Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Rövşən Lənkəranski Moskvanı tərk etdi, Tiflis Ded Xasanı qəbul etmədi (VİDEO)

Rövşən Lənkəranski Moskvanı tərk etdi, Tiflis Ded Xasanı qəbul etmədi (VİDEO)
Bölmə :
Dünya
Yayım tarixi :
16/1/2013 [16:00]
Baxılıb :
13158 dəfə
Ded Xasanın davamçısı kimi Şakronu göstərdilər

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində məşhur kriminal avtoritet, “Ded Xasan” ləqəbli Aslan Usoyan qətlə yetirilib. Rusiya Daxili İşlər Nazirliyinin Moskva Baş İdarəsindən bildiriblər ki, sui-qəsd Povarsk küçəsində gerçəkləşdirilib. Yerli vaxtla saat 14.30-da A.Usoyan “Köhnə fayton” adlı restorandan çıxarkən snayperdən açılan atəşlə öldürülüb. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

Qeyd edək ki, A. Usoyan 1937-ci ildə Gürcüstanda doğulub. O, Rusiyadakı ən iri kriminal qruplaşmalardan birinin lideri idi.

Son məlumata görə, hadisə yerində olan bir qadın da yaralanıb. Killer öz qurbanına yaxın məsafədən zirehdələn güllələrlə atəş açıb. O bir neçə güllə atıb, yalnız biri kənara sıçrayaraq qadının ayağına dəyib. Muzdlu qatil hadisə yerindən qaçıb gizlənməyə macal tapa bilib. (APA)

Bizimyolinfo.com "Moskovskiy Komsomolets"ə istinadən xəbər verir ki, Rusiya hüquq-mühafizə orqanları qətldə azərbaycanlı "qanuni oğru" Rövşən Lənkəranskidən (Canıyev) şübhələnirlər. Həmçinin Ded Xasanın yerinə ən real namizəd kimi mərhumun sağ əli sayılan Şakro ləqəbli qanuni oğru göstərilib.

Ded Xasan bir vaxtlar keçmiş Sovet məkanında qanuni oğruların başçısı idi, amma sonradan bir sıra qruplaşmalar onun üstünlüyünü rədd etdilər. Aslan Usoyan milliyyətcə yezidi kürdüdür.

***

Onun ölümü ilə bağlı yeni ehtimallar da yayılıb. Rusiyanın paytaxtı Moskvada qətlə yetirilmiş Aslan Usoyanın "aradan götürülməsində" terrorçu PKK təşkilatının əli olduğu iddia edilir. Milli.Az "Ruzname Kurd"a istinadən bildirir ki, Parisdə PKK-nın yüksək mənsəbli üç qadın üzvünün qətlə yetirilməsindən sonra Hasanın da güllələnməsi eyni əməliyyatın həlqəsi ola bilər.

Usoyanın PKK-ya Rusiya ərazisindən əsas maliyyə dəstəkçilərindən biri olduğu deyilir. 

Rusiyanın türkdilli xəbər portalı Haberrus.com saytına açıqlama verən "Novaya Qazeta" qəzetinin müxbiri Sergey Kanev bildirib ki, Daxili İşlər Nazirliyindəki məsul şəxslərdən birindən aldığı məlumata görə, Ded Xasanın PKK-ya silah satdığı idda edilirdi. 

"Məndə olan kəşfiyyat məlumatlarına görə, PKK-ya silah satışının başında kürd əsilli rusiyalı kriminal avtoritet Şakro (Zaxariy Kalaşov) dayanır. O, hazırda İspaniyada məhkumluqdadır. Boris Yeltsinin prezidentliyi dövründə 1990-cı illərdə rus mafiyasının “generalı” Şakro və Ded Xasan PKK-çılara silah satırdı. Bu məlumat digər mənbələrdən də təsdiqlənib. Hər iki şəxsin PKK ilə əlaqələri var", - o əlavə edib.

***

“Qafqazinfo”nun Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, Karine Amoyan bildirib ki, “Ded Xasan” bu bazar gürcü və azərbaycanlı “qanuni oğru”ların iştirakı ilə keçiriləcək “sxodka”da iştirak etməli idi.

Karine Amoyan onu da qeyd edib ki, onlar hələ ki, qətlin mümkün sifarişçiləri haqqında danışmaq istəmirlər. Bu haqda təfərrüatlar məlum olduqdan sonra danışa bilərlər. 

Usoyanın qardaşı qızı, həmçinin əmisinin nə üçün “Ded Xasan” çağırılmasına da aydınlıq gətirib: “O, çox gənc yaşda, 34 yaşında baba olub. Buna görə də oğru aləmində onu Ded Xasan çağırıblar”.

Qeyd edək ki, Gürcüstanda doğulan Aslan Usoyan uzun müddət idi ki, Moskvada yaşayırdı. Onun bir qızı və bir oğlu vardı. 

Karine Amoyan bildirib ki, əmisi sonuncu dəfə Ermənistanda 1994 və 1995-ci illərdə, qardaşlarının dəfnində iştirak etmək üçün olub. Hazırda Ermənistanda yaşayan avtoritetin qohumları onun dəfnində iştirak etmək üçün Moskvaya yola düşüblər.

Moskva kriminalistləri qətlin 3D qrafikasını hazırlayıblar. Aşağıda birinci videoda Ded Xasanın öldürüldüyü yer, ikinci videoda isə qətlin  3D qrafikası yer alıb.

***

“Ded Xasan”a qarşı birləşmiş “vor-zakon”ların liderləri Camal (Cemo) Mikeladze, Merab Canqveladze və Rövşən Canıyev Moskvanı tərk ediblər. Modern.az-ın xəbərinə görə, bu barədə hüquq mühafizə orqanlarından “Rosbalt” İA-ya bildirilib.

Mənbə qeyd edib ki, “Ded Xasan” adıyla tanınan öldürülmüş məşhur avtoritet Aslan Usoyanın rəhbərliyi altında olmayan avtoritetlər təcili surətdə paytaxtı tərk edirlər. Onlar alına biləcək intiqamdan və hüquq-mühafizə orqanları tərəfindən saxlanılacaqlarından ehtiyat edirlər. Məlumatda bildirilir ki, 17 yanvar tarxində səhərdən etibarən xeyli avtoritet qruplaşmaları Moskvanı tərk edib. Qalanları isə 18 yanvar axşam saatlarına qədər Moskvadan çıxmaq niyyətindədirlər. Qeyd edək ki, ölkəni tərk edənlər Usoyanın rəhbərliyi altına girməyən oğrulardır. Onlar Rusiyadan xarici dövlətlərə keçmək üçün Belarus ərazisindən istifadə edirlər. Xatırladaq ki, 17 yanvar tarixində Moskvanın Povar küçəsində VAL snayper silahından açılmış odlu atəş nəticəsində Rusiyada kriminal aləminin lideri olan məşhur avtoritet Aslan Usoyan öldürülüb.

***

Moskvada qətlə yetirilən “Ded Xasan” ləqəbli Aslan Usoyanın cənazəsini aparan təyyarə Tiflisə enə bilməyib. Musavat.com-un Life News-a istinadən verdiyi məlumata görə, Aslan Usoyanın Moskvada dəfn edilməsindən başqa yol yol qalmayıb.

“Ded Xasan”ın cəsədi Gürcüstana xüsusi təyyarə reysi ilə aparılmalıydı. Təyyarə Moskvanın Vnukovo-3 hava limanından havaya qalxıb və Donetskdə planlı eniş edib. Orada gömrükçülər təyyarəyə növbəti dəfə baxış keçiriblər. Hava limanının texniki xidməti təyyarəyə yanacaq vurublar. Sonradan cənazə Tiflisə aparılmalı olsa da, Gürcüstan tərəfi göyərtəsində 29 nəfərin olduğu təyyarənin qəbulundan imtina edib və təyyarə yenidən Donetskə qayıdıb. Hazırda Moskvaya uçuş variantı nəzərdən keçirilir.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]