Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Ərzaq və gündəlik tələbat malları sürətlə bahalaşır

Ərzaq və gündəlik tələbat malları sürətlə bahalaşır
Bölmə :
Araşdırma
Yayım tarixi :
19/11/2015 [01:33]
Baxılıb :
3756 dəfə
Sahibkarı qoruyan qanun istehlakçının əleyhinə “işlədi”
Son 3 həftədə marketlərdə qiymətlərə ciddi “korreksiyalar” edilib

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2015-ci ilin oktyabr ayında ərzaq məhsullarının qiymətləri 0,3 faiz, qeyri-ərzaq məhsulları 0,1 faiz bahalaşıb, əhaliyə göstərilən pullu xidmətlərin qiymətlərində isə dəyişikliklər baş verməyib. Ümumilikdə istehlak məhsulları və əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri əvvəlki ayla müqayisədə 0,1 faiz bahalaşıb. Ay ərzində düyü, un, qarabaşaq yarması, makaron məmulatları, şəkər, toyuq əti, balıq məhsulları, kolbasa məmulatları, süd məhsulları, yumurta, kərə və bitki yağları, portağal, banan, xiyar, pomidor, badımcan, şirin bibər, soğan, sarımsaq, kartofun qiymətlərində bahalaşma, qoyun əti, limon, naringi, alma, armud, üzüm, heyva, nar, qoz, fındıq, şabalıd, kələm, göyərti, balqabaq, göy lobya, çuğundur, kökün qiymətlərində isə ucuzlaşma müşahidə olunub. 

Oktyabr ayında qeyri-ərzaq məhsullarından parçalar, geyim, ayaqqabı, məişət cihazları, minik avtomobilləri üçün ehtiyat hissələri, dəftərxana ləvazimatlarının qiymətlərində bahalaşma, inşaat materialları, dərmanlar, zərgərlik məmulatları, mebel və ev əşyalarının qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Komitənin başqa bir məlumatından aydın olur ki, Azərbaycan əhalisi əldə etdiyi gəlirlərin böyük hissəsini istehlak mallarına, xüsusilə ərzaq məhsullarına xərcləyir. Belə ki, 2015-ci ilin yanvar-oktyabr aylarında əhalinin gəlirləri 33,5 milyard manat olub və onun 76,3 faizi istehlaka yönəldilib. Keçən illə müqayisədə gündəlik ərzaq və qeyri-ərzağa çəkilən xərclər artıb. Ötən ilin sonunda istehlaka yönələn xərclər 68.8 faiz olub. 

Oktyabrın 26-da Milli Məclisdə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Qanun layihəsi qəbul edildi. Uzunmüddətli nəzarətsizlikdən sahibkarların sui-istifadə edəcəyi, qanunun tətbiqinin özbaşınalığa gətirib çıxara biləcəyi ehtimalını irəli sürmüşdük. Demişdik ki, sahibkarların bundan öz xeyirlərinə yararlanacağı, durumun gözlənilənin əksinə, sui-istifadəni dərinləşdirməyə səbəb ola biləcəyini istisna etməmişdik. Sahibkarlar da sağ olsunlar, proqnozumuzu boşa çıxartmırlar. Şəhəri bahalaşma dalğası bürüyüb. İqtisadiyyat və Sənaye Nazirliyindən hər nə qədər inzibati tədbirlərlə bahalaşmanın qarşısını almağa istiqamətlənmiş tədbirlər görüldüyü barədə bəyanatlar verilsə də, sahibkarlar öz işlərindədirlər, qiymətlər tədricən qaldırılırdı, lakin bunu elə edirdilər ki, dövlət qurumlarında şübhələnməsinlər. Halbuki, dövlət qurumları bizim kimi şübhələrlə yaşamırlar, istədikləri obyektlərdən malın əvvəlki partiyadan olan qaiməsini alıb, vəziyyəti görə bilirlər. Əhali bu gün qazancının 76 faizini həyatda qalmağa sərf edir. Sözügedən qanunun qəbulundan dərhal sonra sahibkarlar onlara "gözün üstə qaşın var" deyən olmayacağını anlayıb, bir sıra məhsulların qiymətində yenidən artıma gediblər. "Bizim Yol" qəzetinin əməkdaşı dünən market və mağazalarda müşahidə aparıb. Demək olar ki, əksər ərzaq məhsulları və gündəlik tələbat mallarında bahalaşma var. Rəqəmlərdə bir sistemsizlik qiymət artımının süni olduğunu göstərir. Marketlərdə artımı yeni partiya malların dollarla gətirildiyi ilə bağlamağa çalışsalar da, manatın devalvasiyasından keçən 9 aya yaxın müddət ərzində ölkəyə yeni partiya mallar çox gətirilib və qiymət artımının bununla bir bağlılığı yoxdur. Bahalaşma tədricən gedirdi və 34 faizlik devalvasiya artıq bir çox məhsulların qiymətinə artıqlamasıyla "oturmuşdu". Son 3 həftədə marketlər sanki bir-biri ilə anlaşmış kimi qiymətləri 5-10, 50-70 qəpik, çox vaxt da 1 manat və ondan yuxarı həcmdə qaldırmağa başlayıblar. 

"Bolluq Market"də bütün növ şirələrin qiyməti minimum 5 qəpik qaldırılıb. Əlbəttə, bunun böyük bir rəqəm olmadığını deyəcəksiz, amma ərz elədiyim kimi, bu, son 20 gündə baş verən artımdır, fevral ayından indiyə qədər belə çox qəpiklər məhsulların qiymətini artıra-artıra gəlib. Satıcı oğlan da bu müşahidəmi təsdiqlədi və dedi ki, firmalar məhsulları hansı artımla gətirirlərsə, onlar da qaimədə olan həmin fərqi qiymətə əlavə edərək satırlar, özləri bahalaşdırmırlar. Şokoladların qiyməti bahalaşıb, alıcılar çaşqınlıqla gəzinir, almaq üçün qərar verməkdə çətinlik çəkirdilər. Əvvəllər şokoladın qiyməti əsasən yuvarlaq olurdu, indi marketlər də geyim mağazalarının "99" fəndindən istifadə etməyə başlayıblar. Məsələn, çəki ilə satılan şokoladın kilosu 12.25, 10.36, 11.45, 7.65. 6.05, 4.46, 3.99 kimi mənasız rəqəmlər yığınıdır, sonlarını bir qədər "sürüşdürüblər". Iki alıcı xanımdan qiymətlər barədə fikirlərini soruşdum, onlar da təsdiqlədilər ki, artım hiss olunacaq dərəcədədir, lakin rəqəmlərin sonuna 2-3 əlavə edildiyindən nəyin nə qədər bahalaşdığını ayırd edə bilmirlər. Biri 5,50 manatlıq şokoladı göstərib, "mənə elə gəlir, bunun sonunda 50 qəpik yox idi, təzə əlavə ediblər" dedi.  

İlk baxışda çərəzin qiymətində xüsusi bahalaşma nəzərə çarpmır, amma burada da rəqəmlərin sonuna "99" atılması kardinal olmasa da, müəyyən "korreksiyalar" edildiyindən xəbər verir. Makaronların, şəkərin, qəndin, bəzi çayların qiyməti demək olar, sabitdir. Bir neçə ayın alış-veriş çeklərini müqayisə edirdim, müşahidə zamanı alıcıların da fikirlərini soruşurdum. Yaşlı bir kişi elə hey balıq tikələrini götürüb təzədən yerinə qoyurdu, səbəbilə maraqlandım, dedi ki, "qiyməti artıb". Hazır çəkidə sellofan torbaya yığılmış olanı əvvəl 3 manata alırmış, indi 3.80 manat olub. Dediyinə görə, qiyməti 1.75 manat olan günəbaxan yağı da 1.91 manata qalxıb. Süd məhsullarında da bahalanma müşahidə edir: "20 qəpiklik xama 25 qəpik olub. Unda da 5 qəpiklik artım var. Hər kəs öz qiymətini məhsulun üstünə qoyur, firma bir qiymətə verir, market də özü əlavə edib, qiymətlər bahalana-bahalana gedir. Toyuq budu, qanadı, filesi bir ay əvvəl 2.60-2.90 manata vardı, indi 3.50 manat olub. 6.50 manata manqalüstü sosislər hazırda 7 manata satılır. Bujenina (donuz əti) 7.50-yə alırdım, 8 manata qaldırıblar. Çaylarda da 15-20 qəpiklik artım var. Ucuzlaşma müşahidə etmirəm, hədiyyəli məhsullar da çox tələbat olmayan, arzuolunan keyfiyyətə cavab verməyənlərdir". 
Bir xanım istifadə etdiyi kərə yağının kilosunda 50 qəpiklik artımın olduğunu söylədi, əvvəl 200 qramlıq paçka 2 manat idisə, hazırda 2.10 manata alır. Qutularda olan süzmə pendirin 400 qramını 2.85 manata alırmış, hazırda 3.25 manat, tualet kağızı 1.70 manat idisə, indi 1.82 manatdır. Sabunlarda da 5-10 qəpiklik artım vardı. 25 qəpiyə olan kiçik sabunlar indi 30-33 qəpikdir. Litrlik yuyucu maye 2.80 manatdan 3.10 manata, 90 qəpiklik diş pastası 1.05 manata qalxıb, litri 90 qəpiklik şirə 1.05 manat olub. Alanlar deyir ki, bundan bir qədər əvvəl də 95 qəpiyə qaldırıblarmış. Kiçik qablaşdırmalardakı şirələr də yaxınlara qədər 40 qəpik imiş, hazırda üzərinə 8 qəpik gəliblər. 30 qəpiyə olanlar hər dəfə 5 qəpik artmaqla tədricən 40 qəpiyə çatıb. Yumurtanın qiyməti 9 qəpikdən 13-14 qəpiyə qalxıb. Sahibkarlar təkcə idxal deyil, yerli məhsulların da satış qiymətini süni olaraq qaldırırlar. Rəqəmləri də bir-birinə bənzədiblər, məsələn şirələrdə son rəqəm daha çox 5-dir, şokoladda 1-dən 9-a qədər natural ədədlərin hamısı var, ən çox isə 2-3-dür. 20 qəpiklik jiletlər, 27 qəpik, 60 qəpikliklər 85, 40 qəpikliklər 48 qəpik olub. Kiçik 20 qəpiklik çipslərin qiymətini hər dəfə 5 qəpik artırmaqla 35 qəpiyə çatdırıblar. 90 qəpikliklər də sonradan 95 qəpik, indi 1 manat olub. Suxarilər 20 qəpikdən 35 qəpiyə qalxıb. Tumlarda 1 qəpik "endirim" ediblər. Statistika Komitəsinin "ucuzlaşan" məhsulları elə belələrinə aiddir. Saç boyaları 4.40 manatdan 4.90 manata, digər bir firmanınkı isə 2.40-dan 2.70-ə, bezlər 2.63 manatdan hazırda 3.55 manata qaldırılıb. 1.92 manatlıq qatılaşdırılmış süd 2 manat civarındadır. İşçilərdən hansından soruşdumsa,"təzəyəm" dedi, görünür qiymətlərlə bərabər onları da təzələyiblər. Satıcılar mağazanın hansısa səbəbdən cərimə olunduğu barədə öz aralarında danışırdılar. Marketə getmişkən siçan dəymiş undan hazırlanan çörəyə də iradımı bildirdim. İki alıcı da cürətlənib çörəkdə bu qoxunu hiss etdiklərini satıcıya söylədilər.  
İş adamı Rasim Salmanova məxsus "Bizim Market"də də vəziyyət fərqli deyil. Hətta burada yeni "üsul"a əl atıblar, çeklərdə nə yazıldığını anlamazsınız, kassa aparatlarının kartricində deyəsən toz tükənib. Düşünürəm, onlara belə sərf edir, mənim kimi alıcılar niyə oxuya bilsin ki, sonradan da müqayisə imkanı olsun. Burada da vəziyyət arzuolunan deyil. Müştərilərdən birinin 7-ci ayın 12-də aldığı bəzi məhsulların qiymətini müqayisə etdim. 4 dənəli hər biri 140 qram olan sabun 1.30 manatdan 1.75 manata, 1.30 manata olan digəri 1.45 manat, 49 qəpiyə 150 qramlıq indi 65 qəpik, 1.14 manata olan indi 1.45 manat, başqası 1.54 dən 1.90 manata, yenə 49 qəpiklik sabun 65 qəpiyə qalxıb. Maye sabunlarda da artım var. Əvvəl 2.80 manata olan yuyucu maye isə indi 3.25 manat olub. Tualet kağızları 1.60-1.70-dən 1.84 manata qalxıb. Salfetlər 50 qəpikdən 70-80 qəpiyə, bez 2.46-dan 3.63-ə qaldırılıb. Sonuncuda 1.17 manat fərq var, devalvasiyadan indiyə qədər olan dövr üçün 50%-ə yaxın bahalaşmadır. Saç boyaları 4.30 manatdan 5.30 manata qalxıb. Kosmetik məhsullar bölümündə işləyən xanım dedi ki, satdığı bütün mallarda 15-20 faizlik bir bahalaşma var.  
Başqa bir marketdə əvvəllər kilosu 8 manata olan şokoladın qiyməti 12 manata çıxıb, ayrılıqda 25 qram çəkisi olan şokoladı satıcı xırda olmayanda 20 qəpik əvəzinə verirdi, indi 30 qəpiyə qaldırıb. Meyvə-tərəvəzdə də artım var, dükan sahibi təkcə bir gündə narın qiymətində 70 manat bahalanma olduğunu dedi. Pomidorun qiyməti 2 manat, xiyarın 1.50 manatdır. Burada mövsümdən başqa süni amillərin də rolu var. Bəzi şampun, saç boyaları, digər istifadə mallarının topdansatış qiymətlərinə baxdım, xüsusi bir dəyişiklik yoxdur. Fast-food restoranına gedən uşaqlar da dünən şikayətlənirdilər, məhsulların çəkisinin azaldığı, qiymətlərin də bir qədər artdığını müşahidə ediblər. Sərəncamdan əvvəl şəhərin "Torqovıy" küçəsində yerləşən brend mağazaların birində 80-95 manata gördüyüm çəkmələr, sərəncamdan sonra 100 manatdan yuxarı olub. Səbəbilə maraqlandım, dedilər "yanlış görmüsüz". Digər brendlərin Türkiyə variantını da keçən ilin cari dövrü ilə müqayisə etdim, təxminən 50%-lik bir fərq var. Qızılın dünya bazarında qiymətinin hər gün ucuzlaşdığını oxuyuruq, amma ucuzluq yerli bazara təsir etməyib, qiymətlər eyni qalır, sadəcə yatırım məqsədli külçə qızıllarda 1 dollar həcmində ucuzlaşma müşahidə olunur, amma dolların bahalığı da aradakı fərqi "kompensasiya" edir. Hazır məmulatların qiyməti həmişəki kimi yüksək olaraq qalır.  

H.HƏMİDOVA

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]