Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Parkinqlər nə gəlir gətirir, nə də tıxacları azaldır

Parkinqlər nə gəlir gətirir, nə də tıxacları azaldır
Bölmə :
Araşdırma
Yayım tarixi :
6/11/2015 [21:24]
Baxılıb :
1630 dəfə
Dövlətin yüzmilyonlar xərclədiyi bu infrastruktura kimlər nəzarət edir?
İqtisadçı ekspertlər bu sahənin tənzimlənməsinin vacib olduğunu bildirirlər

Bu gün iri meqapolislərin əsas problemi tıxaclardır. Hər bir dövlət bunu hansısa formada həll etməyə çalışır, amma effektiv nəticə əldə etmək asan başa gəlmir. Problemi lokallaşdırmaq üçün bəzi dövlətlərdə sərt qaydalar tətbiq edilib. Məsələn, Yaponiyanın paytaxtı Tokioda avtomobil almaq istəyən şəxs onun parklanması üçün lisenziya əldə etməlidir. Yəni vətəndaş nəqliyyat vasitəsini harda saxlayacağına dair sənəd təqdim etməlidir. Əks halda, həmin müştəriyə satış qadağandır. Sivil dövlətlərin əksəriyyətində sürücülər avtomobillərini yalnız ödənişli parkinqlərdə saxlaya bilərlər.
Bakıda da eyni problem şəhər sakinlərinin gündəlik qayğılarından birinə çevrilib. Avtomobillərin park edilməsi ilə bağlı infrastruktur yaradılsa da, bu sahənin tənzimlənməsi problematik görünür. Həm dövlət, həm də özəl şirkətlər hesabına xeyli sayda avtomobil dayanacaqları tikilsə də, onlardan istifadə qənaətbəxş səviyyədə deyil. Bunun səbəbləri barədə mətbuatda dəfələrlə yazılıb, araşdırmalar aparılıb. Araşdırmalardan məlum olur ki, belə parkinqlərin qiyməti olduqca bahadır. Şəhərin yerlərindən asılı olaraq saatı 1 manatdan ucuz yer yoxdur. Ona görə də, vətəndaşlar bələdçiyə 20-40 qəpik verməklə, maşınlarını qanunsuz park yerləri sayılan yolların kənarında saxlamağa üstünlük verirlər. 

Əslində, bu yazıda qoymaq istədiyimiz problem dövlət tərəfindən tikilən bu avtodayanacaqların nə dərəcədə rentabelli olmasıdır. Ümumiyyətlə, dövlət nəzarətində olan bu tip xidmət sektorlarının gəlir və xərcləri barədə məlumatlar ictimaiyyətə şəffaf şəkildə çatdırılmır. Məsələn, beynəlxalq avtovağzalın inşasına büdcədən 80 milyon manat ayrılsa da, həmin vəsaitin hansı hissəsinin büdcəyə qayıtması barədə heç bir məlumat verilmir. Eyni vəziyyət avtoparkinqlərdə hökm sürür. Doğrudur, belə obyektlər son iki-üç ildə tikilməyə başlanıb. Qısa müddətdə qoyulan investisiyaların çıxarıla biləcəyini söyləmək sadəlövhlük olardı. Amma böyük pullar xərclənmiş bu infrastruktur necə istismar olunur, hansı şirkətlərə, hansı qiymətlərə icarəyə verilir? 

Qeyd edək ki, 2013-cü ildə Bakının müxtəlif yerlərində avtoparkinqlərin tikintisinə dövlət büdcəsinin investisiya xərclərindən Bakı Şəhər İcra Hakimiyyətinə 159 milyon manat, 2014-cü ildə isə 4.1 milyon manat vəsait ayrılıb. Həmin vəsaitə hansı tip obyektlərin tikilməsi, onların strukturu isə, təəssüf ki, göstərilməyib. Çox güman ki, Azadlıq meydanı, "İçərişəhər" metrostansiyası, Füzuli meydanı, Nizami rayonunun 8 km-liyində inşa olunan avtodayanacaqlara ayrılan vəsait həmin investisiya xərclərinin içindədir. 

Nəqliyyatın təşkili üzrə ekspert Azər Allahverənov "Bizim Yol"a bildirdi ki, avtomobillər üçün salınan dayanacaqlar hələ ki, arzuolunan səviyyədə deyil: "Burada, əsasən, kəmiyyət göstəricilərini əsas götürürəm. O parklar salınan zaman ümidlər bəslənilirdi ki, tıxaclara səbəb olan qanunsuz parkinqlər azalacaq. Belə olduğu halda, həmin dayanacaqların tikilməsinə sərf edilən vəsaiti çıxarmaq mümkün olacaqdı. Amma bu gün avtomobil sahibləri müxtəlif səbəblərə görə həmin dayanacaqlardan istifadə etməkdə maraqlı deyillər. Əlbəttə, ora xərclənən vəsaitin tez bir zamanla geri qayıtmasını gözləmək düzgün olmazdı. İstənilən layihənin arxasında onun rentabellik məsələsi durur. Elə tədbirlər həyata keçirilməlidir ki, insanlar nəqliyyat vasitələrini qanunsuz şəkildə park etməsinlər, ödənişli dayanacaqlardan istifadə etsinlər". 

A.Allahverənov bildirdi ki, dayanacaqlardakı qiymətlər insanları qane edəcək səviyyədə deyil: "Qiymətlərin baha olması səbəbindən avtomobil sahibləri nəqliyyat vasitələrini dayanacaqlarda deyil, kənar məhəllələrdə saxlamağa üstünlük verirlər. Şübhəsiz ki, qiymət siyasətinə yenidən baxmaq lazımdır. Məsələn, müxtəlif parkomatlar var, bu, park etmək üçün ödəniş aparatıdır. Həmin ərazilərdə xidmətin yarım saatı 50 qəpikdir. Deməli, həmin parkomatlar vətəndaşların iş və yaşadığı yerə yaxındırsa, orada maşının 4 saat saxlanması üçün 4 manat ödəməlidir. Bu, hələ açıq yerlər üçün olan qiymətdir. Ödənişli dayanacaqlarda isə qiymətlər müxtəlifdir. Bəzilərində saat artdıqca, ümumi məbləğ azalır, bəzilərində isə artır. İstənilən halda gündəlik 8-10 manat xərc tələb edir. İnsanlar bu vəsaiti ödəmək iqtidarında deyillər. Ona görə də müxtəlif vasitələrlə yayınmağa çalışırlar. Qiymət siyasətinə yenidən baxılarsa, rentabellik də arta bilər".

Ekspert özəl dayanacaqlarda tariflərin dövlətin inşa etdiyi parkinqlərdən daha baha olduğunu söylədi: "Özəl şirkətlər müxtəlif faktorları nəzərə aldığına görə xidmət bahadır. Bura xidmətin keyfiyyətindən tutmuş, təhlükəsizlik kimi məsələlər də daxildir. Diqqət etsəniz, hər hansı bir böyük ticarət mərkəzinin yaxınlığında parketmə yeri fəaliyyət göstərirsə, insanlar orada nəqliyyat vasitəsini saxlayır. Yəni həmin ticarət mərkəzinin parkından istifadə etmirlər. Ona görə də tıxac problemini həll etmək üçün hökumət investisiyalar yatırmağa məcburdur, çünki özəl şirkətlər öz qiymət siyasəti ilə bunun öhdəsindən gələ bilmir. Dünya təcrübəsinə görə, bəzi ölkələrdə sırf özəl sektora həvalə edilib, bəzilərində dövlət və özəl sektorun payı bərabərdir, subsidiyalar verilir. Burada dünya təcrübəsini kənara qoyub, bir məsələnin üzərində dayanmaq istərdim: həmin siyasətin effektivliyi. Yəni insanlar dayanacaqlardan məmnuniyyətlə istifadə edə bilsin, ödədiyi vəsait cibinə uyğun olsun. Bunlar olmadığı halda insanlar qanunsuz park etməyə üstünlük verəcək ki, nəticədə dar küçələrdə tıxacların artmasına gətirib çıxaracaq".    

İqtisadçı-ekspert Akif Nəsirli isə bildirdi ki, dünya praktikasına görə, avtovağzal və avtoparkinq kimi xidmət obyektləri dövlət tərəfindən tikildikdən sonra özəlləşdirilir: "Düşünürəm ki, bu cür obyektlər özəl sektorun nəzarətində olmalıdır. Avtovağzal dövlət sifarişi əsasında inşa oluna bilər. Lakin avtoparkinqlərlə bağlı bir qədər fərqli siyasət yürüdülməlidir. Məsələn, burada müsabiqə elan edilə bilər. Hər bir şirkət öz layihələrini təqdim edəcək. Seçilən şirkətlər tərəfindən həmin avtoparkların tikintisi üçün şərait yaradılmalıdır. Sahibkarlar müştəri cəlb etmək üçün marketinq tədqiqatları aparacaq. Çünki onların məqsədi pul qazanmaqdır. Həmin şirkətlər həm dövlət, həm də özləri üçün sərfəli olan məkanı seçəcəklər".

A.Nəsirli qeyd etdi ki, indiki avtoparkinqlərin qiymətləri kifayət qədər bahadır: "Doğrudur, son günlər araşdırmamışam. Amma bir neçə il əvvəl saatı 2 manata olan dayanacaqlar var idi. Əgər bu sektor tamamilə sahibkarların ixtiyarına verilsəydi, düşünürəm ki, qiymətlər də ucuzlaşar. Dövlət sifarişi ilə həyata keçirildiyi üçün rentabelli olmaya da bilər. Çünki inşa etdiyi obyektlərdən mənfəət güdmür. Avtomobillərin sıx olan yerlərində dayanacaqlara elə qiymət qoyulmalıdır ki, kənarda saxlayan maşınlar oraya üz tuta bilsin. Özəl şirkətlərin idarəçiliyində olsaydı, onlar həm qiymət, həm də cəlbedicilik siyasətinə xüsusi önəm verərdi".

İqtisadçının sözlərinə görə, avtodayanacaqlar daha çox sosial əhəmiyyət daşıdığından onların rentabelliyi də zəifdir: "Avtoparkinqlərə qoyulan vəsait geri dönməyə bilər. Necə ki, avtomobil yolları çəkilir və dövlət bundan hər hansı bir iqtisadi maraq güdmür. Sadəcə olaraq, ölkənin nəqliyyat sistemini tənzimləmək üçün həyata keçirilir. Eyni vəziyyəti avtoparkinqlərə də aid edə bilərik. Amma düşünürəm ki, dövlətin bu cür xərcləri məhdud olmalıdır. Özəl sektoru cəlb etmək haqqından düşünmək lazımdır. Dövlət hesabına həyata keçirilən belə layihələr korrupsiya yeminə çevrilir, iqtisadi səmərəliliyi az olur.

Bakı şəhərində avtoparkların tikilməsi mexanizminə diqqət yetirəndə görürük ki, burada bir sistemsizlik və yalnız biznes maraqlarının olduğu gözə çarpır. Əslində, avtoparklar şəhər təsərrüfatının mühüm bir elementidir. Şəhər təsərrüfatı ilə məşğul olan şəxslər və şəhər rəhbərliyi ərazidə avtoparkların çox və onların əhali üçün əlçatan olmasında maraqlı olmalıdır".

Vüsalə RÜSTƏMOVA

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]