Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Ölkə niyə internetsiz qaldı: qəza, yoxsa təxribat? - ARAŞDIRMA

Ölkə niyə internetsiz qaldı: qəza, yoxsa təxribat?	 - ARAŞDIRMA
Bölmə :
Araşdırma
Yayım tarixi :
18/11/2015 [11:27]
Baxılıb :
5575 dəfə
İnternetin də monopoliyada olması bir neçə saat ərzində ölkəyə milyonlarla zərər vurdu
Natiq Cəfərli: "Delta-Telekom" nəzarətdən kənar və qanunsuz fəaliyyət göstərir"

Noyabrın 16-da Azərbaycan saatlarla internetsiz qaldı, problem dünən də gün ərzində davam edib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Bizim Yol"a daxil olan məlumatda hadisənin səbəbləri barədə açıqlama verildi: "Noyabrın 16-da saat 16.00 radələrində Azərbaycanın qlobal internet şəbəkəsinə əlaqəsini təmin edən milli operator - "Delta-Telekom" MMM Data Mərkəzinin əsas kabellərinin birində tüstülənmə baş verib. Hadisəyə dərhal reaksiya verilərək qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər görülüb, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə xidməti də cəlb edilib. Hadisə zamanı açıq yanğın halları baş verməyib, kabellərin əriməsi nəticəsində yaranan tüstü avadanlıqlarda qismən nasazlıq yaradıb. Bununla əlaqədar sistemin ümumi işi dayandırılıb və nəticədə ölkədə internet əlaqəsində kəsinti yaranıb. 

Hadisə zamanı ölkəmizin tranzit marşrutu üzrə fəaliyyətdə heç bir dayanma baş verməyib və normal xidmət göstərilməsi təmin olunub. Həmçinin digər operatorların alternativ kanalları üzrə ölkədə internet əlaqəsi mövcud olub və bu imkanlardan rabitənin təşkili üçün istifadə edilib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, aidiyyəti digər dövlət orqanlarının nümayəndələri hadisə yerində olub.

 Hadisə yerində tüstülənmənin baş verməsi və onun təxirəsalınmaz işlərinin dərhal başlamasına maneələrin yaratması səbəbindən internet əlaqəsinin bərpası vaxt tələb edib, gərgin və fədakar əmək nəticəsində saat 21.00 radələrində internet əlaqəsi bərpa olunub.

Hazırda ölkədə internet əlaqəsi bərpa edilib və bank sektorunda, dövlət təşkilatlarında və digər sahələrdə internet vasitəsilə göstərilən xidmətlərin fəaliyyəti, o cümlədən fərdi istifadəçilər tərəfindən istifadə təmin edilib.

Hadisənin fəsadlarının aradan qaldırılması üzrə tamamlama işləri davam edir.

Ekspertlər hesab edirlər ki, əsas problem bu sahədə olan inhisarçılıqdan qaynaqlanır. İqtisadçı ekspert Natiq Cəfərli "Bizim Yol"a açıqlamasında deyib ki, internetin bir şirkətin inhisarında olması yolverilməzdir: "İllərdir, mütəxəssislər deyirlər ki, "Delta- Telekom" Azərbaycanda inhisarçı şirkətə çevrilib. Bu şirkət ölkəyə gələn internetin paylanılmasında 90 faizdən artıq rol alıb. Bu,  böyük inhisarçılıqdır və ölkə qanunvericiliyinə ziddir. Qanuna görə, bazarın 30 faizindən artığına nəzarət edən şirkətlər inhisarçı kimi qeydə alınmalı və ona qarşı antiinhisar qanunları tətbiq olunmalıdır. Ancaq illərdir "Delta-Telekom" nəzarətdən kənar fəaliyyət göstərir və qanunvericiliyin tələblərini yerinə yetirmirdi. Bu inhisarçılığın nəticəsində də qurum Azərbaycanda həm internetin qiyməti, həm də trafik məsələsində yeganə söz sahibinə çevrilmişdi" - deyə Natiq Cəfərli bildirdi.

Ekspert qeyd edir ki, noyabrın 16-da baş verən hadisənin qəza və ya təxribat olmasını hüquq-mühafizə orqanları araşdırmalı və bu barədə ictimaiyyətə məlumat verməlidirlər. "Qəza və təxribat olmasından asılı olmayaraq, baş verən hadisə göstərdi ki, belə inhisarçılıq ölkənin həm iqtisadi, həm siyasi, həm də informasiya təhlükəsizliyi baxımından çox ciddi problemlər yaradır. Bir hadisə ölkənin bank sistemini demək olar ki, çökdürdü. Bir neçə saat müddətində bütün maliyyə transları dayandı, insanlar kommunal xərcləri ödəyə, bankomatdan pul çəkə bilmirdilər, aviabiletlərin satışı dayandı, turizm şirkətləri ziyan gördü, xəbər portallarının işi iflic oldu və s." - deyə ekspert vurğuladı. 

Natiq Cəfərli: "Hökumət bu hadisədən dərs çıxararaq, inhisarçılığa son verməlidir"

Natiq Cəfərlinin fikrincə, hökumət müvafiq addımlar atmalıdır. "Bunun yolları var. Hökumətin özü maraqlı olmalıdır ki, bazarda bir yox, bir neçə şirkət fəaliyyət göstərsin. Bir-birinə alternativ ola biləcək və bazarda 20-25 faizdən çox yer tutmayan şirkətlərin yaranmasına və ayaqda qalmasına hökumət dəstək göstərməlidir. Müəyyən təşviq proqramları, vergi güzəştləri və s. yollarla buna nail olmaq mümkündür. Hökumət bu hadisədən dərs çıxararaq bu addımları atacaq-atmayacaq, bunu demək çox çətindir".
Natiq Cəfərli deyir ki, baş vermiş hadisənin Azərbaycanın iqtisadi subyektlərinə vurduğu ziyanı dəqiq hesablamaq mümkün olmasa da, milyonlarla ölçüldüyü şübhəsizdir. "Əslində bu tip hadisələr baş verərkən, bankların və s. subyektlər ziyanlarını açıqlayaraq, ictimaiyyətə dürüst məlumat versinlər və yaranmış fors-major situasiyanın onlardan qaynaqlanmadığını müştərilərinə sübut etsinlər". 

Osman Gündüz: "Hadisə ölkənin informasiya təhlükəsizliyi üçün ciddi təhlükədir"

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə "Bizim Yol"a açıqlamasında bildirdi ki,  baş vermiş hadisə ölkənin informasiya təhlükəsizliyi üçün ciddi təhlükədir.

"Son illərdə ölkənin milli informasiya fəzasının formalaşması, informasiya təhlükəsizliyinin qorunması istiqamətində müəyyən işlər görülüb. Dövlət və özəl sektorda informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi üçün müəyyən addımlar atılıb. "Delta- Telekom" tərəfindən Azərbaycan internetinin qlobal dünyaya bir neçə fərqli magistral kanallar üzərindən bağlantısının qurulması istiqamətində son illərdə atılan addımlar da müsbət dəyərləndirilməlidir. Bununla belə, baş verən hadisə onu göstərir ki, atılan addımlar yetərli deyil və  ölkənin informasiya təhlükəsizliyi məsələsinə daha konseptual yanaşmaq vacibdir. Hökumət  baş verənlərin təkrarlanmaması üçün bu sahədə rəqabətli mühitin, alternativlər üzərində infrastrukturun formalaşması üçün ciddi tədbirlər görməlidir. Ölkənin dayanıqlı informasiya təhlükəsizliyi sisteminin, informasiya infrastrukturunun alternativ təchizatlar və alternativ informasiya şəbəkələri üzərində qurulması zəruridir. Bu kimi halların bir daha təkrarlanmaması üçün, Azərbaycan İnternet Forumu olaraq, ən qısa 2-ci səviyyəli provayderlərin, daimi onlayn əlaqənin əhəmiyyətli olduğu qurumların da informasiya şəbəkəsinin alternativlər üzərində qurulmasının vacib olduğunu diqqətə çatdırırıq". - O.Gündüz baş verən hadisənin səbəbləri haqqında ictimaiyyətə rəsmi açıqlama verilməsinin vacibliyini də qeyd edib. 

Cahid İsmayılov: "Hadisə daha çox təxribata bənzəyir"

İnformasiya texnologiyaları üzrə mütəxəssis,"Delta-Telekom"da təcrübə keçmiş Cahid İsmayılov baş vermiş hadisənin təxribat olması ehtimalının daha güclü olduğunu deyib. O, ANS-ə müsahibəsində bildirib ki, ölkədə həm enerjinin verilməsində məhdudiyyət yarandığı zamanda, həm də təbii fəlakət vaxtı internet kəsilməmişdi. Amma indi xeyli müddətdir ki, Azərbaycanda internet yoxdur. Biz bu halla ilk dəfədir ki, qarşılaşırıq. Buna görə də məhz bunun təxribatın olması ehtimalı üzərində daha çox dayanırıq. Orada sadə bir sistem quraşdırılmayıb. Mürəkkəb sistem qurulub ki, internet kəsildiyi zaman alternativ xidmətlərdən istifadə olunsun. Necə ki, elektrik erejisinin verilişi dayandığı zaman generatorlar dərhal işə düşür, eləcə də, internetlə bağlı da hər hansı problem yarandıqda alternativ vasitələr işə düşür və internet təminatında məhdudiyyət yaranmır. Texniki təchizata nəzər yetirsək, internetin uzun bir müddətə kəsilməsini məhz texniki məsələlərlə bağlamaq inandırıcı deyil. Kiçik bir araşdırma sonucunda aydın olur ki, bu daha çox təxribata bənzəyir" - deyən mütəxəssis qeyd edib ki, problemin ölkə xaricindən, yaxud daxildən olması, kiber hücum faktorunun olub-olmaması məsələsi də araşdırmaların nəticəsində məlum ola bilər. 

Cahid İsmayılov vurğulayır ki, ölkənin böyük hissəsinin bir provayder - "Delta- Telekom" tərəfindən internetlə təmin olunması zaman-zaman müzakirə mövzusu olub. "Ölkədə internet tariflərinin baha olmasının səbəbini də bir şirkətdən asılılıqla əlaqələndirirdik. Son hadisə də sübut elədi ki, təhlükəsizlik baxımından ölkənin bir provayderdən asılı olması düzgün deyil. Çünki internetin olmaması, mediadan tutmuş, bank sektoruna kimi bütün sahələrə zərbə vurub". Mütəxəssisin sözlərinə görə, hadisə informasiya təhlükəsizliyinə də ciddi təpkidir. 

İlham İsmayıl: "Təxribat ehtimalı birmənalı şəkildə yoxdur"

Sabiq MTN zabiti, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl "Bizim Yol"a açıqlamasında hadisənin təxribat olması ehtimalına inanmadığını dedi: "Guya Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ətrafında baş verən proseslərlə bağlı heyif çıxmaq məqsədilə bu hadisənin törədilməsi barədə fikirlər var. Amma qəti və birmənalı şəkildə deyə bilərəm ki, belə bir hal yoxdur. Hadisə təxribat deyil və həqiqətən də nasazlıqdan yaranıb. RYTN-in işdən çıxarılan, həbs edilən şəxsləri bu dəqiqə öz haylarındadırlar. O ki qaldı bu hadisənin təhlükəsizlik və digər sahələrə təsirinə, təbii ki, internet bir çox sahələrdə vacibdir, bu üzdən problemlər yaranıb. Məsələn,  qaz abunəçiləri smartkart vasitəsilə yükləmə apara bilmədiklərinə görə, bu soyuq havada istiliksiz qalıblar" deyə İlham İsmayıl bildirdi.

Qeyd edək ki, "Bizim Yol"a hadisə ilə bağlı daxil olan özəl informasiyada Azərbaycanın məxfi məlumatlarının ələ keçirilməsi ilə bağlı xaricdən yüksək səviyyədə kiber hücumların olması, bu səbəbdən ölkənin hüquq-mühafizə orqanları tərəfindən təhlükəsizlik məqsədilə internet verilişinin qəsdən dayandırılması qeyd olunur. Eyni zamanda yaranmış problemin aradan qaldırılmasına uzun müddət lazım olduğu üçün bir neçə saat internet verilişinin bərpa edilmədiyi qeyd olunur.
İlham İsmayıl bu məsələnin də inandırıcı olmadığını deyir. "Azərbaycanın ən çox məxfi informasiyaları Müdafiə Nazirliyində, MTN-də Prezident Administrasiyasında, Xarici İşlər Nazirliyində ola bilər. Hansısa dövlət bu informasiyaları əldə etməyə çalışmaz. Çünki haker hücumları ilə məsələnin sonunadək gedib çıxılmır. İkincisi də, kimə lazımdırsa, həmin dövlətlərin o informasiyaları var. Təbii ki, söhbət böyük dövlətlərdən gedir və onlar kosmosdan və s. mənbələrdən lazımi informasiyanı əldə edə bilirlər. Həm də biz o qədər məxfi məlumat okeanında deyilik ki, hansısa dövlət buna cəhd etsin, bizimkilər də qarşısını almaq üçün interneti qəsdən dayandırsınlar. Çünki lazımi informasiyanı həm insanlar, həm də texniki vasitələrlə əldə edə bilirlər. Bunun üçün haker hücumu təşkil etmək peşəkar görünmür" - İlham İsmayıl bildirdi. 

Fəzail Ağamalı: "Burada siyasətçilərin söz deməsinin yeri yoxdur"

Milli Məclisin deputatı Fəzail Ağamalı "Bizim Yol"a açıqlamasında bildirib ki, baş vermiş hadisə ilə bağlı araşdırmalar aparılır. "Bu barədə gümanlar üzərində fikir söyləmək istəmirəm. Əvvəla mən bu sahənin mütəxəssisi deyiləm. Bildiyim qədərilə bu hadisə ilə bağlı araşdırmalar aparılır və yəqin ki, bu araşdırmalarda hüquq-mühafizə orqanları da iştirak edir. Hadisənin qəza və ya təxribat olması  araşdırmaların sonunda məlum olacaq. Burada siyasətçilərin söz deməsinin yeri yoxdur".

Rəşad VAQİFOÄžLU / Bizimyol.info

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]