Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

“İncə qatil”in qurbanları

“İncə qatil”in qurbanları
Bölmə :
Araşdırma
Yayım tarixi :
18/6/2012 [22:29]
Baxılıb :
2134 dəfə
Azərbaycanda Hepatit C sürətl yayılır
Öldürücü virusia yoluxan vətəndaş ömrünün hər gününü pulla satın alır

“İncə qatil” adlandırılan bu virusun dünya alimləri HİV-dən yüksək sürətlə yayıldığını və bəşəriyyət üçün daha böyük təhlükə yaratdığını bildiriblər. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə planet əhalisinin 3 faizi artıq bu virusa yoluxub. Söhbət Hepatit C virusundan (bundan sonra HCV) gedir.  
Məlumat üçün deyək ki, HCV müstəqil virus kimi ilk dəfə 1989-cu ildə kəşf edilib. Hazırda dünyada hepatitlərin 6 növü - B, C, D, E və nisbətən az rast gəlinən F və G qeydə alınıb. Bu virusa yoluxanların 80 faizində xəstəlik xroniki hala keçir. Bu səbəbdən virus uzun illər orqanizmdə qalaraq, ən son mərhələdə - əsas həyat funksiyalarına malik orqanları, ən əsası qaraciyəri sıradan çıxardıqdan sonra aşkarlanır. Bəzi hallarda yoluxmaya baxmayaraq, virus orqnizmin daxili imkanları hesabına məhv edilə bilər.

Öldürücü virus niyə yayılır?

Azərbaycan Səhiyyə Nazirliyinin məlumatına görə, 2009-cu ildə ölkədə 339, 2010-cu ilin 11 ayında isə 199 nəfərin HCV-yə yoluxma faktı qeydə alınıb. “Azərbaycan təbabətinin müasir nailiyyətləri” adlı jurnalda isə göstərilir ki, 2000-2009-cu illərdə Bakı və Naxçıvanda bu və ya digər xəstəliklərə görə qanları analiz olunan, həmçinin könüllü qan verən 18-60 yaş qrupuna daxil olan 50 min nəfərdən çox şəxsin orta hesabla 4,5 faizinin HCV-yə yoluxduğu aşkarlanıb. Onu da yazaq ki, bu virusa yoluxmuş Azərbaycan vətəndaşlarının dəqiq statistikası aparılmır. Bunu həkimlər də etiraf edir.
Qeyd edək ki, HCV stomatoloji kabinetlərdə, manikür-pedikür salonlarında lazımi təhlükəsizlik qaydalarına riayət olunmaması zamanı, əməliyyatlar zamanı, həmçinin yoxlanılmamış qanköçürmələr zamanı insana yoluxa bilər. Hepatitlərə yoluxma mənbəyi olan yerlərdən biri də abort kabinetləridir. Abortların sayı çox olduğu üçün bir kabinetdə gün ərzində 10-a yaxın abort aparılır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2010-cu ildə Azərbaycanda 26 min 800 abort faktı qeydə alınıb. Ancaq qeydiyyata düşməyən faktların sayı daha çoxdur. Hər rayonda uzağı 1-2 abort kabinetinin fəaliyyət göstərdiyini nəzərə alsaq, xüsusilə vakkum abort aparatlarında hər dəfə azı 2 saat vaxt tələb edən zəruri streilizə prosesinin aparılmasına vaxt baxımından imkan olmur. Bu vəziyyət abort etdirən hər 10 qadından 7-8-nin hepatitlərə yoluxma riskinə məruz qaldığını göstərir.

Adilə xanım: «10 günə 1300 manat xərcimiz çıxdı»

“Dörd il əvvəl səhhətimdə problemlər yarandı. Özümü yaxşı hiss etmirdim, ürəkbulanma və halsızlıq var idi. Bir özəl klinikada qan analizi verdim. Qanımda “Hepatit C” virusu çıxdı. Əvvəlcə inanmadım. Bir neçə özəl klinikada, hətta Rusiyadakı xəstəxanalardan birində yenidən qan analizi verdim. Hamısı virusa yoluxduğumu təsdiqlədi. Bir il ancaq analizlərə vaxt sərf etdim. Həm də imkansızlıq oldu, müalicəyə başlaya bilmədim qaraciyərimdə serroz aşkarlandı”. Bu sözlər Aidə xanıma məxsusdur. O, virusa necə yoluxduğu haqda çox düşünüb. Deyir ki, nə abort masasında olub, nə də əməliyyat olunub. Manikür-pedikür xidmətlərindən istifadə etmirəm. Ancaq stomotoloji kabinetdə yoluxa bilərəm.
“Rusiyada həkimlər dedilər 6 aylıq xəstəxana rejimində qalmalısan. İmkansızlığa görə iki aydan sonra Azərbaycana qayıtdım. Bir aydan da sonra bədənimə su yığıldı. Sulutəpədə bir həkim ev şəraitində xəstələri müalicə edirdi. Onun yanına getdik, amma yazdığı müalicə əks təsir göstərdi. Su bədənimdə daşlaşdı. Sonra yaxınlarım bir özəl klinikada E.H. adlı həkimin yanına apardılar. O, öz xanımını da eyni xəstəlikdən müalicə edibmiş. Həkim 10 günlük müalicə kursu yazdı. 10 günə 1300 manat xərcimiz çıxdı. Həqiqətən xeyir etdi. Sonra iki kurs müalicə də yazdı. İkincini etdim, amma üçüncü kurs üçün 800 manata ehtiyacımız var idi, alınmadı. Yenə bədənimə su yığıldı. İndi müalicəni axsatmamağa çalışıram ki, yenə həmin hala düşməyim”.
Aidə xanım son resepti göstərərək dərmanların qiymətini sadalayır. Bu kurs üçün o, 500 manat xərcləməlidir. Deyir 300 manatlıq dərman almışam. Qalanına pulum çatmır. “Bir iynənin 5 kapsulu 80 manatdır. Alman istehsalı 150 manatdır, mən Rusiya istehsalı alıram ki, ucuz çıxsın. Bir də sistem var ki, onu həmişə vurdurmalıyam. Axırıncı dəfə 20 dənə yazdı. 19 dənəsini aldım. 20-ciyə gücüm çatmadı. Bir dənəsi 45 manatdır”.
Aidə xanım müalicənin çox baha olduğunu bildirir. Bir ildə 7-8 min manat xərcimiz çıxır. O, səhhətində vaxt keçdikcə daha çox problem yarandığını deyir. “Çox vaxt ağrıkəsici iynələr vurulur. Çətinliklə hərəkət edirəm. Pilləkan çıxa bilmirəm. İsti havalarda da üşüyürəm, əllərim qıc olur. İştahadan kəsilmişəm. Bədənimdə zülal qəfildən yox olur. Tez-tez kapilyar damarlar partlayır. Bədənimdə göyərtilər əmələ gəlir. Xaricdən gətirilə biləcək bahalı drəmanlar var. Həkim deyir onlardan istifadə etsəm 15 il ömrüm uzana bilər. O da bir ilə 13 min manat edir”.

Qazaxıstan qədər olmadıq

Məlumat üçün qeyd edək ki, ABŞ Milli Sağlamlıq İnstitutunun qiymətləndirmələrinə görə, HCV səbəbilə meydana gələn serrozların sayı ildə 15 min nəfərdən yuxarıdır. Sirrozun yeganə effektiv müalicə yolu qaraciyər transplantasiyasıdır. Bu prosedurun dəyəri dünyada 100-150 min dollar aralığında dəyişir.
Azərbaycanda isə hələ də hepatitlərə yoluxma riski yüksək olan əhali qruplarının müayinə və müalicəsi dövlət təminatına götürülməyib. Belə qruplara AİDS-li, hemofiliyalı, talassemiyalı, xroniki böyrək çatışmazlığı olan xəstələr daxildir. Avropa və ABŞ-da hepatitlərə yoluxmuş insanlar tibbi sığorta sistemi sayəsində demək olar ki, tam pulsuz müalicə olunurlar. Yalnız qaraciyər serrozu yaranan zaman həyata keçirilən qaraciyər transplantasiyası qismən ödənişlidir. Buna görə də bütün dünyada diqqət hepatitlərin profilaktikası və əhalinin məlumatlandırılmasına yönəlib. 1992-ci ildən başlayaraq Avropa və Amerikada donor qanının HCV-yə yoxlanması həyata keçirilir ki, bu da qanköçürmə yolu ilə virusun yayılma səviyyəsini kəskin şəkildə aşağı salıb. Bu sahədə ən nümunəvi ölkə Qazaxıstan sayıla bilər. Hökumətin qəbul etdiyi qərara əsasən 2011-ci ildən etibarən ölkədə bütün HCV-yə yoluxanların dövlət hesabına müalicəsinə başlanılıb. Bu iş 2010-cu ildə Qazaxıstanda qəbul edilmiş proqramı çərçivəsində həyata keçirilir. Proqramda 2011-2015-ci illərdə hepatit virusuna yoluxmuş uşaqların, 2011-ci ildən etibarən isə həm də böyüklərin virus əleyhinə preparatlarla təmin olunması nəzərdə tutulur. 2010-2011-ci illərdə yoluxma riski yüksək olan tibb işçiləri və tələbələrin müalicəsi üçün hökumət xaricdən dərman preparatlarının alınmasını həyata keçirib.
1992-ci ildən etibarən bütün inkişaf etmiş dünya ölkələrində donor qanının hepatitlərə yoxlanması həyata keçirilməyə başlanıb.
Ölkəmizdə 2011-ci ildən etibarən yalnız AİDS-li xəstələrin HCV-yə dair diaqnostik skrininqinə və müalicəsinin dövlət hesabına aparılmasına başlanıb. Onu da deyək ki, ölkədə hepatitlərin müasir tələblərə uyğun səviyyədə və obyektiv diaqnostikasını aparan dövlət laboratoriyası yoxdur. Qaraciyərin biopsiyasını həyata keçirən peşəkar klinistlər, əldə olunan nəticələri düzgün yorumlayan morfoloq-mütəxəssislər, həmçinin hepatitlərin effektiv və müasir tələblərə uyğun müalicəsini həyata keçirə bilən peşəkar həkimlər yox dərəcəsindədir.

Gülnarə Hüseynova: «Hemofiliyalı və digər qan xəstəsi olan vətəndaşların əksəriyyəti HCV yoluxub»

“Sağlamlığa Çağırış” QHT Alyansının İdarə Heyətinin sədri Gülnarə Hüseynova deyir ki, Azərbaycanda 1425 nəfər hemofiliyalı və digər qan xəstəsi olan vətəndaş var. Bu xətələrin yaşlı kateqoriyasının (25-30 yaş və daha yuxarı) 95 faizi HCV virusuna yoluxub. “Əksəriyyətinə yoxlanılmamış qan köçürülüb. Bu virus elədir ki, insan yoluxandan 3 ay sonra qanda çıxa bilər. Qanın saxlanma müddəti də 3 aydan azdır. Amma qanın plazmasını 6 ay saxlamaq mümkündür. Və donorların qanları yoxlanılmalı, sonra xəstələrə köçürülməlidir”.
G. Hüseynova deyir ki, hazırda uşaq xəstələrdə yoluxma təhküləsi yoxdur. Çünki onlara təzə qan köçürülmür. Müalicədə təhlükəsiz, virusdan 2-3 dəfə təmizləmiş dərman preparatlarından istifadə olunur. Bu preparatlar Səhiyyə Nazirliyi tərəfindən uşaqlara təmənnasız verilir.
Azərbaycan Diabet Cəmiyyətinin sədri Möminat Ömərova hazırda ölkəmizdə 150 mindən çox diabetli xəstənin olduğunu deyir. Ancaq, onların neçəsinin HCV virusuna yoluxması barədə məlumat yoxdur.
“Həkimlərə deyirdim, qorxuram. Nəvələrim, övladlarım var. Əgər onlarla birgə yaşamaq onlar üçün təhlükəlidirsə, başqa ev tutum. Bilsəm ki nəvələrimə məndən nə isə keçib özümü öldürərəm. Dedi qətiyyən belə şeylər düşünmə. Bircə qan təmasından qorun. Hər ay 50 manat spirt, pambıq santavik, anti bakterial sabunlara xərcləyirəm. Onlar qorxma desə də, narahatam”- Bu sözləri də Aidə xanım deyir.

Necə qorunaq?

Qeyd edək ki, HCV 100 dərəcə istilikdə 10 dəqiqə yaşamaq qabiliyyətindədi. Bu isə alətlərin ən azı 150 dərəcədən yuxarı istilikdə termik steriləzədən keçirilməsini tələb edir. Buna görə, vətəndaşlar iynə vurdurarkən, həmçinin stomatoloji kabinetlərdə alətlərin sterilzə olunaraq saxlandığı zərflərin öz yanlarında açılmasını tələb etməlidirlər. Stomatoloqa gedərkən keyləşdirici dərmanın əvvəlcədən yığılmış şprisdən vurulmasına imkan vermək olmaz. Çünki diş həkimləri bir şprisə yığılan dərmanı bir neçə xəstəyə vurmaqla qənaət etməyə çalışırlar. Sterilzə və dezinfeksiya alətləri çox gözəllik salonlarında var, lakin ondan qaydalara uyğun formada istifadə edənlər çox azdır. Bu səbədən diqqətli olmaq lazımdır.

Günel Səfər

Yazıda “Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyi və “Ekspert” iqtisad jurnalı tərəfindən Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyələşdirdiyi “Azərbaycanda virus hepatitlərinin aşkarlanması, diaqnostikası, profilaktikası və peyvəndi sahəsində mövcud vəziyyətin qiymətləndirilməsi, bu sahədə dövlət siyasətinin araşdırılması, təkliflərin və siyasət sənədinin hazırlanması” sənədindən istifadə olunub. Təhqiqat Dünya Camalova və Zülfiyyə Mustafayeva tərəfindən aparılıb.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]