Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Şirinliyin əvəzini iyrəncliklə ödəmək

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
30/10/2015 [22:02]
Baxılıb :
1423 dəfə

Bu gün hələ sizin qapınızı döyüb "Şirniyyat, yoxsa murdarçılıq" kimi qlobal seçim qarşısında qoyan olmayıbsa, diksindirib qorxutmayıblarsa, vahiməyə salıb iyrəndirməyiblərsə, deməli siz xoşbəxtsiniz və sivilizasiya iyrənc təklifləriylə qapının ağzını hələ kəsdirməyib. Hellouin adlı qəribə bayram sizin həyatınıza soxulmayıbsa, deməli nə Amerika, nə də Qərbin əli hələ sizə çatmayıb. Siz hələ də yüzilliklər əvvəl olduğu kimi dəbdən düşmüş  qorxularınızla başhabaş qalmısız. Elə özünüz də əski inamlarınızla artıq dəbdən düşmüsüz, ən azı övladlarınızın qarşısında.

İndi dünya üz-gözünü murdar rənglərdə boyayıb, iyrənc obrazları imitasiya edib adamları qorxutmaqla məşğuldu. Qəribə mübadilədir, Şərq bütün ən gözəl nemətlərini, tapıntılarını, nailiyyətlərini Qərbə ötürüb özü çirkab içində yaşayır. Bu uğurları bir o qədər uğurla mənimsəyən Qərb isə şadlığına şıllaq atır sanki. Əldə edilmiş nemətlərin qədrini bilməyərək, demokratik ölkədə, azadlıqlar və maddi rifah içində yaşayıb bunları sanki vecinə almayaraq qəribə obrazlara girməyi, rahat həyatına qara və boş zəngləri qatmağı normal sayır. Bu azmış kimi üstümüzə qorxudub iyrəndirməkdən başqa bir mənası olmayan bayramlar və ənənələr göndərir. 

Hellouinin tarixcəsini oxuyub lap heyrətlənirsən: xeyr ola, cəmi müqəddəslərin günü ərəfəsində camaatın ürək-göbəyini niyə salırsız? Baxırsan ki, katolik kilsəsi sabahısı gün bütün müqəddəslərini yad eləməlidi. Amma bizdə toy axşamı olan kimi bunlarda da günün ərəfəsində qapı-qapı düşüb şirniyyat dilənirlər. Özü də bunu bizim Novruzdakı kimi abır və həya ilə deyil, üzünə buldur-buldur baxıb "Ya şirniyyat ver, ya da əvəzində murdarçılıq alacaqsan" deyib görkəmiylə ürəyini bulandırırlar. Verməyənlər də olur, əvəzində elə böyük murdar sürprizlər alır ki… Bu bir yana, millət qapısını eybəcər obrazlarla, sanki qorxu və vahimədən ağzı açıq qalmış balqabaq fənərlərlə bəzəyir. Sonra da internet mənbələrində ağıllı görkəmlə belə yazırlar: "Bu qorxulu obrazlar həmən gün evinizə hücum çəkə biləcək təhlükəli varlıqları qorxudub qaçırmaq üçündür". 

Hellouin Şotlandiya və İrlandiyadakı qədim kelt tayfalarının bayramı sayılır və ingilisdilli xalqlarda qeyd olunur. İngilis dili vasitəsilə süzülərək günümüzə soxulan bu bayramın daha qədim kökləri olduğunu da deyirlər. Samayn adlı mərasim ayini ölüm simvolu olan qışın gəlişi ilə bağlı idi və həmişə payızın son gunləri qeyd olunurdu. Sonradan kilsə xalq arasında olan bu bayramı özününküləşdirmək məqsədilə (onsuz da xalq öz ayinlərini yerinə yetirəcəkdi) müqəddəslər gününü də bu ərəfəyə saldı. Bəziləri düşünür ki, həmin gün o dünya və bu dünya arasındakı darvazalar açılır və ola bilər ki, evinə gəlmək imkanı qazanan nəslin ölmüş nümayəndələri ilə birgə dünyamıza ziyanverici ruhlar da soxulsun və onları mütləq gic-gici balqabaqlar, iyrənc makiyajla qorxudub qaçırmaq olar. Bir qədər də xırdaçılıq eləyək, sanki bu dünyanın adamları o biri dünyadakılara acıq verib, "Bir baxın, biz sağıq, sizsə ölüb getmisiz, çürüyüb torpağa qarışmısız. Hələ əbədiyyətə tam qovuşa bilməmisizsə bizi də narahat etməyin" deyib ölüləri qorxudaraq skeletlər dişlərini ağardır və sümüklərini cingildədir.  Bu dünyadakılar o dünyadan yaman qorxurmuş.

Bunun bizə dəxli yoxdur - deyə bilmərik. Avropanın qorxulu personajları artıq çoxdandı ki, filmlər, musiqi və geyim dəbi vasitəsilə evimizin yuxarı başında bardaş qurub oturub. Hellouin bayramı bu gün ən çox tərtibatı, ən zəngin personajları olan bir tədbirdir. İyrəncliklər xalqın ürəyincə imiş. Görün nə qədər dəhşət filmləri və bütöv industriyanı aksesuarlarla təmin edən studiyalar, şirkətlər, cəmiyyətlər var. Vampirlər, klonlaşma, gen mühəndisliyi səhvlərindən doğulmuş eybəcərlər, qatillər,  manyaklar və psixlər uşaqlarımıza yeni obrazlar və uyğun tərtibat aşılayır. Keçən əsrin əvvəllərinədək oxumaq bilən zümrənin ən koloritli, istiotlu-duzlu,  qorxulu obrazları zəngin olan, təpəgözlü, lampadan çıxan cini olan "1001 gecə" nağılları bu fonda son dərəcə məsum görünür. Şərq sevgi və macəralarla dolu sehrli nağıllarını  dünyaya yayıb əvəzində vampir saqaları, barmaq əvəzinə bıçaq gəzdirən, sevməyi bacarmadığından qadını yalnız doğraya bilən personajları aldı. Bu elə Hellouin bayramının şüarına da uyğundur. Uşaqlar qapınızı döyüb "Şirniyyat, yoxsa murdarçılıq?!" deyə soruşmalıdı. Siz də evdə-eşikdə olandan, ya da xüsusi bişirdiyinizdən paylaşmalısız. Yoxsa əvəzində qapıdan narazı getmiş uşaqların qisasını öz gözlərinizlə görəcəksiz. Bu bayram xaricilərin bizə olan münasibətini o qədər dəqiq aydınlatdır ki… 

Bir gün verməyin, onda görərsiz!

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]