Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Qafqazın böyük beşliyi

Qafqazın böyük beşliyi
Bölmə :
KİVDF
Yayım tarixi :
18/11/2015 [11:44]
Baxılıb :
1583 dəfə
Nəsli kəsilmək təhlükəsi ilə üzləşən heyvan növlərinin mühafizəsi IDEA üçün xüsusi əhəmiyyət kəsb edir

Ətraf mühitin mühafizəsi sahəsində mütəmadi layihələr reallaşdıran IDEA İctimai Birliyi tərəfindən ötən ay İctimai Birliyin Resurs Mərkəzində Azərbaycan Turizm və Menecment Universiteti, Xəzər Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Tibb Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri üçün "Ekoloji Menecment" mövzusunda növbəti elmi seminar təşkil edilib. IDEA İctimai Birliyindən "Bizim Yol"a verilən məlumata görə, seminar zamanı bioloji müxtəlifliyin mühafizəsi üzrə tanınmış mütəxəssis Elman Yusifov iştirakçılara ətraf mühitin müxtəlif sahələri barədə maraqlı məlumatlar çatdırıb.

Seminar çərçivəsində, həmçinin Elman Yusifovun həmmüəllifi olduğu "Ekoloji Menecment" adlı iki cildlik dərs vəsaitinin təqdimatı da keçirilib. Qeyd edilib ki, bu kitab Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın baş redaktorluğu ilə nəşr edilib. Kitabda ətraf mühitin bütün sahələri, o cümlədən ekosistemlər, biomüxtəliflik, hüquqi tənzimlənmə, müasir dünyada müşahidə olunan qlobal ekoloji problemlər və onların həlli yolları, beynəlxalq təcrübə və s. barədə elmi araşdırmalar əks olunub. Bu kitab ətraf mühit, ekologiya və davamlı inkişaf sahələrində təhsil alan tələbələr üçün faydalı dərs vəsaiti olmaqla yanaşı, qeyd edilən sahələrdə çalışanlar üçün stolüstü kitab kimi də xüsusi əhəmiyyət daşıyır.

İnteraktiv şəraitdə keçirilən seminarda gənclər ətraf mühitin mühafizəsi ilə bağlı onları maraqlandıran mövzularda peşəkarla bilavasitə müzakirə aparmaq imkanı əldə ediblər. Tədbirin sonunda IDEA İctimai Birliyi tərəfindən iştirakçılara iki cildlik "Ekoloji Menecment" kitabları hədiyyə edilib.

"Eko Rəsm Gündəliyi  2014" beynəlxalq müsabiqəsi

"Eko Rəsm Gündəliyi" layihəsi Panasonic Kids School tərəfindən başladılan şagirdlər üçün nəzərdə tutulmuş ekoloji layihədir. Layihə bütün ölkələrdən olan şagirdlərin şəkillər vasitəsilə ekoloji problemləri əks etdirməsini nəzərdə tutur.
2014-cü il oktyabrın 10-da IDEA İctimai Birliyinin təşəbbüsü, UNESCO-nun himayəsi, Heydər Əliyev Mərkəzi və Panasonic şirkətinin təşkilati dəstəyi ilə keçirilən "Eko Rəsm Gündəliyi 2014" beynəlxalq müsabiqəsinin milli mərhələsinin mükafatlandırma mərasimi keçirilib. 

Qeyd edək ki, Azərbaycanda ikinci dəfə keçirilən müsabiqə çərçivəsində Bakı və Gəncə şəhərlərindəki məktəblərə 5000 ədəd "Eko Gündəlik" paylanılıb və onlardan 3050 ədədi doldurularaq təşkilatçıya təqdim olunub. IDEA, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, UNESCO, Panasonic şirkəti, KİV və QHT nümayəndələrindən ibarət münsiflər heyətinin dəyərləndirməsi nəticəsində 20 finalçı seçilib.
Müsabiqənin milli qalibi 160 saylı Klassik Gimnaziyanın şagirdi Aylin Yəhyazadə olub. Digər finalçılar isə Bakı şəhərindən Bakı Avropa Liseyi, Fizika riyaziyyat və informatika təmayüllü lisey, Bakı Slavyan Universiteti məktəb lisey kompleksi, "Ankara" məktəb liseyi, 269, 283, 304 saylı orta məktəblər, Gəncə şəhərindən isə Xarici dillər təmayüllü gimnaziya, 1, 6, 22, 25, 28, 34 saylı orta ümumtəhsil məktəblərinin şagirdləridir. Mükafatlandırma mərasimində milli qalib, eləcə də 19 finalçı sertifikat və qiymətli hədiyyələrlə təltif olunub. 

Qeyd edək ki, "Eko Rəsm Gündəliyi 2014" müsabiqəsində finalçılar müxtəlif aktual ekoloji problemləri çəkdikləri rəsmlərlə və onları izah edən qısa mətn ilə ifadə edib, problemin həlli istiqamətində öz təkliflərini irəli sürüblər. Onu da əlavə edək ki, 50-dən çox ölkəni əhatə edən "Eko Rəsm Gündəliyi" beynəlxalq müsabiqəsi 2008-ci ildən keçirilir. Müsabiqənin məqsədi kiçik yaşlarından uşaqlarda ekoloji düşüncə tərzini, ekoloji məsələlərdə aktiv vətəndaş mövqeyini formalaşdırmaq, onları ətraf mühitin qorunması və bu sahədə problemlərin həllinə səfərbər etməkdən ibarətdir

3D eko qraffiti layihəsi

3D qraffiti layihəsi IDEA İctimai Birliyi və YARAT Müasir İncəsənət Məkanının birgə təşəbbüsü ilə 2014-cü ilin sentyabr ayında həyata keçirilmişdir. Layihə çərçivəsində çəkilmiş qraffiti əsər ekoloji problemlər haqqında incəsənət yoluyla ictimaiyyəti məlumatlandırmaq və insanların diqqətini bu problemlərə yünəltmək xarakteri daşıyır.

Qraffiti əsəri 2012-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri xanım Leyla Əliyevanın təşəbbüsü ilə start verilmiş "Qafqazın böyük beşliyi"nə daxil olan heyvanları və onların qorunmasının vacibliyini özündə əks etdirir. "Qafqazın böyük beşliyi" layihəsi Azərbaycan ərazisində məskunlaşan və nəsli kəsilmək təhlükəsi ilə qarşılaşan heyvan növlərinin - qonur ayı, imperator qartalı, boz canavar, ceyran və Qafqaz bəbirinin mühafizəsini nəzərdə tutur. Yerüstü qraffiti əsəri İngiltərədən dəvət olunmuş qraffitistlər - Eduard Şiron, Ceyms Titçner və Culiyan Fetin tərəfindən 3D formatında 5 gün ərzində işlənmişdir.

Qafqaz Biomüxtəlifliyi Sammiti

7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub. Konfransın məqsədi pişik mütəxəssislərini, tədqiqatçıları və biomüxtəliflik sahəsində çalışan insanları bir araya toplayaraq böyük ikonik heyvanların qorunmasını müzakirə etmək, bilik və təcrübələri bölüşməkdir.

Sammit Bakıda müasir avadanlıqla təchiz edilmiş Heydər Əliyev Mərkəzinin auditoriyasında keçirilmişdir. Zaha Hadidin layihəsi olan bu bina artıq dünyanın ən mühüm müasir binalarından biri hesab olunur. İştirakçılar dünyanın qabaqcıl pişik mühafizəsi mütəxəssisləri ilə yanaşı, əsas beynəlxalq ekoloji QHT-lərin nümayəndələrindən, Qafqaz regionundakı tərəfdaşlardan və yerli akademiklərdən ibarət olmuşdur. Sammitdən sonra nümayəndələrin, Azərbaycanın müxtəlif landşaftları və ekosistemlərilə tanış olmaq üçün maraqlı ekspedisiyasında iştirak etmək imkanları olmuşdur.

(Davamı gələn sayımızda)
ÜMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]