Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Avropaya qarşı üçüncü terror”¦

Bölmə :
Köşə
Yazar :
Elçin Rüstəmli
Yayım tarixi :
18/11/2015 [11:36]
Baxılıb :
4762 dəfə
Parisdə baş verən qətliam kimə lazım idi?

Terrorun növbəti hədəflərindən biri Avropa ölkəsi olanda onun bəşəriyyətə qarşı qəddar, iyrənc mahiyyəti dünya ictimaiyyətinə daha çılpaq şəkildə bəlli olur. Axı sadə avropalılar, dinc, humanist demokrat, hər cür zorakılığı rədd edən toplumdurlar. Onları durduqları, gəzdikləri, əyləndikləri yerdə qətl etmək ağılasığmaz vəhşilikdir. İnsanların dinc həyatı bir anda darmadağın olur, onlar indi evlərində, küçədə, tində, qapalı məkanlarda, ictimai nəqliyyatda özlərini təhlükəsiz hiss etmirlər. Bu, həyatı qəflətən alt-üst olmuş toplum üçün müdhiş haldır. Müsəlman ölkələrindən fərqli olaraq Avropada terror adiləşməyib, onların terror təşkilatları yoxdur, cihad eləmirlər, daxili konfliktlərini danışıb həll edə bilirlər. Yeni situasiyada tək terror xofu ilə məhdudlaşmır, vüsət alacaq daxili qarşıdurmalar, sivilizasiyalar arası toqquşmalar vəd edir. 
Ötən şənbə Parisdə bir-birinin ardınca həyata keçirilən qətliamları İŞİD üstələdi. Fransa hökuməti də hücumların Suriyada planlaşdırıldığına dair rəsmi məlumat yaydı. Prezident Fransua Olland "Fransa müharibədədir, biz terrorçulara qarşı amansız olacağıq" dedi. Bu bəyanatın ardınca silahlı qüvvələrin ən böyük təyyarədaşıyan gəmilərindən biri Suriya sahillərinə göndərildi”¦ 

Parisdə törədilən terrorla bağlı müxtəlif versiyalar, konspiroloji nəzəriyyələr irəli sürülür. Bəzi müşahidəçilər Yaxın Şərqi qana çalxalayan terrorun Qərbdən qidalandığına diqqət çəkir. İŞİD terror qrupu vaxtı ilə Əfqanıstanda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən SSR-yə qarşı yaradılmış "Əl-Qaidə" şəbəkəsi ilə eyniləşdirilir.  Hətta daha uzağa gedib 15 noyabr qətliamını ABŞ-da 11 sentyabr hücumları ilə mahiyyətcə uyğunlaşdırırlar. Yəni Amerika hadisədən bəhanə kimi istifadə edib İraqa və Əfqanıstana soxuldu, bu gün isə Avropa Yaxın Şərqdəki olayların mərkəzində yer alacaq, İŞİD-in, İranın, Rusiyanın müqavimətini qırmaqda ABŞ-a dəstək olacaq. 

Paris terroru Rusiya ilə Qərbin açıq toqquşduğu Ukrayna və Suriya böhranının gedişində Avropanı silkələyən üçüncü hadisədir. Fransanın nəhəng neft-qaz kompaniyası "Total" şirkəti prezidentinin Moskvada öz təyyarəsində heyətlə birgə müəmmalı şəkildə qəzada həlak olması, Ukrayna ərazisində 300-ə yaxın avropalını daşıyan Malayziya təyyarəsinin vurulması”¦

Hər iki hadisə zamanı ortaya müxtəlif versiyalar atılmışdı , konspirologiyaya söykənən ehtimallar irəli sürülmüşdü. Məsələn, "Total" prezidenti Rusiya ilə 50 milyard dollarlıq gizli sövdələşməyə getməsi, bununla ABŞ-ın Rusiyanın neft-qaz sənayesinə texnologiya satışını qadağan edən sanksiyaları pozduğu iddia olunurdu.

Ukrayna səmasında vurulan sərnişin təyyarəsi isə Avropanın Rusiyaya qarşı ABŞ-ın tətbiq etdiyi sanksiyalara qoşulmağa tərəddüd etdiyi zamana təsadüf edirdi. Rusiya ilə ümumilikdə 500 milyard dollarlıq ticarət dövriyyəsinə malik olan Avropa ölkələri Vaşinqtonun diqtəsi altında zərərli, təhlükəli oyuna girmək istəmirdilər. Bu sanksiyalar Rusiya bazarlarından qidalanan Şərqi Avropanın zəif dövlətləri üçün milyardlarla itki demək idi. Amma əsasən Hollandiya vətəndaşlarından ibarət olan təyyarənin vurulması Avropa ictimai rəyini Rusiyaya qarşı köklədi.  Qoca qitədə avialaynerin Rusiyanın dəstəklədiyi separatçıların "Buk" zenti raket kompleksi ilə partlatmasına şübhə yeri yox idi. Qanı Moskvanın boynuna yazılan cinayət əks cinahda duran qüvvənin işinə yaradı”¦ 

Beləliklə, Rusiya ilə ticarətin dərdini çəkənlərin etirazları hadisələrin kölgəsində qaldı, onlar Brüssel tərəfindən susduruldu. Sanksiyalara qoşulmaq istəməyən ölkələr hədələndi, əvəzində isə onlara heç bir iqtisadi dəstək göstərilmədi. Üstəlik bu regiondan keçən Rusiyanın "Cənub axını" qaz kəmərinin tikintisi dayandırıldı.  

Çox keçmədi ki, Vaşinqtonun təşəbbüsü ilə gündəm dəyişdi; İranla danışıqlar təzələndi və nüvə razılaşmasını nəzərdə tutan saziş imzalandı. Rusiya ilə konfliktdən böyük zərər görən Avropa ölkələri dərhal bu ölkəyə axışmağa başladı. Uzun illər xarici sərmayələrdən məhrum olmuş, nəhəng potensialı olan İran iqtisadiyyatı Qərb sərmayədarlarını həvəsləndirdi. Fransa rəsmiləri, iş adamları Tehranı ən sıx ziyarət edən avropalılardır. Paris və Tehran şah rejimi devrilənə qədər çox sıx olan əməkdaşlığı bərpa etmək üçün intensiv danışıqlar aparırlar. Amma bunun müqabilində İran Yaxın Şərq kampaniyasında Qərbin gözlədiyi həmrəyliyi göstərmədi, Rusiya ilə müttəfiqliyə sadiq qaldı. Vaşinqtonun xəbərdarlıqlarına məhəl qoyulmadı, nəticədə Prezident Barak Obama İrana qarşı sanksiyaların qüvvədə qalması ilə bağlı sərəncam imzaladı. Amma cin şüşədən çıxıb, onu təzədən qaytarmaq çətin məsələdir, İrana qarşı koalisiya faktiki dağılıb, onları bir çətir altında tutmaq qeyri-mümkündür. Üstəlik Ukraynaya görə Rusiya ilə qarşıdurma halına gəlmiş, böyük zərər görmüş Avropa, qapılarını yeni açmış İrandan Vaşinqtonun diqtəsi ilə asanlıqla vaz keçməzdi. Daha dəqiq ifadə etsək, İranla iqtisadi əlaqələrin bərpasını ertələməzdi. 

Terrordan öncə Avropanın gündəmində duran bir nömrəli problem Yaxın Şərq ölkələrindən qaçıb gələn yüz minlərlə köçkünü yerləşdirməklə bağlıdır. Miqrant böhranı Avropa İttifaqını (Aİ) dalana dirəyib, nə ittifaq ölkələri arasında, nə də dövlətlərin daxilində bu problemin həlli ilə bağlı yekdil mövqe yoxdur. Hətta Aİ-nin lideri Almaniya hökumət böhranı ilə üzləşib. Mereklin Xristian Demokrat İttifaqı parçalanmaq ərəfəsindədir. Radikal sağçılar bütün Avropa ölkələrində sürətlə fəallaşır, milli, etnik qarşıdurmalar meydanlara sıçrayır.

Avropa miqrant böhranını həll etmək üçün Türkiyə və Afrika İttifaqı ilə danışıqlar aparır. Eyni zamanda qitədə sosial, iqtisadi, siyasi sabitliyin qorunub saxlanması yollarını arayır. Hadisələrin bu məcrada davam etdiyi ərəfədə müsəlman əsilli terrorçular Parisdə silsilə qətliamlar törədir. Beləliklə, miqrant böhranının ikiyə böldüyü Avropada ictimai rəy kökündən dəyişir. Çünki müharibə qaçqınların Avropada qəbul edilməsinə qarşı olanlar qitəyə həm də terrorçuların ixrac edildiyini iddia edirdilər. Bu gün terror aksiyalarını həyata keçirənlərin bəziləri Avropaya 50-60 il əvvəl gəlmiş müsəlmanların övladlarıdır, üçüncü nəslin nümayəndələridir. Bəzi iri şəhərlərdə müsəlmanların sayı ümumi əhalinin 30-40 faizini təşkil edir. Təkcə Paris şəhərində 5 milyon nəfərə qədər müsəlman yaşayır. Millətçilərin, radikal sağçıların əsas arqumentlərindən biri də bununla bağlıdır: Avropa öz simasını itirir, əhalinin milli etnik tərkibi dəyişir, xristianlar sürətlə azalır, müsəlmanların  sayı artır. 
Şübhəsiz ki, Parisdə baş verən terror hadisəsi miqrantlarla bağlı daha sərt qərarların qəbul olunmasına, yerli müsəlman əhalisinə qarşı diskriminasiyaya gətirib çıxaracaq. Avropa İttifaqı bu istiqamətdə siyasətində radikal dəyişikliklərə gedəcək.  Paralel olaraq Avropa ilə yaxın Şərq ölkələri arasında gərginlik davam edəcək. Bu situasiyadan Avropanın nə qazanacağını, qitənin sakini olmaq istəyənlərin nələr itirəcəyini dəqiq təsəvvür etmək çətindir. Amma gərginlikdən mənfəət əldə edən dövlətlər var. Məsələn, müsəlman dünyasının içində sıxılmış İsrailin Qərbdən mütəmadi dəstəyi təmin etmək üçün belə situasiyalara hava-su kimi ehtiyacı var. Yəhudi dövləti islam dünyasını bəşəriyyətə qarşı təhlükə mənbəyi kimi təqdim edir, onlara qarşı daim mübarizə aparır. Amma Avropada da İsrailin üzünə xoş baxmırlar, bu günlərdə İspaniya məhkəməsi bu ölkənin baş naziri Benyamin Netanyahu haqqında qiyabi həbs qərarı çıxarıb, İngiltərədən İsrail səfiri persona-non-qrata edilib və s.

ABŞ-ın dünya liderliyi Avropa İttifaqı ilə sıx müttəfiqlikdən keçir, gördüyümüz qədər onlar müəyyən istisnalarla çəkici bir nöqtəyə vururlar. Bəzən Vaşinqton diktə edir, bəzən kompromis yol tutur, bəzən də koordinasiya əldə etmək çətin danışıqlardan sonra mümkün olur. Nəticədə müəyyənləşdirilən siyasi xətt Rusiyanın yerində oturdulması, Çinin buxovlanması, Şərqin neft-qaz ehtiyatlarının Qərb şirkətlərinin nəzarətinə keçirilməsindən ibarət olur. Konspiroloji nəzəriyyədən möhkəm yapışanlar isə bəzən ABŞ-ın öz müttəfiqlərini iradəsinə tabe etmək üçün sərt cəzalandırma üsullarına əl atdığını deyirlər.  

Bütün hallarda Parisdə baş verənlər, ümumiyyətlə dinc insanlara qarşı həyata keçirilən bütün qanlı aksiyalar bəşəri cinayətdir. Onu hazırlayanlar, törədənlər ilkin məqsədlərinə çata bilərlər, amma tarix dəfələrlə sübut edib ki, bu uğurlu yol deyil. Terror həm də bumeranq effektinə malikdir”¦

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]