Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Evsizlikdən gəlin gəlməyən evlər (FOTOLAR)

Evsizlikdən gəlin gəlməyən evlər (FOTOLAR)
Bölmə :
KİVDF
Yayım tarixi :
19/1/2013 [10:37]
Baxılıb :
1013 dəfə
Qaçqın və məcburi köçkünlər üçün indiyədək 77 müasir qəsəbə salınsa da, bu insanlara 20 ildir növbə çatmır

Prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 15-də Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

İclasda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, əvvəlki illərdə olduğu kimi, ötən ildə də qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllində yüksək göstəricilərə nail olunub: “Son 9 ildə bu sahə üzrə bir Dövlət Proqramı və ona iki əlavə qəbul edilib, ümumilikdə 47 fərman və sərəncam imzalanıb, Nazirlər Kabineti 158 qərar və sərəncam, Milli Məclis isə 9 qanun qəbul edilib. O cümlədən 2012-ci ildə 2 fərman və sərəncam imzalanmış, Nazirlər Kabineti 17 qərar və sərəncam qəbul edilib. Ümumiyyətlə, münaqişə dövründə - son 20 ildə bu qəbildən olan soydaşlarımızın sosial problemlərinin həllinə 4.3 milyard manat vəsait sərf olunmuşdur. Ondan 2 milyard manat dövlət büdcəsinin, 1.5 milyard manat Dövlət Neft Fondunun, 0.8 milyard manat isə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların vəsaitidir. 2012-ci ildə bu məqsədlə ayrılmış 603 milyon manat vəsaitdən 273 milyon manatı büdcə, 300 milyon manatı Dövlət Neft Fondunun və 30 milyon manatı isə beynəlxalq təşkilatların vəsaitidir. Bu da 2003-cü il ilə müqayisədə 5,5 dəfə çoxdur”.

Komitə sədri qeyd edib ki, indiyədək Dövlət Neft Fondundan və başqa mənbələrdən ayrılmış vəsait hesabına 31 min mənzildən ibarət, bütün sosial-texniki infrastruktura malik 77 müasir qəsəbə salınıb, 31 min ailənin, yaxud 140 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb: “Həmin yeni yaşayış məntəqələrində 134 məktəb, 5 musiqi məktəbi, 48 uşaq bağçası, 51 tibb məntəqəsi, 43 mədəniyyət mərkəzi, 2 Olimpiya İdman Kompleksi tikilib, 628 kilometr yol, 781 kilometr su, 1333 kilometr elektrik, 288 kilometr qaz xətti çəkilmiş, müxtəlif gücə malik 671 elektrik transformatoru quraşdırılıb. 

Həmçinin Maliyyə Nazirliyi tərəfindən ayrılmış vəsait hesabına 1348 ailə - 6740 nəfər məcburi köçkün dövlət ehtiyacları ilə əlaqədar Abşeron rayonunun ərazisində tikilmiş yeni mənzillərə köçürülüb. Dövlət büdcəsində nəzərdə tutulan investisiya xərcləri vəsaiti hesabına Ahıska türkləri üçün 352 evin inşası başa çatdırılıb və bu layihə cari ildə də davam etdiriləcəkdir. Bu isə, Azərbaycan dövlətinin beynəlxalq Konvensiyanın tələblərinə uyğun olaraq, öz qaçqın və məcburi köçkünləri ilə digər ölkələrdən olan qaçqınlara fərq qoymamasıdır.

2012-ci ildə Şəki rayonunda 423, Bərdə rayonunda 195, İmişli rayonunda 325, Qaradağ rayonunda 1440, Mingəçevir şəhərində 502 məcburi köçkün ailəsi üçün bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə 3 qəsəbə və iki yaşayış məhəlləsi inşa edilib. 

2012-ci ildə Bakı şəhəri ətrafında tikilmiş qəsəbələr hesabına, yaxın aylarda Bakı Dövlət Universitetinin, o cümlədən Dövlət Neft Akademiyasının yataqxanalarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürüləcəkdir. Beləliklə, 2012-ci il ərzində 296 min kvadratmetr sahəsi olan 6 yeni yaşayış kompleksi salınıb, 22765 nəfərdən ibarət 4553 məcburi köçkün ailəsi yeni evlərə köçürülüb, 3300 şagird yerlik 6 məktəb inşa edilib. Son 20 ildə həcminə görə ən böyük - 1300 şagird yerlik məktəb 2012-ci ildə məcburi köçkünlər üçün Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində tikilib”.

Yataqxana həyatı 

Komitə sədrinin bu çıxışından sonra məcburi köçkünlərin yaşadığı yataqxanalarda olub onların durumu ilə maraqlanmaq istədik. İlk öncə Bakı Dövlət Universitetinin tələbə şəhərciyinə yollandıq. Məcburi köçkünlər dedilər ki, köçürülümə ilə bağlı xəbərlər dolaşsa da, köçürülmə hələ baş verməyib. Burada olan məcburi köçkünlərin yaşayış durumu ilə bağlı daha öncə oxuculara reportaj təqdim etdiyimiz səbəbindən, bu dəfə Memarlıq və İnşaatçılar Universitetinin tələbə şəhərciyinə üz tutduq.

Dəhliz qaranlıq və soyuqdur. Məişət əşayları otaqlara sığışmadığından dəhlizə qoyulan stollar, onların üstünü örtən su butulkaları onsuz da dar olan dəhlizi bir az da daraldır. 20 ildən artıqdır ki, acınacaqlı şəraitdə yaşadıqlarını bildirən məcburi köçkünlər yeni mənzillərə köçürüləcəkləri günü səbirsizliklə gözlədiklərini dönə-dönə vurğuladılar. 

Binanın çölü qədər, içərisində də durum ürəkaçan deyil. Sakinlərlə söhbətdə demək olar ki, hamısı kommunal xidmət problemi olmadığını, tək narahatlığın darısqallıq olduğunu dedilər. Bu darısqallıq da hər ailəyə bir problem yaradır. Bəzi ailələrin 6-8 üzvü bir otaqda məskunlaşmalı olur, bəzi ailələr də otaq, yer olmadığından evinə gəlin gətirə bilmir.

Məcburi köçkünlər arasında elələri var ki, nə vaxtsa onlar üçün nəzərdə tutulmuş evlərə köçürüləcəyini ümid etsələr də, artıq yavaş-yavaş ümidlərini itirmək üzrədirlər. “20 ilə yaxındır ki, biz yataqxanada yaşayırıq. Elə deyirlər ki, bizi başqa evlərə köçürəcəklər, amma köçürmürlər. Fəhlə çörəyi yeyirik, aylıq gəlirimiz imkan vermir ki, heç olmasa kirayə ev tutub, özümüz köçək”, deyə Nizami adlı məcburi köçkün bildirdi.

“Gəlib çəkirsiz, amma ortada nəticə yoxdur”

Yataqxana sakinləri ilə söhbət zamanı məlum oldu ki, burada Ağdam, Cəbrayıl, Şuşa, Zəngilan və işğal altında olan digər rayonlardan olan məcburi köçkünlər var. “Özünüz təsəvvür edin ki, burada hər şey ümumidir, ayaqyolu da, hamam da, mətbəx də. Adicə paltar yuyanda nə qədər növbə gözləyirsən ki, öz paltarlarını yuyasan. Bir mərtəbədə 25-26 ailə var, o qədər ailə üçün cəmi iki mətbəx var. Bizim otaqda dördnəfərlik ailə qalır, amma elə otaqlar var ki, 30 kvadratmetrlik yerdə 7-8 nəfər yaşayır”, -deyə Elza xanım bildirdi. 

Müsahibimiz deyir ki, məcburi köçkünlərin hamısı burada 1 otaqlı mənzillərdə məskunlaşıblar: “Qaçqın ailələrinin çoxu evsizlik ucbatından övladlarını evləndirə bilmirlər. Gəlib görsünlər nə vəziyyətdə, hansı şəraitdə yaşayırıq. Gündə bir yataqxana yanır, niyə? Çünki baxımsızlıqdan elektrik xətləri bərbad vəziyyətə düşüb. Otaqlarda şərait olmadığı üçün burada bütün mərtəbələrdə hamı öz mebelini koridora yığıb. İnanın, bir balaca alov düşsə, bu yataqxana kül olacaq”.

Həmsöhbətimiz işsizlikdən də gileyləndi: “Gedib orda-burda qab yuyuram, ev təmizləyirəm, 5 manat pul qazanıb, nəvələrimə xərcləyirəm. Çox ağır vəziyyətdə yaşayırıq. Oğlanlarım iş tapa bilmirlər. Hara gedirik qapı üzümüzə bağlayırlar”.

Bu zaman başqa bir qadın insanları danışdırdığımızı görüb gileylənməyə başladı: “Hər gün gəlib çəkirlər, heç nə də həll olmur”. Özünü təqdim etməyən qadın deyir ki, 20 ildir jurnalistlər gəlib çəkirlər. Ancaq onların şəraiti yaxşılamşır, irəliləyiş olmur.

Söhbət zamanı sakinlər yataqxananın komendantından da gileyləndilər. Onlar deyirlər ki, komendant yataqxanada çəkiliş aparmaq istəyən jurnalistlərə mane olur: “Bir neçə gün əvvəl televiziyaların birindən gəldilər çəkməyə, komendant imkan vermədi. Əvvəllər də olub ki, çəkmək istəyiblər, komendant mane olub”.

Ramid İBRAHİMOV
(Fotolar müəllifindir)

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında hazırlanıb.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]