Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Axırıncı azadlıq vaqonu

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
4/11/2015 [23:32]
Baxılıb :
2461 dəfə
Yaxud "karuseldə" yellənmə, ay millət!

Fikir verirsiz, bu kişilər yenə də bizə axırıncı vaqonu sırımaq istəyirlər. Nisbətən az yırğalanan orta vaqonlardan birini yox, elə axırıncı, quyruqda yellənən  vaqonu. İstəyirsən beş barmağını bala batır, sox ağızlarına, yenə də məqam tapan kimi qadınlara öz yerini göstərməyə heç olmasa bir cəhd edəcəklər. "Qadınsan, otur yerində!" iradını eşitməkdən artıq bezmişəm. İndi hamı elliklə qadınlara yer göstərmək məsələsinə girişib.

Problemin kökünü araşdıraq. Balaca məsələ də deyil, "Google"dən  soruşmuşam. Məşhur axtarış sistemi 35 saniyəyə 26 600 nəticə tapdı. Bu o deməkdir ki, 26 min 600 mənbə bu sonuncu vaqona qadınların minməsi məsələsini müzakirə edib. Bura sosial şəbəkədə gedən "qırğın"lar düşməyib. Hələ nə qədər adam oxuyub başını yellədib, reaksiya vermədən problemi ötüşdürüb.  Oktyabrın 31-də, yəni ki, ölkədə parlament seçkiləri idi, əgər unutmamızsa. Deməli, millət elliklə gedib seçkilərdə iştirak etmək, prosesi izləmək əvəzinə burnunu monitordan ayırmadan gülünc bir məsələni çözələyib. Heç kim də ideya müəllifliyini boynuna almır.

Məsələnin qısaca mahiyyəti belədir: ictimai nəqliyyatda qadınlara qarşı nalayiq hərəkətlərin qarşısını almaq məqsədilə metroda sonuncu vaqonu yalnız qadınlar üçün ayırmaq məsləhət görülür. Deyə bilərsiz, yenə də qadınlara qarşı növbəti hörmətsizlik. Problemə bu rakursdan baxsaq yazı daha maraqlı və oxunaqlı olardı. Belə baxanda necə də yaxşı olardı. Sonuncu vaqona keçirsən, tər iyi, sarımsaq, araq və xaş kokteyli qoxumayan havadan udursan. Heç kim səni gözləriylə yemir, heç kim də bilərəkdən yolu tutub sürtüşmək imkanı yaratmır. Yer olsa oturursan, olmasa ayaq üstə gedirsən. Bir növ cənnətdir, kişilər olmayan azadlıq vaqonu. Mətbuat da ortaya atılmış müzakirələrin fonunda "Dünyada qadınlara vaqon ayırmaq praktikası var" yazır. Gəlin baxaq, hansı ölkələrdə?! Millətinin sayı qarışqa kimi çox olanlar, qadın zorakılığı statistikasını aşkarlamaqdan utananlar, kişi özbaşınalığına qarşı artıq bir əlac bilməyən ölkələrin hamısı vaxtaşırı bu məsələləri müzakirəyə çıxarır. Qulaqlarımda məşhur filmdən kadrlar səslənir: "Biz nə edə bilərik, Ağabala!". Bu əlacsızlıq əlamətidir, bizə ayıb olar. Yəni məsələ bu qədərmi qəlizdi ki, qadınları bir vaqona doluşdurmaq addımını atmalıyıq?

Əlbəttə, əgər sən ətrafında yırtıcılarla dolu bir cəmiyyətdə yaşayırsansa və onları heç cür əhliləşdirmək mümkün olmursa təhlükəsizlik baxımından ciddi addımlar atmalısan. Qürur zamanı deyil. Məsələn, Afrikada şir və pələngləri öz gözüylə cəngəllikdə, təbii şəraitdə görmək istəyənləri maşının üstünə qaynaq edilmiş qəfəsə salırlar. Maşın şirlərin ovlağına çatanda dayanır və tamaşaçı mənzərəni tam qavraya bilir və qorxmur ki, onu bu saniyə yeyə bilərlər. Bəzən pələnglər bu qəfəsin də üstünə nərə çəkib hücum edir. Turistlər ekstrimdən az qala bayılırlar, amma qurbanlar olmur. Əgər sizin ətrafınızda yırtıcılar hər saniyə hücuma hazır mövqedə durubsa qəfəsə girib qapısını kilidləmək ən salamat yoludur. Bundan utanmaq da düz olmaz. Deməli, "Qadın vaqonlarının yaranması geriyə addımdır. Bu bizi keçmişə qaytarır" deməyin hələ yeri deyil, anlamayacaqlar.
Maraqlısı odur ki, məsələni dindarlar daha artıq şəstlə dəstəkləyir. Yəni bir növ dinin qadınları kişi cəmiyyətindən təcrid edilməsini alqışladıqlarını bildirmək istəyirlər. Amma mənim xatirələrimdə metro vaqonlarında rastlaşdığım kişi qanacaqsızlıqlarının hamısı Nardaran avtobusundakı kişi abırsızlığının qarşısında sönük görünür. Cavablarını verəcək halda deyildim, əllərim zənbillərlə dolu idi. Təfərrüatı da danışmayacam, birdən nardaranlılar evimizin qarşısında piket keçirər. 
Oktyabrın 31-də, arsız amerikalılar Helloun bayramı keçirərkən, bəzənib-düzənib qapı-qapı gəzib şirniyyat dilənirkən biz seçkilərə gedib ölkənin seçmə adamlarının siyahısını müəyyənləşdirməklə məşğul olmalıydıq, qadınlara vaqon ayırmaqla deyil. Bu barədə hətta danışmaq ayıbdı, amma ölkənin taleyinə biganə qalmaq isə günahdı. Çünki siz burda sonuncu vaqondan danışarkən məntəqələrdə "Bülletenləri küt halında qutuya salmaq yaxşıdı, yoxsa bir-bir?" səviyyəsində müzakirələr gedir: "Nə danışırsan, mən heç vaxt səhər tezdən bülletenləri qutuya atmıram, axşam hamı gedəndən sonra rahatçılıq olur axı", "Bu il demokratik seçki oldu. Keçən dəfə azı 3 məntəqəyə aparmışdılar bizi. Bu il cəmi birində səs verdik" və s. Millət vaqonlarda deyil, "karusel"də yellənir. 
Özünü ələ al, millət! Təhlükə vaqonda qadına sürtüşməklə gözünü doyuranlardan gəlmir. Onları bir-iki yağlı sözlə yerinə otuzdura bilərsən. Sənin başın xırda məsələlərə qarışıq olan vaxt gözünün qabağında uşaqlarının gələcəyini, ölkənin azadlığını çırpışdırırlar. Bu, fəndi ictimai nəqliyyatda qoşa oğurluq edən cibgirlər tətbiq edir. Birisi qıza sürtüşür, qız əsəbiləşib dartınan zaman o birisi cibindən pulunu çıxarır. Mənzərə tanış gəldimi?!.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]