Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Bir milyarda yaxın insan ona həsrətdir...

Bir milyarda yaxın insan ona həsrətdir...
Bölmə :
KİVDF
Yayım tarixi :
20/10/2015 [22:34]
Baxılıb :
1474 dəfə
Bu gün 43 ölkədə 700 milyondan çox insan su çatışmazlığından əziyyət çəkir və yaxın 10 ildə bu rəqəmin 3 milyarda çatacağı təhlükəsi var

Oktyabrın 1-dən 15-dək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. Nazirliyin mətbuat xidmətindən "Bizim Yol"a verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 183 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 105 müddətli "məcburi göstəriş" verilib.

Ümumilikdə, 27 iş üzrə 29100 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 11 iş üzrə 142018 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 128 iş üzrə 20157.57 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 10, icra qurumlarına 7, məhkəmələrə isə 4 iş göndərilib.

Bəşəriyyətin su problemi

Ətraf mühit dedikdə insan fəaliyyətindən asılı olmayaraq onu əhatə edən canlı və cansız təbiətin məcmusu başa düşülür. İnsanların ehtiyaclarını ödəmək üçün  ətraf mühitdə mövcud olan torpaq, faydalı qazıntılar, bitki örtüyü, flora, fauna,  enerji mənbələrinin və suyun mühafizəsi, qorunub saxlanması olduqca əhəmiyyətlidir.

Ötən əsrin 30-cu illərinə kimi təbiətin vəziyyəti ciddi narahatlıq yaratmırdı. Bununla belə, iki əsr öncə vüsət alan elmi-texniki tərəqqi, sənayenin sürətli inkişafı nəticəsində ətraf mühitə edilən təsirlər öz mənfi nəticələrini büruzə verməyə başlamışdı. İkinci dünya müharibəsindən sonra təbiətə, ətraf mühitə qarşı münasibət ilbəil kəskinləşdiyindən ekologiya tamamilə yeni inkişafı zərurətə çevrilən elm sahəsi oldu. Artıq insanlar təbiətə olan münasibətlərini dəyişməyəcəkləri, onun ehtiyatlarından səmərəsiz istifadəyə son qoymayacaqları təqdirdə bu prosesin  onların özlərinə qarşı çevriləcəyini və arzuolunmaz nəticələrə gətirib çıxaracağını anladılar. Bu problemin gələcəkdə qlobal kataklizmlərə səbəb olacağını başa düşən alimlər, ekoloqlar öz etiraz səslərini ucaltmağa, həyəcan təbili çalmağa başladılar. Problemin ciddiliyini dərk edən  beynəlxalq təşkilatlar, dünya ictimaiyyətinin tərəqqipərvər qüvvələri məsələni daim diqqət mərkəzində saxlamağa çalışırdılar.

Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1972-ci il iyunun 5-də Stokholm şəhərində keçirilən toplantısında bu məsələ ciddi şəkildə müzakirə olunaraq, problemin kəskinliyi, əhali arasında ekoloji şüurun  yüksəldilməsi, ətraf mühitin problemlərinə diqqətin yönəldilməsinin vacibliyi nəzərə alınaraq iyunun 5-nin Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunmasına qərar verilmişdir. 1973-cü ildən etibarən həmin gün bütün dünyada təntənəli şəkildə qeyd olunmağa başlanmışdır.

2005-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş katibinin "Su çatışmazlığı probleminin həll olunması" məsələsinə xüsusi diqqət yetirilən bir müraciətində "Su çatışmazlığı fiziki, iqtisadi və təşkilati səbəblərdən zaman və məkana görə dəyişə bilər. Bu gün 43 ölkədə təxminən 700 milyon insan su çatışmazlığından əziyyət çəkir və 2025-ci ilə kimi bu göstərici 3 milyarda qədər yüksələ bilər" xəbərdarlığı yer alırdı. Baş katib hesab edirdi ki, dünyada su ilə bağlı vəziyyət qeyri-stabil olaraq qalır və su ehtiyatlarının idarə edilməsində inteqrasiya olunmuş və davamlı yanaşmaya həmişə olduğu kimi ciddi ehtiyac duyulur. Əhalinin yüksək artım templəri, istehlakın qeyri-ciddi paylanması, qeyri-effektiv idarəetmə, ətraf mühitin çirkləndirilməsi, infrastruktura uyğun investisiyanın qoyulmaması və suyun qeyri-səmərəli istifadəsi nəticəsində mövcud  ehtiyatlar sürətlə tükənmək üzrədir.

Müraciətin sonunda 2005-2015-ci illər "Həyat üçün su onilliyi" elan olunur və Birləşmiş Millətlər Təşkilatı sistemi, o cümlədən bütün maraqlı tərəflər möhkəm əməkdaşlıq əlaqələri qurmağa, daha mütəşəkkil addımlar atmağa çağırılır.

Azərbaycanın su ehtiyatları

Azərbaycanda Xəzər dənizi hövzəsinə daxil olan 8350 çay vardır ki, onların da çoxunun (7860) uzunluğu 10 kilometrdən azdır. Cənubi Qafqazın, o cümlədən də Azərbaycanın əsas su arteriyası Kür çayıdır. Böyüklüyünə və sululuğuna görə respublikanın ikinci çayı Arazdır. Respublikanın daxili suları  ayrı-ayrı bölgələr üzrə qeyri-bərabər paylanmış və onların axımının əsas hissəsi yaz dövrünə düşür. Çayların əksəriyyətinin axımı tənzimlənmədiyindən daşqın və sel sularından səmərəli istifadə etmək mümkün olmur və bu sular dənizə axır. İlin isti aylarında isə kiçik çayların bir çoxunun suyu quruyur.

Respublikamız arid quraq zonada yerləşdiyindən onun su ehtiyatları olduqca məhduddur. Yerüstü su ehtiyatları 32,2 mlrd.kbm təşkil edir və quraqlıq illərdə  22,6 mlrd.kbm-ə qədər azalır. Yeraltı su ehtiyatları 5,2 mlrd.kbm-dir. Respublikada orta illik su çatışmazlığı 4,5-5 mlrd.kbm arasında dəyişir.
Daxili suların əsas sərfi yaz dövrünə düşdüyündən və əksəriyyətinin axımı tənzimlənmədiyindən sel və daşqın sularından tam istifadə etmək mümkün olmur. Sellər və daşqınlar hər il ölkə iqtisadiyyatına külli miqdarda ziyan vurur. Qlobal iqlim dəyişilmələri ilə əlaqədar dünyada, o cümlədən Azərbaycanda müşahidə olunan uzunsürən quraqlıqlar və son 2-3 ildə çaylarda baş verən sel və daşqınlar ölkənin iqtisadiyyatına və əhaliyə xeyli zərər vurmuşdur. Erməni təcavüzü nəticəsində torpaqlarımızın 20 faizindən çoxu işğal altındadır. Odur ki, həmin ərazilərdəki sulardan istifadənin mümkünsüzlüyü su qıtlığı sahəsində respublikada yaranmış gərginliyi dərinləşdirir.

Cənubi Qafqazın ən "kasıb" ölkəsi

Respublika ərazisindəki irili-xırdalı 8359 çaydan yalnız 171-nin uzunluğu 25 kilometrdən artıqdır. 327 çayın uzunluğu 25 kilometrdən, 7861 çayın uzunluğu isə 10 kilometrdən azdır. Hesablamalara görə, Azərbaycanda çay şəbəkəsinin orta sıxlığı 0,39 kubkilometr təşkil edir. Çay şəbəkəsinin ən böyük sıxlığı Lənkəran  (0,84 kilometr/kvadratkilometr), ən az sıxlığı isə Ceyrançöl və Abşeron-Qobustan (0,20 kilometr/kvadratkilometr) bölgələrinin payına düşür.

Təbii şəraitdə respublikada çay suları şirin sulu olmaqla ümumi minerallaşma dərəcəsi 0,3-0,5 qram/litr səviyyəsindədir. Çay sularının kimyəvi tərkibində hidrokarbonat və kalsium ionları üstünlük təşkil edir. Ceyrançöl və Abşeron-Qobustan çaylarının suları isə 0,5-1,5 qram/litr və daha çox minerallaşma dərəcəsi ilə sulfatlı natriumlu kimyəvi tərkibə malikdir.

(Davamı gələn sayımızda)

ÜMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]