Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

«Perspektivdə dindarların hakimiyyət uğrunda mübarizəsi var»

«Perspektivdə dindarların hakimiyyət uğrunda mübarizəsi var»
Bölmə :
Müsahibə
Yayım tarixi :
11/11/2015 [00:51]
Baxılıb :
1997 dəfə
İlham İsmayıl: «Eldar Mahmudova ən azı səhlənkarlığa görə cinayət işi qaldırmaq olar»
«Bizdə çox pis bir ənənə var: danışıq, dialoq olmadan polis işə qarışır, bu da qarşıdurma yaradır»

Azərbaycanda son günlərdə dini kəsimin nümayəndələri ilə dövlət qurumları arasında insidentlər baş verib. Məhərrəm ayının 10-cu günündə Aşura mərasimi zamanı Gəncədə dindarlarla polis arasında baş verən toqquşmanın ardınca növbəti gərginlik Bakıda yaşandı. Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımovun həbsinə etiraz edən tərəfdarları polislə toqquşdu. 8 nəfərin həbsi ilə nəticələnən bu hadisə ilə bağlı dövlət qurumları açıqlamalarla çıxış edərək, həmin şəxsləri "xaricə meylli qüvvələr" adlandırıblar. Azərbaycanda din sahəsindəki durum, insidentlərin yaranmasında daxili və xarici faktorlar, hansı "xaricə meylli qüvvələr"in olması, həmçinin bu sahəyə əsas nəzarət edən qurum - Milli Təhlükəsizlik Nazirliyində ifşa olunmuş qrup ətrafında baş verən proseslərlə bağlı "Bizim Yol"un suallarını sabiq MTN zabiti, təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert İlham İsmayıl cavablandırıb.     

- Azərbaycanda dini durum necədir, bu sektordan milli təhlükəsizliyə problemlər varmı?
 
- Dindarların fəal addımlar atmasını, siyasi tələblər irəli sürməsini və açıq etiraflarını yavaş-yavaş hiss edirik. Ancaq bu indi başlayan yox, çoxdan, hətta deyərdim ki, illərdir gedən bir prosesdir, tərdicən indiki istiqamətə gəlib çıxmalıydı. Zaman-zaman özlərini göstəriblər. Məsələn, şiə və sünni məzhəbindən kənar Azərbaycan üçün yeni bir təriqətlərin - vəhhabiliyin, sələfilərin, xəvariclərin gəlməsi prosesi tədricən gedib. Amma son dövrlərdə sivil müxalifətə qarşı həddindən artıq sərt mövqe tədricən onların sıradan çıxmasına və "ənənəvi müxalifət" adı almasına gətirib çıxarıb. İctimai həyatda yeni heç bir şeyin olmaması, həmçinin əhalinin iqtisadi vəziyyətinin son bir ildə daha da pisləşməsi əhalini dinə meylləndirir. Xüsusən, bu prosesdə işsizliyin rolu daha böyükdür. Dində məsələ belədir: inanclı insanların məscidlərə gedib ibadət etməsi ilə bitmir, tələblərə, islahatlara, sonra siyasi islahatlara yönəlir, bir az keçəndən sonra isə yəqin ki, hakimiyyət uğrunda mübarizə ortaya çıxacaq. Ümumiyyətlə, elə indiki proseslərin kökündə və perspektivində dindarların siyasi hakimiyyət uğrunda mübarizəsi durur. Bu mübarizəni necə aparacaqlar - sivil yolla, seçki yolu ilə, yoxsa İranda olduğu kimi inqilab etməkləmi? Bu, perspektiv situasiyadan, Azərbaycanın apardığı daxili və xarici siyasətdən, həmçinin ölkənin ətrafında baş verən geosiyasi hadisələrdən asılı olacaq. 

- Çox zaman Azərbaycanda dini kəsimləri müxtəlif ölkələrə meyllərinin olduğunu deyərək, məsələn, "İranmeylli", "Suriyameylli" və s. formada təsnifləşdirirlər. Sizcə mənzərə necədir?
 
- Azərbaycanda İranmeyllilər var, amma Suriyameyllilər yoxdur. Onlar Suriyameylli deyillər, sadəcə olaraq, Suriyada baş verən hadisələrə öz mövqelərini ortaya qoymaq istəyirlər. Bu da radikal dindarlardır və konkret olaraq Suriyada gedib döyüşən insanlar faktiki terrorçudurlar. Din pərdəsi altında olsalar da, gedib terror qruplaşmalarına qoşulurlar. Onlara elə gəlir ki, din adına Şamda mübarizə aparırlar. Azərbaycanda belə bir cərəyan mövcuddur. Zaman-zaman özlərini miqyası çox kiçik olan terror aktlarına cəhdlərdə göstəriblər, amma bütövlükdə ətraflarına xeyli insanlar toplaya biliblər. Bunlar sələfilər, "vəhhabi" adlandırdıqlarımız, daha radikal qanadı isə xəvariclərdir. Onların Azərbaycanda kökü yoxdur və ölkə müstəqillik əldə edəndən sonra gələn cərəyanlardır. 

Azərbaycanda ənənəvi olan isə şiə-sünni məzhəbləridir ki, hər zaman tolerant yaşayıblar.  Sadəcə Azərbaycanın müstəqillik əldə etməsindən sonra iranmeyllilik həddindən artıq artıb. Əgər bir zamanlar şiə təriqətinə mənsub insanlarda passivlik hiss olunurdusa, son dövrdə, hətta son bir ildə xüsusi qabarıq şəkildə ortaya çıxıb. Bunun əsası da var. Ölkə əhalisinin daha çox qismi şiələrdir. Bu qismə mənsub olan gənclərin, xüsusən İranda təhsil alanların meyllənməsi halları artıb. Ancaq məsələni iki cür qoymaq olar: iranmeyllilər və sadəcə, ədalət tələb edənlər.

İkincilərin tələbləri iranmeyllilikdən irəli gəlmir. Onlar dünyəvi dövlət modelimizi təhdid edərək, İrandakı kimi şəriət dövləti qurmaq istəmir. Dindarlar tanıyıram ki, onların tələbləri sivil müxalifətin tələblərindən fərqlənmir. Sadəcə olaraq, özü dindardır, ətrafındakı elektorat da dindarlardan ibarətdir. Düzdür, belələri azdır. Belə deyək, bizim hələlik Ərdoğanımız yoxdur. Vaxtilə Türkiyədə Nəcməddin Ərbakan tam dini xətt tutmuşdu. Amma "ilımlı İslam" deyilən anlayış var ki, Ərdoğan lider kimi çıxdı ortaya və seçki yolu ilə hakimiyyəti ələ keçirdi. Bizdə hələ o istiqamət görünmür ki, bir lider çıxa deyə ki, mən dindaram, islam ənənələrini üstün tuturam, amma dünyəvi dövlət quruluşunu dəyişmədən, Türkiyədəki kimi dövlət qurmaq istəyirəm. Bu olmadığına, həm də dindarlar faktiki olaraq, sivil müxalifətlə heç bir yaxınlıq etmədən özlərini elə təqdim edirlər, elə rəy formalaşdırırlar ki, sanki harasa - İrana, Səudiyyə Ərəbistanına və s. ölkələrə meyllidirlər. Təbii ki, İranmeylilər bu məsələdə daha üstündür. Son hadisələrdə də dindarların açıq çıxışları oldu. Amma bu tələblərdə pis heç nə görmürəm. Onlar hakimiyyət yox, hələ ki, hakimiyyətdən haqq-ədalət tələb edirlər. 

- Gəncə və Bakıda baş verən son hadisələr sizcə kənar təsirlərdən qaynaqlanır, yoxsa olaylarda daha çox daxili faktorların rolu var?

- Burada daxili faktor 90 faiz təşkil edir. Gəncədə 11 il işləyib yaşamışam, bilirəm ki, orada Sovet hökuməti dövründə də Aşura günündə şəhərin mərkəzindən başlayaraq "İmamzadə"yə qədər yürüş təşkil olunurdu. Sovet hökuməti nə qədər dinə qarşı mübarizə aparsa da, qəsdən kütləvi çıxışı, xüsusilə də dini zəmində olan toplantılara maneçilk törətmir, əksinə, istiqamətləndirirdi. Son Aşuraya Gəncədə olan müdaxilə yerli hakimiyyət tərəfindən edilib. Halbuki bunu düzgün istiqamətləndirmək, doğru xəttə yönləndirmək lazım idi. Yəni "Şah Abbas" məscidindən çıxıb "İmamzadə"yə gedirdilərsə, burada heç bir kriminal axtarmaq lazım deyildi. Aydındır ki, "Şah Abbas" məscidi şəhərin mərkəzindədir, icra hakimiyyətinin binasına yaxındır və s. Amma bütün bunları qarşıdurma vəziyyətinə gətirib çıxarmaq yox, istiqamətləndirmək lazım idi. Bunun üçün həm xüsusi xidmət orqanları işçilərinin fəaliyyəti olmalı idi, həm də Gəncə Şəhər İcra Hakimiyyəti dialoq aparıb onun qarşısını ala bilərdi. Bizdə çox pis bir ənənə var: danışıq, dialoq olmadan polis işə qarışır, təbii ki, bu zaman qarşıdurma yaranır. Din isə elə bir mövzudur ki, qarşı tərəf nə qədər aqressiya görürsə, bumeranq təsiri ilə əks-effekt verəcək. O zaman insanlarda belə bir rəy yaranır ki, hə, bunları xaricdən kimsə idarə edir. Mən Gəncə və Bakıda baş verənləri daxili faktor hesab edirəm.  İran kiminsə qolundan tutub aşkar şəkildə nümayiş etdirmir. Elə fəaliyyət var ki, uzun müddətdir işləyir, təlimatlandırır. Məsələn, Nardaran kəndində olanlar məhz İranın, bu ölkəyə meylli olanların görsənişidir, İran xəttini əsas tutublar. Bir də var ki, dindar gənclik çıxıb siyasi yox, sadəcə haqq-ədalət tələb edən məsələlər irəli sürür. Düzdür, bu məsələləri nəzarətsiz buraxmaq olmaz. Çünki başqa istiqamət başqa tərəfə - aqressiyaya, Azərbaycanda dövlət quruluşunu dəyişmək istəyinə yönələ bilər.Çox təəssüf ki, bu məsələlərdə Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) o qədər arxa planda, fəaliyyətsiz olurlar ki, istər-istəməz ortaya polis çıxır və bu da qarşıdurma yaradır. Nəzərə almaq lazımdır ki, Məhərrəm ayıdır, Aşura yeni qurtarıb, dini kəsimdə bir aktivlik var. Belə vəziyyətdə maarifləndirmə aparmaq əvəzinə, yalandan təxribat xarakterli verilişlər təşkil etmək, kiməsə çamur atmaq düzgün deyil. Bu, əks-reaksiya verəcək. Bunun üçün xüsusi dövlət proqramı olmalı və onu DQİDK xüsusi xidmət orqanları ilə, alimlərlə, bu sahəni bilən adamlarla birgə təhlükəsizlik konsepsiyasına əsaslanaraq hazırlamalıdır. Bununla cəmiyyətə mesajlar ötürülməli, proqram əsasında fəaliyyət göstərilməlidir. Bu, olmayacaqsa, özbaşınalıq, rüşvətxorluq, işsizlik və s. baş alıb getdikcə və sivil müxalifət arxa plana keçdikcə, məhz dindarlar, islamçılar ortaya çıxacaq. Bu proses neçə illədir artan xətt üzrə gedir. 

- KİV-də belə fikirlər səsləndirilir ki, Azərbaycanda  "vəhhabi"lərin güclənməsində MTN-də ifşa olunmuş qrupun rolu olub. Mümkündürmü?

- MTN-də öz səlahiyyətləri ilə deyil, tamamilə kənar, kriminal işlərlə məşğul olan şəxslər olsa da, radikal dindarlar arasında kriminal şəraitə nəzarət ediblər. Amma necə ki, hansısa sahibkarı şərləyib pul alıblar, istisna deyil ki, "vəhhabi", "radikal vəhhabi", yaxud da "terrorist" adı ilə şantaj edərək, dindar insanlardan da pul ala bilərlər. Çünki baş verən hadisələri mətbuatdan oxuyanda hiss edirsən ki, buna da gedə bilərlərmiş. Amma MTN əməkdaşlarının birbaşa vəhhabilərlə işbirliyinə getməsini təsdiq edən fakt yoxdur.  

- MTN-dən söz düşmüşkən, nazir Eldar Mahmudovun işdən çıxarılması ilə başlayan proseslər indi hansı istiqamətdə davam edir? 

- MTN ətrafında baş verənlər haqqında mətbuat kifayət qədər yazıb. Görünən odur ki, artıq orada təmizləmə işləri gedir. Çox təəssüf ki, 11 il 3 ay çəkən prosesə bu qədər müddət keçəndən sonra yekun vurulub. Əsl səbəblər isə tam açılmayıb. Yalnız dedi-qodular, kuluar söhbətlərində müəyyən məsələlər danışılır. Amma o aşkarlanan, yazılan, deyilən şeylərlə bağlı "təmizləmə prosesi" gedir. Uğurlu olacaqmı, düzgün kadrlarla aparılacaqmı, bu, hələ sual altındadır. 

- Son informasiyalardan biri general Akif Çovradovun gizli həbsxanasının olması barədədir. Belə kriminal fəaliyyətin olması necə mümkün olub, bu quruma heç bir nəzarət mexanizmi yoxdurmu?

- Prokurorluq tərəfindən daim qanunçuluğa nəzarət mexanizmi həyata keçirilir. Ancaq bu nəzarət əsasən MTN-in istintaq idarəsi tərəfindən aparılan istintaq tədbirləri ilə bağlı olub. Əməliyyat tədbirlərinə isə nəzarət olmayıb. Ümumiyyətlə, xüsusi xidmət orqanının xarakteri elədir ki, fəaliyyəti müəyyən qədər məxfi olmalıdır. Yəni hər kəs istədiyi nəzarəti həyata keçirməməlidir. Amma sivil dünyada bəzi məsələlərə ictimai nəzarət var ki, bu, bizdə demək olar ki, yoxdur. Ən azı parlament nəzarəti olmalı idi ki, heç olmasa ildə bir-iki dəfə qapalı müzakirə mövzusuna çevriləydi, millət vəkilləri tərəfindən bu məsələlər qaldırılaydı. Bu nəzarət mexanizmləri olmadığına görə də sui-istifadə halları baş verib və hətta şəxsi həbsxanalar tikdiriblər. Belə məsələlər Sovet dövründə də baş vermişdi və Qorbaçov dövründə ifşa olundu. Özbəkistanda Adılov soyadlı kolxoz sədri vardı, özü üçün şəxsi həbsxana düzəldərək, xoşu gəlməyən kolxozçuları ora salırdı. Bu 50 il əvvəl baş verib. 21-ci əsrdə də şəxsi həbsxana düzəltmək və şəxsi məqsədlər üçün istifadə etmək nəzarətsizliyin və səlahiyyət həddini aşmağın ən pik nöqtəsidir. 

- Proseslərin pik nöqtəsi olaraq keçmiş nazir Eldar Mahmudovun həbs olunacağı gözlənilirmi? 

- Baş verən bütün bu hadisələrin fonunda nazirin həbs edilməməsi, təbii ki, təəccüb doğurur. Hətta bütün bu işlərdən xəbəri olmayan bir nazirə ən azı səhlənkarlığa görə cinayət işi qaldırmaq olar. Amma hamı da bilir ki, bütün bu proseslər məhz Eldar Mahmudovun rəhbərliyi altında həyata keçirilib və onun xəbəri olmadan heç bir şey baş verməyib. Ancaq onun indiyədək həbs olunmaması dövlətin işidir və siyasi rəhbərliyini qərarıdır. 

Rəşad VAQİFOÄžLU

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]