Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Azərbaycanda kəskin iqlim dəyişikliklərinin sirri

Azərbaycanda kəskin iqlim dəyişikliklərinin sirri
Bölmə :
KİVDF
Yayım tarixi :
20/10/2015 [09:34]
Baxılıb :
2671 dəfə
Respublikanın iqliminə atmosfer dövranı ilə bağlı olan hava axınları təsir edir

Payızın ilk günlərindən etibarən Azərbaycanda havalar kəskin dəyişib. Bölgələrdə intensiv yağışlar bir sıra problemlərə yol açıb. Xüsusən Cənub bölgəsində leysan nəticəsində evlər, əkin sahələri su altında qalıb, nəqliyyatın hərəkəti çətinləşib. 

Hidrometeoroloqların proqnozuna görə, dağlıq və dağətəyi bölgələrdə yağışların sulu qara, yüksəkliklərdə qara keçəcəyi gözlənilir.

Payızın ikinci ayı Azərbaycanda meyvə yığımının qızğın dövrünə təsadüf edir. Bağçılıq təsərrüfatlarında alma, armud, nar, heyva, xurma toplanır. Kəskin iqlim dəyişikliyi şübhəsiz ki, fermerlərə zərər vurur. 

Qeyd edək ki, hər il müxtəlif mövsümlərdə havaların kəskin soyuması, istiləşməsi, quraqlıq, yaxud yağıntılı olması Azərbaycanda iqlimin öyrənilməsini zəruri edir.   

Azərbaycanda iqlimin müxtəlifliyi iqlim əmələ gətirən amillərin xarakteri ilə bağlıdır. 
Bu amillər 2 qrupa ayrılır. 1-ci qrupa yerli amillər, 2-ci qrupa atmosferin planetar superregional sirkulyasiyası ilə bağlı olan, yəni Res-ə kənardan daxil olan amillər təsir edir. Azərbaycanın iqliminə dair ilk elmi əsərlərin müəllifi Fiqurovskidir. Azərbaycan alimlərindən Qaşqay, H.Əliyev iqlim bəhsinə dair xeyli məlumatlar toplamışdır. İqlimə təsir edən amillər arasında respublikanın coğrafi mövqeyi mühüm yer tutur.Yer səthinə günəşdən gələn radiasiyanın miqdarı İCM-dən asılıdır. İCM-in iqlim əmələ gəlməkdə tək rolu günəş radiasiyasının miqdarı və radiasiya balansını, ərazinin termik şəraitini müəyyən etməklə bitmir, həm də ərazinin planetar və regional sirkulyasiya sistemində yerini müəyyən edir. Digər amil relyefdir.Relyef həm də iqlimyaradıcı amil kimi təsiri olsa da, iqlimin bütün elementlərinə təsir göstərir. Ərazimiz subtropik qurşaqda həm də qurşağın kontinental bölməsinə keçdikdə yerləşməsi günəşli günlərin çox olmasına şərait yaradır. İl ərzində Arazyanı düzənliklərdə günəşli saatların miqdarı 2500-2800, Kür-Araz ovalığında 2000-2500 saat, buludluq çox olan ərazilərdə 1900-2200saata qədərdir. Kür-Arazda 9 gün, Naxçıvanda 38 gün buludlu hava olur. Respublikanın iqliminə atmosfer dövranı ilə bağlı olan hava axınları təsir edir. Bunlar aşağıdakılardan ibarətdir. Kara antisiklonu, Skandinaviya antisiklonu, Azor maksimumu, Subtropik antisiklonu, Cənub, kontinental,orta Asiya antisiklonları. Yerli atmosfer dövranı. Karanın təsiri qış aylarında güclü olur, bu zaman Arktika hava kütlələri. Kara və Barens dənizləriQərbi Sibirin və Şərqi Avropanın üzərindən keçməklə həm Xəzər üzərində Zaqafqaziyaya daxil olur. Azor maksimumu Şərqi Qafqazdan kənarda da yerləşəndə, həm yayda, həm də qışda Cənubi, Orta, Şərqi Azərbaycanın iqliminə təsir edir, Britaniya adaları sahəsindən materikə daxil olur. Yüksək təzyiq vilayəti şərqi Avropa düzlərinin cənub hissəsi üzərində yerləşdiyi zaman, yüksək təzyiq vilayəti-qərbi Sibir və Qazaxıstan üzərində yerləşdiyi zaman Azərbaycanın iqliminə təsir edir. Cənub siklonları Şərqi Zaqafqaziya Orta Xəzərə çıxdıqda, Orta Asiyadan qərbə yönələn hava kütlələri Xəzərdən keçərək Azərbaycanın şərq rayonlarına daxil olur. Yerli atmosfer proseslərinin iqlimə təsirində Xəzər dənizi və Qafqaz daha çox rol oynayır. Bu sahələr üzərində yüksək təzyiq sahəsi mövcud olur. Əsasən Qafqaz və Xəzər üzərində dövran edən hava kütlələrinin regionda şox qalması nəticəsində yerli xassələrə malik tiplər yaranır. Qış fəslində ilin soyuq dövründə soyuq hava kütlələrinin Azərbaycana daxil olması və ya həddən artıq fəallaşması baş verir. Birinci halda Azərbaycanda adi qışlardan fərqli olaraq ekstermal isti, bəzən də ekstermal soyuq olur. Azərbaycan üzərinə çoxlu Arktika hava kütlələri daxil olarkən hava soyuyur, külək rejimi yaranır. 

Respublikamızda müxtəlif küləklər var. Xəzri adlanan külək Azərbaycana qış aylarında daxil olur. Sürəti 40m/san çatır. Gilavar cənub küləyi isə respublikamıza qışda havanın mülayimləşməsinə, yayda isinməsinə səbəb olur. Musson adlı külək yalnız Kür-Arazda müşahidə edilir, Brizlər Xəzər zonası üçün səciyyəvidir. Fyon dağlıq və dağətəyi ərazilərdə yaranır. Ağ yel və qara yel Azərbaycanın düzənlik hissələrində yaranan çox isti küləklərdir.Əsərkən təsərrüfata çox ziyan vurur. Azərbaycanın relyefi kimi iqlim şəraiti də çox müxtəlifdir. Bu müxtəliflik ilk növbədə Azərbaycan ərazisinin mülayim və subtropik iqlim qurşaqlarının qovuşduğu sahədə yerləşməsi ilə əlaqədardır. İqlim əmələ gətirən amillərə günəş radiasiyası və atmosfer sirkulyasiyası daxildir. Bunlarla bərabər, coğrafi enlik, relyef xüsusiyyətləri, dəniz və okean cərəyanları və s. amillər də iqlim əmələ gəlməsinə böyük təsir göstərir. Bu amillər birlikdə iqlimin əsas ünsürlərinin - temperatur, rütubət, külək və s.-in paylanmasını müəyyən edir. Azərbaycan Respublikasının əksər ərazisi subtropik iqlim qurşağında, yalnız Böyük Qafqaz dağlarının şimal-şərqi mülayim iqlim qurşağında yerləşir. Böyük Qafqaz dağları şimaldan gələn soyuq hava kütlələrinin, Kiçik Qafqaz dağları isə cənubdan gələn isti quru tropik hava axınlarının qarşısını kəsir, onların təsirini zəiflədir. Xəzər dənizi respublikamızın iqliminin mülayimləşməsinə təsir göstərir. Orta illik temperatur Kür-Arazda 14,5° C; yüksək dağlıqda isə 0° C-dan aşağıdır. Mütləq maksimum temperatur Naxçıvanda (Culfada) +44° C; mütləq minimum temperatur Naxçıvanda (Culfada) -32° C-dir. Temperaturun illik amplitudu Naxçıvanda 60° C-dan çox olur. (Kəskin kontinental iqlim tipidir)
 
İqlim tipləri

Azərbaycan Respublikasında hava temperaturunun və atmosfer yağıntılarının paylanması və rejiminin xüsusiyyətləri, həmçinin rütubətlənmə şəraiti nəzərə alınaraq Yer kürəsindəki 11 iqlim tipindən (V.V.Keppenə görə) 8-i burada olduğu müəyyən edilmişdir. Bu tiplərin çoxu yarımtiplərə bölünür. Yarımsəhra və quru çöl iqlimi, əsasən, Mərkəzi aran rayonlarını (Kür çökəkliyində hündürlüyü 400 metrədək olan sahələr), Samur çayı mənsəbindən Qızılağac körfəzinədək Xəzəryanı zonası, Naxçıvan MR-in Arazboyu düzənliklərini, Talışın qapalı dağ çökəkliklərini (1000 metrdən) əhatə edir. İllik yağıntı mümkün buxarlanmanın 15-50%-ni təşkil edir. Qışı, əsasən, isti (Arazboyu düzənliklərdə və Talışın qapalı dağ çökəkliklərində soyuq) keçməsi ilə fərqlənir. Yayı qızmardır, bəzi günlər havanın temperaturu 40° C-dən yuxarı olur. Qışı quraq keçən mülayim-isti iqlim Böyük Qafqazın cənub yamacının alçaq dağlıq zonasında (1000 metrədək hündürlükdə), Qanıx-Əyriçay çökəkliyində (200-500 m), Kiçik Qafqazın şimal və şərq yamaclarında (400-1500 m hündürlükdə) yayılmışdır. Burada illik yağıntı mümkün buxarlanmanın 50-100%-ini təşkil edir. Qışı yumşaq, az yağıntılı, yayı mülayim-istidir. Yayı quraq keçən mülayim-isti iqlim. Əsasən, Lənkəran-Astara zonasındadır. İllik yağıntı mümkün buxarlanmanın 100-150%-ni və bundan da çoxunu təşkil edir. Qışı yumşaq, yayı mülayim-isti və quraq, payızı çox yağıntılı keçir. Maydan avqustun ortalarınadək yağış az yağır və tez-tez quraqlıq olur, süni suvarma tətbiq edilir. Qışı quraq keçən soyuq iqlim Böyük Qafqazın şimal-şərq yamacında (1000-2700 m) və Kiçik Qafqazın orta və yüksək dağlıq (1400-2700 m) hissəsindədir. İllik yağıntı mümkün buxarlanmanın 75-100%-nə bərabərdir. Yayı sərin, qışı nisbətən az sərt keçir. Yayı quraq keçən soyuq iqlim. Naxçıvan MR-nın orta və yüksək dağlıq zonasını (1000-3000 m) əhatə edir. İllik yağıntı mümkün buxarlanmanın 50-dən 100%-ə qədərdir. Qışı soyuq və qarlı, yayı sərindir. Yağıntısı bərabər paylanan mülayim-isti iqlim Böyük Qafqazın cənub (600-1500 m) və şimal-şərq (200-500 m) yamaclarındakı dağ meşələri zonası üçün səciyyəvidir. İllik yağıntı mümkün buxarlanmanın cənub yamacda 75-100%-i, şimal-şərq yamacda 50-100%-ini təşkil edir. Qışı yumşaq, yayı mülayim-istidir. Bütün fəsillərdə bol yağıntılı soyuq iqlim yalnız Böyük Qafqazın cənub yamacı (1500-2700 m) üçün səciyyəvidir. Yuxarı meşə, subalp və alp zonaları əhatə edir. İllik yağıntı mümkün buxarlanmadan 150-200% çoxdur. Qışı soyuq, yayı sərindir. Dağlıq tundra iqlimi Böyük Qafqaz və Kiçik Qafqazın 2700 m-dən, Naxçıvan MR-nın isə 3200 m-dən yüksək ərazilərindədir. Yağıntı mümkün buxarlanmadan 100-200% çox olur. Qış və yay soyuq keçir. Bəzi yerlərdə qar bir ildən o biri ilə qalır.

Havanın temperaturu

Azərbaycan Respublikasında hava temperaturunun rejimi və ərazi üzrə paylanma qanunauyğundur və bura daxil olan hava kütlələrinin xüsusiyyətindən, ərazinin relyefindən və Xəzər dənizinin ayrı-ayrı rayonlara yaxınlığından asılı olaraq formalaşır. Xəzər dənizi sahilboyu ərazilərdə (dənizdən təqribən 20 km-dək) yayda havanın temperaturunu bir qədər azaldır, qışda isə artırır. Eyni zamanda, o Mərkəzi Asiyadan daxil olan isti və quru hava kütlələrinin təsirini müəyyən qədər yumşaldır. Havanın orta illik temperaturu Kür-Araz ovalığında, Abşeron yarımadasından cənubda yerləşən sahilboyu zonada, o cümlədən Lənkəran ovalığında 14-15° C təşkil edir. Dağlara doğru havanın temperaturu azalaraq 2000 m yüksəklikdə 4-5° C, 3000 yüksəklikdə isə 1-2° C-dir. İlin ən soyuq ayında (yanvar) düzənlik və dağətəyi ərazilərdə havanın orta aylıq temperaturu 0° C-dən aşağı düşmür. Abşeron adası və ondan cənubda yerləşən sahilboyu ərazilər və adalarda o hətta 3-4° C təşkil edir. Yüksəklik artdıqca havanın temperaturu azalır və dəniz səviyyəsindən 2000 m yüksəklikdə -5-6° C (Naxçıvan MR-da -7° C), 3000 m-də isə o təqribən -12-13° C-dir. İlin ən isti ayında (iyul) Kür-Araz ovalığında havanın orta temperaturu əsasən 26-27° C, digər düzənliklərdə və dağətəyi ərazilərdə o 24° C-dən aşağı düşmür. Dağlarda havanın orta aylıq temperaturu 2000 m-lik yüksəklikdə təqribən 14-16° C, 3000 m-də 8-10° C-dən aşağı düşmür. Ölkə ərazisində hava temperaturunun mütləq maksimum (+46° C) və minimum (-32° C) kəmiyyətləri kəskin kontinental iqlimi ilə seçilən Naxçıvan MR-nın Arazboyu düzənliklərində müşahidə edilmişdir.
 
ELMAR

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]