Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Xoşbəxtləri qınamazlar

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
12/11/2015 [00:22]
Baxılıb :
1185 dəfə

İnstaqramdakı şəkilləri vərəqləyirsən, sosial şəbəkədə paylaşanları nəzərdən keçirirsən və düşünürsən, həqiqətənmi hər şey bu qədər yaxşıdı?! Camaatın süfrəsi yeməkdən zığ vurur. Hamının uşağı sağlam, totuş-potuş və gülərüzdü. Gözəllərin az qala hamısı incəbeldir, lap fotoşop hesabına olsa belə. Sevgililər bir-birinə utanıb qızarmadan sığınıb. Heç kim onları "burda öpüşməzlər" deyib qınamır, qovlamır. "Hamı maska geyib və riyakarlıq edir" deyənlərsə yəqin paxıllıq çəkir. Əlbəttə, arabir problemlərdən də yazırlar, narazılıqları da paylaşırlar. Amma tort bişirib paylaşanların "layk" yığımına heç yaxın gələ də bilmirlər. Dünyanın bütün reportyorları yığışa, bir qızın gün ərzində bircəcik sızanağını izlədiyi cəhdlə mövzu güdə bilməz. 

Görəsən biz niyə sevinclə, heyrətlə, qəhrəmanlıqla əlamətdar anlarımızı bölüşürük? Guya heç vaxt zəif, bədbin, gözü yaşlı olmuruq, heç əlimiz yanımıza düşmür. Heç kim sellülitin bədənindəki izlərini ictimailəşdirmir. Uşağını ağlamaqdan qızarmış, burnunu şorpasını axıdan gündə çəkmir. Kimsəni görmədim ki, pəncərəsində sulamağı unutduğu dibçək gülünün son görüntülərini hamıya göstərsin. Büdrəyəndə, yıxılanda çəkib paylaşırlar, amma yenə də gülmək xətrinə. Elə bil hamı həyatın real kadrlarını gizləməklə məşğuldur. Kimsə cəsarətə minsə, reallığı göstərmək istəsə sosial şəbəkə moderatorları paylaşılanları senzuraya məruz qoyub nalayiq kontent kimi silib atacaq. 
Məlumatlar var ki, Feysbukda acından köpmüş körpələrin, uşağına süd verən anaların fotolarını şəbəkədən çıxarmaq praktikası var. Amma həmin "mənəviyyat nəzarətçiləri" məşhurların gündəyməzini gözümüzün qarşısında hər gün yelləməsini norma sayır. Bəs ola bilər dünya miqyasında olmayan, amma həyatımıza narahatlıq qatan problemlərimizi, qəmli dəqiqələrimizi, zəifliklərimizi nə edək? Miqyaslı riyakarlıq aktına artıq reaksiyalar da gəlir. Alqışlanmasa da, şəbəkələrdə həyat reallıqlarını əks edən paylaşımlar, layihələr görünməyə başlayıb. Təzəlikcə ana olmuş qadınlar soyunub doğuşdan sonra eybəcərləşmiş bədənlərini göstərməkdən çəkinmir. Onlar deyir ki, korlanmış dəri, formadan çıxmaq uşağını bağrına basıb qoxusunu çəkmək səadətinin qarşısında çox cılız görünür. Onlar deyir ki, ana olmaq xoşbəxtliyi naminə yenə də bu addımı atardı və bütün bunları hamıya göstərmək ayıb deyil. 

İsrail mənşəli amerikalı fotorəssam Elinor Karuççi öz araqarışdıran işləri ilə məşhurdur. Onun "Ana" adlı layihəsində hər ananın az qala hər gün rastlaşdığı, amma hamının susub üstündən keçdiyi anlar əks edilib. Bu kadrlar o qədər intimdir ki, hətta yataq fotolarını paylaşanlar belə kadrlardan birini də ortalığa çıxarmağa cəsarət eləməz. Orda ana öz uşağını dartışdırıb, çırpdığı kadr var. Bu qadın yırtıcı kimi görünmür və kifayət qədər cazibədardır. Başqa bir ana isə çimməkdən qaçan uşağını ram eləyib vannaya qaytarmağa cəhd edir. O birisi göz yaşı içində boğulan yeniyetmə övladını ovudur. Hamı deyə bilər, burda nə var ki, gündəlik həyatımızdı. Fotolarda möhtəşəm analar və mələk donlu körpələr yoxdur. Analıq bütün özəllikləri və dəhşətləriylə birlikdə göstərilib. Amma ola bilər ki, bu layihə ortalığa çıxarılanda kiminsə yalın yambızından daha az maraq oyadar.

Bu yaxında daha bir xəbər sosial şəbəkəni sarsıtdı. Avstraliyalı qadın Dana Vulin 2 il yarım gəzdirdiyi maskasını axır ki, çıxarıb sifətini hamıya göstərdi. O, vaxtilə çox cazibədar idi, amma bir neçə il əvvəl qısqanc qadının qurbanı oldu. Həmin qadın nədənsə ərinin bu qadınla sevgi macərası yaşadığını zənn edib onun həyatına qəsd elədi. Evinə gələrək Dananın üstünə spirt töküb yandırıb qaçmışdı. Nəticədə qadın 3-cü dərəcəli yanıqlar aldı, bədəninin 60 faizi, xüsusilə də sifəti lap dərbad hala düşdü. Dana çoxsaylı əməliyyatlar keçirərək problemi ilə 2 ildən artıq mübarizə etdi. Arabir sosial şəbəkədə yanıqlarla dolu sifətini və tədricən sağalma prosesini də göstərirdi. Amma fotoları əvvəlki görkəmi ilə yanaşı qoymağı da unutmurdu. Onun sifəti elə vəziyyətdə idi ki, heç doğma anası da tanıya bilmirdi. Bu günlərdə o, televiziyaya çıxıb sifətindəki çapıqlarını hamıya göstərdi. Həkim məsləhəti ilə 2 il yarım gəzdirdiyi  qoruyucu maskasını efirdəcə çıxartdı: "Əlbəttə, ölmək daha rahat olardı. Amma mən özümlə, görkəmimlə fəxr edirəm, hətta çapıqlarımla da. Axı onlar da mənim bir parçamdı". Dana etiraf etdi ki, nə qədər ki, maska gəzdirirdi, özünü heç kim və heç nə kimi duyurdu. Maska onda daim simasızlıq duyğusu yaradırdı. Dana bütün televiziya tamaşaçılarından yeni görkəm və sifətinin arxasındakı ruhi qüvvə, özündə əminlik, cəsarət və məqsədyönlülüyü görməyi xahiş elədi. 

Həqiqətən də xoşbəxt fotolarda insanların əsl simasını görmək olmur. Ona görə də bir qırıq çörək tapıb təpişdirən uşaq ad günü tortunun üstündəki şamları üfürən uşaqdan daha xoşbəxt görünür. Biz həyatımızı günlərin bir-birinin ardınca düzülüb gedən qatar kimi qavramırıq. Biz ətrafımızda sanki spiralvari fırlanan günlərin lap mərkəzində oturmuşuq. Əlimizi atıb bəlkə də 10 il əvvəldən bir gün seçib yanımıza dartışdıra bilərik. Ömrümüzdən silmək istədiklərimizi isə itələyib yaddaşın bir küncünə sığışdırarıq. Axı xoşbəxtləri heç kim qınamır”¦

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]