Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Azərbaycanda məskunlaşmış məshəti türkləri üçün 49 ev tikilib

Azərbaycanda məskunlaşmış məshəti türkləri üçün 49 ev tikilib
Bölmə :
KİVDF
Yayım tarixi :
17/1/2013 [10:58]
Baxılıb :
1450 dəfə
Məcburi köçkünlər üçün 2,1 milyon ABŞ dolları məbləğində mikrokredit proqramları həyata keçirilir

Azərbaycan Respublikasında qaçqın və məcburi köçkünlərə göstərilən dövlət qayğısı çərçivəsində, hansı işlərin görülüb? Dövlət bu təbəqədən olan vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması məqsədilə nə kimi tədbirlər həyata keçirib. Bu suallara cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən aşağıdakı məlumatı əldə etdik.  

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»nın, həmin Dövlət Proqramına Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Əlavələrin icrası, 2007-ci il 4 sentyabr tarixdə Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı keçirilmiş müşavirədə Ölkə başçısı tərəfindən qarşıya qoyulmuş vəzifələrin, habelə bu sahədə mövcud olan nörmativ-hüquqi sənədlərin yerinə yetirilməsi ilə əlaqədar 2009-cu il ərzində aşağıdakı işlər görülmüşdür:

- Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»nın və ona Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli Sərəncamı ilə edilmiş əlavələrin icrası nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi 74%-dən 25%-ə enmişdir.

- Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamının 2-ci bəndi üzrə il ərzində Komitəyə 776 müraciət daxil olmuş, onlardan 568 müraciət qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları yerlərdən köçürülməsi, 208 müraciət isə vətəndaşlar tərəfindən evlərinin və ya mənzillərinin məcburi köçkünlər tərəfindən zəbt olunması ilə əlaqədar olmuşdur.

- Məcburi köçkünlərin məskunlaşdıqları yerlərdən çıxarılmalarına dair 88 məhkəmə prosesində Komitənin nümayəndəsi iştirak etmiş, daxil olan müraciətlərə Sərəncamın 2-ci bəndinə uyğun olaraq baxılaraq köçürülmələrin qarşısı alınmış, vətəndaşlara müvafiq cavablar verilmişdir.

- Qaçqın və məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları 16 obyektdə 450 min manat vəsait həcmində cari, 500 min manat vəsait həcmində isə 18 məskunlaşma obyektində əsaslı təmir işləri aparılmışdır.

- Dövlət investisiya xərcləri hesabına Sabirabad, Saatlı, Şəmkir, Ağcabədi və Xaçmaz rayonlarında məskunlaşmış məshəti türkləri üçün 49 tikintisi yarımçıq qalmış ev tikilmişdir.

- Məcburi köçkünlərin istifadə etdikləri kommunal xərclər üçün 2009-cu ildə təsdiqlənmiş 81,1 milyon manat vəsaitdən 74,6 milyon manatı müəyyən edilmiş normativlər üzrə faktiki istehlaka görə mərkəzləşmiş qaydada, birbaşa xəzinadarlıq vasitəsilə xidmət təşkilatlarına ödənilmişdir.

- 2009-cu il üzrə “Bakıelektrikşəbəkə”, “Sumqayıtelektrikşəbəkə” ASC tərəfindən fərdi evlərdə və 570 kompakt yaşayış yerlərində elektrik sayğaclarının quraşdırılması işi tam başa çatdırılmışdır. Azərenerji ASC-nin “Regional Enerci Təchizat ” MMC-ləri tərəfindən isə nəzərdə tutulan ümumi 83730 sayğacdan fərdi evlərdə 36193, 1180 kompakt məskunlaşma obyektlərində olan 32182 mənzildən isə 23914 mənzildə sayğac quraşdırılmışdır. Azərenerji ASC üzrə ümumilikdə cəmi 60107 ədəd (71,8%) sayğac quraşdırmışdır.

- Kompakt məskunlaşma obyektlərinin elektrik təchizatlarının sərbəstləşdirilməsi sahəsində “Bakıelektrikşəbəkə”, “Sumqayıtelektrikşəbəkə” ASC üzrə nəzərdə tutulan 570 obyektdən indiyədək 566, “Regional Enerji Təchizat” MMC-ləri üzrə isə nəzərdə tutulan 1055-dən 950 (90%) məskunlaşma obyektləri sərbəstləşdirilmişdir.

- “Azəriqaz” Səhmdar Cəmiyyəti tərfəindən Bakı şəhərində və respublikanın digər rayon və şəhərlərində fərdi və kompakt məskunlaşma obyektlərində nəzərdə tutulan 47194 sayğacın quraşdırılması tam başa çatmışdır(100%).

- Müxtəlif rayonlar üzrə 90 məskunlaşma obyektlərinə 39 ədəd müxtəlif markalı güc transformatorları, 26 ədəd şkaf KTP, 66 ədəd su nasosları, 2925 metr kabel, 67000 metr elektrik naqili verilmişdir.

- Dövlət büdcəsindən 2009-cu il üçün yemək xərci müavinətinin ödənilməsi məqsədilə təsdiqlənmiş 87,1 milyon manat vəsaitdən 86,8 milyon manatı məcburi köçkünlərə bankomatlar vasitəsi ilə verilmişdir.

- Soba yanacağının alınması üçün təsdiqlənmiş 7,9 milyon manat vəsaitdən 80 min məcburi köçkün ailəsinə payız-qış mövsümündə (yanvar-fevral, oktyabr-dekabr aylarında) hər ailəyə 40 litr ağ neft paylanılmış və 7,2 milyon manat vəsait sərf olunmuşdur.

- BMT-nin «Ümumdünya Ərzaq Proqramı» təşkilatının Azərbaycanda ərzaq yardımı üzrə proqramı 2008-ci ilin sonunda başa çatmışdır. Artıq məcburi köçkünlərə münasibətdə humanitar yardımdan sosial inkişaf layihələrinə keçid başlanmışdır.

- Nazirlik, komitə, şirkət, konsern və səhmdar cəmiyyətləri tərəfindən bayramlar ərəfəsində məcburi köçkünlərə 3 milyon manat həcmində müxtəlif yardımlar göstərilmişdir.

- Ölkəmizdəki 72 beynəlxalq humanitar və bu sahədəki inkişaf təşkilatları tərəfindən 30 milyon ABŞ dolları həcmində müxtəlif layihələr həyata keçirilmişdir.

- Dünya Bankı və Azərbaycan hökuməti arasında bağlanmış Kredit Sazişi üzrə 2009-cu ildə MKSİF tərəfindən 107 icma mikro-layihəsi qeydiyyata alınmışdır. Bundan 2009-cu il ərzində dəyəri 1 208,23 min AZN (1515,10 min ABŞ dolları) olan 30 mikrolayihənin icrası artıq başa çatmışdır ki, bundan da faydalanan əhalinin sayı 17507 nəfər təşkil edir. Eyni zamanda, dəyəri - 791,46 min AZN (992,73 min ABŞ dolları) olan 11 mikrolayihənin icrasına başlanmış və faydalanan əhalinin sayı 7469 nəfər olacaqdır.

- Dünya Bankı və Azərbaycan Hökumətinin maliyyə vəsaiti hesabına Azərbaycanın müxtəlif rayon və şəhərlərində məcburi köçkünlər üçün ümumi məbləği 2,1 milyon ABŞ dolları təşkil edən mikrokredit proqramları həyata keçirilir. 2009-cu il ərzində mikrokredit proqramları çərçivəsində 2200 nəfərə ümumi həcmi 1,5 milyon ABŞ dolları məbləğində mikrokreditlər verilmişdir. Ümumiyyətlə, MKSİF-in mikrokredit proqramlarından 15 mindən artıq adam faydalanmışdır. Faydalanan əhalinin 60%-i, yəni 9000 nəfəri məcburi köçkünlərdir. 

- Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri tərəfindən xarici ölkələrin, beynəlxalq maliyyə qurumlarının, humanitar və inkişaf təşkilatlarının nümayəndələri ilə 185- dən çox görüş keçirilmişdir.

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya içtimaiyyətinin diqqətinə müntəzəm çatdırılması ilə bağlı müvafiq tədbirlər həyatat keçirilmiş və davam etdirilir.

- Məcburi köçkünlər haqqında iki dildə «Ümid və İnam» adlı film hazırlanmış, filmlə bağlı müvafiq bukletlər və «Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı» adlı kitab nəşr edilmişdir.

- Komitə üzrə 18 rayon (şəhər) icra hakimiyətlərinə 606,4 min manat məbləğində, qaçqın və məcburi köçkünlərdən daxil olmuş müraciətlər əsasında 314 ailəyə 23,3 min manat, cəmi 629,7 min manat məbləğində humanitar yardım verilmişdir.

- Qurban bayramı münasibətilə 10289 ailəyə İslam İnkişaf Bankının xətti ilə 36,9 ton ət payı verilmişdir.

- Komitənin nəzdində olan Aqrar Sənaye və Aqrar Fermer Təsərrüfatları tərəfindən 2009-cu ilin məhsulu üçün 188 hektar sahədə taxıl əkilmiş və 207 ton taxıl biçilmişdir. Sənaye, AS və AFT-da 810 min manatlıq sənaye malı istehsal edilmişdir.

- 18230 şəxsə, o cümlədən 54 şəxsə qaçqın, 18176 şəxsə məcburi köçkün statusu və bu barədə müvafiq vəsiqə verilmişdir.

- Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mərkəzi Aparatında 8699 nəfər vətəndaş qəbul olunmuş, qaçqın, məcburi köçkünlərdən və müxtəlif təşkilatlardan daxil olmuş 35218 yazılı və şifahi müraciətə baxılmış, müraciətlərin 98,4 % icra olunub, 74,7 %-i müsbət həll edilmişdir.

- Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin qəbulunda 150 nəfər qaçqın və məcburi köçkün, o cümlədən 5 kollektiv olmuşdur.

- Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2 fərman, 2 sərəncam Nazirlər Kabineti tərəfindən 14 qərar və sərəncam qəbul edilmişdir.

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında hazırlanıb.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]