Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Müharibədən sonra əlilə çevrilən qəhrəman…

Müharibədən sonra əlilə çevrilən qəhrəman…
Bölmə :
KİVDF
Yayım tarixi :
15/1/2013 [10:57]
Baxılıb :
2138 dəfə
Rüxsarə Cumayeva ölkə rəhbərliyindən kömək istəyir
Qarabağ uğrunda 2500-dən çox Azərbaycan qadını da vuruşub

Qarabağ uğrunda döyüşdə yaralanmış əsgərləri çiyinlərində daşıyaraq ölümdən xilas edən qəhrəman qadın, Bakı sakini, II qrup Qarabağ əlili Rüxsarə Cumayeva ilə həmsöhbət olduq.  

R.Cumayeva Zaqatala rayonunun Bəhmətli kəndində anadan olub. Uzun müddətdir Bakıda məskunlaşıb. O, anadangəlmə sol omba nahiyəsindən travma alıb. Qarabağ uğrunda savaş başlayanda Zaqatala hərbi komissarlığına müraciət edərək könüllü olaraq döyüş bölgəsinə gedib: “O vaxt 2 saylı taxıl məhsulları kombinatında işləyirdim. Onda meydanda aclıq edən 8 nəfərdən biri mən idim. Axsaya-axsaya döyüş bölgəsinə, birbaşa cəbhə xəttinə yollandım. Qələndər İsmayılovun dəstəsində, Şahin Mirzəyevin polkunda tibb işçisi olmuşam. Çiynimdə 40 kilo dava-dərman yükü Fərrux dağını aşmışam. Daşaltı əməliyyatında, Mehmaniyyə döyüşlərində olmuşam. Yaralananlara tibbi yardım göstərmişəm. İnsanların həyatını bacardığım qədər xilas etmişəm. Öz işimi yerinə yetirərkən yaralanmışam. Sol ayağımdan və sağ əlimdən qəlpə yaraları almışam. Amma cəbhə xəttini tərk etməmişəm. Torpaq uğrunda ölüm-dirim savaşına atılan 93 əsgərimizə tibbi xidmət göstərmək üçün məndən başqa adam yox idi. Yaralı olsam da onları səngərdə köməksiz qoyub hospitala getmədim. Bir dəfə də ön xətdən dərman dalınca Ağdama qayıdanda “BMP”-nin üstündən axsayan tərəfimə yıxıldım. Allah qorudu. Az qaldım “BMP”-nin altına düşəm. Amma yenə geri qayıtdım. Bunlar 20 il əvvəl olan hadisələrdir. O vaxtdan bəri omba sümüyümdə az miqdarda ağrı var idi. Amma üç aydır ağrılarım şiddətlənib. Daha ağrıya dözə bilmirəm".
R.Cumayeva bildirir ki, hazırda ayağımda kəskin ağrılar var: “Gecələr buna dözməyirəm. Şirin yuxudan ayılandan ayaqlarımı masaj etdəndə qızım səsimə ayılıb, "anam haran ağrıyır" soruşanda mən ona bildirmək istəməsəm də, o mənim ağrılarımı görür. Gücü çatdığı qədər kömək və dəstək olmağa can atır. Əgər mən doğrudan əməliyyat olunmasam oturaq durum yarana bilər. Daha 3 metr məsafədə hərəkət edə bilmirəm. 12 yaşı olman qızı Rəqsanənin dəstəyinə ehtiyacım var”.

“Həmin zamanlarda 7 oğlan və mən”

Onun sözlərinə görə əməliyyat olunması üçün arzuolunan məkan Türkiyənin xəstəxanalarıdır. İndi baxımsız qalan bu qəhrəman qadın bütün müayinələrdən keçdiyini, amma əməliyyat üçün maddi imkanının olmadığını bildirdi: “Bakı Şəhər Səhiyyə İdarəsinə müraciət etdim. Müayinələrdən keçdim. Sol tərəfimə protez qoyulmalıdır. Bud sümüyümün başı hər iki tərəfdən sınıb. Əməliyyatın yaxşı sonuclanması üçün əsas yer Adana Xəstəxanasıdır. Həkimlərin dediyinə görə bud sümüyü yeyilib. Əməliyyat üçün 20 min manat gərkədir. Qəzetiniz vasitəsi ilə dövlət başçısı İlham Əliyevdən, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevadan xahiş edirəm ki, əməliyyat üçün maddi və mənəvi köməklik etsinlər.
Dövlətdən ev və maşın da almamışam. Nəsimi Rayon İcra Hakimiyyəti məni heç qəbul etmir, qeydiyyata almır.
Qanlı Qarabağ döyüşlərinin “Tutu” ləqəbli ilə tanındığını deyən Ruxsarə Cumayeva tələbəlik illərində Bakıda Meydan Hərəkatında aktiv iştirak edib. 1989-cu il ilin dekabrında rus qoşunlarının dəyənəklərinə məruz qalıb. Həmsöhbətimiz yaşadıqlarını belə nəql edir: “Həmin zamanlarda 7 oğlan və mən aclıq aksiyası keçirmişdik. Aksiyanı keçirməkdə məqsəd Qarabağda və İravənda baş verən hadisələrə etiraz idi”.

““20 yanvar” faciəsini də yaxşı xatırlayıram”

“Tutu” Bakı Dövlət Universitetinin filologiya fakültəsinin 4-cü kursunda oxuduğu halda Qarabağda yaralılara şəfa vermək məqsədilə, sonradan Tibb Texnikumunun hazırlıq kursunu bitirir. Bir müddət Bakıda Hərbi Hospitalda çalışdıqdan sonra cəbhə bölgəsinə yollanır: “Orta məktəbi bitirəndən sonra indiki Azərbaycan Dövlət Neft Akademiyasına qəbul oldum. Universitetdə qiyabi oxuyurdum, 2 nömrəli Taxıl Kombinatında işləyirdim. Həmin illər meydan hərəkatı dövrünə düşdüyü üçün orada fəal iştirak edirdim. Lakin buna görə məni həm işdən, həm də universitetdən qovdular. “20 yanvar” faciəsini də yaxşı xatırlayıram. Yaralıların tibb mətəqələrinə çatdırılmasında iştirak etmişəm. Həmin hadisələrdən sonra “Papanin”də yerləşən hospitalda (indiki Mərkəzi Hərbi Klinik Hospital -müəl.) ştatdankənar işlədim. Hospitalın rəisi Vaqif İbrahimov idi. Cərrahiyyə şöbəsində Ümidvar adlı doktorla birgə çalışırdım. Hospitalda kiçik tibb bacısı işləyir və Qarabağdan gələn yaralı insanlara qulluq edirdim”.

Niyə “Tutu”?

Komandirinin İsmayılov Qələndər adlı şəxs olduğunu bildirən Ruxsarə xanım belə davam edir: “Həmin şəxs cəbhə yoldaşlarım da mənim necə xidmət etdiyimi təsdiqləyə bilərlər. Daşıdığım ləqəbə gəlincə cəbhədə əsgərlər mənə “Tutu” ləqəbini verdilər. “Qaraca qız” filminin baş qəhrəmanı olan qaraçı qızı Tutuya bənzədiyim üçün belə deyirdilər. Qaraca, arıq qız idim. Bəzi əsgərlər mənim əsl adımı belə bilmirdilər. Hamı “Tutu” deyirdi. Amma onları inandıra bilmirdim ki, mən həmin qız deyiləm. Əsgərlər elə bilirdilər mən bilərəkdən boynuma almıram. Məndən soruşurdular ki, “ayağınızı ilan çalandan sonra axsamağa başlamısınız?” Mən də zarafatla onlara deyirdim ki, ilan məni yox, Ağcanı vurub. Mən sadəcə həmin zəhəri təmizləmişəm”.

Fevralın 18-də Bakıya gəlir və sonra atəşkəs elan olunur: “Hazırda heç bir şəraitim yoxdur, ölkəni tərk edə bilərəm də. Amma, ölkənin azadlığı, ərazisi uğurunda gedən döyüşlərdə qan axıb. Ali baş komandanın əmrini gözləyirəm, müharibəyə yollanım!”.

“Və müharibəyə getdim”

1990-cı ildə tibbi yardım aparılarkən Qarabağ gedir: “Qarabağa 23 yaşımda, 1991-ci il yanvarın 24-də də getdim, çünki tibb bacısı çatışmırdı. Tibb məntəqəsi Nəbilər kəndində bir fermada yerləşirdi. İlk gördüyüm əlil Elçin adlı şəxs oldu. Müharibənin acı nəticəsi ondan yan keçmədi, qolu kəsildi. Əməliyyatdan sonra o, “mən sevgilimi necə qucaqlayacam axı?” dedi. Mən Qarabağa ona görə getdim ki, əlilliyin nə olduğunu bilirdim. Müharibədə hər şey ola bilər, kimsə yaralana bilər ona kömək edə bilim. Kiminsə düşmən gülləsinə tuş gəlib əlil ola biləcəyini də düşündüm. Və müharibəyə getdim. Oradan qayıtmaq niyətim yox idi, ölə bilərdim, əsir düşə bilərdim. Allahın qisməti məni saxladı. Sözün açığı mənim Qarabağa getməyimə əlil olduğum üçün icazə vermirdilər. Unversiteti prinsipə oxumuşam, göstərmək istəmişəm ki, əlillər cəmiyyət üçün yararsız deyil, həmçinin müharibədə də...”

Ağrılı Daşaltı əməliyyatı...

O, Daşaltı əməliyyatını da ağrılı xatırlayır: “Daşaltı dərədə yerləşir. Həmin hərbi əməliyyatda milli ordunun və “OMON”un dəstələri var idi. Ağır itkilər oldu... Müharibədə könüllülər, “oblova” nəticəsində gələnlər və hərbi xidmətə çağırış müddəti çatanlar var idi. Düşmən ordusu döyüşçülərimizi mühasirəyə alıb qırdılar. Lakin, bu əməliyyatda özümüzün gülləsinə tuş gələnlər oldu. Lakin bu, bilərkdən belə olmayıb. Könüllülər döyüşlərdə öndə gedirdilər, təlim keçməyənlər isə arxada idilər, hara gəldi atırdılar. Bu döyüşdə nə qədər yaralı, girov götürülən, şəhid olub bilmirəm. Lakin, müharibə illərində ən az yaralı döyüşdən çıxartdığım 86 nəfər olub. Bu da Mehmani döyüşüdür. Canyata, Çıldıran, Dranbom, Susərsəngi, Yeddi Xırman, Fərrux dağı ətrafında döyüşlərdə və sair əməliyyatlarda iştirak etmişəm. Döyüşsüz, yaralısız, şəhidsiz torpaq düşmənə verilməyib. Təkçə mən 3 şəhidin cənazəsini və 12 yaralını döyüşdən çıxarmışam. Tankçı Baloğlan isə itkin düşdü. Şahidiyəm ki, o, ön xəttə doğru getdi və geri dönmədi. Onun haqqında hələ də bir məlumat yoxdur. 1992-ci il mayın 8-da Şuşa işğal olunanda mən Ağdamda, 3-cü taborda idim. Mayın 9-da indi Şəhidlər Xiyabanında uyuyan Aydını Ağdamda itirdik. Aydıngil kəşfiyyata gedəndə düşmən gülləsinə tuş gəlib”.

2533 döyüşçü qadın var…

Müsahibimiz qadın döyüşçülərdən danışır: “Əlində silah olan qadın döyüşçülər də var idi. Gülpəri, Kəmalə (“Qaqani” ləqəbli), Nurcan və s. Tanıdığım yaxşı snayperçilərdən biri Növrəsdə xanımdır. İndi yadıma düşməyən, tanımadığım döyüş iştirakçısı olan qadınlar da var. Əlil, şəhid olan qadınlar, “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş isə iki xanım var. Mənə də qəlpə dəyib, 18 insana qan vermişəm. Gülarə xanımın yazdığı kitabda mənim haqqımda olan məlumatın başlığı belədir: “18 qardaşın 1 bacısı”. Onlara can sağlığı arzulayıram və buna görə də heyfsilənirəm. O zaman qadın döyüşçülərə münasibət yaxşı idi. Mən gördüyümü, bildiyimi deyirəm. Dövlət statistikasına əsasən Qarabağ müharibəsində Azərbaycanın 2533 döyüşçü qadını var”.

Ramid İBRAHİMOV

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında hazırlanıb.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]