Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Zamanın sınağından çıxan təhsil ənənələrimiz

Bölmə :
Köşə
Yazar :
Nadir Israfilov
Təqdimat :
Ekspert
Yayım tarixi :
22/10/2015 [23:20]
Baxılıb :
1291 dəfə
“İstər şirin, istərsə acı olsun, xatirə insana əzab verir...” - F.M.Dostoyevski

Yəqin bir çoxlarımız da bu qənaətdəyik ki, əgər belə demək olarsa, ekran-efir cihazından səslənən hər hansı bir fikir, göstərilən hər hansı epizod insanların nəinki əxlaq və davranışlarına, eləcə də psixoloji durumuna, hətta bilavasitə səhhətinə belə təsir edir, tamaşaçı və dinləyicidə nostalji hisslər oyadır. Bəlkə də elə bunun nəticəsidir ki, xüsusilə son vaxtlar televiziya kanallarında elmimizin, mədəniyyətimizin, incəsənətimizin keçmişinə, tarixi ənənələrinə daha geniş yer ayrılması, digər tərəfdən bir sıra bayağı, şou xarakterli verilişlərin dayandırılması haqqında fikirlərin səsləndirilməsi, qərarların qəbul edilməsi tendensiyası özünü daha qabarıq şəkildə büruzə verir. Tamaşaçı zövqünə daha yaxın olan "Keçmişə salam", "Yada düşər xatirələr" və s. bu qəbildən olan verilişlər, retro kino filmlər, yaxın və keçmiş tariximizlə bağlı sənədli xronikalar izləyicilərin maraq və diqqətini daha çox cəlb edir, getdikcə özünə geniş auditoriya toplayır. 

Artıq heç kəsə sirr deyil ki, hər bir dövlətdə vətəndaş cəmiyyətinin demokratik inkişaf yoluna qədəm qoymasında təhsil əhəmiyyətli rol oynamaqla yanaşı, həm də dövlətin təməl daşı və millətin gələcəyi kimi də xarakterizə edilir, cəmiyyətin keçəcəyi inkişaf yolu əsasən bu sahəyə münasibətin səviyyəsindən asılı olur. Kimin hansı münasibət bəsləməsindən asılı olmayaraq, bir təkzibolunmaz  fikirlə razılaşmalıyıq ki, cəmiyyətdə mövcud olan problemlərin əksəriyyətinin kökü məhz təhsildən qaynaqlanır. Məktəbin və cəmiyyətin vəziyyəti arasında həmişə bir eyniyyətin olması fikri ölməz Hüseyn Cavidin hələ "Həsb-hal" məqaləsində dahiyanə şəkildə vurğulanmışdı: "Bir millətin hər halını tədqiq etmək üçün ən doğru meyar, ən kəsdirmə yol o millətin məktəbləridir". Məşhur bir aforizmdə deyildiyi kimi, yer üzündəki şərtlərin düzəlməsi, elmi kəşflərdən çox sınanılmış bir həyat nizamının reallaşmasına bağlıdır.

Bu mənada hər dövrün öz ənənəsi, öz xatirəsi, yaddaşı var. Heç də əbəs yerə deyil ki, müstəqilliyimizin ilk illərində qəbul edilən Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramında təhsil sahəsində toplanmış potensialı saxlamaq və inkişaf etdirmək vəzifəsi əsas məqsədlərdən biri hesab edilmiş və o da xüsusi olaraq vurğulanmışdı ki, "xalqımız Sovet təhsil sistemi vasitəsilə dünya mədəniyyətinə qovuşmaq, elmin qabaqcıl nailiyyətlərini mənimsəyərək gənc nəslə ötürmək, müxtəlif sahələrdə qabaqcıl elmi ideyalarla silahlanmış yüksək ixtisaslı milli kadrlar hazırlamaq imkanını əldə etmişdir".

Danılmaz faktdır ki, məktəb illərimizin, təhsillə bağlı fəaliyyətimizin səmimi, qayğısız, problemsiz keçid illərini yaşamışıq. Nə yazıq ki, bir müddət kəsiyində bu illərdən bəri oturuşmuş sistemin ən yaxşı ənənələrini unutduq, yenilik həvəsilə keçmişimizə biganəlik göstərdik. Nəzərə almadıq ki, zamanı qabaqlamaq mümkün olan şey deyil, çünki zaman bizdən sürətlidir. Bir də ki, bəzən nədənsə hər şeyin tez olmasını istəyirik, özümüzü də yoruruq, ətrafımızdakıları da. Beləliklə bütün həyatımız yorğunluqla, əlavə problemlərlə üzləşməklə keçir. Halbuki...
Platondan soruşurlar: "İnsanlarda ən çox müşahidə etdiyiniz və sizi ən çox təəccübləndirən hal nədir?" Platon cavab verir: "Uşaq olanda böyüməyə can atırlar, böyüyəndən sonra isə uşaqlıqları üçün darıxırlar. Pul qazanmaq üçün səhhətlərini korlayırlar, sonra sağalmaq üçün pullarını xərcləyirlər. Gələcəyə görə narahat olduqları üçün bu günü rahat yaşamırlar. Beləliklə heç vaxt ölməyəcək kimi yaşayıb, heç nə yaşamamış kimi ölürlər". 

Söhbətin şirin yerində bu Platon hardan yadıma düşdü heç özüm də bilmədim. Hər halda, bu da bir xatirədir, özü də daha çox xatırlamalı və digərlərinə də xatırlatmağa ehtiyacı olan əski bir xatirə. Uzun illər keçməsinə baxmayaraq bugünki kimi yadımdadır, məktəbə yeddi yaşından gedərdik. Bu yaşa qədər isə şən və qayğısız uşaqlıq həyatını yaşayardıq. Sanki, dövlət də, elə cəmiyyətin hər bir üzvü də "xəstə tələsər, armud vaxtında yetişər" el məsəlini bilirmiş kimi bu prinsipə ciddi yanaşardılar. Məktəb seçmək, övladını yaxşı müəllimin sinfinə qoymaq valideynlərimizin ağlına belə gəlməzdi. Çünki bütün məktəblər eyni səviyyədə, bütün müəllimlər eyni hazırlıqda idilər. Vahid məktəbli formasının olmasına baxmayaraq, buna məcburiyyət yox idi. Lakin hər kəsdən  məktəbə "üst ağ, alt qara" geyim dəstində gəlmələri tələb olunurdu. Bütün yazı işləri mil-mil və damalı deyilən iki qəpiklik dəftərlərdə aparılardı. Dərslik komplektindən savayı yeganə əlavə tədris vəsaiti "hüsnxətt" dəftəri idi ki, bu da hərflərin yazılış qaydalarına ciddi riayət olunmasına xidmət edərdi. 
O zamanlar on il oxuyardıq. Təhsilin ibtidai pilləsini başa vurduqdan sonra imtahan vərdişləri qazanardıq. İlkin olaraq 5-6-cı siniflərdə iki, 7-8-ci siniflərdə üç, 9-10-cu siniflərdə isə artıq dörd fəndən imtahan verərdik. İmtahan biletləri martın sonu, aprelin əvvəlləri üç qəpik dəyərində kitab mağazalarında satışa çıxarılardı. Hər bir biletin konkret sualları əsasında imtahanlara hazırlaşardıq. İmtahana bir neçə gün qalmış neçə bileti tam, neçəsini isə yarımçıq öyrəndiyimizi, hətta imtahandan neçə qiymət alacağımızı belə bəri başdan bilərdik. Nə keçilərdisə, biletlərə də o salınardı, nə öyrədilərdisə, o da soruşulardı. Heç bir artıq-əskikliyə yol verilməzdi. İndiki oxuyanlarla müqayisədə az məsrəflə çox şey öyrənərdik, özü də bilavasitə lazım olanını.

Dərsdən çıxdıqdan sonra evə gəlib, tələm-tələsik çörəyimizi yeyib yenidən məktəbə qayıdardıq. Hər vəchlə çalışardıq ki, fakultativ məşğələsinə gecikməyək. Axı, dərsliklərdə olmayan bir çox əlavə materiallar və dərs prosesində lazımi dərəcədə mənimsəyə bilmədiyimiz biliklər məhz bu məşğələlər vastəsilə öyrədilirdi. Fakultativdən sonra kimisə üzv olduğu dram dərnəyində, kimisə özfəaliyyətin digər sahəsində məşğul olardı. O vaxtlar sonradan maraq kursları adlandırılan fakultativ və dərnək məşğələləri indiki kimi heç də müəllimlərin dərslə təminatı maraqlarına xidmət etmirdi.
"Müəllimlər günü", "8 mart Beynəlxalq qadınlar bayramı" ərəfələrində kitab mağazalarına, qəzet köşklərinə üz tutub müəllimləri təbrik etmək üçün daha münasib və nəfis "otkrıtka" seçiminə çıxardıq. Xətti pis olanlar öz ürək sözlərini böyük qardaş və bacılarına yazdırardı. İmkan olan yerdə isə xüsusi kiçik emalatxana rolunu oynayan köşklərdə xəttatlara müraciət edilərdi. Sonralar öyrəndik ki, bu "otkrıtka" adlandırdığımız üç qəpiklık əlvan karton parçasına dilimizdə "açıqça" deyilirmış. İmkan daxilində müəllimə ən böyük hədiyyəmiz o zamanlar dəbdə olan "Krasnaya Moskva" duxisi olardı. Bu üç rubla olan ətir məmulatını müəllimin qəbul edib-etməyəcəyini düşünməkdən səhərəcən yata bilməzdik. "Müəllim" sözün bütün mənalarında bizim üçün  böyük nüfuz simvolu,  şəxsiyyət etalonu idi. 

Müəllimin daim öz üzərində çalışmasına, ixtisasının təkmilləşdirilməsinə, şəxsi təhsilinin artırılmasına, böyük önəm verilərdi. Bu məqsədlə hər bir məktəbdə fənn metodbirləşmələri fəaliyyət göstərərdi, belə birləşmələrin yerlərdə dayaq məntəqələri yaradılardı. Ən yaxşı müəllimlərə "metodist müəllim" adı verilərdi. Bir çox tanınmış metodistlər yerli təhsil orqanlarına ştatdan kənar metodistlər kimi cəlb olunardı. Təəssüf ki, yenə də adını çəkmək məcburiyyətində qaldığım Misir Mərdanovun "islahatları" nəticəsində məktəb inspektorlarını "məsləhətçi"yə çevirərək, məktəblərin qapılarını məsləhət verməli olan metodistlərin üzünə bağladılar.

Yeri gəlmişkən, İTV-nin dünənki tok-şousu təhsilimiz üçün son dərəcə aktual bir məsələyə, elə bəhs etdiyimiz metodistlərin və metod mərkəzlərin təhsildə rolu və yeri məsələsinə həsr olunmuşdu. Verilişdə müzakirəyə dəvət olunan Təhsil Nazirliyinin və Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəsmiləri metodistlər və metodmərkəzlə bağlı məsələnin aktuallığını qeyd etməklə yanaşı, bu sahədə olan vəziyyətin və həlli yetişən məsələlərin zəruriliyinə toxunduğu məqamda bir telefon zəngi qaldırılan problemin üstündən bir qırmızı xətt çəkdi. Telefon açan təhsil ictimaiyyətinə az-çox tanış olan bir xanım dünya təcrübəsindən misal gətirərək, metodistlərə ümumiyyətlə ehtiyac olmadığını bəyan etdi. Veriliş iştirakçısı olan digər bir məktəb müəlliməsi olan xanım da onun sözünə qüvvət verərək, metodistlərin səviyyəsinin müəllimlərin səviyyəsindən aşağı olduğundan onların xidmətinə lüzum görmədiyini, bu məqsədlə elektron vasitələrin imkanlarına istinad edilməsinin effektinə əminlik yaratdı  Bu xoşagəlməz müdaxilələr heç şübhəsiz ki, geniş auditoriyası olan bir verilişin məramına və formatına xələl gətirməyə bilməzdi. Digər təəssüf doğuran cəhət isə o idi ki, rəsmilər belə bayağı bəyanatları sükutla qarşıladılar. Çoxsaylı metodist ordusunun rəhbərlərindən birinin verilişə dəvət almaması isə heç cür başa düşülən deyil.

Televiziyadan söz düşmüşkən, bir vaxtlar Azərbaycan televiziyasında ikinci proqram kimi təqdim olunan bir kanal var idi. Bu kanal mütəmadi olaraq təhsillə bağlı müxtəlif səpgili verilişlər hazırlayar və yayımlayardı. Təhsil Nazirliyinin bu boşluğu doldurmaq yolunda "Təhsil Televiziyası"nı yaratmaq təşəbbüsü təqdirəlayiq hal olub, bu vasitə yolu ilə təhsil sahəsində baş verən bütün xəbər və yeniliklərdən məlumat almaq baxımından irəliyə doğru atılan bir addım kimi qiymətləndirilməlidir. Ümid edək ki, maarifləndirici proqramların çoxluğu və dolğunluğu təhsilimizin daha səmərəli təşkilinə və inkişafına müəyyən töhfə verə biləcək.

Qəpikdən çox danışdıq. Bəlkə də mənim heç də tam olmayan, sadəcə olaraq bir anlığa yadıma düşən bir neçə xatirəmin heç üç qəpiklik dəyəri olmamasını düşünənlər də olsun. Çünki artıq dəyərlər dəyişib. Bircə onu deyə bilərəm ki, dəyərləri dəyişən də, ona qiymət verən də elə özümüzük. Son onilliklərdə təhsil sahəsində nə qazandığımızı zaman göstərəcək. Amma bütövlükdə qazandıqlarımızı itirsək, xatirələrdə qalmış bir həzin melodiyada səsləndiyi kimi... "bax bu böyük dərd olar". Unutmayaq ki, keçmiş ənənələrimizə dair xatirələr gələcəyimizi qurmaqda ən təsirli stimul və etibarlı örnəkdir, çünki bu ənənələr zamanın sınaqlarından çıxaraq insan psixologiyasında silinməz iz buraxıb. Görünür, daim fikirlərində ziddiyyət axtarmağa çalışdığımız Dostoyevski "istər şirin, istərsə acı olsun, xatirə insana əzab verir" qənaətinə gəlməsində haqlı imiş. Həqiqətən də xatirə insana böyük təəssüf hissi yaşadan təsirli emosiyadır.

Gəlin, bir çox milli və bəşəri dəyər və ənənələrimizə diqqət və sayğı göstərdiyimiz kimi, ciddi səylər və böyük zəhmət hesabına əldə etdiyimiz təhsil dəyərlərimizi və ənənələrimizi də qoruyub saxlayaq, bu şərəfli və məsuliyyətli missiyada əlimizdən gələni əsirgəməyək.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]