, tufanlar, okeanlarda qasırğalar, torpaq sürüşmələri və sairə daha tez-tez baş verir ki, bu da insan tələfatına və dağıntılara səbəb olur".

İstiləşmə dövrü

G.Süleymanov bildirdi ki, ümumiyyətlə, iqlim dəyişikliyi hər zaman olub: "Məsələn, əvvəllər böyük buzlaşma dövrü, sonra istiləşmə dövrü olub. XVII- XVIII əsrlərdə isə kiçik buzlaşma dövrü olub. 125 min il bundan əvvəl Yerdə orta illik temperatur indikindən 4 dəfə çox olub. Amma o vaxt,  təbii ki, Yer səthində də vəziyyət başqa idi. Yaşıl kütlə daha çox idi ki, bu da karbon və digər istilik yaradan qazları müəyyən normada saxlayırdı və enerji balansı pozulmurdu. İstilik var idi, amma Yerə düşən və Yerdən qalxan enerji bərabər idi. İndi istiləşmə dövrünü yaşayırıq. Günəşin aktiv fazasıdır. İstiləşmə dövrü son 50-60 ildir  ki, davam edir, sürət artır. Nə qədər davam edəcəyini isə müxtəlif alimlər müxtəlif cür izah edirlər. Hətta bəziləri deyirlər ki, yaxında bizi buzlaşma dövrü gözləyir. Burada alimlərin çoxu tərəfindən qəbul olunan rəsmi sənədlərə əsaslanmaq lazımdır. Hələlik bu sahədə tam aydınlıq yoxdur. 10 il sonra necə olacağını demək çətindir. 

Bilirsiniz, qeyri-sabit hava şəraiti dünyanın bir sıra ölkələrində problemlər yaratmaqdadır. Aramsız yağan leysan yağışları da təbii fəlakətlərə səbəb olub. Bu problemlərə diqqətin artması özünü bir sıra beynəlxalq tədbirlərin, o cümlədən elmi və praktiki konfransların keçirilməsində göstərir. Hazırda dəyişikliklərin təbii ehtiyatlara, kənd təsərrüfatı sistemlərinə, ekoloji deqradasiyaya, ərzaq təhlükəsizliyinə təsiri; mövcud və ehtimal olunan təhlükələrin, biomüxtəlifliyin, təbii ehtiyatların düzgün idarə edilməsi və səmərəli istifadəsi əsas müzakirə mövzularıdır. Hələlik bununla bağlı mütəxəssislər tərəfindən müxtəlif versiyalar irəli sürülməkdədir".

İstixana effekti

Müsahibimizin sözlərinə görə, istixana effekti qlobal istilik effekti anlamına gəlir: "Yuxarıda dediyimiz radiasiyanın artması temperaturun və qlobal istiləşməyə təsir edən qazların artmasına səbəb olur. Bunlar da 3 növ qazlardan ibarətdir: karbon, metan və və azot di- oksid. Ümumilikdə, istixana effektini yaradan başlıca səbəb havada karbon qazının miqdarının artmasıdır. Havada karbon qazının artması qış temperaturunun 3-5°C-də artmasına səbəb ola bilər. Nəticədə şimal yarımkürəsində, xüsusilə mülayim enliklərdə yay daha isti və quru keçər. Orta temperaturun qalxması buzlaqların əriməsinə və dünya Okeanının səviyyəsinin 20-65 m qalxmasına səbəb ola bilər. Eyni zamanda, mülayim enliklərdəki meşələr temperatur dəyişməsinə qarşı uyğunlaşa bilməz, bu isə onların kəskin azalması ilə nəticələnə bilər. 

İstixana qazları özlüyündə Yerdəki həyat üçün çox vacibdir. Onlar Günəşdən Yer səthinə düşən enerjinin tam səpilməsinin qarşısını alır, planetin səthində həyat üçün zəruri temperatur intervalını təmin edir. Bu qazlar olmasaydı, yer səthinin temperaturu indikindən təxminən 330C aşağı olardı. Lakin bu qazların miqdarı yüksəldikcə temperatur həddən çox artaraq təhlükəli həddə yaxınlaşır. Və bu, "istixana" effekti adlanır. İstixana qazları, daha dəqiq "istixana effekti yaradan birləşmələr" deyərkən, adətən CO2 (karbon qazı), CH4 (təbii qaz kimi tanıdığımız metan qazı), N2O (azot oksidi), halogenli qazlar olan xlorflorkarbon, xlorflorkarbohidrogen, perflorkarbon, SF6 (kükürd heksaflor), O3 (ozon) və su buxarı nəzərdə tutulur. Yer səthində "istixana qazları"nın konsentrasiyasının artması Yerdəki artıq infraqırmızı şüalanmanın geriyə - kosmosa səpilməsinin qarşısını alan "qaz örtüyü"nə çevrilir. Nəticədə Yer səthi nazik təbəqə ilə örtülmüş istixanaya bənzəyir. Sonda Günəşdən gələn enerjinin böyük hissəsi Yerə yaxın qatlarda toplanaraq onun səthinin və atmosfer havasının qızmasına səbəb olur. Bu isə temperaturun artmasına, buzlaqların əriməsinə, sellərə, iqlim dəyişmələrinə səbəb olur".

(Davamı gələn sayımızda)

ÜMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]