Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Xatırlatmağı özümə borc bildiyim xatırlatma

Bölmə :
Köşə
Yazar :
Nadir Israfilov
Təqdimat :
Ekspert
Yayım tarixi :
17/11/2015 [11:19]
Baxılıb :
1249 dəfə
Pedaqoji fəaliyyətlə “özfəaliyyət” bir araya sığmır

“Çəkmə şotkasını məməlilər sinfinə aid etməklə onda süd vəzisi əmələ gəlmir” 
Karl Marks

Dəyərli fikirləri ilə elm və təhsilimizə verə biləcəyi layiqli töhfəsini daima əsirgəməyən hörmətli professorumuz Şahlar Əsgərovun "Bu cür idarəçiliklə təhsil sistemini inkişaf etdirmək olmaz" başlıqlı son müsahibələrinin birində maraqlı bir məqama diqqət çəkilib. 

Azərbaycanda elm və təhsil ikiqat keçid dövrünü yaşayır. Təəssüf  ki, hamı bu keçidlərin birindən - sovet təhsil sistemindən yeni təhsil sisteminə keçiddən danışır. Amma başqa bir keçid də var ki, bu da Şərq təhsil sistemindən Qərb təhsil sisteminə keçiddir. Təhsildəki bu müxtəliflik prinsipləri müasir təhsilimizə də sirayət edib. Yəni tarixən Şərq təhsil sistemi daha çox fərdiyətçilik üslubuna, Qərb sistemi isə kollektivçilik prinsiplərinə meylli olub. Elm və təhsil adamlarımızın vahid metodikadan kənar fəaliyyəti təhsilimizin durumunda da öz izini qoyub və qoymaqdadır. Ümumiyyətlə metodika nədir, onun təhsildə yeri və rolu nədən ibarətdir? 

Metodika anlayışı (yunanca - methodike) metodologiya ilə eyniyyət təşkil edib, müxtəlif izahlı lüğətlərdə nisbətən fərqli şəkildə şərh olunsa da, mahiyyət etibarı ilə fəaliyyətin həyata keçirilməsinin müəyyənləşdirilmış bir üsuludur. Başqa kontekstdə, metodika qabaqcadan nəzərdə tutulmuş nəticələrə nail olmağa  yönəldilmiş praktiki fəaliyyət üsullarının məcmusudur. Bu üsul pedaqogikanın bir hissəsi olub, təlimin ayrı-ayrı fənlər üzrə tədrisi qaydalarını ehtiva edir. Metodika texnologiya anlayışına yaxın olub,  bir qayda olaraq, hazır "resept", bir növ hər hansı bir məqsədyönlü fəaliyyətin həyata keçirilməsi üçün alqoritm, prosedur rolunu oynayır. Metodika  üsul və vəzifələrinin konkretliyinə görə metoddan fərqlənir. 

Tədris metodikası  təlim və tərbiyə ilə bağlı fəaliyyət  prosesinin, pedaqoji fəaliyyət  texnikasının konkret üsul və vasitələrinin toplusu olmaqla, təlimin ümumtəhsil, inkişafetdirici, tərbiyəedici, praktiki məqsədlərini və təlimin məzmunu, prinsipləri, vasitələri, formaları və metodları kimi komponentləri özündə birləşdirir. Metodika illər boyunca formalaşan səmərəli nəticələrin əldə edilməsi vasitəsinə çevrilən və nəsildən-nəslə ötürülən ənənədir. Disterverq yazırdı ki, pis müəllim həqiqəti təqdim edir, yaxşı isə onu tapmağı öyrədir. Qabaqcıl metodikaya yiyələnməyən müəllim isə yaxşı müəllim ola bilməz. Metodika zaman keçdikcə təkmilləşməyə, yeniləşməyə məruz qala bilər, ancaq bir tədris üsulu kimi mahiyyətini və rolunu itirə bilməz.

Təhsilin keyfiyyətinin yüksəldilməsində və müəllimlərin hazırlığı və  peşəkarlıq səviyyəsinin artırılmasında böyük əhəmiyyət daşıyan metodika və metodiki xidmətin bəzi məqamlarına toxunmaqda məqsədim ondan ibarətdir ki, uzun müddət diqqətsizlik və biganəlik göstərilməsi ucbatından təhsilin bu son dərəcə mühüm və vacib sahəsi kölgədə qalıb, tədricən unudulmaq həddinə çatdırılıb. Halbuki bir vaxtlar müəllimlərin davamlı olaraq, peşəkarlıq səviyyəsinin inkişafı, fənlərin tədrisi sahəsində yeniliklərlə tanış olması, tədris metodikasının təkmilləşdirilməsi, onların ixtisasartırma ehtiyaclarının müəyyənləşdirilməsi, ümumi təhsil sistemində metodik xidmətin təşkili əsasən təhsil şöbələrinin nəzdində olan metodkabinetlər tərəfindən həyata keçirilərdi. Düzdür hələ ki, bu kabinetlərin fəaliyyətinə xitam verilməyib, bununla belə süstlük və fəaliyyətsizlik davam etməkdədir. 

Nə baş verir? Biz iki qitənin qovşağında olan bir ölkə kimi Qərb və Şərq sivilizasiyasının arasında qalmışıq. Qərbə inteqrasiya etməklə bərabər Şərq psixologiyasından da imtina edə bilmirik. Təhsilimizdə fərdiyyətçilik meylləri  getdikcə güclənir. Dərsliklər kollektiv əməyin bəhrəsi kimi deyil, ayrı-ayrı qeyri-peşəkarlar tərəfindən yazılır, hər özəl məktəb tədris planı və proqramlarında istədiyi dəyişikliyi aparır, universitetlərimız korporativ maraqlarından çıxış edib, özlərinə sərf edən qaydalar tətbiq edir, uşaqlarımızın lazımi biliklərə yiyələnməsində daha çox fərdi müəllimlərə-repetitorlara bel bağlayırıq və s. Bu hal metodiki xidmətə münasibətdə özünü daha qabarıq göstərir. Metodistlərin xidmətindən yararlanmağa ehtiyac duymuruq, tez-tez fərdi standartların tətbiqindən danışırıq. Unuduruq ki, bir vaxtlar sivilizasiyanın beşiyi olan Şərqdə elm və təhsilin getdikcə tənəzzülə uğramasının bir və ən başlıca səbəbi də məhz ifrat fərdiçiliyə qapanmaq olub. 
Bəyənmədiyimiz Sovet dönəmində metodiki işin səmərəli təşkili üçün təhsil müəssisələri ilə sıx əlaqələr qurulardı, məktəb direktorları, müəllimlər, şagirdlər və valideynlərlə yaradılan canlı və səmimi münasibətlər mühüm rol oynayardı. Müəllimin fəaliyyətini istiqamətləndirən metodistlərə qayğı və sayğı göstərilərdi. Ayrı-ayrı fənlərin tədrisinə dair kitablar çap olunardı. Metodik tövsiyələr və kollektiv işləmələr hazırlanıb yerlərə göndərilərdi. Müəllimlərimiz "Azərbaycan məktəbi" jurnalına və onun ayrı-ayrı fənlər üzrə dərc olunan on bir əlavəsinə məmnuniyyətlə abunə yazılardılar. Məktəblərdə "açıq qapı günü" və açıq dərslərin təşkili geniş ənənə halını almışdı. Bir çox müəllimlərin və məktəblərin qabaqcıl təcrübəsi mütəmadi olaraq hərtərəfli öyrənildikdən sonra  Nazirliyin kollegiya iclasında müzakirə olunub, bütün Respublika üzrə yayılması tövsiyə olunardı. 
Təhsil dövlətin prioritet sayılan sahəsidir. Bu mənada təhsil idarə olunmalıdır. Məhz buna  görə də "Təhsil haqqında Qanun"da və təhsilə dair digər normativ-hüquqi sənədlərdə təhsildə idarəetmənin planlaşdırma, təşkiletmə, rəhbərlik və nəzarət funksiyaları ilə yanaşı əlaqələndirmə və tənzimləmə funksiyaları da müəyyənləşdirilib. Bu funksiyalar isə öz-özlüyünə həyata keçirilə bilməz. Əgər hər hansı bir müəllim və ya müəllim qrupu dərs prosesinə öz metodu ilə, öz adekvat standartları ilə müstəqil yanaşacaqdısa, belə bir xidmətin saxlanılmasına, təhsilin dövlət standartlarının hazırlanmasına, əsasnamələrə, nizamnamələrə, təlimatlara, qaydalara, nə ehtiyac var idi? Başqa sözlə desək, pedaqoji fəaliyyətlə "özfəaliyyət" bir araya sıxmır.

Düzdür, ədalət naminə demək lazımdır ki, son illər müəllim hazırlığı, müəllim əməyinə qiymət verilməsi sahəsində müəyyən  addımlar atılıb və bu sahədə işlər yəqin ki, davam etdiriləcək. Diaqnostik qiymətləndirmə yolu ilə əmək haqqının artırılması, müəllimlərin müvafiq kurslara, təlimlərə cəlb olunması, məktəblərin maddi-texniki təchizatının yaxşılaşdırılması, fənn kabinetlərinin zənginləşdirilməsi, dəyirmi masalar, müzakirələr, müsabiqələr buna misal ola bilər. "Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasın"da  müəllim hazırlığı sahəsində internatura modelinin tətbiqi nəzərdə tutulub. Bununla belə, müəllimin ən böyük problemi öz müəllimlik nüfuzunu və səriştəsini qoruyub saxlamaq üçün qabaqcıl və səmərəli metodikalara yiyələnmək və bu məqsədə çatmaqda metodik dəstəyə böyük ehtiyacının olmasıdır. 

Hesab etmirəm ki, müasir hesab etdiyimiz, məsələn,"Onlayn müəllim hazırlığı" kursları və digər bu kimi vasitələr müəllimlərimizin canlı metodikalara yiyələnməsı tələbatını ödəyə bilsin. Loru dildə desək, 5-3 yüksək hazırlığa malik müəllimin bu kimi vasitələrə baş vuraraq özünə nə isə əxz etməsi heç də o anlama gəlmir ki, respublikanın 130 mindən artıq müəllimi üçün belə vasitələr, istərsə də dəyirmi masalar və ya treninqlər əl çatandır və birdən kimsə bu kimi vasitələrə meyl göstərəcək. Elə götürək bu günlərdə tanınmış təhsil mütəxəssisi Etibar Əliyevin 300 tirajla nəşr olunan "Müəllimlərin peşəkar kompetensiyalarının artırılmasına dəstək. Mövcud təcrübələr, tövsiyələr" kitabını. Kütləvi ədəbiyyata istinad etməklə,  gərgin zəhmət hesabına ərsəyə gələn, qabaqcıl metodologiya və texnologiyaları əks etdirən bu kitabdan hansı müəllimin xəbəri oldu? Yenə də təqdimat mərasimində iştirak edən 5-3 maraqlı şəxsin. 

İlkin ixtisasımın tarixçi olmasına rəğmən, Karl Marksdan bir iqtibas gətirmək istərdim: "Çəkmə şotkasını məməlilər sinfinə aid etməklə onda süd vəzisi əmələ gəlmir". Müasirləşmək, yeniləşmək heç də o anlama gəlmir ki, uzun illərdən bəri qazanılmış təcrübədən, toplanmış potensialdan imtina edilsin və ya Qərbə üz döndərib Şərqə arxa çevrilsin, yaxud əksinə. Hər iki sistemin məqbulunu təqdir, məchulundan imtina etməliyik. Əməkdar artistlərimizi tanıyırıq, əməkdar müəllimlərimizi yox. Belə davam etsə, yəqin ki, "metodist müəllim" adı da unudularaq arxiv materialına çevriləcək.  Zənnimcə, bu barədə düşünməyimizə dəyər.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]