Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Daha bir əsgəri iflic edib evinə göndərdilər (FOTOLAR/VİDEO)

Daha bir əsgəri iflic edib evinə göndərdilər (FOTOLAR/VİDEO)
Bölmə :
Reportaj
Yayım tarixi :
15/1/2013 [13:09]
Baxılıb :
dəfə
Məhəmməd Cəlilov: «Komandir oğlumu soyuq su altında çimizdirəndən sonra üç nəfərin yerinə karaula çıxardıb»
«Dedilər ki, bundan sonra nə görəcək, nə yeriyəcək, nə də danışacaq. Get rayona yasa hazırlaşÂ»

Hərbi xidmətdə əsgərlərin döyülərək, ya da başqa səbəbdən qeyri-döyüş şəraitində ölməsi, şikəst olub geri qayıtması adi hala çevrilib...

Ceyhun Qubadovun döyülərək öldürülməsi hadisəsi soyumamış növbəti əsgər döyülməsi xəbəri Salyandan gəldi. Rayonun Yenikənd kəndində yaşayan Cəlilovlar ailəsi 2010-cu ilin oktyabrın 12-də evin böyük oğlu Davud Cəlillini hərbi xidmətə göndərib. Əsgər andiçməyə qədər Lənkəranda yerləşən “N” saylı hərbi hissədə xidmət keçib. Andiçmədən sonra isə əsgər hərbi xidməti Sərhəd Qoşunlarının Şəki şəhərində yerləşən “N” saylı hərbi hissəsində davam etdirib. Ilk 11 ay Davud Cəlilli üçün normal keçib. Bu müddətdə o, məzuniyyətə çıxaraq ailəsinin yanına gəlib. 10 gündən sonra yenidən hərbi xidmətə yollanan əsgərin problemləri başlayıb. Belə ki, məzuniyyətdən qayıdandan bir neçə gün sonra halı pisləşib və onu Bakıda metronun “Gənclik” stansiyasının yaxınlığında yerləşən, Sərhəd Qoşunlarının hospitalına yerləşdiriblər. Həkimlər Davud Cəlillinin huşsuz olduğunu görüb ürəyində problem yarandığını düşünüblər. Müayinədən keçirərək, ürəyində heç bir qüsur olmadığını müəyyənləşdirib yenidən Şəkiyə qaytarıblar.

Əsgər hospitalda olarkən ailəsinə zəng edib. Başına gələnləri anasına danışıb. Bildirib ki, ciddi problemi yoxdur və yenidən hərbi hissəyə qayıdır.

Şəkiyə qayıdandan sonra, təxminən bir ay ərzində Davud Cəlillidən xəbər çıxmır. Ailəsi dəfələrlə övladının qulluq etdiyi hərbi hissənin zabitlərinə zəng etsə də, onunla danışa bilmir. Bu vaxtlarda isə əsgər tibb məntəqəsində müalicə olunurmuş. Ikinci dəfə Davudu hospitala gətirəndən sonra ailəsi onun səhhətində ciddi problemlər olmasından xəbər tutur.

“Oğlumu incidərək onu müalicə edirdilər”

Əsgərin anası Zərxanım Cəlilova deyir ki, oğlunun xəstə olması onlardan gizlədilib: “Birinci dəfə hospitaldan qayıdandan sonra üç həftə tibb məntəqəsində olub. Biz dəfələrlə onunla əlaqə saxlamağa çalışsaq da, heç bir nəticəsi olmayıb. Növbəti dəfə hospitala yerləşdiriləndən sonra bizə xəbər verdilər. Dərhal Bakıya getdim. Ancaq məni içəri buraxmadılar. Dedilər ki, valideynin övladının yanına buraxılmaması barədə komandanın əmri var. Kor-peşiman Salyana qayıtdım. Üstündən bir neçə gün keçəndən sonra yenidən hospitala getdim. Bu dəfə də buraxmadılar”.

Əsgərin anası övladını görmək üçün beş dəfə hospitala gedir və hər dəfə komandanın əmri olduğu üçün içəri keçə bilməyəcəyini ona deyirlər: “Altıncı dəfə hospitala gedəndə özümə söz verdim ki, nə olur-olsun Davudla görüşəcəm. Yenə içəri keçməyə icazə vermədilər. Axşama kimi hospitalın həyətində oturdum. Həkimlərdən biri hospitala gələndə mənim görüş üçün gözlədiyimi görüb içəri keçirdi. Oğlumu görəndə tanımadım. Pis gündə idi. Davuda ac qarnına o qədər dərman vermişdilər ki, ağzından qan gəlirdi. Qollarını da çarpayıya bağlamışdılar. Sistem vurmaq üçün qollarında damar tapa bilmədiyi üçün sinəsinə vururdular. Iynəni bədəninə keçirmək üçün maqqaşdan istifadə edirdilər. Bu hala görən kimi səs-küy qaldırdım. Ancaq heç kim səsimə səs vermədi. Dedim ki, jurnalistləri bura gətirəcəm, hər yerə şikayət edəcəm. Yenə bir xeyri olmadı. Cavabında bildirdilər ki, nə istəyirsən get elə. Biz əlimizdən gələn hər şeyi edirik”.

Zərxanım Cəlilova deyir ki, oğlu 14 ay hospitalda yatıb: “Mən də ayda bir-iki dəfə rayona gedib yenidən hospitala qayıdırdım. Ora Davud xidmət etdiyi hərbi hissədən əsgərlər də gəlirdi. Oğlumun bu hala necə düşdüyünü əsgərlərdən soruşdum. Mənə dedilər ki, komandir Davudu qışda soyuq suyla hamamda yuyunmağa məcbur edib. Bundan sonra onu üç nəfərin yerinə karaula çıxardıb. Karaul 2 saatdırsa, Davud 6 saat soyuqda ”naryad"ını edib. Bundan sonra o miningit olub".

“Bizə 2750 manat yardım etdilər, o da xəstəxanaya getdi”

Davudun atası Məhəmməd Cəlilov hospitalda olanda ona deyiblər ki, oğlu ömrü boyu belə qalacaq: “Dedilər ki, bundan sonra nə görəcək, nə yeriyəcək, nə də danışacaq. Get rayona yasa hazırlaş. Bu söhbətdən sonra lap pis oldum. Hər yerə şikayət edim. Heç bir nəticəsi olmadı. Sonradan bizə dedilər ki, oğlunuzu Türkiyəyə müalicəyə göndəririk, sənədləri hazırlayın. Yoldaşımın sənədləri qaydasında olmadığı üçün belə qərara gəldik ki, qaynımın oğlu Davudla getsin. Onun sənədlərini hospitala aparanda bizə dedilər ki, ehtiyac yoxdur, üç nəfər Davudla Gülhanə xəstəxanasına gedəcək”.

Davud üçün hospitaldan hazırlanan sənədlərə diqqət yetirəndə 15.03.2012-ci ildə Türkiyəyə getdiyinin, 31.03.2012-ci ildə geri qayıtdığının qeyd edildiyi görünür. Ancaq ailəsi övladlarının Türkiyəyə aparılmasına inanmırlar: “Bu sənədlərin yalan olduğunu düşünürük. Bizə dedilər ki, Gülhanə xəstəxanasının həkimləri əsgərin ora gətirilməsinin əleyhinə olub. Guya burada ona qoyulan diaqnoz düz imiş. Əvvəla, buna inanmıram. Gülhanə kimi dünyaca məhşur olan bir xəstəxana belə rəy verə bilməz. Son ana qədər kömək edər. Ikincisi də, əgər xəstəxana belə demişdisə niyə 16 gün oğlumu orada saxladılar? Elə müayinənin cavabını alan kimi geri qaytarardılar da? Sənədə atılan möhürü saxta hesab edirəm. Bunlar üçün nə var, hər şey öz əllərindədir, istədiyi saxtakarlığı edə bilərlər”.

Davud Cəlilli 14 ay Sərhəd Qoşunlarının hospitalında qalandan sonra onu oradan çıxarıblar. Ailəsinə Dövlət Sığorta şirkəti 2750 manat yardım etdiyindən əsgəri metronun “Qara Qarayev” stansiyasının yaxınlığında yerləşən 4 saylı vərəm dispanserinə aparıblar: “Pulumuz qurtarandan sonra həkimlər dedilər ki, heç cür yardım edə bilmirik”.

Bu ilin yanvarın 12-dən isə Davud Cəlilli evində müalicə alır. Indi onun sağ tərəfi tamam iflic vəziyyətdədir. Nə görür, nə də danışır. Yalnız anasının səsindən onu tanıyır.

“Hər yerə şikayət etdik. Mehriban Əliyevanın rəhbərlik etdiyi fonddan tutmuş nazirliklərə qədər. Heç kim bizə kömək eləmədi. Oğluma əlillik dərəcəsi və təqaüd almaq üçün rayonun tibbi-sosial ekspert komissiyasına müraciət etdik. Artıq iki aydır ki, bizi get-gələ salıblar. Əgər oğluma əlillik dərəcəsi və təqaüd verilsə o pulla Davudu Irana aparıb müalicə edərdik. Ancaq günü-günə calamaqla vaxt öldürürlər, övladımız isə əldən gedir”, - deyə Cəlilovlar bildirir.

Bu məsələdə ən maraqlı cəhət Davudun hərbi xidmətə yararsız olması barədə hərbi hissə komandirinin verdiyi sənəddir. Belə ki, hərbi biletdə müvafiq sərəncama əsasən Cəlilli Davud Məhəmməd oğlunun hərbi xidmətə yararsız olduğu əsas gətirilərək təxris ediblər. Təxrisin olunduğu tarix isə 26.04.2012-ci ildir.

Davud Cəlilli 2010-cu ilin oktyabrında hərbi xidmətə gedib. Iflic olmasaydı 2012-ci ilin aprelində hərbi hissədən təxris olunmalı idi. Iflici isə hərbi xidmətinin bir ilində olub. Nədən bu 6 ay ərzində onu ordudan təxris etməyiblər, vaxtı bitənə qədər yararlı saxlayıblar? Bu sual cavabını gözləyir, eləcə də əsgərin niyə iflic olunmasına da aydınlıq gətirilməlidir... (azadliq.info)

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]