Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

İran görünməmiş sanksiyalar qarşısında

İran görünməmiş sanksiyalar qarşısında
Bölmə :
Dünya
Yayım tarixi :
7/7/2012 [12:05]
Baxılıb :
800 dəfə

Tehranın iqtisadi çökdürülməsinə hədəflənən siyasət sərtləşir, yeni-yeni dövlətlər prosesə qoşulur 

Mahmud Əhmədinejad: “Bu, indiyədək bizə qarşı tətbiq olunmuş ən ağır embarqodur”

“İran xalqı Qərb ölkələrinin əksəriyyətindən zərər görməsinə baxmayaraq, onlardan intiqam almaq niyyətində deyil”. APA-nın İran mətbuatına istinadən məlumatına görə, bunu İran prezidenti Mahmud Əhmədinejad deyib. O bildirib ki, düşmənçilik heç kim üçün faydalı deyil: “Biz bütün ölkələrlə dost olmaq istəyirik”.

İranın əsas prioritetlərindən birinin imperializmlə mübarizə olduğunu söyləyən M. Əhmədinejad Avropa dövlətlərinin heç bir səbəb olmadan İran xalqına qarşı müharibə elan etdiyini vurğulayıb: “Ancaq bu düşmənçilik onlara heç bir fayda verməyəcək”.

İran prezidenti əlavə edib ki, hazırda ölkəsinə qarşı tətbiq olunmuş sanksiyalar bu günə qədər qoyulmuş embarqoların ən ağırıdır: “Ancaq biz bu sanksiyanı bir fürsət olaraq görməliyik. Ölkə büdcəsinin neftdən asılılığı aradan qaldırılmalı və neft sanksiyasının silah kimi istifadə olunması variantını düşmənin əlindən sonsuza qədər almalıyıq. Çünki bu gün düşmənlərimiz sanksiyalarla İranı zəiflətməyə çalışır. Ancaq düşmənlərimizin bu sanksiyalarla İranın zəifləyə biləcəyi düşüncəsi səhvdir. Təzyiqlərə qarşı dayanmaq lazımdır. Sanksiyaları müvəffəqiyyətlə geridə buraxaraq düşmənlərimizin yürütdüyü siyasətə sərt cavab verməliyik”.

“Nüvə haqqımızdan vaz keçməyəcəyik”

“İran yeni sanksiyalara baxmayaraq, yenə də sülh məqsədli nüvə enerjisindən istifadə etmək haqqından vaz keçməyəcək”. Bu bəyanatla isə İranın Atom Enerjisi Təşkilatının rəhbəri Firidun Abbasi çıxış edib. 

Onun sözlərinə görə, başda nüvə texnologiyası olmaqla, bir çox elm və sənaye texnologiyası 30 illik sanksiyaya baxmayaraq inkişaf edib: “İran xalqı indiyədək bir çox sanksiyaya məruz qalıb, ancaq bir çox müvəffəqiyyət əldə etməyə də nail olub. Tehran son illərdə sülh məqsədli nüvə enerjisindən istifadə etmək haqqına sahib olmaq üçün bir çox alimini şəhid verib. Düşmənlərimiz ölkəmizə qarşı sanksiyaların işə yaramadığını gördükdən sonra mütəxəssislərimizi və elm insanlarımızı məhv etməyə başlayıb. Bu sanksiyalar və mütəxəssislərə qarşı həyata keçirilmiş sui-qəsdlər təsirli olsaydı, bütün fəaliyyətlərimizə mənfi təsir göstərərdi”.

Tehran Moskvadan 4 milyard təzminat istəyir

İran Müdafiə Nazirliyi Rusiyadan C-300 zenit-raket komplekslərinin satın alınmasına dair müqavilənin pozulmasına görə 3,985 milyard dollar təzminat tələb edir. APA-nın “İzvestiya” qəzetinə istinadən verdiyi məlumata görə, İran Cenevrədəki arbitraj məhkəməsində Rusiyanın “Rosoboroneksport” şirkətinə qarşı iddia qaldırıb.

Qeyd edək ki, 2007-ci ildə Rusiya ilə İran arasında C-300 PMU-1 komplekslərinin alqı-satqısına dair müqavilə imzalanıb. Sövdələşmənin dəyəri 800 milyon dollar məbləğində olub. Komplekslərin İrana göndərilməsi əvvəlcə texniki səbəblərdən ləngiyib. 2010-cu ildə İrana silah satışını qadağa edən BMT qətnaməsi qəbul olunduqdan sonra isə müqavilənin icrası dayanıb.

Prezident Dmitri Medvedev İrana hərbi təyyarə, helikopter, gəmi və zenit-raket komplekslərinin satışının qadağan edilməsi haqqında fərman imzalayıb. Rusiya İrandan aldığı 167 milyon dollar avansı geri qaytarıb.

BƏƏ də sanksiyalara qoşuldu

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Avropa Birliyi və ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalara qoşulmaqla bağlı qərar verib. Buna səbəb İranın mübahisəli nüvə proqramı ilə bağlı həyata keçirdiyi siyasətdir.
Beləliklə, BƏƏ dörd ən böyük ticarət partnyorlarından biri olan İranla iqtisadi əlaqələri dayandırıb. Hələlik rəsmi Tehran BƏƏ-nin sanksiya qərarına münasibət bildirməyib.
İsveçrə İran neftindən imtina etmir

Dünən İsveçrənin İrana qarşı tətbiq etdiyi yeni sanksiya qüvvəyə minib. Qərar İrandan qiymətli metalların, almazın idxalına, eyni zamanda Tehrana telekommunikasiya və digər sahələrdə istifadə olunan texniki avadanlıqların, materialların ixracına qadağa qoyur.
Ancaq bununla belə, İsveçrə iyulun 1-dən Avropa Birliyinin İrandan neft idxalının dayandırılması ilə bağlı tətbiq etdiyi sanksiyaya qoşulmayacaq. Rəsmi Bern buna səbəb kimi sanksiyanın ölkənin yürütdüyü xarici siyasətə uyğun gəlməməsini göstərib.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]