Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Böhrandan inkişafa «ASAN» keçid

Bölmə :
Köşə
Yazar :
Elçin Rüstəmli
Yayım tarixi :
6/11/2015 [21:21]
Baxılıb :
1392 dəfə
İnhisarçı məmurların maraqları dövlət mənafeləri ilə toqquşur; çıxış yolu nədir?

Dünya bazarlarında neftin qiymətinin kəskin azalması Azərbaycanda post-neft erasına qəfil keçidi təmin etdi. Hökumət tam hazırlıqsız yaxalandı, gəlirləri əsas etibarı ilə neft pullarından formalaşan əhali də çətin vəziyyətə düşdü. Kənardan ölkəyə gələn pullar da eyni səbəbdən azaldı, beləliklə, Azərbaycan böhran dövrünə qədəm qoydu. Bu dövrün öz şərtləri var, iqtisadi, siyasi idarəetmə ona uyğunlaşdırılmalıdır, hökumət yeni çağırışlara uyğun şəkildə özünü yeniləməlidir. Əhalini böhranın mümkün təsirlərindən qorumaq, iş yerlərini saxlamaq, iqtisadi fəallığı təmin etmək hökumətin başlıca prioritetləri olmalıdır. 

Artıq bir ildən çoxdur davam edən yeni mərhələdə Azərbaycan hökuməti böhran situasiyasına uyğun olaraq hansı tədbirlər görüb və görür? Dövlətin həyata keçirməyə çalışdığı islahatları sadalamaqdan əvvəl əsas problemlərə diqqət yetirək.

Azərbaycanda başlıca problem hökumətin sosial-iqtisadi siyasətini effektiv həyata keçirmək üçün çevik mexanizmlərə malik olmamasıdır. Dövlət qurumlarında dərin kök salmış korrupsiya, rüşvətxorluq, eyni zamanda bürokratik əngəllər, monopoliya iqtisadi proqramları, investisiya layihələrini sabotaj edir. Müstəqil ekspertlər regionların sosial-iqtisadi inkişafı ilə bağlı son 10 ildə qəbul olunmuş dövlət proqramlarını effektiv sayır. Amma sadaladığımız neqativ amillər bu tədbirlərin reallaşmasına imkan vermir. Rəsmi rəqəmlərə görə müxtəlif mənbələrdən keçən onillikdə Azərbaycanın bölgələrinə 50 milyard dollardan artıq sərmayə yatırılıb. Amma bu gün dövlət büdcəsinin formalaşmasında regionların payı 5 faizi keçmir. Əksər bölgələr heç özlərini maliyyələşdirmək iqtidarında belə deyillər. Bu kiçik müqayisədən məlum olur ki, nəhəng sərmayələr özünü doğrultmayıb, korrupsiyanın yeminə çevrilib. 

Daha bir fundamental problem kimi məmur korpusunun inzibati resurslardan istifadə etməklə özəl sektoru tam nəzarətdə saxlamasını qeyd etmək olar. Azərbaycanda qeyri-dövlət sektorunun böyük oyunçuları iri çinovniklərin biznes imperiyasına daxildir. Onların yaratdıqları monopoliya, haqsız rəqabət həm yerli sahibkarlığın inkişafını tormozlayır, həm də xarici sərmayələrin ölkəyə gəlməsinə imkan vermir. Beləliklə, Azərbaycanın nəhəng iqtisadi potensialı bir qrup məmurun nəzarət etdiyi "iqtisadiyyatın" girovuna çevrilir. Bu reallıq ölkədə rəqabətədavamlı iqtisadiyyatın formalaşmasına, sahibkarlığın, biznesin inkişafına, nəhayət, dövlət resurslarının ölkənin iqtisadi rifahına yönəlməsinə başlıca maneədir. Beynəlxalq təşkilatlar Azərbaycanda kölgə iqtisadiyyatının həcmini 60 faizdən yuxarı dəyərləndirirlər. Büdcədən yayındırılan, sonda nəticə etibarı ilə ölkədən çıxarılan milyardlarla vəsaitlərə birləavasitə iri məmurlar nəzarət edir. Əgər onlar dövlətin iqtisadi imkanlarını öz biznes imperiyalarına yönəldə bilirlərsə, deməli, ölkənin normal siyasi inkişafını da öz maraqlarının tələb etdiyi formada əngəlləmək imkanındadırlar. Vaxtaşırı iş dünyasının, özəl sektorun durumunu çətinləşdirən qanunların qəbulu, liberal qanunların sərtləşdirilməsi, cərimələrin, cəzaların ağırlaşdırılması, monopoliyanı, haqsız rəqabəti gücləndirən "düzəlişlərə" imza atılması buradan qaynaqlanır.    

Böhran dövründə Azərbaycanda bərqərar olunmuş bu "iqtisadi model"in yaratdığı fəsadlar daha qabarıq görünür. Hökumət indi ölkədə iqtisadi-siyasi sabitliyi qorumaq üçün çox ağır problemləri həll etməlidir. İnhisarçı məmur korpusunun maraqları dövlət maraqları ilə toqquşduğu bu situasiyada dövlətin öz iradəsini gerçəkləşdirmək niyyətində olduğu görünür. Bunun alternativi yoxdur, əks halda böhran, nəticəsi proqnozlaşdırılmayan, ölkədə hər kəsin maraqlarına zidd olan proseslərə yol aça bilər.

Prezident İlham Əliyev hökumətin iclasında, ictimaiyyət qarşısında  çıxışlarında bilavasitə ölkə iqtisadiyyatını iflic etmiş məmur korpusunu hədəfə alır. Dövlət başçısı sahibkarların, vətəndaşların üzləşdikləri problemləri xırdalıqlarına qədər sadalayır, onların aradan qaldırılmasını tələb edir. Paralel olaraq Nəqliyyat Nazirliyində aparılan struktur dəyişiklikləri, MTN-də əhaliyə qənim kəsilmiş şəbəkənin zərərsizləşdirilməsi, sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması, lisenziyaların sayının azaldılması və onların "ASAN Xidmət"ə həvalə olunması, gömrükdə 10 min dollara qədər malın rüsumsuz ölkəyə gətirilməsi  və s. qərarlar vətəndaşları ümidləndirir. Dövlət başçısı Şəkidə çıxışında məhkəmə sistemində korrupsiya və rüşvətxorluğun aradan qaldırılmasının ən vacib məsələlərdən biri olduğunu qeyd edib. Bu istiqamətdə real tədbirlərin həyata keçirilməsi sahibkarlığın inkişafı, normal dövlət-vətəndaş münasibətlərinin bərqərar olunması, insanların dövlətə inamının artması istiqamətində çox mühüm addım olar. 

Diqqətçəkən məqamlardan biri  idarəetmədə "ASAN Xidmət" modelinə daha böyük önəm verilməsi, əhaliyə xidmət sahələrinin tədricən bu struktura həvalə olunmasıdır. "ASAN" qısa fəaliyyət dövründə milyonlarla vətəndaşın istifadə edib məmnun qaldığı xidmətdir. Vətəndaş burada bürokratiyadan, rüşvətdən süründürməçilikdən uzaq şəkildə dövlət xidmətlərindən faydalanır. Tendensiya göstərir ki, yaxın gələcəkdə əksər dövlət qurumlarının işi "ASAN"-a həvalə olunacaq. Bu sistem hazır idarəetmə modelidir, əhalinin böyük inamını qazanıb, böhran dövründə onun xidmət dairəsinin genişləndirilməsi hökuməti bir sıra çətinliklərdən xilas edir. Ən əsası vətəndaşları narazı salan bürokratik əngəllər, dövlət-xidmət strukturlarında dərin kök salmış korrupsiya və rüşvətxorluq aradan qalxır. "ASAN"ın əsas üstünlüklərindən biri bu qurumda işləyənlərin mütləq əksəriyyətinin gənclər olmasıdır. Onlar əvvəlcə "könüllülük məktəbi"ndən keçirlər, burada vətəndaşlara normal xidməti praktik olaraq mənimsəyirlər. Bu məktəbin minlərlə məzunu "ASAN"ın kadr bankında qeyd olunurlar. Gənc kadrlar həm qurumun getdikcə genişlənən öz şəbəkəsində yerləşdirilir, həm də başqa dövlət qurumlarına göndərilir. 

Yazının əvvəlində qeyd etmişdik ki, Azərbaycan dünyada gedən prosesdən dolayı post-neft dövrünə sürətli keçid etdi. Qeyri-neft sektoru bərbad vəziyyətdədir, nefti qismən əvəz edəcək istehsala belə  malik deyil. Bu sahədə real islahatlar uzun illər əvvəldən aparılmadığından böhran şəraitində həyata keçirilən tədbirlərin qısa müddətdə effekt verəcəyi ağlabatan görünmür. İtirilmiş illərdə formalaşdırılan "ASAN Xidmət"i isə dövlətin əsas nailiyyəti hesab etmək olar. Necə ki, böhranda əsas stavka olunan struktur məhz bu mükəmməl xidmət sistemidir.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]