Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Məcburi köçkünlər üçün Masazırda 12 hektar torpaq sahəsi ayrılıb

Məcburi köçkünlər üçün Masazırda 12 hektar torpaq sahəsi ayrılıb
Bölmə :
KİVDF
Yayım tarixi :
18/1/2013 [10:49]
Baxılıb :
2212 dəfə
2010- cu ildə qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həllinə 339,1 milyon manat vəsait sərf edilib

Azərbaycan Respublikasında qaçqın və məcburi köçkünlərə göstərilən dövlət qayğısı çərçivəsində, hansı işlərin görülüb? Dövlət bu təbəqədən olan vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması məqsədilə nə kimi tədbirlər həyata keçirib. Bu suallara cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən aşağıdakı məlumatı əldə etdik.  

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»nın, həmin Dövlət Proqramına Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Əlavələr»in icrası, 2007-ci il 4 sentyabr tarixdə Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı keçirilmiş müşavirədə Ölkə başçısı tərəfindən qarşıya qoyulmuş vəzifələrin, habelə bu sahədə mövcud olan normativ-hüquqi sənədlərin yerinə yetirilməsi ilə əlaqədar 2010-cu il ərzində aşağıdakı işlər görülmüşdür:
- 2010- cu ildə qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həllinə 339,1 milyon manat vəsait sərf edilmişdir (207,1 milyon manat büdcə, 105 milyon manatı Dövlət Neft Fondunun, 27 milyon manatı isə beynəlxalq humanitar və inkişaf təşkilatlarının vəsaiti). Dövlət büdcəsində xərclənməsi nəzərdə tutulmuş 207,1 milyon manat vəsaitdən 202,0 milyon manatı cari il ərzində təyinatı üzrə xərclənmişdir.
- Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyev 2010-cu il fevralın 27-də Qəbələ rayonu ərazisində 155 məcburi köçkün ailəsi üçün tikilmiş iki beşmərtəbəli binanın, 2010- cu il noyabrın 10-da Yevlax rayonu ərazisində 612 məcburi köçkün ailəsi üçün tikilmiş çoxmərtəbəli binalardan ibarət (10 ədəd 5 mərtəbəli binaların, 440 şagird yerlik məktəbin, 50 yerlik uşaq bağçasının və s.) məhəllənin, 2010- cu il noyabrın 11-də Ağdam rayonu ərazisində 689 məcburi köçkün ailəsi üçün (rayondakı fin qəsəbəsində məskunlaşmış 651 və məktəb binalarında 38 məcburi köçkün ailələri üçün) Quzanlı qəsəbəsinin yaxınlığında tikilmiş yeni qəsəbənin, Füzuli rayonunun Horadiz şəhərində tikilmiş yeni Olimpiya İdman Kompleksinin açılış mərasimində iştirak və çıxış etmişdir. Hazırda məcburi köçkün ailələrinin həmin çoxmərtəbəli binalarda olan mənzillərə və qəsəbədəki evlərə köçürülməsi təmin edilmişdir.
- Bakı şəhərində təcili köçürülməsinə zərurət yaranmış obyektlərdən (əsasən metro stansiyaları) köçürülməsi nəzərdə tutulan 70 məcburi köçkün ailəsi üçün Abşeron rayonunun Ramana qəsəbəsində beşmərtəbəli yaşayış binasının tikintisi başa çatdırılmış və məcburi köçkünlərin həmin binadakı mənzillərə köçürülməsi təmin edilmişdir.
- Qəbələ rayonunun Zarağan kəndində kimyəvi maddələr tullantısı olan ərazidə yerləşən keçmiş Sovet ordusunun hospitalında müvəqqəti məskunlaşmış 40 məcburi köçkün ailəsinin köçürülməsi ilə əlaqədar, Zarağan bələdiyyəsi tərəfindən ayrılmış və bu ərazidə tikilmiş 155 məcburi köçkün ailəsi üçün 2 ədəd 5 mərtəbəli binanın məhəlləsində 1 ədəd 5 mərtəbəli40 mənzilli binanın tikintisi başa çatdırılmış və məcburi köçkünlərin həmin binadakı mənzillərə köçürülməsi təmin edilmişdir.
- Biləsuvar rayonu ərazisində Cəbrayıl rayon İcra Hakimiyyətinin İnzibati binasının tikintisi başa çatdırılmışdır. Hazırda binanın otaqlarının mebel və avadanlıqlarla təchizatına başlanmışdır.
- Naftalan şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə əlaqədar Goranboy rayonu ərazisində 164 məcburi köçkün ailəsi üçün tikilən 3 ədəd (2 ədəd 60 mənzilli və 1 ədəd 45 mənzilli) beşmərtəbəli yaşayış binalarının və 360 şagird yerlik məktəbin tikintisi başa çatmışdır. Hazırda Dövlət Qəbul Komissiyasının Aktı rəsmiləşdirilir. Uşaq bağçasında və mühəndis kommunikasiyalarında işlər davam edir. Goranboy rayonu ərazisində inşa edilən məhəllədə əlavə binaların (musigi məktəbi, inzibatı bina) tikintisi və razılaşdırılmış baş planda düzəlişlərin edilməsi məqsədi ilə müvafiq layihə-smeta sənədlərinin hazırlanması üçün hazırlıq işləri aparılır.
- İmişli rayonunun inzibati ərazisində 500 məcburi köçkün ailəsi üçün qəsəbə salınması məqsədi ilə 100 hektar torpaq sahəsi ayrılmışdır.
- Mingəçevir şəhərində (502 ailə üçün 8,0 ha) ayrılmış sahəyə texniki şərtlər alınmış və layihə işlərinin aparılması üçün layihəçi təşkilatla müqavilə bağlanmışdır. Layihə-smeta sənədlərinin hazırlanması başa çatmış və Dövlət Ekspertiza Baş İdarəsinə sənədlərin təqdim edilməsi üçün müvafiq razılaşdırmaların alınması ilə bağlı müraciətlər edilmişdir.
- Şəki şəhərində (423 ailə üçün 84,0 ha) ayrılmış sahəyə texniki şərtlər alınmış, layihə-smeta sənədlərinin hazırlaması üçün müqavilə bağlanmışdır. Obyektdə mühəndis-axtarış işləri başa çatmış, hazırda qəsəbənin baş planı, evlərin (1,2,3,4 otaqlı evlərin) layihələri və smetaları hazırlanmış, sosial və infrastruktur kommunikasiyalarının layihələri hazırlanır.
- Ağcabədi rayonu üzrə (rayondakı fin qəsəbələrində məskunlaşmış 994 və məktəb binalarında məskunlaşmış 114 məcburi köçkün ailələri üçün cəmi -1108 ailə): bundan Laçın rayonundan olan 552 ailə üçün yeni qəsəbənin salınması, digər rayonlarından olan 556 ailə üçün çoxmərtəbəli evlərin tikintisi) torpaq sənədləri və texniki şərtlər alınmışdır. «Azərdövləttikintilayihə» DLİ ilə hər iki obyekt üzrə müqavilələr bağlanmış və hazırda layihə-smeta sənədlərinin hazırlanması davam edir.
- Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissələrinə məxsus binalarda müvəqqəti məskunlaşmış və köçürülməyə ehtiyacı olan 1410 məcburi köçkün ailələri üçün zəruri sosial-texniki infrastrukturu olan yeni mikrorayonun layihələndirilməsi və tikintisi ilə bağlı Bakı şəhəri, Qaradağ rayonunun inzibati ərazisindəki 14 nömrəli qış yatağından 22,0 hektar (örüş) torpaq sahəsi (Müşviqabad qəsəbəsinin yaxınlığındva) ayrılmışdır. «Azərsu» ASJ, «Azeriqaz» İB və «Azərenerci» ASJ-dən texniki şərtlər alınmış, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən «İnşaat Pasport»-u hazırlanmış və layihə təşkilatı ilə müqavilənin bağlanması ilə əlaqədar hazırlıq işləri aparılır.
- Balakən rayonu üzrə (rayondakı məktəb binalarında müvəqqəti məskunlaşmış 43 ailə üçün beşmərtəbəli evin tikintisi) torpaq sənədləri alınmış, texniki şərtlərin alınması üçün müraciətlər edilmişdir.
- Ağdam rayonunun «Dördyol»adlanan ərazisində yeraltı qazmalarda, qamış və çiy kərpiç daxmalarda ağır şəraitdə yaşayan 932 məcburi köçkün ailəsi üçün həmin rayonun Bənövşələr (30 hektar) və İmamqulubəyli (70 hektar) qəsəbələri ərazisində torpaq sahələri ayrılmışdır. Hazırda texniki şərtlər alınmış və «İnşaat Pasportu» hazırlanmışdır.
- Beyləqan rayonu ərazisində Xocavənd rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisi üçün torpaq sahəsi ayrılmış, texniki şərtlər alınmış, layihə-smeta sənədlərinin tərtibatı başa çatdırılmış, Dövlət Ekspertiza Baş İdarəsindən müsbət rəy alınmış və podrat təşkilatı ilə müqavilə bağlanmışdır.
- Bakı Dövlət Universitetinin 7 yataqxanasında məskunlaşmış 758 məcburi köçkün ailəsinin çoxmərtəbəli yaşayış binaları tikilməklə köçürülmələri üçün Abşeron rayonunun Masazır kəndi ərazisində 12 ha torpaq sahəsi ayrılmışdır. Yeni məhəllənin müvafiq mühəndis kommunikasiyalarla təmin edilməsi üçün MKSİF tərəfindən aidiyyəti təşkilatlara müraciətlər edilmiş və texniki şərtlər alınmışdır. “İnşaat Pasportu”-nun hazırlanması ilə əlaqədar Abşeron rayon İcra Hakimiyyətinə müraciət edilmişdir. Layihə işlərinə başlanması üçün hazırlıq işləri aparılır.
- 2010-cu ildə məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına Dövlət Neft Fondundan 105 milyon manat vəsait sərf edilmişdir.
- 2010-cu ildə 7047 nəfərdən ibarət 1566 məcburi köçkün ailəsi yeni tikilmiş qəsəbələrdə və hündürmərtəbəli binalarda olan mənzillərə köçürülməklə mənzil-məişət şəraitləri yaxşılaşdırılmışdır.
- Ümumilikdə cari ildə 2360 nəfər, o cümlədən məcburi köçkünlərin sıx müvəqqəti məskunlaşdıqları ərazilərdə 735 nəfər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun struktur bölmələri ilə qarşılıqlı fəaliyyət nəticəsində isə 1625 nəfər daimi işlə, 4458 nəfər isə mövsümi işlə təmin olunmuşdur. Bundan əlavə 104 nəfərə işsiz statusu verilmiş, 123 nəfərə işsizlik müavinəti təyin edilmişdir. 363 nəfər əmək bazarının müasir tələbləri əsasında peşə hazırlığı kurslarına, 312 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb olunmuşdur.

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında hazırlanıb.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]