Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Tacirlərin üsyanı Bakının mərkəzinə gəlir (FOTOLAR/VİDEO)

Tacirlərin üsyanı Bakının mərkəzinə gəlir (FOTOLAR/VİDEO)
Bölmə :
Reportaj
Yayım tarixi :
19/1/2013 [23:26]
Baxılıb :
dəfə
Yanvarın 19-da uduzan tacirlər birləşərək şəhərin mərkəzində aksiya keçirmək fikrindədirlər

İki gün bundan əvvəl «Sədərək» Ticarət Mərkəzində olmuşdum. Cəmi bir cüt ayaqqabı və iş üçün bir paltarasan almışdım. Paltarasana görə qəbz istəmişdim ki, pulunu redaktordan alam. Amma tacirlər, kassa aparatlarının “aparıldığını” demişdilər. Sözsüz, Azərbaycan gerçəklikləri ilə tanış olan redaktor çek tələb etmədən çəkdiyim xərci ödədi. Amma xalqımızın tacir qismi mənə xeyli giley-güzar etmişdi. Yeni ilin onlar üçün qara gəldiyini, məsrəflərinin bir az da artdığını deyib dərdlərini demək istəyirdilər. Bu səbəbə görə, yanvarın 19-da adı çəkilən ticarət mərkəzinə üz tutaraq buradakı xalqın halından oxucuları da hali etmək fikrinə düşdüm. Amma qəribə bir halla üzləşdim. İki gün əvvəl dil-dil ötən qəhrəmanlarımdan kimsə gözə dəymirdi. Hətta Ticarət Mərkəzinin 7-ci sırasında bir qrup tacir üstümə hücum çəkib az qala növbəti dəfə məni xəstəxanalıq da edəcəkdilər. 

50-55 yaşlarında, həddindən artıq hirsli bir kişi isə nədənsə belə qərara gəlmişdi ki, bütün uğursuzluqlarının və problemlərinin başında mən durmuşam. Yaxşı ki, hamı bu dayday kimi deyildi.

30-35 yaşlarında Əhməd adlı bir tacir pıçıltı ilə qulağıma dedi: “Qardaş, amanın günüdür, get burdan. Yoxsa bizi də “«Binə»dəkilərin” gününə qoyarlar”. 

Bir şey anlamasam da, sağollaşıb bu “xatalı məkandan” bir qədər uzaqlaşdım. Ucu-bucağı bilinməyən və demək olar ki, biri-birinə bənzər mallar satılan Ticarət Mərkəzində şənbə günü olmağına baxmayaraq bir o qədər də müştəri gözə dəymirdi. Labirintvarı Ticarət Mərkəzinin digər cərgəsində 5-6 nəfər tacir məhz bu məsələni -“alver yoxdur”u müzakirə edirdi. Onlara yaxınlaşan, fotoaparatlı, bloknotlu şəxsi görüb bir az duruxdular. Dərhal da biri-birilərinə baxıb dedilər: “Bu da yəqin bankdan gəlib”. Bankdan deyil, qəzetdən gəldiyimi eşidəndə bir az özünə gələn tacirlərdən ilk əvvəl “bank” məsələsini soruşdum. Dedilər ki, əksər tacirlər banklardan kredit alaraq ticarətə başlayıblar. Banklar da belə tacirlərin dükanlarını, malını qeydiyyata alır, fotoşəkillərini çəkir.  

Daha sonra Süleyman adlı 40-45 yaşlarında olan tacir dərdini danışdı: “Qardaş, 15 kvadratmetrlik dükan işlədirəm. Ayda 500-600 manatım yer pul, 40 manat işıq pul verirəm. Sadələşdirilmiş qaydada aybaay vergimi, Dövlət Sosial Fonduna ödəməni edirəm. İndi də gəlib deyirlər ki, ayda gəlirin oldu-olmadı 220 manat vergi verməlisən. Ümidimizi də şənbə-bazar günlərinə bağlamışıq. Bu gün alver yox, sabah da Şəhidlər günü ilə bağlı işləməyəcəyik. Digər günlərdə də alver getmir. Həm də o qədər xərcimiz çıxır ki, malı şəhər qiymətinə satmağa məcbur oluruq. İnsanlar da kasıbdırlar. Biz də pal-paltar satırıq. Ərzaq satmırıq ki, məcbur gəlib onu alsınlar. Yeni İl bayramı qurtarandan da alverimiz yoxdur. Amma “rasxod”larımızı durmadan artırırlar”. 

35-40 yaşlarında olan Arzu adlı tacir isə, ilbəil tacirlərin məsrəflərinin artırıldığından gileyləndi: “İşlətdiyim dükan sahibinə 450 manat, ticarət mərkəzinə 250 manat, vergiyə-sosiala 300 manat, işığa, olmayan kanalizasiyaya, yanğınsöndürənə, mühafizəyə pul ödəyirəm. Ayın sonunda da məlum olur ki, qazanıb ona buna vermişəm”.

30-35 yaşlarında olan Arif adlı tacir isə haqsızlıqdan hiddətləndiklərini dedi: “ Aparıb 253 manat vergiyə pul vermişəm, mənə “çek” verilmir. Burda da “dəlixana”dır, gündə bir adla bizdən pul yığırlar. Bir gün yanğınsöndürən balon payladılar - 40 manata. Bunu gedib 15-20 manata özümüz də ala bilərik. Deyirlər yox, bizim balonu almalısınız. Sonra deyir mühafizə pulu ver. Əgər mühafizə pulu da verirəmsə onda dükana görə niyə pul yığırsınız? Hər ay kassa aparatının təmiri üçün 6 manat yığırlar. Qoy bu, zəhrimar xarab olsun ki, onu təmir edib pulunu alın da...” 

Muxtar adlı 30-35 yaşlarında olan tacir isə ali savadlı iqtisadiyyatçı olduğunu və ticarət qanunlarını da bildiyini deyərək üzləşdikləri haqsızlıqdan danışdı: “Əgər mən sadələşdirilmiş qaydada 4 faizlə vergimi verirəmsə 18 faiz əlavə dəyər vergisini niyə verməliyəm? Dükanımın hər kvadratına görə Ticarət Mərkəzinə və dükan sahibinə ödədiyim 33 manat hara gedir? Ümumiyyətlə, bu, Ticarət Mərkəzi bizi talamaqla yığdığı puldan dövlət büdcəsinə pul ödəyirmi?”. 

Hər halda bu suallara «Sədərək» Ticarət Mərkəzinin rəhbərliyinin münasibətini də öyrənməyə cəhd etdik. Amma təəssüf ki, onu tapa bilmədik.  

Bütün həmsöhbətlərin sonda “biz də «Binə» cammatı kimi” yolumu bağlayaq?”, - deyirdilər. Sözsüz ki, tacirlərin bu dediklərini ötən il «Binə» Ticarət Mərkəzinin tacirlərinin keçirdikləri etiraz aksiyasını nəzərdə tutduqlarını düşünürdüm. Amma sonra üzləşdiyim başqa bir səhnədən sonra anladım ki, «Sədərək» Ticarət Mərkəzindən cəmi 2-3 kilometr aralıda yerləşən və cəmi 1-2 saat əvvəl «Binə» Ticarət Mərkəzində sözün həqiqi mənasında qırğın olub. 

Belə ki, bir qrup tacir bir dükanda kompyuterin başına toplaşaraq diqqətlə nəyəsə tamaşa edirdilər. Məlum oldu ki, bir qədər əvvəl həmkarlarının məğlubiyyətə düçar olmuş üsyanına tamaşa edirlər. Bəxt üzümə güldü, sosial şəbəkələr və yeni mediadan xəbərdar olan tacirlərdən biri məni tanıdı, amma mən onu pərişan etdim: “Tacir düşünürmüş ki, yəqin mən aksiyanı müşahidə etmişəm və onlara canlı reportaj təqdim edəcəyəm.

Sözsüz ki, hadisə barədə vaxtında xəbər almadığıma və gedib reportaj hazırlamadığıma görə bir az pərişan olsam da, dərhal «Binə» Ticarət Mərkəzinə yollandım. Demək olar ki, bazar bom-boş idi. Ara sıra açıq dükana və alış-verişə gələnə rastlaşdım. Ticarət mərkəzinin ayrı-ayrı cərgələrinin qarşısında isə polislər növbə çəkirdilər. 

Hadisə yerindən əldə etdiyim məlumata görə, səhər saat 11 radələrində tacirlər aylıq icarə haqqının daha 250 manat artırılması, 3500 manat mərkəzləşdirilmiş siqnalizasiya sisteminin quraşdırılması və digər səbəblərə görə Ticarət Mərkəzinin qarşısından keçən Bakı-Lökbatan yolunu bağlayıblar. Qaradağ rayon Polis İdarəsinin əməkdaşları aksiyanın qarşısını almağa cəhd etsələr də buna müvəffəq olmayıblar. Daha sonra tacirlər Bakı-Astara yolunu bağlayıb. Tələblərini eşitməyə kimisə gözləyən tacirlərin qarşılarına əli dəyənəkli və tüfəngli Çevik Polis Alayı əməkdaşlarının çıxarılmasından hiddətləniblər və polisə daş atmağa başlayıblar. Sözsüz ki, gözyaşardıcı qaz və dəyənəklərdən məharətlə istifadə edən polis aksiyanı dağıdıb. Qeyri-rəsmi məlumata görə 40 nəfərə yaxın aksiya iştirakçısı saxlanılıb. Amma Daxili İşlər Nazirliyi məlumat yayaraq cəmi 15 nəfərin saxlanıldığını və onların “polisə müqavimət göstərmə”də ittiham edildiyini açıqladı. Habelə DİN 10 əməkdaşının yaralandığını da bildirir.

“Bunlar istədilər ki, gözümüzün odunu alsınlar və aramızda “provakator” salıblar. Bu səbəbdən bizi əzişdirdilər. Amma biz bu haqsızlığa dözən deyilik. 40 kvadratmetrlik dükana görə ayda 1800 manat “rasxodum” çıxır. 50 manat işıq pulu alırlar. Halbuki, bizə 28 manata sayğac satdılar. Sonra gəlib sayğacı ayırdılar, dedilər ayda 50 manat verərsən. Keçən ay 150 manat yığdılar ki, ticarət mərkəzinin çardağını düzəldirlər. İndi də gəlib deyirlər ki, 250 manat da “yer pulu” artır”, - deyə 50-55 yaşlarında olan Məhəmməd kişi qeyd etdi.

Belə ki, tacirlər tələblərinin qüvvədə qaldığını, «Sədərək» Ticarət Mərkəzində də vəziyyətin eyni olduğunu və onlarla birgə məsləhətləşəndən sonra şəhərin mərkəzində aksiya keçirmək fikrində olduqlarını bildirdilər. 

“Biz səhər saat 6-dan gəlib axşama qədər burda can veririk. Nə gecəmiz var nə gündüzümüz. Daha dözməyə yer yoxdur. Xalqı zorla hökumətə qarşı qaldırmaq istəyirlər”, - deyə 22-23 yaşlı adının çəkilməsini arzulamayan gənc tacir bildirdi.

Təəssüf ki, olub baş verənlərə «Binə» Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın fikrini öyrənə bilmədik. Ticarət Mərkəzinin bahalı şubalar satılan hissəsinin 2-ci mərtəbəsidə yerləşən Kəbirə xanımın ofisdə özünü “əməkdaş” kimi təqdim edən 45-50 yaşlarında olan kişi xanımın sabah 20 Yanvar şəhidlərini ziyarət edəcəyini, yalnız yanvarın 21-də saat 11-dən sonra işdə olacağını dedi.

Musavat.com-un məlumatına görə, isə K.Məmmədova sahibkarlarla görüşə avtomatla silahlanmış dörd nəfərlə gedib. K.Məmmədova aksiya iştirakçılarını sakitləşdirmək əvəzinə onları hədələyib. Bazar sahibi bəyan edib ki, istənilən halda tələb olunan pul sahibkarlardan alınacaq.

Yeri gəlmişkən onu da qeyd edim- ki, «Sədərək» Ticarət Mərkəzi Xocasən Lökbatan yolunun sol tərəfində, «Binə» Ticarət Mərkəzi isə Şıxov-Lökbatan yolunun sol tərəfində yerləşir.

Hər iki ticarət mərkəzini birləşdirən yola isə yol demək olmaz. Habelə tacirləri qanunlara tabe olmağa çağıran Ticarət Mərkəzləri rəhbərləri özləri ən elementar məsələlərdə qanunları pozurlar. Məsələn, hər iki ticarət mərkəzinə keçid üçün avtomobillərdən 50 qəpik alınmır. «Sədərək» Ticarət Mərkəzində avtomobil park etmə üçün təqdim olunun kart Osmanlı türkcəsində yazılıb, üstəlik ödənilən məbləğə görə qəbz də verilmir və parking kartını da ticarət mərkəzini tərk edəndə əlindən alırlar. Qəbz istəyəndə isə, adı kağızda edilmiş bir cızmaqara təqdim edilir. «Binə» Ticarət Mərkəzində isə ümumiyyətlə parkinq kartı verilmir və çıxışda da sənə heç adı bir kağız da vermirlər. Bu isə ondan xəbər verir ki, bu ərazidəki parking xidməti də vergindən yayınır.

P.S. Hadisə yerindən reportaj hazırlayan əməkdaşımız İdrak Abbasovun avtomobilinin sol güzgüsü də “Binə” Ticarət Mərkəzinin avtoparkında sındırılıb.

İdrak ABBASOV

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]