Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

"Ətraf mühit üçün birləşək"

Bölmə :
KİVDF
Yayım tarixi :
12/11/2015 [23:49]
Baxılıb :
1331 dəfə
Və ya "Sevgi təbiəti gözəlləşdirir"

(Əvvəli ötən sayımızda)

İDEA İctimai Birliyi mütəmadi olaraq bu cür ekoloji aksiyalar təşkil etməklə insanlar arasında ekoloji təbliğat işini gücləndirmək, gənclərin ətraf mühitin qorunması, atmosferin zərərli qazlardan təmizlənməsi işində iştirakını təmin etmək, "Gələcək nəsillər üçün sağlam dünya" ideyasını yaymaq kimi məqsədləri hədəfləyir.

Gəncədə eko-velosiped layihəsi

İDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi paytaxtımızla yanaşı digər regionlarda da müntəzəm olaraq ekoloji layihələr həyata keçirir. Layihələrin həyata keçirildiyi hədəf şəhərlərdən biri də Azərbaycanın ikinci ən böyük şəhəri Gəncədir. Azərbaycanın ikinci böyük şəhərində həyata keçirilən layihə özündə insanların yaşıl nəqliyyat vasitələrindən istifadəyə cəlb olunmasını əks etdirir.

Şəhər 2013-cü ilin noyabr ayında 2016-cı ilin Avropa Gənclər Mərkəzi elan edilmişdir. Cənubi Qafqazdakı  Heydər Əliyev adına ən böyük park bu şəhərdə salınmışdır. Parkın girişi İDEA İctimai Birliyi tərəfindən "Sevgi təbiəti gözəlləşdirir" şüarı olan xüsusi ağaclarla bəzədilib. Parkın mərkəzində İDEA İctimai Birliyi tərəfindən "Ətraf mühit üçün birləşək" şüarı quraşdırılıb və insan fiqurlarını ifadə edən ağaclar əkilib. İDEA parkdakı bir çox ağaca köçəri quşlar üçün quş sığınacaqları yerləşdirmişdir. Bundan əlavə, Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva tərəfindən parkın ərazisində əkilmək üçün bəzi nadir ağac növləri hədiyyə edilmişdir.

Bundan əlavə, Gəncənin mərkəz hissələrində insanları ərazini təmiz saxlamağa, tullantıların azaldılması, təkrar istifadə və çeşidləməyə çağıran etiketlerin yapışdırıldığı zibil qutuları yerləşdirmişdir. İDEA-nın Gəncə şəhərində həyata keçirdiyi toplu layihələr çərçivəsində şəhərdə Azərbaycanda ilk dəfə olaraq velosiped yolu salınmışdır. Layihənin əsas məqsədi insanları ətraf mühitə zərər verməyən nəqliyyat vasitələrindən istifadəyə dəvət etmək, atmosferin çirklənməsinin qarşısını almağa birgə səy göstərməkdir. Bütün bunlarla yanaşı, İDEA İctimai Birliyi yaxın zamanda Gəncə yerləşən Heydər Əliyev Mərkəzində İDEA Resurs Mərkəzi açmağı planlaşdırır. Mərkəzin açılışı 2014-cü ilin əvvəli üçün nəzərdə tutulub.

"Eko rəsm gündəliyi 2013"

İctimai Birlikdən verilən məlumata görə, 2013-cü il noyabrın 1-dən 15-dək paytaxt Bakı və Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə keçirilən "Eko rəsm gündəliyi 2013" ekoloji müsabiqəsinin yerli mərhələsi İDEA kampaniyası tərəfindən, YUNESKO-nun himayəsi, Heydər Əliyev Mərkəzi və Panasonic Marketinq MDB-nin dəstəyi ilə təşkil olunub. Gənc nəsil arasında ekoloji mədəniyyətin təbliği, flora və faunaya qayğının aşılanması məqsədilə İDEA tərəfindən, YUNESKO-nun himayəsi, Heydər Əliyev Mərkəzi və Panasonic Marketinq MDB-nin (PMCIS) dəstəyilə "Eko Rəsm Gündəliyi 2013" müsabiqəsi keçirilmişdir.

"Eko Rəsm Gündəliyi 2013" müsabiqəsinin məqsədi gənc nəsil arasında ekoloji mədəniyyətin təbliği, flora və faunaya qayğının aşılanmasıdır. Layihə, həmçinin ətraf mühit və insan sağlamlığının qorunması üzrə aktiv vətəndaş mövqeyinin formalaşmasına xidmət edib. Müsabiqədə ümumtəhsil məktəblərinin 6-11 və 12-15 yaş arası şagirdləri iştirak ediblər. Təqdim edilən "Eko Gündəlik"lər İDEA, Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, YUNESKO, PMCIS, KİV və QHT nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Münsiflər heyəti final mərhələsinə vəsiqə qazanan 20 iştirakçı arasından bir nəfər milli qalibi müəyyən edib. 

Ceyranların Gürcüstan Respublikasına reintroduksiyası

Həmin ilin oktyabrında Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA kampaniyasının rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə "Ceyran sürüsünün Gürcüstana reintroduksiyası" layihəsi həyata keçirilmişdir. 10 başdan ibarət ceyran sürüsünün Gürcüstan Respublikasına reintroduksiyası ceyranların Qafqazda tarixən məskunlaşdığı ərazilərdə yayılması və artması üçün atılan addımlardandır.

Ceyran sürüsünün reintroduksiyası Gürcüstan Respublikasının Ətraf Mühit və Təbii Sərvətlərin Mühafizəsi Nazirliyinin müraciəti əsasında reallaşmışdır. Gürcüstana verilən ceyranların üzərinə xüsusi kiçik cihaz bağlanmışdır. Bu cihaz vasitəsilə ceyranın olduğu yer, onun orqanizminin durumu nəzarətdə saxlanacaqdır. 

Hazırda Azərbaycanda 9 min baş ceyran vardır. Artıq Ağgöl Milli Parkı, Qobustan-Cəngiçay vadisi, Acınohur-Sarıca düzənliyi ərazilərinə mərhələlərlə ceyranların buraxılması həyata keçirilmiş, 110 başadək ceyran tarixi ərazilərinə qaytarılmışdır. Artıq Azərbaycanda ceyranların bərpası və çoxaldılması istiqamətində aparılan işlər öz nəticələrini verməkdədir.

Sahilyanı təmizlik aksiyası

Təmizlik aksiyası 7 sentyabr 2013-cü il tarixində hər il dünyada qeyd olunan "Beynəlxalq Təmizlik Həftəsi" ilə əlaqədar İDEA kampaniyası tərəfindən Nardaran çimərliyi ərazisində təşkil edilib. Hər il "Beynəlxalq Təmizlik Həftəsi"ndə keçirilən təmizlik aksiyası gənclərin iştirakı ilə ətraf mühitə töhfə vermək məqsədi daşıyır. Aksiya zamanı yüzlərlə kiloqram tullantı sahilyanı ərazilərdən təmizlənərək təkrar emala göndərilir.

Layihə "Təmizlik həftəsində hamı təbiət üçün" şüarı altında baş tutub. Aksiya çimərlik ərazisindəki tullantıların toplanması və onların faydalı şəkildə istifadəsi üçün təkrar emala göndərilməsi, habelə gəncləri təbiətin təmiz saxlanılmasına cəlb olunmaları məqsədi ilə həyata keçirilib.
Ümumilikdə, aksiyaya 100-dən çox gənc cəlb olunub. Aksiya zamanı gigiyenik qaydalara əməl etmək məqsədilə iştirakçılara xüsusi əl geyimləri paylanılıb. Toplanılan materiallar qida və qeyri-qida tullantılarına ayrılaraq çeşidlənib. Toplanmış tullantılar Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna nəql edilib və burada təkrar çeşidlənib.

(Davamı gələn sayımızda)
ÜMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]