Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Məhdud məsuliyyətli məmurlar

Bölmə :
Köşə
Yazar :
Vüqar Goran Adıgözəlov
Yayım tarixi :
29/10/2015 [12:17]
Baxılıb :
1334 dəfə
Arxada buraxdıqları çirkli cığırlar daim onlar üçün təhdiddir

Təəssüflə qeyd etməliyəm ki, dövlətimizin çox nüfuzlu orqanlarında və rəhbər vəzifələrində özlərini məhdud məsuliyyətli hesab edən yüksək vəzifəli məmurlar az deyil. Özlərini toxunulmaz sayan bu məhdud məsuliyyətlilər qanunvericilikdə olan boşluqlardan istifadə etməklə külli miqdarda sərvət əldə edərək, nəinki vətəndaşlara, həqiqi iş adamlarına, artıq dövlətə belə problem yaratmağı bacarırlar. Son günlərdə möhtərəm Prezidentimizin ortaya goyduğu prinsipial mövqe bizə bir daha əsas verir ki, bu məhdud məsuliyyətli məmurlara qarşı cəmiyyətin ziyalı zümrəsi öz sözünü deyərək, Prezidentə bu islahatları aparmasında yardımçı olsunlar.


Baxın, dəfələrlə son bir neçə ildir ki, cənab Prezident bu məmurlara başa salmağa çalışır ki, onlar xalqın qulluqçularıdır və öz fəaliyyətlərində ictimai rəyi, vətəndaş mövqeyini nəzərə almalı, vətəndaş hüquq və azadlıqlarına hörmətlə yanaşmalı, onların probleminin həllini öz ruh halları, maraqları, istəkləri çərçivəsində yox, qanun çərçivəsində həll etməlidirlər. Nəzərə alsaq ki, bu məmurların hamısı normal insanlardır və vəzifəyə götürülərkən ən azından sağlamlıq arayışı təqdim ediblər, dəməli bunların islah olunmamasının səbəblərini bir az dərində axtarmaq lazımdır. Yəni xalq bu problemləri inqilabi ruhla, hay-hüylə, kor-korani tələblərlə yox, normal tələb və təkliflərlə ortaya qoymalıdır. Bu məhdud məsuliyyətli məmurların korporativ maraqları o dərəcədə bunları həvəsləndirmiş və gözlərini bağlamışdır ki, artıq korporasiya halında mövqe ortaya qoymaqla, nəinki iş adamlarını, vətəndaşları, dövlətin imicini belə nəzərə almadan azğınlıq törədə bilirlər.
Tam səmimi olaraq deyirəm, dünyada, eləcə də ətraf coğrafiyamızda olanlara yüngülvari göz atmaq kifayətdir ki, Azərbaycanda yaranmış bu sabit mühitin qorunmasının nə qədər önəmli olduğunu qəbul edəsən. Dövlətin nüfuzlu qurumlarında kifayət qədər əxlaqlı, cəsarətli, vətənpərvər məmurlarımız var ki, onların özləri belə artıq islahatların aparılmasının labüd olduğunu başa düşürlər. Təəssüflə qeyd edirəm ki, belə təkliflərlə çıxış edən sıravi məmurları yüksək vəzifəli məhdud məsuliyyətlilər asanlıqla ləkələyib sıradan çıxarmağı bacarırlar. Nə yazıq ki, bu məhdud məsuliyyətlilər "qisas qiyamətə qalmaz", "balıq bilməsə də, xaliq bilər", "Allah bilir kənddə filankəs kimdir" kimi dəyərli atalar misallarını nəzərə almırlar.

Axı oturub hər şeyi bir adamdan ummaq ədalətsizlikdir. Mən məhdud məsuliyyətli məmurlar deyərkən, yüksək vəzifəli məmurları nəzərdə tuturam, çünki xırda vəzifəli məmurlar, qanun yox, əmr icraçılarıdır. Ən təhlükəli xətt üzərində dayanan da onlardır, çünki yuxarıda qeyd etdiyim yüksək vəzifəli məhdud məsuliyyətli məmurlar onları hər an qurban verməyə hazırdırlar, ən dəhşətlisi də odur ki, bu qurbanlar susmağa məcburdurlar, çünki arxada buraxdıqları çirkli cığırlar daim onlar üçün təhdiddir. 

Məhdud məsuliyyətli məmurların mənşəyi, yaranma səbəbi və inkişafının kökündə nə durur? Birincisi: qəbul edilmiş qanunlar çox vaxt deklarativ xarakter daşıyır. Yəni qanunları qəbul edəndə onların icra mexanizmi də işlənməlidir ki, belə məhdud məsuliyyətlilər yaranmasın. Yəni onlar həmin deklarativ xarakterli qanunları əllərində bayraq edərək, onu yuxarıda qeyd etdiyim kimi öz ruh hallarına və maraqlarına uyğun icra edirlər. Belə məhdud məsuliyyətli məmurların özləri üçün yaratdıqları bu münbit bürokratik atmosferdən könüllü olaraq imtina etmələri şübhə altındadır. Qorxudan olsa belə, qismən imtina edərlər. Yəni əsassız yoxlamalar, lisenziyalar, haqq tələb etmə, bunlar aysberqin görünən tərəfidir. 

Mən sizə maraqli bir misal çəkim. Məsələn, Sinqapurda hər hansı bir vətəndaş avtomobil almamışdan əvvəl o avtomobili almaq hüququ əldə etməlidir. Bu nə deməkdir? Yəni avtomobili əldə etmək hüququna malik olmaq üçün alacağı avtomobilin dəyərini hansı formada qazanması, həmin avtomobili istifadə və saxlanılması üçün nəzərdə tutulan xərcləri qanuni yolla əldə edib-etməməsi, həmin qazancdan müvafiq vergiləri ödəməsi haqda deklarasiya təqdim edir. Sözdə sadə görünən bir misaldır. 

Azərbaycan reallığında bu qanun bir az fərqlidir. Yəni daşınar və daşınmaz əmlakları almaq hüququnu əldə etmək haqda qanun qəbul edilərsə, məmur atasının çəkdiyi bir imza ilə qazanılmış külli miqdarda çirkli pullara alınmış, dünyanın ən bahalı avtomobilini idarə edən çocuk onu bizim üstümüzə sürməz. Şəhərimizdə inşa edilmiş yüzlərlə hündür binalarda ağlasığmaz qiymətlərə satılan mənzillər real qiymətə satılar ki, həmin binalarda da gecələr işıq yansın, çünki normal iş adamı, əgər binanın əsl sahibi məmur deyilsə, tikdiyi binadakı mənzillərin satışında maraqlı olmalıdır, bina kimi durmasında yox. Heç bir kafe, restoran, şadlıq evi, otel sahibi, əgər həmin əmlak yüksək çinli məmura yox, ona məxsusdursa, oradan müştəri qaçırmağa yox, daha çox müştəri cəlb etməyə maraqlı olub, normal qiymət və qulluq göstərməlidir. Ancaq reallıqda həmin obyektlərin sahibi kimi görünənlər işlədi-işləmədi, yüksək əmək haqqısını alıb, həmin obyektlərə "qarovulçuluq" etməklə kifayətlənir. 

Həm mətbuatda, həm də telekanallarda dəfələrlə bu məsələlər qaldırılır. Hamı da bir-birinə sual verir - niyə otellər bu qədər bahadır? Qardaş, oteli işlədən sahibkar olsa, bazara baxar, qiymət qoyar. Niyə şadlıq evlərində bu qədər israfçılığa yol verilir? Məhz, şadlıq evlərinin təklif elədiyi şərti qəbul etməyənə "get, xeyir işini başqa yerdə keçirt" deyən şəxs əsl iş adamı deyil, yüksək rütbəli məmurun, şadlıq evini yüksək əmək haqqı ilə işlədən qohumudur. Camaat da məcburdur ki, razılaşsın - toyunu küçədə etməyəcək ki. Nə qoyduqları qiymət reallığa uyğundur, nə göstərdikləri "nəzakət" və xidmət. Bu məsələlər haqqında daha geniş, daha aydın danışmaq olar. Yəni yuxarıda göstərdiyim qanuna oxşar bir qanun qəbul edilərsə, mən biləsi belə əmlakların üçüncü şəxslərin adına alınması, çirkli pulların belə dövriyyə yolu ilə təmizlənməsi də mümkünsüz olar. 

Azərbaycanda, bütün inkişaf etmiş dövlətlərdə olduğu kimi, dövlətin aparıcı dayaqlarından biri olan qanunvericilik səlahiyyətinə malik Milli Məclis var və bir neçə gündən sonra həmin Milli Məclisə seçkilər keçiriləcək. Vətəndaşlarımız bilməlidir ki, Milli Məclisin kifayət qədər peşəkar hüquqşünaslara ehtiyacı var, çünki bu qanunlar və onların icra mexanizmi Milli Məclisdə hazırlanıb qəbul edilməlidir. Bu, sıradan bir orqan deyil. Əgər belə problemləri kökündən həll etmək istəyiriksə, iqtisadi amnistiya elan olunması qaçılmazdır. Reallığa obyektiv və səmimi münasibət bəsləməliyik. Hamımızın bildiyi, lakin pıçıltıyla danışılan həqiqətlər var. Biz hərdən sentimental hisslərə qapılıb, ideal cəmiyyət, ideal dövlət haqqında düşünə bilərik, lakin dünyanın heç bir yerində nə belə bir dövlət, nə də nöqsansız quruluş yoxdur. Sadəcə olaraq biz maksimum çalışmalıyıq ki, qanunlarımız bizim həyatımızı elə nizamlasın ki, bunun üçün hər dəfə dövlət başçısının müdaxiləsinə ehtiyac qalmasın. Yəni 24 il əvvəl müstəqillik qazanmış Azərbaycanda 200-300 illik müstəqillik tarixi olan hansısa dövlətlərin dəyərlərinin kor-koranə deklarativ formada tətbiqi cəmiyyətdə daha xoşagəlməz hallara gətirib çıxarda bilər. 

İqtisadi amnistiya və gəlirlərin deklarasiyası haqda qanunun qəbul edilməsi ümumilikdə sovetlər dövründən bu günümüzə qədər gəlmiş, oturuşmuş bir çox neqativ halları tamamilə aradan qaldırar. Dünya təcrübəsində önəmli tarixi hadisələrdən, keçid dövründən sonra belə qanunlar tətbiq edilmişdir. Yəni bu və ya digər formada, keçid dövründən, zamandan, məkandan istifadə edərək qazandıqlarını nə xarici dövlət banklarında saxlamağa ehtiyac olar, nə qohumların və üçüncü şəxslərin adına rəsmiləşdirilmiş əmlakları, böyük şirkət və korporasiyaları gizlətməyə ehtiyac qalar. Üstəlik, həmin məhdud məsuliyyətli məmurların tutduğu vəzifələrdən "beş günlük dünyadır" deyib, "harda qırılar, qırılsın" məntiqi ilə, "onsuz da hamısını əlimdən ala bilməyəcəklər" düşüncəsinə hakim olaraq daha artıq azğınlıq etmələrinin qarşısı alınar. 

Ola bilsin, bu təklifim birmənalı qarşılanmasın, amma bu reallıqla barışmaq məcburiyyətindəyik. Gələcək iqtisadi inkişafımız üçün də həm iqtisadi amnistiyanın, həm də gəlir deklarasiyası haqqında qanunun qəbul edilməsi çox önəmlidir. Çirkli pullar, qara iqtisadiyyat onsuz da var, bu qanunların qəbulu isə həmin çirkli pulların dövriyyəsinə və qara iqtisadiyyatın varlığına olan ehtiyacı aradan qaldıracaq. Bəlkə bundan sonra, bu məhdud məsuliyyətli məmurlar məsuliyyət hiss edib, imana gəlib, xalqın onları əfv etdiyini başa düşüb, bu xalqın hesabına qazandıqlarını xalqa yüksək əmək haqqı, maaş formasında qismən də olsa, qaytarmaqla bölüşməyi özlərinə rəva bilsinlər. 

Hər dəfə möhtərəm Prezidentimiz öz çıxışlarında ictimaiyyətdən dəstək istəyir və insanlardan bu hallara laqeyd qalmayaraq münasibət bildirməsini tələb edir. Lakin keçmiş proletar rejiminin, ateist təfəkkürün, repressiv düşüncənin qalıqları inqilabi ruha üstünlük verərək islahatları, qanunvericilik təşəbbüsünü qəbul etmirlər. Mən hesab edirəm ki, bu həssas məqamda Azərbaycanın bir dövlət kimi islahatlara və qanunvericilik təşəbbüsünə daha çox ehtiyac var. Gündəlik həyatımızda artıq adiləşmiş neqativ halların kifayət qədər olmasına baxmayaraq, son illər ərzində aparılan bu qədər müsbət islahatları görməzdən gəlmək olmaz. Amma nə qədər ki, biz qanun çərçivəsində belə yüksək çinli məmurları sorğulaya bilməyəcəyik - onlar özünü məhdud məsuliyyətli hesab edəcəklər.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]