Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Yaşıl söhbət”dən "Arzuladığın gələcəy"ə

“Yaşıl söhbət”dən
Bölmə :
KİVDF
Yayım tarixi :
6/11/2015 [20:23]
Baxılıb :
1288 dəfə
İDEA kampaniyası gənclər arasında ətraf mühitin mühafizəsi ilə bağlı irimiqyaslı layihələr həyata keçirir

(Əvvəli ötən sayımızda)

Qeyd etdiyimiz kimi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi İDEA İctimai Birliyi ekologiya və ətraf mühitin qorunması istiqamətində silsilə layihələr həyata keçirir. Qurumun mətbuat xidmətindən "Bizim Yol"a verilən məlumata görə, İctimai Birliyin yarandığı 2011-ci ildən bu günədək xeyli sayda layihələr həyata keçirilib.

"Green Corps" yay məktəbi

"Green Corps" yay məktəbi Lənkəran şəhərində İDEA kampaniyası, "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi və ATƏT-in Bakı Ofisi tərəfindən, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "Təmiz Şəhər" ASC -nin dəstəyi ilə təşkil olunub. Lənkəranda keçirilmiş yay məktəbi ərzində gənclər ekoloji menecment, ətraf mühitin mühafizəsi və tədqiqatların düzgün aparılması sahəsində ilkin biliklər əldə etmiş, layihələrin yazılması və idarə olunması təlimləri keçmişlər.

"Green Corps" yay məktəbi Lənkəran şəhərində İDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyası, "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi və ATƏT-in Bakı Ofisi tərəfindən, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "Təmiz Şəhər" ASC -nin dəstəyi ilə təşkil olunub.
Yay məktəbinin əsas məqsədi gənclərin ölkəmizin gələcək vətəndaşları olaraq Eko-menecment (Ekoloji menecment), ətraf mühitin mühafizəsi və tədqiqatların düzgün aparılması sahəsində ilkin biliklərin verilməsi, layihələrin düzgün yazılması və idarə edilməsi, dünyagörüşünün genişlənməsi və bu gənclərin gələcəkdə ekoloji aktivistlərə çevrilməsidir.

Yay məktəbinin proqramı iki hissədən - təlim-tədris və mədəni-idman proqramlarından ibarət olub. Təlim-tədris proqramı çərçivəsində yerli və xarici ekspertlər tərəfindən iştirakçılara ekoloji layihələrin yazılması, idarə olunması, bu sahədə xarici təcrübə və metodologiya haqqında bilik və bacarıqlar aşılanıb.

Təlim-tədris proqramının davamı olaraq iştirakçılar komandalara ayrılaraq Azərbaycanın cənub bölgəsində olan mövcud ekoloji problemlərin həllinə istiqamətlənmiş layihələr yazıblar.  Komandalar tərəfindən təqdim olunmuş layihələr arasında müsabiqə keçirilib. Müsabiqədən uğurla keçən 3 layihə maliyyələşdirilib və reallaşdırılıb. 

Həmçinin asudə vaxtlarının səmərəli dəyərləndirilməsi və biliklərinin praktiki məşğələlərlə gücləndirilməsi üçün iştirakçılara müxtəlif komandaqurucu oyunlar, idman oyunları və əyləncəli tədbirləri özündə birləşdirən mədəni idman proqramı təqdim olunub.

"Yaşıl söhbət"  klubu

Gənclər arasında ətraf mühitin mühafizəsi ilə bağlı irimiqyaslı layihələr həyata keçirən İDEA kampaniyası "Green Conversation Club" (Yaşıl söhbət klubu) layihəsinə 2012-ci ilin iyun ayından etibarən start vermişdir. Gənclər arasında ətraf mühitin mühafizəsi ilə bağlı irimiqyaslı layihələr həyata keçirən İDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) kampaniyası "Green Conversation Club" (Yaşıl söhbət klubu) layihəsinə 2012-ci ilin iyun ayından etibarən start vermişdir.

Layihənin əsas məqsədi bu sahədə maraqlı olan gənclərin ətraf mühitlə bağlı biliklərini təkmilləşdirməklə yanaşı, onların xarici dil (ingilis dili) səviyyəsinin inkişafına da öz töhfəsini verməkdir. "Green Conversation Club"un görüşləri hər həftə İDEA kampaniyasının Resurs Mərkəzində təşkil olunur. Klubun əsas mövzuları ətraf mühit problemləri və bu problemlərin həllində gənclərin rolu, dayanıqlı inkişaf, yaşıl iqtisadiyyat və digər yaşıl məsələləri əhatə edir. Söhbətlər yerli və xarici ekspertlər tərəfindən, ingilis dilində aparılır. Layihədə Bakı şəhərinin müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələr də iştirak edirlər.

"Təmiz şəhər naminə!" III Yay Məktəbi

5-10 iyul 2012-ci il tarixlərində "Təmiz şəhər naminə!" devizi altında Şəki şəhərində III Tələbə Yay Məktəbi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə təsis olunan İDEA kampaniyası və "Təmiz Şəhər" ASC-nin birgə təşkilatçılığı ilə keçirilib. 5 gün davam edən Yay məktəbi ərzində tələbələr tullatıların idarə olunması sahəsində əsas anlayışlar, tullantıların növləri və onların zərərsizləşdirilməsi üsulları haqqında biliklərə yiyələnmişlər.

Təbii resursların qənaətlə və səmərəli istifadə edilməsi baxımından tullantıların idarəolunması sahəsində əhalinin məlumatlandırılması böyük əhəmiyyət kəsb edir. Gələcəyimiz olan gənclərin bu sahədə maarifləndirilməsi isə ətraf mühitin mühafizəsi və tullantıların idarəolunması sahəsində davamlı və ardıcıl inkişaf deməkdir.

III Tələbə Yay Məktəbinin keçirilməsində əsas məqsəd gənclər arasında yaşıl düşüncə tərzinin formalaşdırılması, onların ekologiyanın qorunmasında fəal iştirakını təmin etmək və tullantıların idarəolunması sahəsində aktiv fəaliyyət göstərən gənc mütəxəssislərin yetişdirilməsi olmuşdur.
Yay məktəbi ərzində tələbələr tullantıların idarəolunması sahəsində əsas anlayışlar, tullantı növləri, tullantıların idarəolunması prosesi və zərərsizləşdirilməsi üsulları haqqında biliklərə yiyələnmişlər. "Təmiz Şəhər" ASC-nin mütəxəssisləri Cəmiyyətin fəaliyyəti nəticəsində ölkəmizdə tullantıların idarəolunması sahəsindəki irəliləyişlər və planlaşdırılmış layihələr haqqında məlumat vermişlər.
Əldə olunan biliklər əsasında iqtisadi və ekoloji təhlükəsizlik, alış-verişin ətraf mühitə təsiri, alış-veriş zamanı ətraf mühitə məsuliyyətli davranış mövzularına dair ictimai müzakirələr formasında mərhələli debat turnirləri təşkil edilmiş, həmçinin gənclərin asudə vaxtının dəyərləndirilməsi üçün müxtəlif idman və intellektual oyunlar, viktorinalar keçirilmişdir. Yay məktəbi zamanı tələbələr "yaşıl düşüncə" konsepsiyasını əyani şəkildə tətbiq edərək yalnız təkrar emal olunmuş materiallardan hazırlanmış bloknot və qələmlərdən istifadə etmişlər.

"Arzuladığın gələcək" layihəsi

"Arzuladığın gələcək" adlı ekoloji multimedia müsabiqəsi Azərbaycanın ali təhsil müəssisələrində ekologiya və dayanıqlı inkişaf mövzuları üzrə mühazirələrin təşkilini nəzərdə tutan "İDEA mühazirələri" adlı layihəsi çərçivəsində həyata keçirilib. 2012-ci ilin may ayında keçirilən müsabiqədə universitet tələbələri Azərbaycanda mövcud ekoloji problemləri araşdırmış, onların həlli yollarını təklif edən layihələr hazırlanmış və təqdimatlar keçirmişlər.

"Arzuladığın gələcək" adlı ekoloji multimedia müsabiqəsi Azərbaycanın ali təhsil müəssisələrində ekologiya və dayanıqlı inkişaf mövzuları üzrə mühazirələrin təşkilini nəzərdə tutan "İDEA mühazirələri" adlı layihəsi çərçivəsində həyata keçirilib. Ekoloji multimedia müsabiqəsinə may ayında start verilib. Müsabiqə İDEA kampaniyası və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tələbə Gənclər Təşkilatı tərəfindən təşkil edilib.
Müsabiqə özündə Azərbaycanda mövcud ekoloji problemlər və onların həlli yollarını təklif edən layihələrin təqdimatını birləşdirmişdir. Təqdimatlar universitetlər üzrə qrup şəklində hazırlanmışdır. Müsabiqənin yekun mərhələsi tələbələrin təqdimatları ilə başlanıb və sonda münsiflər heyəti tərəfindən ən yaxşı 3 layihə seçilib. Qaliblər İDEA kampaniyası tərəfindən hədiyyə və sertifikatlarla təltif olunub. Layihənin yekunu olaraq İDEA kampaniyasının Dövlət İdarəçilik Akademiyasında yeni istifadəyə verilmiş Resurs Mərkəzində tələbələr üçün "şəbəkələşmə saatı" keçirilib.

(Davamı gələn sayımızda)
ÜMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]