Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

İntihar edən MTN polkovnikinin qardaşından sensasiyalı açıqlamalar

İntihar edən MTN polkovnikinin qardaşından sensasiyalı açıqlamalar
Bölmə :
Araşdırma
Yayım tarixi :
4/11/2015 [23:26]
Baxılıb :
6386 dəfə
Nazirlikdə ifşa olunmuş qruplaşmanın növbəti qanunsuz əməlləri ortaya çıxıb
Şikayətçi Komitə sədri Kərəm Həsənovu da cinayətkar dəstə ilə işbirliyində ittiham edir

Bir il əvvəl intihar etmiş Milli Təhlükəsizlik Nazirliyinin polkovnik rütbəli əməkdaşı Malik Mustafayevin qardaşı Mətləb Mustafayevin Bizimyol.info saytına videomüraciəti daxil olub. Videomüraciətdə Mətləb Mustafayev Əmlak Məsələləri Dövlət Komitəsinin sabiq işçisi olduğunu, MTN əməkdaşları tərəfindən təzyiqlərə və qanunsuz həbsə məruz qaldığını deyir və qardaşının bu məsələyə görə intihar etdiyini vurğulayır. 


"MTN-də məndən yalan ifadələr almağa cəhd etdilər"

"Son günlər Milli Təhlükəsizlik Nazirliyi (MTN) ətrafında cərəyan edən hadisələrdən sonra Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevə, Baş prokuror zakir Qaralova müraciət etmək qərarına gəlmişik. Əvvəllər müraciət etməməyimizin səbəbi odur ki, Eldar Mahmudovun tutduğu vəzifədən istifadə edərək, başımıza istənilən müsibəti gətirəcəyindən qorxmuşuq. Bizim başımıza gələn müsibət Azərbaycanda bəlkə də heç kimin başına gəlməyib. Qardaşım Mustafayev Malik Nəriman oğlu 6 sentyabr 2014-cü ildə dedi ki, nazir Eldar Mahmudov mənimlə görüşmək istəyir və məni MTN-ə apardı. Orada məni nazirliyin Antiterror Mərkəzinin rəisi Elçin Quliyev və polkovnik İlqar Əliyev qəbul etdi. Onların hər ikisi indi həbsdədir. Onlar məndən Prezident tərəfindən vəzifəyə təyin olunmuş şəxslər barəsində yalan, böhtan, iftira xarakterli ifadələr almağa cəhd etdilər. Hədə-qorxu gəldilər, müxtəlif şirnikləndirici vədlər verdilər və mən bunların heç biri ilə razılaşmadım. Sonda dedilər ki, əgər deyilən ifadələri verməsən, özünə və qardaşına problemlər yaranacaq" - deyə M.Mustafayev bildirir.  

"Özləri ilə gətirdikləri tapançanı barmağıma sürtdülər"
 
Onun sözlərinə görə, MTN-də təklif olunanlarla razılaşmadığına görə, qısa müddət sonra təzyiqlərə məruz qalıb: "11 sentyabr 2014-cü ildə Yeni Saray qəsəbəsindəki evimdə ağacları sulayarkən, Hüseyn Əhmədov və Elşən Murtuzovun rəhbərlik etdiyi, Antiterror Mərkəzinin əməliyyatçılarından və xüsusi təyinatlı dəstədən ibarət 16 nəfərlik qrup həyətə doldu. Heç bir sənəd, xidməti vəsiqə, məhkəmə qərarı göstərmədən qollarımı qandalladılar, özləri ilə gətirdikləri tapançanı barmağıma sürtdülər. Sonra məni maşına oturdaraq, Nəsimi rayonu, 20 yanvar küçəsi 19 b, mənzil 46 ünvanına gətirdilər. Orada saat 16.00-da mənə məhkəmə qərarı göstərdilər, baxmayaraq ki, məni 14.40-da həbs etmişdilər. Tapançanı şkafda əl-üz dəsmalının arasına qoydular, sonra guya onu tapdılar və məni qandallayaraq, yenidən MTN-ə apardılar. MTN-də məndən ifadə alındı, hansı əsasla tutulduğumu soruşduqda, müstəntiq Elşən Murtuzov bildirdi ki, guya mən İran İslam Respublikasının vətəndaşları Rza və Hüseynlə əlaqəyə girib, silah almışam, gəzdirmişəm, saxlamışam. Mən qətiyyətlə bunu inkar etdim. Bundan sonra məni kameraya, səhəri gün isə yenə istintaqa apardılar. İstintaq dövründə mənimlə Elçin Quliyev, İlqar Əliyev, Azər Mühdiyev, Məhəmməd Qasımov, nazirə yaxın olduğu deyilən Mübariz adlı 60 yaşlı bir zabit, hamısı növbə ilə məndən istintaq hərəkəti apardılar. Baxmayaraq ki, istintaq hərəkətlərini müstəntiqlər aparmalıydı, bu şəxslərin hamısı aparırdı. Onlar mənə təzyiqlə, təhqirlə, təhdidlə iftiralar yağdırırdılar və məcbur etmək istədilər ki, bu iftiralara imza edim. Mən yenə də qətiyyətlə imtina etdim. Çox dedilər ki, "bu işin axırı yoxdur, ifadə verməlisən, sənin axırın pis olacaq, əks halda, həyatın korlanacaq, sən həbs olunacaqsan, ailən bədbəxt olacaq", yenə də dediklərini etmədim".

"Başa düşdüm ki, sifarişçi Kərəm Həsənovdur"

M.Mustafayev qeyd edir ki, Baş İstintaq İdarəsində olarkən sifarişin Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovdan gəldiyini öyrənib: "Daha sonra məni MTN-in Baş İstintaq İdarəsinə apardılar və rəis müavini Təhsin Ağayev, müstəntiq Elşən Murtuzov və Samir Əliyev istintaq hərəkətləri başladılar. Təhsin Ağayevin yanında olarkən, o, rəis Mövlan Şıxəliyevlə telefonla danışırdı. Mövlan Şıxəliyevə kimsə kənardan suallar verirdi, o da həmin sualları Təhsin Ağayevə ötürürdü. Bildim ki, bu işdə kimsə maraqlı adam var və maraqlananda başa düşdüm ki, bu şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovdur. Suallar onun tərəfindən M.Şıxəliyevə verilirdi, o da T.Ağayevə ötürürdü".

Mətləb Mustafayev sifarişin səbəbini belə izah edir: "2011-ci ildə Kərəm Həsənov məni heç bir günahım olmadığı halda, guya, "öz ərizəmlə" tutduğum vəzifədən azad etdi. Mən bununla bağlı Xətai rayon Məhkəməsinə müraciət etdim və o mülki iş hələ də sürünür. Məhkəmələrin heç biri qəti qərar qəbul edə bilmirlər. Çünki Kərəm Həsənovun əli çox uzundur. Onun şantajından, böhtanından, Eldar Mahmudovla olan yaxınlığından qorxan məhkəmə instansiyaları da heç bir qəti qərar qəbul edə bilmirlər".

"Elçin Quliyev qardaşıma nə dedisə, iki gün sonra intihar etdi"

Şikayətçinin dediyinə görə, o, sifarişçinin kim olduğunu bildikdən sonra da, əvvəlki kimi başqalarına böhtan atmaqla bağlı ifadə vermək təkliflərini tamamilə rədd edib: "Qardaşım, 31 il MTN-də işləmiş, bu orqanın fəxri əməkdaşı, Qarabağ müharibəsi veteranı, 2011-ci ildən polkovnik rütbəsi daşıyan Mustafayev Malik Nəriman oğlu nazir Eldar Mahmudovun qəbuluna girərək, mənə qarşı aparılan bu kampaniyaya son qoymağı xahiş edib. Eldar Mahmudov isə ona bildirib ki, "sənin qardaşın Mövlan Şıxəliyevin, Elçin Quliyevin tələb etdiyi ifadələri verməsə, nəinki onu, sənin bütün qohum-əqrəbanı həbs etdirəcəyəm". Bunun nəticəsi də o oldu ki, 17 oktyabr 2014-cü il tarixdə kiçik bacım Hümbətova İradə Nəriman qızının yaşadığı Binəqədi rayonu Rəsulzadə qəsəbəsindəki həyətə Elşən Murtuzovun rəhbərlik etdiyi 10 nəfərlik qara maskalı şəxslər daxil oldular. Onları avtomat gücünə həyətə çıxararaq, özləri ilə gətirdikləri narkotiki evə qoymaq istəsələr də, alınmadı. Evin altını üstünə çevirdilər və öz məqsədlərinə çata bilmədən çıxıb getdilər. Qardaşım bu hərəkətlərdən sonra özünə gələ bilmədi".

Mətləb Mustafayevin sözlərinə görə, qardaşının intihar etməsi də bu məsələ ilə bağlı olub. "Qardaşım 1 noyabr 2014-cü ildə Elçin Quliyevin qəbuluna getdi. Elçin Quliyev qardaşıma nə dedisə, iki gün sonra öz yaşadığı həyətdə özünü asaraq intihar etdi", deyən M.Mustafayev vurğulayır ki, qardaşının ölümündə günahkar kimi Elçin Quliyevi, keçmiş nazir Eldar Mahmudovu və digər adını çəkdiyi MTN əməkdaşlarını görür, onlar barəsində ciddi ölçü götürülməsini xahiş edir: "31 il MTN-də xidmət etmiş qardaşımın ailəsinin başına bunu gətirənlər görün sadə vətəndaşın başına hansı oyun gətirə bilirlərmiş".

Malik və Mətləb Mustafayevlərin atası Mustafayev Nəriman Əmrah oğlu da ölkə başçısına müraciətində oğlunun ölümünə səbəb olan şəxslərin cəzalandırılmasını xahiş edir. 

"14 gün əvvəl azadlığa çıxmışam"

Videomüraciət yayıldıqdan sonra redaksiyamızla yenidən əlaqə saxlayan Mətləb Mustafayev açıqladığı məsələlərlə bağlı özünün və yaxınlarının həyatına təhlükə ola biləcəyini bildirdi: "MTN-də təqsirləndirildiyimi Cinayət məcəlləsinin 228.1. (Qanunsuz olaraq odlu silah əldə etmə və saxlama) maddəsi üzrə Nəsimi rayon Məhkəməsində Babək Pənahovun çıxardığı hökm ilə 2 il müddətinə azadlıqdan məhrum edildim. Bakı Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynov da hökmü qüvvədə saxladı. Həmin müddətin bir il bir ayını çəkdikdən sonra, iki həftə əvvəl - 19 oktyabr 2015-ci ildə azadlığa çıxdım. Məhkəmənin qərarı ilə cəzamın ikidə bir hissəsini çəkdikdən sonra cəzanın qalan hissəsindən azad edildim. Hesab edirəm ki, açıqladığım məsələlərlə bağlı özümə və yaxınlarıma qarşı təhlükə ola bilər. Ona görə də daxili işlər naziri Ramil Usubova "Bizim Yol" qəzeti vasitəsilə müraciət edərək, təhlükəsizliyimizin təmin edilməsini xahiş edirəm". 

Komitədə susqunluq

Mətləb Mustafayevin Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov barəsində səsləndirdiyi fikirlərlə bağlı Komitədən mövqe öyrənməyə çalışdıq. Qurumun mətbuat Xidmətinin rəhbəri Qulu Xəlilovun 050 235 **** nömrəli telefonuna zəng edərək, "Bizim Yol" qəzetindən olduğumuzu dedikdə, sualı dinləmədən, "iki dəqiqə sonra zəng edin, indi digər telefonla danışıram" deyə cavab verdi. Bundan sonra etdiyimiz çoxsaylı zənglərə isə Qulu Xəlilov cavab vermədiyi üçün, Kərəm Həsənovun mövqeyini öyrənə bilmədik. 

Pərviz Həşimli "cinayətinin izləri", İran vətəndaşları "Rza və Hüseyn"...

Jurnalist Pərviz Həşimli də 2013-cü sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatla saxlanılıb, evində və iş yerlərində axtarış aparılıb.  MTN-in rəsmi məlumatında evindən və maşınından silah-sursat tapıldığı bildirilib. Sentyabrın 18-də Pərviz Həşimli barəsində həbs-qətimkan tədbiri seçilib və MTN-in İstintaq Baş İdarəsi tərəfindən P.Həşimliyə və onunla birgə saxlanan Təvəkkül Qurbanova qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri ilə ittiham irəli sürülüb. İlk gündən ittihamları rədd edən Pərviz Həşimli peşə fəaliyyətinə görə həbs edildiyini, Təvəkkül Qurbanovun yalandan ifadə verərək onun üzünə durduğunu bəyan edib. 

Maraqlıdır ki, Pərviz Həşimlinin də cinayət işi MTN-in istintaq idarəsinin müstəntiqi Elşən Murtuzov tərəfindən aparılıb. P.Həşimli də məhkəmədə bildirib ki, MTN-də ondan yüksək vəzifədə olan şəxslərin əleyhinə böhtan xarakterli ifadələr almağa cəhd göstəriblər. Həmçinin Pərviz Həşimliyə qarşı irəli sürülmüş ittihamda da Mustafayevin işində olduğu kimi, "Hüseyn və Rza adlı İran vətəndaşları"ndan silah alındığı və həmin şəxslərin istintaq tərəfindən müəyyən edilmədiyi qeyd olunurdu.

P.Həşimli məhkəmədə dəfələrlə bəyan edib ki, ona qarşı bu saxta ittihamlar Antiterror Mərkəzinin sabiq rəis müavini İlqar Əliyev tərəfindən hazırlanıb. Jurnalistə həbsdə olduğu vaxt işgəncələr, şirnikləndirici təkliflər verilərək ondan başqa şəxslərin əleyhinə ifadə verilməsi tələb edilib. Bütün zorakılıqlara baxmayaraq Pərviz Həşimli bu təkliflərdən imtina edib.    

"Müstəntiq Elşən Murtuzov isə gəlib burada suallara cavab verməlidir. Əgər Təvəkkülün İran vətəndaşları Hüseyn və Rza ilə görüşü barədə istintaqda məlumat vardısa, niyə onu həmin vaxt alış-veriş edəndə həbs etmirdilər? Gəlib cavab versin ki, niyə saxlanılan gün məndən Əli Nağıyev, Cavid Qurbanovu tanıyıb-tanımadığım, onların mətbuata hansı sifarişli yazılar ötürməsi, MTN-in əleyhinə yazdığım yazılar barədə suallar verirdi?"  - deyə Pərviz Məhkəmədə bildirmişdi.

Ancaq Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 may 2014-cü il tarixli hökmü ilə Pərviz Həşimli 8 il azadlıqdan məhrum edilib. 24 dekabr 2014-cü ildə Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bu il oktyabrın 27-də isə Ali Məhkəmə kassasiya şikayətini təmin etməyib. 

Rəşad VAQİFOÄžLU

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]