Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

İntihara cəhd edən sahibkar “Bizim Yol”a danışdı

İntihara cəhd edən sahibkar “Bizim Yol”a danışdı
Bölmə :
Müsahibə
Yayım tarixi :
6/11/2015 [21:00]
Baxılıb :
5910 dəfə
İlqar Məmmədov: “O tikintiyə 5 milyon manat xərcim çıxıb, indi icra hakimiyyəti heç bir əsas olmadan sökdürmək istəyir”
“Qardaşımla mənim 30 ildə qazandığımız həmin obyektə xərclənib, heç olmasa kompensasiya versinlər”

Binəqədi rayonu, Zərifə Əliyeva adına parkın ərazisində yerləşən və tikintisi yekunlaşmaqda olan İdman Sağlamlıq Kompleksinin rəhbəri İlqar Məmmədov ona məxsus obyektin sökülməsinə etiraz edərək noyabrın 5-də həmin tikintiyə çıxaraq intihara cəhd etdi. "Burada tikinti işlərini aparmaq üçün icra hakimiyyətinə 500 min manat haqq vermişəm. Tikinti işlərini aparmaq üçün müvafiq hüquqi sənədlərim də var", deyən sahibkarla Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov görüşdü. Aralarında 1 saat danışıqlar aparandan sonra icra başçısı jurnalistlərə açıqlama vermədən ərazini tərk etdi. Polis isə sərbəst buraxılan sahibkarın jurnalistlərə açıqlama verməsinə mane oldu.

Hadisə yerindən reportaj hazırlayan "Bizim Yol"-un əməkdaşı sahibkar İlqar Məmmədovla əlaqə saxlaya bilib. Problemin yaranma səbəbi, tələbi və son durumla bağlı ondan müsahibə aldıq. Müsahibəni təqdim etməmişdən öncə qeyd edək ki, sahibkar hazırda səhhətindən də şikayətçidir. 


- İlqar bəy, nə baş verir?

- Həmin ərazidə 2011-ci ildən İdman Sağlamlıq Kompleksini tikməyə başlamışam. Ümumi olaraq mənim tikintiyə 5 milyon xərcim çıxıb. İşlər yekunlaşmaq üzrədir. İllərdir əmək sərf etmişəm, indi mənə "sökülməlidir" deyirlər. Mən də haqlı olduğum üçün etiraz edirəm. Mən dünən (5 noyabr-R.İ.) orda anlaşıqsız vəziyyətdə olaraq icra hakimiyyətinə yarım milyon manat rüşvət verdiyimi bildirdim. Plana görə, bu il tikinti işi başa çatmalıydı. 

- Bəs, gecikməyə səbəb nə oldu?

- Vəsaitimiz tükənmişdi deyə, tikintinin plana uyğun yekunlaşması mümkün olmadı.

- Mediada belə bir məlumat yayıldı ki, siz həm də "Zeytun bağı" restoranının sahibisiniz.

- Xeyr, mən yalnız tikilməsi yekunlaşmaqda olan İdman Sağlamlıq Kompleksinin sahibiyəm.

- Sizinlə icra başçısının danışıqlarının nəticəsi nə oldu?

- Vallah mən də bilmirəm. 

- Sizin tələbiniz odur ki, tikinti sökülməsin. Sizin tələbiniz qəbul edildimi?

- Mən onu bilirəm ki, mənim mülkiyyətimdə olan tikinti qanunidir. Bakı Şəhər İcra Hakimiyyəti kompleksi tikmək üçün mənə razılıq məktubu verib və eskiz layihələrimi təsdiq edib. Binəqədi Rayon İcra Hakimiyyəti də sərəncam verib. Həmin ərazidə tikinti işini aparmaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi də razılıq verib. Tikinti layihəm də təsdiq olunub. 

- Sizin şikayətinizlə bağlı Binəqədi rayon İcra Hakimiyyətinə verdiyimiz sorğuya cavabda bildirildi ki, ərazidə zeytun ağacları olub və siz tikinti işini aparmaq üçün ağacları kəsmisiniz”¦ 

- Bu bir bəhanədir. Bu ərazini özüm almışam. Həmin ərazi dərə və zibillik olan yer idi. Təxminən iki metr dərinliyində çökəklik var idi. Burada hər hansı bir bitkinin olduğundan söhbət gedə bilməz. Biz ərazini daş-qayadan təmizləyib, tikintini inşa elədik.  

- Siz icra başçısı ilə əvvəl də görüşmüşdünüz?

- İlk dəfə dünən (5 noyabr-R.İ.) görüşdüm. Bu problem noyabrın 3-də ortaya çıxıb. Gözlənilməz oldu. 

- Sizə deyirlər, özünüz sökün?

- Bəli! Mən də onlara deyirəm ki, hansı əsasla söküm? İcra hakimiyyətinin rəsmiləri mənə "özümüz də sökə bilərik" deyirlər. Onların tikintini sökmək üçün hər hansı bir əsası yoxdur! Mən icra başçısına dedim ki, bura külli miqdarda xərcim çıxıb, illərimi sərf etmişəm, sökəcəksinizsə, öncə kompensasiyamı verin.

Mənim inşaat materiallarına görə 200 min manat borcum var. Oranı dişimiz-dırnağımızla, zülümlə, üç qardaş gücümüzü birləşdirərək tikmişik. Mən və qardaşım evimizi satmışıq, mən hətta şəxsi avtomobilimi də satdım. Hazırda iki qardaş kirayə mənzillərdə yaşayırıq. Rəsulzadə qəsəbəsində qeyri-yaşayış obyektim var idi, onu da satmışam. Bunlar tikintini başa çatdırmaq üçün yetərli olmayıb, bankdan borc götürmüşəm. Hələ də borcumu ödəməmişəm. Özbaşıma tikməmişəm. Qeyri-qanuni tikilməyib, qanuni sənədlərlə bir neçə ilə tikilib. Sözlə tikilməyib ki, sözlə də sökülsün. Kompensasiyam hesablansın və ödənilsin. Sonra istəyirlər söksünlər, istəyir öz istifadələrində olsun. 

- Sizin tələbiniz budur ki, tikinti sökülməsin, söküləcəksə, kompensasiya verilsin. Bu tələbinizə icra başçısı Xaləddin İsgəndərov nə dedi?

- O mənə "məsələ üzərində işləyirik, çalışacağıq, sizi razı salaq" dedi. Məsələ hələ də açıq olaraq qaldı.

- Sizinlə səhər saatlarında danışanda dediniz ki, səhhətiniz yaxşı deyil. İndi özünüzü necə hiss eləyirsiniz?

- Səhhətim pis olaraq qalır. Məni tikintiyə çıxmağıma vadar edən yerli icra hakimiyyətidir. Bu qurumun rəsmiləri məni intihar həddinə çatdırdılar. Qardaşımla mənim 30 ildə qazandığımız həmin obyektə xərclənib. 

- Tikinti işini aparmaq üçün nə zaman sərəncam aldınız?

- İcra hakimiyyətinin təzyiqi nəticəsində səhhətim yaxşı deyil. Ona görə də dəqiq cavab verə bilməyəcəm. Təxminən deyə bilərəm ki, tikinti işini aparmaq üçün 2009-cu ildə sərəncam aldım.

- Siz sahibkarsınız, hansı sahələrdə fəaliyyətiniz olub?

- Mən idman sahəsində  xidmətlərim var. Rəsulzadə qəsəbəsində çayxanam olub. 

- Ali təhsiliniz varmı?

- Bəli, Bakı Dövlət Universitetinin geoloji çoğrafiya fakültəsini bitirmişəm. 51 yaşım var.  

- Vəkiliniz varmı?

- Hələ ki yoxdur.

- Sizin tələbləriniz yerinə yetirilməsə, bundan sonra hansı addım atacaqsınız?

- Hələ bilmirəm. 


Ramid İBRAHİMOV | Bizimyol.info

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]