Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Saxtakarlıq ”“ milli ideologiya ola bilməz! (FOTO/VİDEO)

Saxtakarlıq ”“ milli ideologiya ola bilməz! (FOTO/VİDEO)
Bölmə :
Araşdırma
Yayım tarixi :
17/1/2013 [12:03]
Baxılıb :
2657 dəfə
Və ya Bərbad hərbi vətənpərvərlik şousu

Müharibə aparan ölkədə hərbi vətənpərvərlik təbliğatının rolu danılmazdır. Mən bunu ömrümün 20 ilini yaşadığım SSRİ adlı imperiyanın hərbi vətənpərvərlik siyasətində görmüşəm. Bu, o illər idi ki, sovetlər Əfqanıstana hərbi müdaxilə etsələr də, təbliğatlarını xilaskar ordu məzmunda qururdular. Xüsusən ikinci dünya müharibəsinə münasibət sovet vətəndaşında elə bir hal yaradılmışdı ki, 1939-cu ilin sentyabrında başlanan savaşı uzun illər Böyük Vətən Müharibəsi adlandırdıq. İmperiya dağılandan sonra tarixin arxivləri açılanda məlum oldu ki, müharibənin olmasında Böyük Britaniyanın xüsusi marağı var imiş. Əlbəttə ki, bu aşkarlanmalarla bərabər müharibə zamanı önəmli şücaət göstərmədən ordenlərlə mükafatlandırılıb status alanların da kimliyi üzə çıxdı. Sual oluna bilər ki, bu xatırlamalara ehtiyac varmı? Bəli, var! Çünki dövlətin özü, yaxud hər hansı strukturunun hərbi vətənpərvərlik təbliğatı gələcək nəsil üçün yumşaq söyləsək peşmançılıq sindromuna yer qoymamalıdır. Əks təqdirdə, mübahisələrə rəvac verən hər hansı qərar dövlətə rəhbərlik edənlərin özlərinin dediyi kimi “erməni dəyirmanına su tökməklə” nəticələnəcək. Necə ki, ötən ilin oktyabrında ABŞ əsilli erməni terrorçusu Monte Melkonyanın öldürülməsiylə başlanan mübahisələr “düşmən dəyirmanına axıdılan su”dan başqa bir şey deyildi. 

Qısa arayış: “Avo” ləqəbli erməni terrorçusu MonteMelkonyan 1957-ci ildə ABŞ-nin Kaliforniya ştatının Vizaliya şəhərində doğulub, Berkli Universitetini “Arxelogiya və Asiyanın tarixi” üzrə bitirib. 1978-ci ildə Beyruta gedib ermənilərin Burc Xamud dəstəsində döyüşüb, iki il sonra ASALA-da hərbi təlim keçib, Romada, Afinada, Parisdə türk səfirliklərinə qarşı əməliyyatlarda iştirak edib, 1985-ci ildə Fransa məhkəməsi tərəfindən 6 il azadlıqdan məhrum edilib. 1989-cu ilin əvvəlində azad edilib və Cənubi Yəmənə sürgün olunub. 1990-cı ildən Monte Melkonyan Ermənistanın Azərbaycana ərazi iddialarıyla başlanan Qarabağ müharibəsinə qatılıb. Buzluq, Manaşid, Ərkəc, Ağdam kəndlərindəki döyüşlərdə iştirak edib. Ermənilərin Martuni istiqamətində olan hərbi hissələrinin briqada komandir idi. 1993-cü ilin 12 iyununda Mərzili kəndində Azərbaycan ordusunun əsgərləri tərəfindən öldürülüb. Bir həftə ölümüylə bağlı matəm elan olunan terrorçu iyunun 19-da İrəvanda dəfn edilib. Onun İrəvanda abidəsi qoyulub, adına hərbi hissə, məktəb və universitet var, özü “Arsax qəhrəmanı”, “Qızıl qartal” ordenləriylə mükafatlandırılıb.

Bərbad hərbi vətənpərvərlik şousu

Güman ki, bu sətirləri oxuyanlar “məsələyə yenidən qayıtmaq elə erməni dəyirmanına su tökmək deyilmi” sualını verəcəklər. Xeyr, jurnalist olaraq erməni terrorçusunun kim tərəfindən, harada və nə zaman öldürülməsi haqqında materialları oxuduqca yalan informasiya nəticəsində saxta hərbi vətənpərvərlik təbliğatıyla qarşılaşırsan. Olayı konkretləşdirmək üçün nəzəri fikirlərdən keçək əvvəlcə xatırlanmalara, sonra isə faktlara və məntiqə! 

Beləliklə, ötən ilin oktyabrında televiziya kanalları, çap mediası, “Turan” İA, “mediaforum” saytlarında Monte Melkonyanın öldürülməsi barədə fikirlərlə tanış olanda məlum oldu bu diskussiyalar hələ “Gün səhər” qəzetinin 2005-ci ilin 9 iyul tarixli sayında jurnalist Şahin Hacıyevin araşdırmasından başladı. Onun məqaləsinə iyulun 23-də “525-ci qəzet”də S.Səfərov imzasıyla “Monte Melkonyanın məhvilə bağlı gerçəkliklər” başlıqlı yazıyla cavab verildi. Müəllifin suallarına terrorçunu öldürdüyünü iddia edən İbad Hüseynov (Vüqar Həsənov şərti adı altında) məsələlərə aydınlıq gətirirdi. Və... bundan sonra yaranan 5 illik sükutu MTN-nin dəstəyiylə “Lider” kanalının jurnalisti Etibar Məmmədov “Əsgər” sənədli filmiylə pozur. Bu, İbad Hüseynov ətrafında yaranan mifə təsir edir və müəyyən qədər aydınlıq yaranır. Film “Avo” ləqəbli erməni terrorçunun Azərbaycan kəşfiyyatçısı İbad Hüseynov tərəfindən öldürüldüyünü “sübut” etməyə cəhd edir, amma “qaş qayırdığı yerdə göz”də çıxardır. Çünki 708-ci briqadanın döyüşçülərinin bəyanatı, uzun illər Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinə rəhbərlik edən general-leytenant Talıb Məmmədovun açıqlamaları, xüsusən də İbad Hüseynovun və tərəfdarlarının fikirlərindəki ziddiyyətlər fərqli mənzərə yaratdı. 

Qısa arayış: İbad Hüseynov 1970-ci ilin 18 oktyabrında doğulub, Dağlıq Qarabağda ilk toqquşmaların başlandığı zaman Amurda sovet ordusunda qulluq edirdi. 1990-cı ilin oktyabrında Azərbaycana qayıtdıqdan sonra doğma Xocavənd rayonuna gedir və orada yerli hərbi özünümüdafiə birləşmələrinə goşulur. 1992-ci ilin mayından iyuna qədər 724 saylı hərbi hissədə əsgər olub. 16 iyundan dekabra qədər 831 saylı hərbi hissədə vuruşub, sonra bu hərbi hissə dağıldığından əsgərləri 702-ci briqadanın tərkibinə veriblər. 1993-cü ilin avqustun 6-da 161 saylı hərbi hissə (Ağcabədi alayı) yaradılanda İbad Hüseynov hissəyə serjant rütbəsində dag-atici taqım komandirinin müavini kimi daxil olub. 1996-cı ildə tibb məntəqəsində sürücü kimi çalışıb, 1997-ci ildə ona baş çavuş rütbəsi verilərək ehtiyata buraxılıb. “Azərbaycan bayrağı” ordeniylə mükafatlandırılıb. Haqqında 2010-cu ildə “Əsgər” sənədli filmi çəkilib. 

Xüsusi xatırlatma: İbad Hüseynovun qardaşı Eyvaz Hüseynov 1992-ci ildən indiyə qədər Xocavənd rayon icra hakimiyyətinin başçısıdır. Əslində İbad Hüseynov haqqında mifin yaradılmasında icra başçısı olan qardaşının xidməti danılmazdır...

İbad Hüseynovun zamana və məkana istinad olunan özünü təkzibi

“525-ci qəzet”in xatırlatdığımız məqaləsində bildirilir ki, 1993-cü ilin iyunun 12-si axşam Rusiya televiziyasının xəbərlər proqramında Monte Melkonyanın “azərbaycanlı boevik”lərlə döyüşdə qəhrəmancasına həlak olması barədə xəbər verilib, ölənin sifəti görüntüyə gələndə Vüqarı (İbadovu-red) və onunla əməliyyatdan qayıtmış kəşfiyyatçı dostlarını sanki ildırım vurdu, elə bil yuxudan ayıldılar. Yanındakılardan birini onun “ştabdakı veş-meşok”unu gətirməyə göndərən Vüqar qara qan süzülməkdə olan əsgər çantasının ağzını silkələyəndə onların az əvvəl keçirdikləri şoku başqa döyüşçülər də yaşadılar. Qana bulaşmış yarıkeçəl, dərisi qapqara qaralsa da, sifət cizgiləri hələ də yerində qalan bu kəllə bir neçə dəqiqə əvvəl ekranda gördükləri erməninin ”“ Monte Melkonyanın başı idi...

İbad Hüseynovun birinci özünü təkzibi: sitat gətirdiyimiz sətirlər İbad Hüseynovun vikepediya səhifəsində aşağıda yazılanların əksidir: “Monte Melkonyan öldürüldükdən sonra qənimət kimi İbad özü ilə silah, şəkillə bloknot, çəkmə, siqaret və qələm götürür. Öz hərbi hissəsinə gəldikdən sonra İbad komandirin otağına daxil olaraq: "Məndə sizin üçün suvenir var!" deyir və torbada olanlarını masaya düzür. Komandir dərhal hərbi hissəni düzür və xəbəri bütün şəxsi heyətə açıqlayır”. 

İbad Hüseynovun ikinci özünü təkzibi: “Azərbaycan bayrağı” ordeni alan hərbçi haqqında MTN-nin dəstəyiylə çəkilən “Əsgər” filmi: ermənilərin “Avo” ləqəbli komandiri olması haqda kəşfiyyat məlumatı var idi və İbadın qrupunu xüsusi olaraq onu aradan qaldırmaq üçün göndəriblər. “Avo”nu görən İbad və silahdaşları onu tanıyıb və hücuma keçməyi qərara alıblar.  

Döyüş yoldaşları İbad Hüseynovu təkzib edir

Ötən ilin oktyabrın 24-də onların yaydıqları bəyanatda hadisənin həm tarixi, həm də MTN-in əməliyyat hazırlanmasıyla bağlı daha ciddi ziddiyyət üzə çıxır. Açıqlamada deyilir: iyunun 10-da İbad Hüseynovun başçılıq etdiyi kəşfiyyat bölüyü düşmən arxasına keçib və iyunun 12-də Melkonyan qətlə yetirildikdən sonra, iyunun 13-də çox böyük çətinliklər hesabına geri qayıda bilib. Əməliyyat zamanı ermənilərdən əldə olunmuş qənimət korpus komandirinin stolunun üzərinə qoyulub. 

Əks-arqument: Əgər İ.Hüseynov iyunun 13-də əməliyyatdan qayıdıbsa, Melkonyanı öldürməsi xəbərini “525-ci qəzet”də dediyi kimi iyunun 12-də Rusiya kanalından necə eşidib? 1992-ci ildən 1994-cü ilə qədər Müdafiə Nazirliyinin 708-ci briqadasının komandir müavini olmuş Ümidvar Mirzəyev Turan İA-a bildirib ki, iyunun 12-də Rusiya kanalı Melkonyanın öldürülməsi haqqında məlumatı yaya bilməzdi: “Çünki ermənilər Melkonyanın öldüyünü dərhal açıqlamayıb və terrorçunu iyunun 19-da dəfn ediblər. Yalnız bundan sonra “Frans-press” agentliyi və “Komsomolskaya pravda” terrorçunun öldüyü barədə xəbər yayıb. Odur ki, nə İbad, nə də onun dostları iyunun 12-də Moskva televiziyasında məlumat eşidə və Melkonyanın üzünü görə bilməzdi”.

Qaradağlı kənd sakinlərindən İbad Hüseynova etiraz 

Zəruri qeyd: Ötən ilin noyabrın 14-də “mediaforum”da “İbad Hüseynovun döyüş yoldaşları açıqlama yayıb” açıqlamasındakı “o, 1992-ci il yanvar ayında Qaradağlı sakinlərinin: yüzlərlə qadın, uşaq və qocaların çıxarılmasına şərait yaradıb və bununla da faciənin iri miqyaslı olmasının qarşısını alıb” fikirlər kənd sakinlərinin və həmin vaxt döyüşənlərin etirazıyla qarşılaşıb. Onlar elə sayta göndərdikləri məktubda sitat gətirdiyimiz bəyanatı təkzib ediblər: “1991-ci il sentyabrın 8-də Ağdamdan Xocavəndə gələn sərnişin avtobusu ermənilər tərəfindən atəşə tutulduqdan və həmin zaman 8 sakin qətlə yetirildikdən sonra kənd sakinləri qadın, uşaqların kənddən çıxarılmasını məqsədəuyğun olduğuna qərar veriblər. Beləliklə kənd qəhrəmanlarının əzmkarlığı və göstərdikləri şücaət nəticəsində qadın və uşaqlar 1991-ci il dekabr ayına kimi mərhələli şəkildə kənddə çıxarılıb. Kənddə yalnız vətənini, torpağını düşmən əlinə vermək istəməyən buna görə kənddə qalan və döyüşən könüllü özünümüdafiə dəstəsi, onları yeməklə təmin etmək üçün 10 qadın və son nəfəsini öz evində verməyi hər şeydən üstün tutan yaşlılar qalmışdı. Yəni açıqlamada qeyd olunan tarixdə kənddə çıxardılası əhali qalmamışdı ki, 831 saylı batalyon əhalini kənddən çıxarsın. İkinci qaranlıq məsələ ondan ibarətdir ki, Qaradağlı sakinləri kənddən yalnız helikopterlərlə çıxa biliblər. Çünki keçmiş Martuni şəhərinin (Martuni yəni Xocavənd ilə Qaradağlı arasında məsafə 12 km-di) ermənilərdən təmizlənməsi Qaradağlı sakinlərinin kənddən çıxarılmasına yardımçı ola bilməzdi, çünki nəqliyyat yolundan istifadə qeyri-mümkün idi. Olmayan bir hadisə haqqında danışmaq Qaradağlı tarixini saxtalaşdırmaq deməkdir. Halbuki o tarix cəsur oğlanlarımızın, qəhrəmanlarımızın qanları bahasına yazılıb. Həm tarixi saxtalaşdırmaq, həm də şəhid ruhlarına hörmət etməmək böyük günahdı”.

Dövlət orqanının özünü təkzibi

Həm MTN-nin dəstək verdiyi filmdə, həm də döyüş yoldaşlarının açıqlamasında Melkonyanın öldürülməsi əməliyyatının bu qurumun hazırlanması barədə fikirlərdə də ziddiyyətlər aşkarlanır. İ.Hüseynovun döyüş yoldaşları bildirir ki, onun (İ.Hüseynovun-red) xidmət etdiyi batalyon general-mayor Rafiq Ağayevin komandanı olduğu ikinci korpusa daxil olub. Ancaq R.Ağayev “Turan” İA deyib ki, heç kim ona heç bir qənimət gətirməyib: “Və mənə tapşırılmış hərbi bölmələr Melkonyanın aradan götürülməsi üzrə əməliyyat keçirməyib”. 

General-mayor R.Ağayev əməliyyatın MTN-nin keçirib-keçirməməsi barədə suala belə cavab verib: “Milli təhlükəsizlik naziri Fəxrəddin Təhməzovla çox yaxşı və müntəzəm əlaqələrim var idi. Belə bir əməliyyat hazırlansaydı və ya keçirilsəydi, mən bilərdim. Hərbçilərin dəstəyi olmadan bu cür əməliyyatları düşmənin arxasında keçirmək mümkün deyil”. 

O, cümlədən MTN-nin istefada olan polkovniki, müharibə gedən dövrdə cəbhəyanı zonada əməliyyatın iştirakçısı Gündüz Şabanov da “Turan” İA-a təsdiqləyib ki, onlar tərəfindən Melkonyanın məhv edilməsi üzrə əməliyyat keçirilməyib: “Bu cür miqyaslı terrorçulara qarşı əməliyyatları xüsusi təyinatlı qüvvələr keçirir. Odur ki, əgər belə bir planlaşdırılsaydı, bu əməliyyatı yerli özünümüdafiə qüvvələrinə tapşırmazdılar”.

Daha bir mühüm açıqlamanı həmin dövrdə ayrıca kəşfiyyat rotasına rəhbərlik edən Tofiq Cəfərov verib: “1992-93-cü illərdə İbad Hüseynov və başqa kimsə hələ “Avo”nun aradan qaldırılması üzrə tapşırıq almırdı və əməliyyat həyata keçirmirdi”. 

Əməliyyatın İ.Hüseynov tərəfindən keçirilməsi haqqında yekun sözü Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinə rəhbərlik etmiş general-leytenant Talıb Məmmədov deyib. O, İ.Hüseynovdan və onu dəstəkləyənlərdən fərqli olaraq əvvəlcə hadisənin Muğanlı kəndində yox, Mərzilidə olduğunu bildirir: “1993-cü ilin iyunun 12-də Mərzili kəndi uğrunda gedən ağır döyüşlərdə 708-ci briqadanın ikinci motoatıcı batalyonunun döyüşçülərinin Melkonyanı məhv etməsi haqqında materiallar vaxtilə toplanaraq sistemləşdirilib. Əminəm ki, bu faktı təsdiqləyən sənədlər indiyə qədər Müdafiə Nazirliyinin Kəşfiyyat idarəsindədir”. Deməli, son sözü Müdafiə Nazirliyi deməklə yaranan mübahisəyə nöqtə qoya bilər. Və nazirliyin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu mətbuata bildirmişdi ki, bu məsələlərin nədən ortalığa atıldığını, mübahisə predmetinə çevrildiyini anlaya bilmir: “Melkonyan terrorçu olub və onu Azərbaycan döyüşçüləri haqlı olaraq qətlə yetirib. Üstündən 20 il ötəndən sonra bu məsələnin ortalığa çıxmasına nə ehtiyac vardı-bunu bilmirəm”. 

Saxta baş, yoxsa saxta şəkil?

“525-ci qəzet”də və filmdə, Melkonyanın başının kəsildiyi bildirilir. Aşağıdakı videoda onun dəfnini, yəni başının yerində olduğunu görmək olar. Təsəvvür edin ki, yayın isti ayı iyunda meyiti bir həftə saxlayıb ona baş tikirlər, bu mümkündürmü? Axı dəfndə atası, anası, qardaşı, həyat yoldaşı olub və cənazənin üstü açıq olubsa, bu dərəcədə saxtakarlığa yol vermək ayıbdır cənablar! Bizə gülərlər! Həm də “525-ci qəzet”də İ.Hüseynovun özüylə birgə təqdim etdiyi baş şəkliylə Monte Melkonyanın şəkillərini müqayisə etdikdə tamam fərqli mənzərə görürük.  

Terrorçunun öldürülməsində iştirak edən 2 unudulan şəhidimiz

Melkonyanın Muğanlıda öldürülməsi barədə İ.Hüseynovun və tərəfdarlarının söylədikləri təsdiqlənmir. Terrorçunun öldürülməsi döyüşünün iştirakçılarından Xətai Baxışov “Turan”a bildirib ki, Muğanlı, Kurapatkin və Əmirallar kəndi döyüş zonasından 15 kilometr kənardadır və həmin vaxt ermənilərin nəzarətində olub: “Ermənilər iyunun 12-də Mərzili istiqamətində hücuma başlayıblarsa, İbad Hüseynov Muğanlıda necə ola bilərdi? İyunun 12-də Ağdamın sol cinahında Mərzili-Novruzlu-Yusifcanlı xətti boyunca ağır döyüşlər gedirdi. Bu, erməni qüvvələrinin əsas zərbə istiqamətindəydi və hücuma Melkonyan komandanlıq edirdisə, bu zaman o, harada ola bilərdi? Monte kəndə içində bir neçə hərbçi olan UAZ-la daxil olub. Həmin məqamda bizim PDM maşını atəşə tutanda Monte yerə tullanıb və daş hasarın arxasında gizlənməyə çalışıb. Lakin PDM-dən açılan atəş nəticəsində mərmi qəlpələri onu başından ölümcül yaralayıb. Döyüşdə Montenin müavini polkovnik Saribeq Martirosyan da ölüb. Melkonyanın maşınını atəşə tutan PDM ekipajı üç nəfərdən ibarət idi, onlardan ikisi ”“ Şaiq Kəlbiyev (Biləsuvar) və Asəf Mütəllimov (Neftçala) qəhrəmancasına şəhid olublar. Həmin döyüşün iştirakçılarından Azəddin Musayev hazırda ordumuzda xidmət edir”. 

Ən maraqlı məqam odur ki, M.Melkonyanın qardaşı Markar Melkonyanda onun Mərzili də öldürüldüyünü təsdiqləyir. Maraqlıdır ki, “Əsgər” sənədli filmində terrorçunun qardaşının kitabından bir sıra sitatlar gətirilsə də, Montenin başının yerində olması, yaxud Mərzilidə öldürülməsi haqqında yazılanlar “unudulur”. 

Saxta arayışlar necə peyda olur?

“Əsgər” filmində M.Melkonyanın məhv edilməsi üzrə əməliyyat keçirilməsini sübut edən 29 iyun 1993-cü il tarixli arayış təkzibedilməz sənəd kimi təqdim olunur. Ancaq sual olunmur ki, sənədi İ.Hüseynova təqdim edən polkovnik-leytenant Barat Quliyev 15 gün sonra, yəni iyulun 14-də ikinci arayışı (arayışda yazılır: 1992-ci ildə İ.Hüseynov diversiya keçirərək 12 ermənini öldürüb, 7 avtomat götürüb) təqdim edəndə necə mayor rütbəsində olur? Belə çıxır ki, terrorçunu məhv etdikləri üçün onun rütbəsini kiçildiblər? Ən əcaib və ayıb sayılan odur ki, arayış artıq dünyasını zabit Barat Quliyevin adından yazılıb. Bu arayışların necə yaranmasına gəlincə, 708-ci briqadanın döyüşçüləri bəyanatlarında bildiriblər ki, o zaman 831 və 161-ci hissənin qərargah rəisi mərhum İlyas Hüseynov İ.Hüseynovun qardaşı idi. Çox maraqlı və düşündürücü faktlardır!!! 

Yaxud filmdə 161-ci hissənin komandiri Məmməd Rahimov İ.Hüseynova Melkonyanı məhv etmək tapşırığını iyunda verdiyini söyləyir. Sual yaranır, M.Rahimov 161-ci hissəyə noyabrda komandir təyin olunduğu halda iyunda terrorçunu öldürmək tapşırığını İ.Hüseynova hansı səlahiyyətlə verirmiş? 

Başqa bir fakt: İ.Hüseynovun yaralanması ilə bağlı M.Rahimovun arayışı, hüquqi baxımdan belə arayış təqdim etmək yolverilməzdir, ikinci, sual olunur, bu sənədin surəti Müdafiə Nazirliyinə göndərilibmi? Hərbidə olanlar bu məzmunda arayışların yazılmasının saxtakarlıqdan başqa bir şey olmadığını təsdiqləyə bilərlər. 

AzərTAG saxtakarlığa son nöqtəni qoydu! 

Suallar yetərincədir və bu sualları yaradan əsas amillərdən biri hərbi vətənpərvərlik siyasətinin bərbad durumda olmasıdır. Monte Melkonyanın öldürülməsiylə bağlı yaradılan ajiotaj bizi onunla qarşılaşdırdı ki, gənclərimiz dövlət səviyyəsində edilən saxtakarlıq nəticəsində tərbiyə olunur. Əgər belə deyilsə, dövlətin rəsmi agentliyi AzərTAG-ın və day.az-ın yanvarın 14-də “İstanbulda “Qarabağ müharibəsində bilinməyən həqiqətlər” mövzusunda konfrans keçirilmişdir” başlıqlı xəbərləri yaymazdı. İbad Hüseynovun da qatıldığı bu tədbirin təqdimatı oxuduqca saxta təbliğatın hökumət səviyyəsində aparıldığı aydın olur. Xüsusən MTN kimi dövlətin təhlükəsizliyinə cavabdeh olan nüfuzlu qurumun saxtakarlıq prosesində iştirakçı olması, yumşaq desək təəssüfləndiricidir. 

Natiq CAVADLI

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]